Hikmət Hacıyev Ankarada Hakan Fidanla görüşdü .....                     Bəylər Əyyubova müavin təyin edildi .....                     Maştağada ağacların kəsilməsi faktı üzrə cinayət işi başlanılıb .....                     Tramp yaxın günlərdə Putin və Zelenski ilə görüşə bilər .....                     Müğənniyə Qarabağda vəzifə verildi .....                     İranın dairələri yenə də Azərbaycanı hədəf seçiblər .....                     Azərbaycanda bank faizləri artacaq .....                     Rusca danışmaq elitarlıq yox, ətalətdir! .....                     İrandan Azərbaycan açıqlaması: .....                     Rövşən Əsgərov barəsində qiyabi həbs qərarı... .....                     "Şahmar İbadov əşyalarımı qaytarmır..." .....                     Paşinyan Bakıdan “göndərilmiş” tələbi belə gizlətdi .....                     Böyüklərin oyununda kiçiklərin faciəsi: dördüncü il nə vəd edir? .....                     Rasim İldırımzadə və Zaur Mirzəzadənin cinayət işi üzrə məhkəmədə zərərçəkən dindirilib .....                     Nazir xanım professora vəzifə verdi .....                     Ötən il narkotikə görə 7 min 172 nəfər cinayət məsuliyyətinə cəlb olunub .....                     Mamicanyan Paşinyanı "yıxıb-sürüdü": .....                     Azərbaycan da hədəfdəymiş .....                     Naxçıvanda arxitektura komitəsinin milyonlarla borcu var .....                     Maştağada HƏR YER DƏLİXANA İMİŞ... .....                     Nüşabə Ələsgərli Tatlısəsə nə qədər qonorar ödəyib? .....                     Bakı məsələni bizsiz həll edəcək .....                     Yenidən qar yağacaq, şaxta olacaq, yollar buz bağlayacaq .....                     Avropa Trampın planının əleyhinədir .....                     Qəbiristanlıqlarda məzar biznesi: 10 nəfərlik yer götürürlər .....                     Suriya rəhbərliyinin addımı türkmənləri qəzəbləndirdi .....                     İrana gedən Azərbaycan vətəndaşlarının sayı kəskin azalıb .....                     Matviyenko Rusiya-Ermənistan münasibətlərinə yeni təkan vermək üçün .....                     İrəvan Bakının tələbinə boyun əyir .....                     Zaman İrəvanın əleyhinə işləyir .....                     "Şəkidə bu çərşənbələri çox gözəl qeyd edərdik" .....                     Qonşularla münasibət qurmağa çalışırıq .....                     Azərbaycanda bələdiyyə işçisi yeni sədrin kabinetində öldü .....                     Səkilərdəki bəzək-düzəkli, sürüşkən daşlar kimə lazımdır?.. .....                     Yanvarda quru yolla Azərbaycana 45,6 min nəfər gəlib .....                     “Qızlar da sevdikləri oğlanlar üçün elçi gedə bilərlər” .....                     “Həmin intim görüntüləri mənə özü göndərmişdi” .....                     Sabunçuda 15 nəfəri öldürən içkiyə nə qatılıb? .....                     Borc aldığı şəxsi öldürən hərbçidən .....                     Bu icra başçılarının özlərinə KÜÇƏ SÜPÜRTDÜRƏSƏN... .....                 

Rusca danışmaq elitarlıq yox, ətalətdir! - Sosioloqun baxışı
Tarix: Bu gün, 17:55 | Çap et
Rusca danışmaq elitarlıq yox, ətalətdir!
Son günlərdə rus dilinə münasibət ölkədə geniş müzakirə olunur. Mövzu birmənalı qarşılanmayıb. Dilçi alimlərimiz, siyasətçilər, tanınmış ziyalılar və cəmiyyətin müxtəlif təbəqələrini təmsil edən vətəndaşlar bu barədə mövqelərini bildirirlər. Sosial mediada bu həssas mövzu diqqət mərkəzindədir. Bu qədər sosial-məişət problemlərinin arasında rus dilinə münasibət niyə birdən-birə gündəmə çevrildi?
Dünyada və ölkəmizdə baş verən hər bir siyasi-ictimai, mədəni hadisə insanların düşüncəsinə və əhval-ruhiyyəsinə bilavasitə təsir edir. Azərbaycan suverenliyinə sadiq qalaraq, digər dövlətlərə də eyni şəkildə yanaşır və hər addımında dostluq, qarşılıqlı hörmət, güvənlilik prinsiplərinə dayanaraq hərəkət edir. Eyni zamanda, prezidentimiz və müvafiq dövlət strukturları ölkəmizə qarşı o prinsiplərə uyğun münasibətlərin olmasını gözləyir və yeri gələndə tələb edir. Çünki Azərbaycan həmişə dünya dövlətləri ilə bütün münasibətlərini beynəlxalq hüquq, humanizm, dostluq, qarşılıqlı dialoq və ədalət prinsipləri üzərində qurub. Müasir dünyada bunlar çox böyük rol oynayır. Amma bəzən bu qaydaların pozulması ölkədə müxtəlif sahələrə təsir edir, nəticədə qarşılıqlı münasibətlər zədələnir. Bu da cəmiyyətdə bir çox dəyişikliklərə və ölkələrarası sosial-mədəni və siyasi-iqtisadi əlaqələrin deformasiyaya uğramasına gətirib çıxarır.

Ötən ilin dekabr ayında baş verən təyyarə faciəsi və sonrakı hadisələr Rusiya ilə ölkəmiz arasındakı əlaqələrin gərginləşməsinə yol açdı. Bu da öz növbəsində ictimaiyyətdə sanki "trigger" (sosial siqnal) rolunu oynayaraq rus dilinə münasibətin geniş müzakirəsinə səbəb oldu. Bakıda "Rus evi”nin qanunsuz fəaliyyətinə görə bağlanması bir çox dairələr tərəfindən sanki Azərbaycanda rus dilinə bir "təhdid" kimi qarşılandı. Amma həqiqətə gələndə elə deyil. Biz multikulturalizm dəyərlərini real həyata keçirən nadir dövlətlərdən biriyik. Azərbaycanda yaşayan bütün marjinal azlıqlar və etnik qruplar, əsasən də rus əsilli insanlar heç vaxt milli-dini-mənəvi ayrı-seçkiliyə uğramayıb; əksinə, ölkəmizdə olan bütün vətəndaş hüquqlarından artıqlamasıyla istifadə edirlər. "Rus evi"nin bağlanması rus dilinə qarşı yönəlməyib. Bunun səbəbləri tamamilə başqa müstəvidədir və hüquqi-inzibati xarakter daşıyır.

Əsas problem rus dilinin cəmiyyətdəki mövqeyində deyil. Biz öz ana dilimizin qorunmasına fokuslanmalıyıq. Məncə burda məsələyə azərbaycançılıq nöqteyi-nəzərindən baxmaq lazımdır. Necə deyərlər, "hər işdə bir xeyir var". Çünki cəmiyyətdə illərlə formalaşan və sosial şüurda yatmış olan "rus dili faktoru" problemi mövcud səbəblərdən üzə çıxaraq müzakirə mövzusuna çevrildi.

Cəmiyyətdə rus dilinə münasibət çox zaman ziddiyyət təşkil edir. Bunun xeyli tarixi, mədəni, sosioloji və hətta psixoloji səbəbləri var. Mənim fikrimcə, sosial müzakirələri təmkinlə, qarşılıqlı anlayışla və ən önəmlisi, xalqımızın xeyrinə, dilimizin xeyrinə, dövlətimizin yürütdüyü ədalətli siyasətin xeyrinə aparmaq lazımdır. Tolerantlıq dövlətimizin əsas devizlərindən biridir. Biz Azərbaycanda yaşayan digər xalqların nümayəndələrinə hörmətlə yanaşırıq. Amma bu hörmətin ən böyük mənbəyi ana dilimizdir. Çünki doğma dilinə hörmət etməyən heç bir insan başqa bir insana, onun dilinə, mədəniyyətinə, tarixinə hörmət edə bilməz.

Bu çox həssas məsələdir. Azərbaycan demokratik ölkədir. İnsanlar konstitusiyanın onlara verdiyi hüquqlardan istifadə edərək, istədikləri dildə danışa, istədikləri dili öyrənə, sevə bilərlər. Amma unutmamalıyıq ki, Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Bu da o deməkdir ki, hər bir Azərbaycan vətəndaşı milli mənsubiyyətindən asılı olmayaraq bu dili bilməlidir, sevməlidir və minillərdən gəlib bizə çatan bu gözəl dili gələcək nəsillərə ötürməlidir. Bu isə ancaq və ancaq o şərtlə həyata keçirilə bilər ki, dildən həmişə istifadə edəsən, o dildə danışa, fikirlərini ifadə edə və eyni zamanda, dilini başqalarına sevdirə biləsən. Azərbaycanda hər hansi əcnəbinin dilimizdə danışması qürurverici bir şeydir. Öz dilində danışmaq istəməyən o dili başqasına necə sevdirə bilər?

Dil insan şüurunu, onun düşüncələrini, hisslərini və mənəviyyatını sözlərə çevirərək, başqalarına çatdıran bir vasitədir. Biz şüurlu varlıq olaraq, dil vasitəsilə həm daxili dünyamızla, həm də zahiri dünya ilə, insanlarla münasibət qururuq. Dil özünü ifadə etmə, müraciət və ünsiyyət vasitəsidir. İnsan sosial varlıqdır, onun sosiallaşması ancaq və ancaq dil vasitəsilə həyata keçir.

Azərbaycanda yaşayan hər bir vətəndaş azərbaycan dilini bilməlidir. Bu qayda tək bizim ölkədə deyil, bütün dünya dövlətlərində mövcuddur. Buna normal baxmaq lazımdır. Tarixi taleyimiz belə gətirib ki, qonşu Rusiya dövləti və rus milləti ilə uzun zaman sıx əlaqələrimiz olub. Azərbaycan müstəqillik qazanana qədər 107 il Çar Rusiyasının, ondan sonra 70 il də Sovetlər Birliyinin tərkibində olub. Çar Rusiyası dönəmində 1830-cü il 20 oktyabr tarixində ilk qanunvericilik aktına əsasən raskolnik və sektantların (malokan tərkibli marjinal dini qruplar) "Zaqafqaziya əyalətlərinə" köçürülməsi başlayıb. O vaxt Azərbaycan torpaqlarına da çox sayda rus əsilli insanlar köçürülüb. Günümüzdə Azərbaycanda rus kəndləri mövcuddur. Bu isə multikulturalizmin bariz nümunəsidir. Bizim xalqımız heç vaxt ksenofobiya tərəfdarı olmayıb, əksinə, torpaqlarımıza pənah gətirən bütün xalqların nümayəndələrinə qucaq açıb, qonaqpərvərlik sərgiləyib. Sovet dönəmində də neft-qaz sənayesinin güclü inkişafı zamanı çoxlu rus əsilli insanlar ölkəmizə köçüb, həyatlarını Azərbaycanla bağlayıblar.

Sovet vaxtında Azərbaycanda və digər müttəfiq respublikalarda rus dilini bilmək məcburiyyət idi. Çünki ölkə 15 respublikanın birləşməsindən ibarət olduğuna görə millətlərarası ortaq dil rus dili idi. Bütün bürokratik sistemin mərkəz Moskvaya bağlı olması səbəbindən, rus dili olmadan Sovet sisteminin çarxı dönmürdü. Elmi-texniki ədəbiyyat və siyasi təbliğat məqsədyönlü şəkildə rus idi. Məhz bu faktorlara görə Azərbaycan cəmiyyətində rus dili bir növü "elitar" dilə dönmüşdü. Rus dilində sərbəst danışmaq bacarığı bir "səviyyəyə" yüksəlmək kimi hesab olunurdu (halbuki bir insanın "səviyyəsi" onun hər hansı bir xarici dili bilməsi ilə ölçülmür).
Əslində isə rus dili bizim üçün xarici dillərdən biri idi. Sadəcə, sovet dönəmində bu, dövlət siyasətinin təzahürü idi və rus dilini bilmək insanların üzünə daha çox qapılar açırdı. Burada sovet cəmiyyətinin adi bir fərdinin sosial-məişət və maddi-mədəni maraqlarını da nəzərdən qaçırmaq olmaz. Ali təhsil almış bir insanın həm partiyanın üzvü olması, həm də karyera nərdivanında yüksəlməsi üçün bu dilə sahib olmaq lazım idi. Bu Sovet sisteminin yaratdığı bir reallıq idi.

Amma qədim filosof Heraklitin dediyi kimi, "Dünyada hər şey axır, hər şey dəyişir". Günümüzün reallıqları artıq başqadır. Sovetlər Birliyi və o sistemin milyonlarla insanın şüurlarına yüklədiyi "dəyərlər" çoxdan gücünü itirib. Bu gün suveren, müstəqil və demokratik dəyərlərə sahib olan Azərbaycan dövlətimiz, onun da öz inkişaf yolu var. Bu yol heç də rus dilini və ya başqa xarici dilləri insanlara qadağan etmir. Həqiqət budur ki, Azərbaycanda bu gün ən elitar dil Azərbaycan dili olmalıdır! Digər dilləri isə insanlar istədikləri şəkildə və həcmdə öyrənə bilərlər. Konstitusiyamız bunu heç kimə qadağan etmir. Kimsə poliqlot olmaq istəyirsə, sevdiyi bütün dilləri öyrənə bilər. Biz elə istedadlı insanlarımızla həmişə fəxr etmişik. Dilimizin fonetik quruluşu elədir ki, bütün dilləri mükəmməl mənimsəyə bilirik. Bu, bizim millət olaraq özəlliyimizdir. Amma unutmamalıyıq ki, bütün xarici dillərdə danışa bilsək də, hər şeydən əvvəl ana dilimizi mükəmməl bilməli və xarici dildən faydalanaraq, doğma dilimizi inkişaf etdirməliyik. Oxucuda elə fikrin yaranmasını istəmirəm ki, mən rus dilini bilmədiyim və ya rus dilində çətinlik çəkdiyim üçün bu fikirləri yazıram. Mən rus dilini mükəmməl şəkildə bilir və sərbəst danışam. Daim mütaliə etdiyimə görə rus dilində söz ehtiyatım hansısa rus əsilli insandan az deyil. Amma mən ana dilimi özümün "şah dilim" sayır və dilimizin gözəlliyi ilə fəxr edirəm.

Problem burdadır ki, insanlar vərdişlərinin quludur. Əsas da çox vaxt sosial vərdişlərimizin quluna çevrilirik. Nədənsə cəmiyyətdə ətalət qanununa görə bir çox insanlar hələ də rus dilini "elitar dil" saymaqda davam edirlər. Övladlarını rus sektoruna qoyub, onları gələcəkdə “seçilmiş” insan olaraq yetişdirmək ənənəsi artıq keçmişdə qaldı. Maraqlıdır ki, bu ənənəyə hələ də davam edənlər var. Bu da onların seçimidir və hörmətlə yanaşmalıyıq. Azərbaycan Respublikası əvvəlki kimi heç bir "mərkəzə" bağlı deyil; ölkəmiz bütün dünya dövlətləri ilə siyasi-iqtisadi-mədəni əlaqələrini qurur, əməkdaşlıq edir. Ona görə diğər xarici dilləri də öyrənməliyik.

Bu yaxında debatların birində hörmətli kinoşünas Ayaz Salayev iddia edirdi ki, rus dilini bilməyən insanlar natamamlıq hissi yaşayırlar. Onun ikinci "tezisi" də bu idi ki, guya türk dili bizim dilimizə təhlükə yaradır. Əvvəla, bir insan hansısa dili bilmədiyinə görə natamamlıq hissi keçirirsə, bu, həmin fərdin psixoloji problemidir. Məsələn, bir insan çin və ya ərəb dilini bilmədiyinə görə də psixoloji komplekslər yaşaya bilər. Bu fərdi bir haldır və bütün cəmiyyətə şamil etmək olmaz.

Digər tərəfdən isə bizim dilimizin mənşəyi türk dilidir. Azərbaycan türkcəsi Türk dil qrupuna aiddir. Bir ziyalı və əməkdar incəsənət xadimi olaraq A.Salayev bunu bilməlidir. Unutmamalıyıq ki, 1930-cu illərə qədər bütün dünya bizi türk olaraq tanıyırdı, tarixi, coğrafi və digər mənbələr bizi “türk” adlandırırdı. Belə çıxır ki, dünya bizi bizdən daha yaxşı tanıyır. Hörmətli kinoşünasımızı tənqid etmək fikrində deyiləm. Sadəcə, faktlarla danışmaq daha məntiqli olardı.

Mən sosioloqam və insanların sosial davranışını kənardan izləməyi, onların cəmiyyətdə baş verən proseslərə fikirlərini öyrənməyi sevirəm. Çox zaman iki azərbaycanlının öz aralarında rus dilində danışmasının şahidi oluram. Buna mənfi baxmıram. Məsələn, məktəbdəki rus dili müəlliməm ilə çox zaman rus dilində danışıram. 35 il qabaqkı müəlliməmlə rusca danışmağımın səbəbi ona dərin hörmətimdən, peşəsinə sayğımdan, təhsilimizə verdiyi əməyə sonsuz minnətdarlığımdan və bir də uzun illər məktəbi bitirməyimə baxmayaraq, içimdə yatan bir "şagird məsuliyyəti"mdən irəli gəlir. Hər gün bir-biriylə rus dilində danışan azərbaycanlıların motivlərini isə ifadə edə bilmirəm. Çünki, məsələn, mən hələ bu günə qədər Rusiyada iki rus əsilli insanın öz aralarında bir dəfə də olsun azərbaycan dilində danışdığını görmədim. Yəqin ki, belə bir hal mümkün deyil. Amma Azərbaycanda xalqımızın bəzi nümayəndələri öz dillərini bilə-bilə, öz aralarında rus dilində danışırlar və bunu nəinki "normal" sayır, hətta özlərinin "üstün”, “seçilmiş" olduqlarını zənn edirlər. Belə vəziyyət heç cür azərbaycançılıq və vətənpərvərlik çərçivəsinə sığmır. Biz bütün xalqları sevir və sayğı göstəririk. İstəyirik ki, o xalqlar da bizim dilimizə, ədəbiyyatımıza, incəsənətimizə, tariximizə, dövlətimizə və s. hörmət etsinlər. Orta məktəb təhsili almış hər hansı bir azərbaycanlıdan Puşkini, Lermontovu, Dostoyevskini və Tolstoyu soruşsanız, onları tanıdıqlarını və ən azından yazdıqları əsərlərin adlarını sizə söyləyərlər. Amma Rusiyada neçə insan Nizamini, Füzulini, Axundovu, Sabiri, Mirzə Cəlili və Cavidi tanıyır? Bu sualları özümüzə tez-tez versək, içimizdə dilimizin dəyəri daha da qiymətli olar və bu mövzuda hansı addımları atmalı olduğumuz aydınlaşar.

Təbii ki, Azərbaycanı dünyada tanıtmaq, milli dəyərlərimizi təbliğ etmək, həqiqətlərimizi dünyaya çatdırmaq və mədəniyyətimizin dünya mədəniyyətinə inteqrasiyasını təmin etmək üçün digər xarici dillərlə yanaşı, rus dilini də bilmək lazımdır. Bu vacibdir. Amma bir Azərbaycan ailəsində öz ana dilini kənara qoyub, bir-biri ilə rus dilində danışmaq heç də ölkəni dünyada tanıtmaq məqsədi daşımır.

Orta məktəb təhsilinə gəlincə, uşağını hansı məktəbə qoymaq hər valideynin öz seçimi və qərarıdır. Sadəcə, övladımızı rus dilli məktəbə göndərdiyimiz zaman əmin olmalıyıq ki, o məktəbdə Azərbaycançılıq dəyərləri və ideyaları üstünlük təşkil edir. Əgər o məktəb və onun prinsipləri, qaydaları, təhsil sistemi və ənənələri bizim uşağımıza öz ana dilini, tarixini və ədəbiyyatını unutdurmursa, demək, narahat olmağına dəyməz. Əks təqdirdə övladlarımızın vətənpərvərliyini və milli ruhunu risk altına atmış oluruq və bu yolverilməzdir.

Azərbaycanda yaşayan 140.000 rus əsilli insanın, ölkəmizdə fəaliyyət göstərən 340 orta məktəbdə ana dilində təhsil almaq imkanları var. Bu məktəblər dövlət tərəfindən dəstəklənir və maliyyələşdirilir. Amma Rusiya Federasiyasında yaşayan 2 milyona yaxın etnik azərbaycanlıların ana dilində bir dənə də olsun, məktəbləri yoxdur. Bu fakt da bizim başqa xalqların nümayəndələrinə və onların dillərinə qarşı olan tolerant münasibətimizi ortaya qoyur.

Biz azərbaycanlıyıq, azəri türkləriyik. Dilimiz də Azərbaycan dilidir. Mənə görə Azərbaycan dili dünyanın ən gözəl dilidir. Çünki bu dil ana dilimizdir, anamızın dilidir. Əsrlər boyu atalar torpaqlarımızı qoruyub. Bu, ataların taleyidir. Analar isə o torpağı qoruyanların dilini, ruhunu və mədəniyyətini qoruyub saxlayıblar. Bu dil analarımızdan bir əmanətdir. O dili qorumaq hər bir azərbaycanlının mənəvi borcudur. Yaddan çıxarmayaq ki, biz o dilə dəyər verməsək, uca tutmasaq, dünyada heç kim dəyər verməyəcək. Dil millətin ən başda gedən xüsusiyyətlərindən biridir. Sosiologiyada bir xalqın xalq olması üçün bir neçə təməl keyfiyyətlər lazımdır. Onlardan biri də o xalqın dildir. Dil hətta insanın dini mənsubiyyətindən də öndə gəlir. Məsələn, Moldovada yaşayan Qaqauz türkləri tarixi səbəblərdən 13-cü əsrdə xristian dinini qəbul etsələr də, etnik mənsubiyyəti türkdür. Onlar türkcə danışırlar, türkcə düşünürlər, türkcə yazıb-yaradırlar və özlərini türk kimi qəbul edirlər.

Dil böyük gücdür. Elə bir gücdür ki, 1813-cü ildən bəri fars rejiminin İranda yaşayan 25 milyona yaxın azəri türkünün dilini unutdurub, onları "farslaşdırmaq" planı puça çıxdı və o gücə qalib gələ bilmədi. Bu rejim nə az-nə çox, düz 212 il bunun üçün əlindən gələni etdi, oradakı soydaşlarımıza öz ana dillərində təhsil almağı qadağan etdi, onların tarixini, mədəniyyətini, kimliyini saxtalaşdırmağa çalışdı, yazılı ədəbiyyatını tamamilə darmadağın etdi, ağla sığan və sığmayan qadağaları tətbiq etdi – amma dilimiz ölmədi, yaşadı. Bu gün həmin soydaşlarımız əsrlərin ədalətsiz təzyiqinə baxmayaraq, öz ana dilinə var gücü ilə sarılırlar. Onlar dilə dönük çıxmadılar. Bu, bütün dünyaya Azərbaycan dilinin gücünü sübut etməkdən başqa bir şey deyil.

Demək, heç bir rejimin edə bilmədiyini, bir toplum ancaq öz xoşuna edə bilər. Yəni dilə sahib çıxmamaq, onu unutmaq və başqa bir dili ana dilindən üstün tutmaq əslində böyük qəbahətdir. Dil xalqın qan yaddaşıdır. Ona görə bir insanın özünü mental dərk etməsi və formalaşması onun dili ilə sıx əlaqəlidir.

Bu da məlumdur ki, insanda vətənpərvərlik hissi doğma dili ilə vəhdət təşkil edir. Doğma dilini bilməyən, öyrənmək istəməyən və sevməyən bir insan vətənpərvər ola bilməz. Milli liderimiz Heydər Əliyev deyirdi: "Mən fəxr edirəm ki, türk dillərinə mənsub olan Azərbaycan dili bu qədər zəngindir, bu qədər bədii ifadələrlə doludur və biz həyatın bütün sahələrinə aid olan fikirlərimizi öz ana dilimizdə ifadə edə bilərik".

Bir sosioloq olaraq düşünürəm ki, Azərbaycanda nəinki rus dilinin, hətta Azərbaycan dilindən başqa heç bir dilin "elitar dil" səviyyəsinə gəlməsinə yol vermək olmaz. Çünki bu bizim milli mənafeyimizə və türkçülüyümüzə ziddir. Dilimiz milli ruhumuzun tərənnümüdür. Biz bütün dillərdə danışa, bütün dilləri sevə, bütün dillərə sayğı göstərə bilərik, amma ən böyük sevgimiz öz doğma dilimizə olmalıdır.

Elçin Orucov
Sosioloq - azvision.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Hikmət Hacıyev Ankarada Hakan Fidanla görüşdü - FOTO
Bu gün, 20:32
Bəylər Əyyubova müavin təyin edildi
Bu gün, 20:31
Maştağada ağacların kəsilməsi faktı üzrə cinayət işi başlanılıb - AÇIQLAMA
Bu gün, 20:27
Tramp yaxın günlərdə Putin və Zelenski ilə görüşə bilər - Ağ ev
Bu gün, 18:16
Müğənniyə Qarabağda vəzifə verildi
Bu gün, 18:13
İranın dairələri yenə də Azərbaycanı hədəf seçiblər - ŞƏRH
Bu gün, 18:03
Azərbaycanda bank faizləri artacaq - NƏ BAŞ VERİR?
Bu gün, 18:01
Rusca danışmaq elitarlıq yox, ətalətdir! - Sosioloqun baxışı
Bu gün, 17:55
İrandan Azərbaycan açıqlaması: - “Kömək etməyə hazırıq”
Bu gün, 17:49
Rövşən Əsgərov barəsində qiyabi həbs qərarı... - KİV
Bu gün, 17:47
"Şahmar İbadov əşyalarımı qaytarmır..." - BU NƏDİ BELƏ?..
Bu gün, 17:40
Paşinyan Bakıdan “göndərilmiş” tələbi belə gizlətdi – Hiyləgər ifadə
Bu gün, 17:33
Böyüklərin oyununda kiçiklərin faciəsi: dördüncü il nə vəd edir? - GƏLİŞMƏ
Bu gün, 17:24
Rasim İldırımzadə və Zaur Mirzəzadənin cinayət işi üzrə məhkəmədə zərərçəkən dindirilib - TƏFƏRRÜAT
Bu gün, 17:18
Nazir xanım professora vəzifə verdi - ƏMR
Bu gün, 17:16
Ötən il narkotikə görə 7 min 172 nəfər cinayət məsuliyyətinə cəlb olunub - BELƏ HARA GEDİRİK?
Bu gün, 17:01
Mamicanyan Paşinyanı "yıxıb-sürüdü": "Onun ideoloji mesajı..."
Bu gün, 17:00
Azərbaycan da hədəfdəymiş - Ölkələrin və ərazilərin SİYAHISI
Bu gün, 16:55
Naxçıvanda arxitektura komitəsinin milyonlarla borcu var - Talıbovlar hakimiyyətindən qalıb?
Bu gün, 16:51
Maştağada HƏR YER DƏLİXANA İMİŞ... - CİNAYƏT VAR...
Bu gün, 16:43
Nüşabə Ələsgərli Tatlısəsə nə qədər qonorar ödəyib? - AÇIQLANDI
Bu gün, 16:37
Bakı məsələni bizsiz həll edəcək - Xaçikyan
Bu gün, 16:36
Yenidən qar yağacaq, şaxta olacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Bu gün, 16:30
Avropa Trampın planının əleyhinədir - “The Times of Israel”
Bu gün, 15:15
Qəbiristanlıqlarda məzar biznesi: 10 nəfərlik yer götürürlər – Qiymətlər isə…
Bu gün, 15:13
Suriya rəhbərliyinin addımı türkmənləri qəzəbləndirdi
Bu gün, 15:12
İrana gedən Azərbaycan vətəndaşlarının sayı kəskin azalıb
Bu gün, 15:10
Matviyenko Rusiya-Ermənistan münasibətlərinə yeni təkan vermək üçün İrəvana gedir
Bu gün, 14:59
İrəvan Bakının tələbinə boyun əyir – Ehtiyac və zərurət
Bu gün, 14:02
Zaman İrəvanın əleyhinə işləyir - FAKT BUDUR!
Bu gün, 14:00
"Şəkidə bu çərşənbələri çox gözəl qeyd edərdik"
Bu gün, 13:58
Qonşularla münasibət qurmağa çalışırıq - Simonyan BELƏ DEYİR
Bu gün, 13:09
Azərbaycanda bələdiyyə işçisi yeni sədrin kabinetində öldü
Bu gün, 13:08
Səkilərdəki bəzək-düzəkli, sürüşkən daşlar kimə lazımdır?.. - ETİRAZ
Bu gün, 13:05
Yanvarda quru yolla Azərbaycana 45,6 min nəfər gəlib - RƏSMİ
Bu gün, 13:00
“Qızlar da sevdikləri oğlanlar üçün elçi gedə bilərlər” - Aydın Xan Əbilov
Bu gün, 12:57
“Həmin intim görüntüləri mənə özü göndərmişdi” - “Kanal-1”in rəhbərinin CİNAYƏT İŞİ
Bu gün, 12:55
Sabunçuda 15 nəfəri öldürən içkiyə nə qatılıb? - AÇIQLAMA
Bu gün, 12:48
Borc aldığı şəxsi öldürən hərbçidən YENİ XƏBƏR var
Bu gün, 12:45
Bu icra başçılarının özlərinə KÜÇƏ SÜPÜRTDÜRƏSƏN... - ADLARI BƏLLİ...
Bu gün, 12:42
Gömrük sisteminin ŞÜBHƏLİ TENDERLƏR seriyası... DAVAM EDİR!
Bu gün, 12:34
"Gənc görünməyimi xaşa borcluyam" - Çağla Şıkel
Bu gün, 12:28
Serdar Ortaça 10 ay həbs cəzası verilib
Bu gün, 12:26
İrəvan yeni milli strategiya qəbul edir: “Qarabağ”, “soyqırım”… - erməni mediası
Bu gün, 12:21
Azərbaycan "Dəniz Təhlükəsizliyi Mükəmməllik Mərkəzi"nə üzv qəbul edilib
Bu gün, 12:15
"Humana" ilə körpələri necə zəhərləyirlər... - AÇIQLAMA
Bu gün, 12:10
Bakının üç əcnəbi media qərarı - informasiya təhlükəsizliyi gücləndirilir
Bu gün, 12:07
“Ermənistan konstitusiyasını dəyişməyənə qədər sülh OLMAYACAQ” - Daria Qrevtsova
Bu gün, 12:03
Azərbaycan Cüdo Federasiyası: - "Səid Mollayi hazırda millinin üzvü deyil"
Bu gün, 12:00
“Sədərək”dəki mühafizə xidmətindən oğurluq edən şəxslər məhkəmə zalından həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 11:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru