Xocalı soyqırımından 33 il keçir .....                     "Kainat" ASC-də sədr dəyişikliyi olacaq .....                     Azərbaycanda 5 manatlıq şirkətin 176 min manatdan çox .....                     Hikmət Hacıyev Ankarada Hakan Fidanla görüşdü .....                     Bəylər Əyyubova müavin təyin edildi .....                     Maştağada ağacların kəsilməsi faktı üzrə cinayət işi başlanılıb .....                     Tramp yaxın günlərdə Putin və Zelenski ilə görüşə bilər .....                     Müğənniyə Qarabağda vəzifə verildi .....                     İranın dairələri yenə də Azərbaycanı hədəf seçiblər .....                     Azərbaycanda bank faizləri artacaq .....                     Rusca danışmaq elitarlıq yox, ətalətdir! .....                     İrandan Azərbaycan açıqlaması: .....                     Rövşən Əsgərov barəsində qiyabi həbs qərarı... .....                     "Şahmar İbadov əşyalarımı qaytarmır..." .....                     Paşinyan Bakıdan “göndərilmiş” tələbi belə gizlətdi .....                     Böyüklərin oyununda kiçiklərin faciəsi: dördüncü il nə vəd edir? .....                     Rasim İldırımzadə və Zaur Mirzəzadənin cinayət işi üzrə məhkəmədə zərərçəkən dindirilib .....                     Nazir xanım professora vəzifə verdi .....                     Ötən il narkotikə görə 7 min 172 nəfər cinayət məsuliyyətinə cəlb olunub .....                     Mamicanyan Paşinyanı "yıxıb-sürüdü": .....                     Azərbaycan da hədəfdəymiş .....                     Naxçıvanda arxitektura komitəsinin milyonlarla borcu var .....                     Maştağada HƏR YER DƏLİXANA İMİŞ... .....                     Nüşabə Ələsgərli Tatlısəsə nə qədər qonorar ödəyib? .....                     Bakı məsələni bizsiz həll edəcək .....                     Yenidən qar yağacaq, şaxta olacaq, yollar buz bağlayacaq .....                     Avropa Trampın planının əleyhinədir .....                     Qəbiristanlıqlarda məzar biznesi: 10 nəfərlik yer götürürlər .....                     Suriya rəhbərliyinin addımı türkmənləri qəzəbləndirdi .....                     İrana gedən Azərbaycan vətəndaşlarının sayı kəskin azalıb .....                     Matviyenko Rusiya-Ermənistan münasibətlərinə yeni təkan vermək üçün .....                     İrəvan Bakının tələbinə boyun əyir .....                     Zaman İrəvanın əleyhinə işləyir .....                     "Şəkidə bu çərşənbələri çox gözəl qeyd edərdik" .....                     Qonşularla münasibət qurmağa çalışırıq .....                     Azərbaycanda bələdiyyə işçisi yeni sədrin kabinetində öldü .....                     Səkilərdəki bəzək-düzəkli, sürüşkən daşlar kimə lazımdır?.. .....                     Yanvarda quru yolla Azərbaycana 45,6 min nəfər gəlib .....                     “Qızlar da sevdikləri oğlanlar üçün elçi gedə bilərlər” .....                     “Həmin intim görüntüləri mənə özü göndərmişdi” .....                 

Lənkəran Rayon Təhsil Şöbəsi sabotajla məşğuldur - İTTİHAM
Tarix: 18-02-2021, 10:38 | Çap et
Lənkəran Rayon Təhsil Şöbəsi sabotajla məşğuldur
DİA.AZ: - "Son beş ildə Lənkəran Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində işləyənlərin bəxti gətirmir. Onlar bəzi məktəb direktorlarını müxtəlif bəhanələrlə işdən azad edib, yenicə yerlərini bərkitmək istərkən və müxtəlif səbəblərdən diaqnostik qiymətləndirmədə iştirak etməyən müəllimlərin dərs saatını azaltmağa cəhd edərkən, özləri işdən azad edilirlər. Bəli, elə şöbə müdirlərinin özlərini də eyni bəhanələrlə işdən azad edirlər. Sonra onlar xiffət etməyə başlayırlar. Vəzifədə müvəqqəti olarkən, etdikləri pisliklərə görə, peşiman olurlar. Nə qədər hərəkətlərinə haqq qazandırmağa çalışsalar da, alınmır ki, alınmır. Cəmiyyət artıq onları qəbul etmir". DİA.AZ bildirir ki, bu barədə Nizami Hüseynov redaksiyamıza yolladığı məqaləsində qeyd edir.

Məqalədə daha sonra bildirilir: "Lənkəran Rayon Təhsil Şöbəsinin yeni müdiri Ülviyyə Əliyeva keçmiş təhsil naziri Ceyhun Bayramovun əmrinə əasən, 15 aprel 2020 – ci il tarixdə bu vəzifəyə təyinat alıb. O, bu təyinata kimi Lənkəran şəhər Azər Məhərrəmov adına 7 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışıb və Lənkəran ictimaiyyətinin yaxşı bildikləri meyarlara əsasən, şöbə müdiri vəzifəsinə təyin olunub.

Yeni şöbə müdiri bu vəzifəyə təyinat alandan sonra ilk işi bir neçə məktəb direktorunu müxtəlif bəhanələrlə işdən azad etməsi olub. Lənkəran rayonu Mais Mirzəcanov adına Yuxarı Nüvədi kənd tam orta məktəbinin keçmiş direktoru, hazırda həmin məktəbdə texnologiya fənnini tədris edən İlhamə Orucova da eyni oyunun qurbanı olub. O, uzun illər çalışdığı məktəb direktoru vəzifəsindən 22 sentyabr 2020 – ci il tarixdə hiylə yolu ilə çıxarılıb. Hazırda keçmiş direktor həmin məktəbdə 6 saat dərs yükü ilə təmin olunub və 139 manat əmək haqqı alır. Onun yeganə övladı Oruczadə Əhəd Ağdam rayonunun “N” saylı hərbi hissəsində xidmət edir. Keçmiş məktəb direktoru İlhamə Orucova işdən qanunsuz azad olunması ilə əlaqədar işə bərpa olunması tələbilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edib və eyni zamanda, müfafiq dövlət qurumlarına şikayətlər yazır.

Şöbə müdirinin oynadığı eyni oyunlarla Lənkəran rayonu Şağlaküçə kənd M. Əbilov adına tam orta məktəbin direktoru Məmməd Səfərov da üzləşib. İşdən azad olunan keçmiş məktəb direktoru üzləşdiyi qanunsuzluqlarla əlaqədar müxtəlif dövlət qurumlarına və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edib.

Qeyd edək ki, eyni oyunlarla digər məktəb direktorları da üzləşməkdədir. Burada məqsəd aydındır və bunun nədən ibarət olduğunu Lənkəran ictimaiyyəti yaxşı bilir.

Lənkəran Rayon Təhsil şöbəsində oynanılan oyunlardan biri də, müxtəlif səbəblərdən diaqnostik qiymətləndirmədə iştirak etməyən müəllimlərin dərs saatının azaldılması və onların 6 saat dərs yükü ilə təmin edilmələridir.

Yuxarıda qeyd etdik ki, Lənkəran rayonu M. Mirzəcanov adına Yuxarı Nüvədi kənd tam orta məktəbinin keçmiş direktoru İlhamə Orucova da həmin məktəbdə 6 saat dərs yükü ilə təmin olunub və 139 manat əmək haqqı alır. Müəllimlərin başına gətirilən bu biabırçı hal artıq rayonun məktəblərində kütləvi hal alıb və haqlı olaraq böyük narazılıqlar yaradıb.

Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirən Nizami Hüseynov 1997 – ci ildən Lənkəran rayonu İ. Mahmudov adına Liman Şəhər 1 saylı tam orta məktəbində tarix müəllimi işləyir. O, həftədə 12 saat dərs deyib 257 manat əmək haqqı (diaqnostik qiymətləndirmədə iştirak etmədiyinə görə) alırdı. 2020 – ci ilin sentyabr ayından onun həftəlik dərs saatı 6 saat azaldılıb və hazırda 93 manat əməkhaqqı alır. Lənkəran Rayon Təhsil Şöbəsinin baş mühasibi - 15 saylı Ərazi Hesablama Mərkəzinin əməkdaşı Fariz Mahmudovun bildirib ki, bunun səbəbi onun müəllimlərin diaqnostik qiymətləndirilməsində iştirak etməməyidir və mühasibatlıq ona görə, 6 saatdan artıq işləməyinə icazə vermir.

Belə ki, ümumi təhsil müəsissələrində müəllimlərin və ümumi təhsil fənlərini tədris edən digər pedaqoji heyətin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması Qaydalarının 5. 5 – ci bəndinə göstərilir ki, Ümumi təhsil müəsissələrində dərs bölgüsü zamanı diaqnostik qiymətləndirmədə iştirak edərək, hər bir bölmə üzrə 10 faizdən aşağı nəticə göstərmiş, üzrsüz səbəbdən diaqnostik qiymətləndirmədə iştirak etməmiş, həmçinin, 10 baldan aşağı nəticə göstərmiş müəllimlər üçün minimum dərs yükü (6 saat) müəyyənləşdirilir.

Nizami Hüseynov üzrlü səbəbdən diaqnostik qiymətləndirilmədə iştirak etməyib. Yəni bu, artıq üzrlü hal sayılır.

N. Hüseynovla 01. 09. 1997 – ci il tarixli əmək müqaviləsi qeyri – müəyyən müddətə bağlanılıb. Məktəb onun saat hesabı işlədiyi iş yeri deyil, daimi əsaslarla işlədiyi yer sayılır.

Əmək Məcəlləsinin 45 – ci maddəsinin 1 – ci bəndinə əsasən, əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya 5 ilədək müddətə

(müddətli) bağlanıla bilər. 2 – ci bəndinə görə, əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. 5 – ci bəndinə əsasən isə, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.

Müəllim isə bu müəsissədə 25 ilə yaxındır ki, işləyir.

Təhsil şöbəsi müəllimlə qeyri – müəyyən müddətə bağlanmış əmək müqaviləsinə məhəl qoymadan, qabaqcadan heç bir xəbərdarlıq etmədən dərs yükünü azaltmışdır.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 16. 1 – ci maddəsinə əsasən, Əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır.

Əmək Məcəlləsinin 154. 1 – ci maddəsinə əsasən, Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 154. 2 – ci maddəsində göstərilir ki, Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir.

Əmək Məcəlləsinin 155. 1 – ci maddəsinə uyğun olaraq, İşçinin heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.

Bəs onda, Lənkəran Rayon Təhsil Şöbəsinin müdiri movcud qanunvericiliyin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini niyə pozur? Necə olur ki, ali təhsilli müəllim 6 saatdan yuxarı dərs deyə bilməz. Burada məntiq harada qaldı.

Bəs, müəllim 150 manat əməkhaqqı ilə ailəsini necə saxlasın? Bu, mümkündürmü?

Bəs onda, müəlllimlərin sosial rifahının yaxşılaşdırılması istiqamətində aparılan işlər harada qaldı?

Bir sözlə, bu gün Lənkəran Rayon Təhsil Şöbəsində oynanılan oyunların bir adı var, sabotaj".

İddia olunanlarla bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xocalı soyqırımından 33 il keçir - ANIM
Bu gün, 00:06
"Kainat" ASC-də sədr dəyişikliyi olacaq - TOPLANTI
Bu gün, 00:05
Azərbaycanda 5 manatlıq şirkətin 176 min manatdan çox - VERGİ BORCU VAR
Bu gün, 00:02
Hikmət Hacıyev Ankarada Hakan Fidanla görüşdü - FOTO
Dünən, 20:32
Bəylər Əyyubova müavin təyin edildi
Dünən, 20:31
Maştağada ağacların kəsilməsi faktı üzrə cinayət işi başlanılıb - AÇIQLAMA
Dünən, 20:27
Tramp yaxın günlərdə Putin və Zelenski ilə görüşə bilər - Ağ ev
Dünən, 18:16
Müğənniyə Qarabağda vəzifə verildi
Dünən, 18:13
İranın dairələri yenə də Azərbaycanı hədəf seçiblər - ŞƏRH
Dünən, 18:03
Azərbaycanda bank faizləri artacaq - NƏ BAŞ VERİR?
Dünən, 18:01
Rusca danışmaq elitarlıq yox, ətalətdir! - Sosioloqun baxışı
Dünən, 17:55
İrandan Azərbaycan açıqlaması: - “Kömək etməyə hazırıq”
Dünən, 17:49
Rövşən Əsgərov barəsində qiyabi həbs qərarı... - KİV
Dünən, 17:47
"Şahmar İbadov əşyalarımı qaytarmır..." - BU NƏDİ BELƏ?..
Dünən, 17:40
Paşinyan Bakıdan “göndərilmiş” tələbi belə gizlətdi – Hiyləgər ifadə
Dünən, 17:33
Böyüklərin oyununda kiçiklərin faciəsi: dördüncü il nə vəd edir? - GƏLİŞMƏ
Dünən, 17:24
Rasim İldırımzadə və Zaur Mirzəzadənin cinayət işi üzrə məhkəmədə zərərçəkən dindirilib - TƏFƏRRÜAT
Dünən, 17:18
Nazir xanım professora vəzifə verdi - ƏMR
Dünən, 17:16
Ötən il narkotikə görə 7 min 172 nəfər cinayət məsuliyyətinə cəlb olunub - BELƏ HARA GEDİRİK?
Dünən, 17:01
Mamicanyan Paşinyanı "yıxıb-sürüdü": "Onun ideoloji mesajı..."
Dünən, 17:00
Azərbaycan da hədəfdəymiş - Ölkələrin və ərazilərin SİYAHISI
Dünən, 16:55
Naxçıvanda arxitektura komitəsinin milyonlarla borcu var - Talıbovlar hakimiyyətindən qalıb?
Dünən, 16:51
Maştağada HƏR YER DƏLİXANA İMİŞ... - CİNAYƏT VAR...
Dünən, 16:43
Nüşabə Ələsgərli Tatlısəsə nə qədər qonorar ödəyib? - AÇIQLANDI
Dünən, 16:37
Bakı məsələni bizsiz həll edəcək - Xaçikyan
Dünən, 16:36
Yenidən qar yağacaq, şaxta olacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Dünən, 16:30
Avropa Trampın planının əleyhinədir - “The Times of Israel”
Dünən, 15:15
Qəbiristanlıqlarda məzar biznesi: 10 nəfərlik yer götürürlər – Qiymətlər isə…
Dünən, 15:13
Suriya rəhbərliyinin addımı türkmənləri qəzəbləndirdi
Dünən, 15:12
İrana gedən Azərbaycan vətəndaşlarının sayı kəskin azalıb
Dünən, 15:10
Matviyenko Rusiya-Ermənistan münasibətlərinə yeni təkan vermək üçün İrəvana gedir
Dünən, 14:59
İrəvan Bakının tələbinə boyun əyir – Ehtiyac və zərurət
Dünən, 14:02
Zaman İrəvanın əleyhinə işləyir - FAKT BUDUR!
Dünən, 14:00
"Şəkidə bu çərşənbələri çox gözəl qeyd edərdik"
Dünən, 13:58
Qonşularla münasibət qurmağa çalışırıq - Simonyan BELƏ DEYİR
Dünən, 13:09
Azərbaycanda bələdiyyə işçisi yeni sədrin kabinetində öldü
Dünən, 13:08
Səkilərdəki bəzək-düzəkli, sürüşkən daşlar kimə lazımdır?.. - ETİRAZ
Dünən, 13:05
Yanvarda quru yolla Azərbaycana 45,6 min nəfər gəlib - RƏSMİ
Dünən, 13:00
“Qızlar da sevdikləri oğlanlar üçün elçi gedə bilərlər” - Aydın Xan Əbilov
Dünən, 12:57
“Həmin intim görüntüləri mənə özü göndərmişdi” - “Kanal-1”in rəhbərinin CİNAYƏT İŞİ
Dünən, 12:55
Sabunçuda 15 nəfəri öldürən içkiyə nə qatılıb? - AÇIQLAMA
Dünən, 12:48
Borc aldığı şəxsi öldürən hərbçidən YENİ XƏBƏR var
Dünən, 12:45
Bu icra başçılarının özlərinə KÜÇƏ SÜPÜRTDÜRƏSƏN... - ADLARI BƏLLİ...
Dünən, 12:42
Gömrük sisteminin ŞÜBHƏLİ TENDERLƏR seriyası... DAVAM EDİR!
Dünən, 12:34
"Gənc görünməyimi xaşa borcluyam" - Çağla Şıkel
Dünən, 12:28
Serdar Ortaça 10 ay həbs cəzası verilib
Dünən, 12:26
İrəvan yeni milli strategiya qəbul edir: “Qarabağ”, “soyqırım”… - erməni mediası
Dünən, 12:21
Azərbaycan "Dəniz Təhlükəsizliyi Mükəmməllik Mərkəzi"nə üzv qəbul edilib
Dünən, 12:15
"Humana" ilə körpələri necə zəhərləyirlər... - AÇIQLAMA
Dünən, 12:10
Bakının üç əcnəbi media qərarı - informasiya təhlükəsizliyi gücləndirilir
Dünən, 12:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru