"Repetitorluq təhsilimizə böyük problem yaradır" .....                     "The Washington Post" qəzetində Azərbaycana qarşı daha bir qərəzli yazı yayımlanıb: .....                     Bakıda sürət qatarını dayandıran şəxs saxlanıldı: .....                     “Baba Vəziroğlu dedi ki, Anar belədir, onu təpiyimin altına salası deyiləm axı…” .....                     Ukraynada 18 yaşlı şəxslərin müqaviləli hərbi xidmətə qəbulu başlayıb .....                     Respublika Pediatriya Mərkəzi həkimlərin bonusunu niyə kəsib? .....                     BDU-nun baş müəllimi vəfat edib .....                     Respublika Pediatriya Mərkəzi üçün 28 milyon manatlıq testlər alınacaq .....                     Bakıda Narkoloji Dispanserdə FACİƏ: .....                     “Heydər Əliyev “KQB” arxivlərinin açılmasıyla bağlı qurduğu məhkəməyə Sülhəddin Əkbəri də cəlb etmişdi...” .....                     Dövlət Orkestrinin həbsdə olan keçmiş rəhbərinin cəzası azaldıldı .....                     Konqres Türkiyəyə “F-35”-lərin verilməsinə baxa bilər .....                     Ermənistanın Rusiyadakı səfirinə məhkəməyə gəlməsi barədə bildiriş verilib .....                     UNEC-in Dərbənd filialına ƏDALƏT GƏLƏCƏKMİ? .....                     Üçuşaqlı ailələrə müjdə .....                     1085-ci gün: Rusiyanın itkiləri yeniləndi .....                     Qısqanc azərbaycanlı keçmiş arvadını izləyib .....                     Hansı iqtisadi cəhətdən digərindən daha çox asılıdır: Rusiya, yoxsa Azərbaycan? .....                     Dövlət vətəndaşı ilə NİYƏ QUMAR OYNASIN Kİ?.. .....                     AMB ötən ay ən çox şikayət olunan bankların adını açıqlayıb .....                     “Ümid edirəm ki, Prezidentimiz oğlumun azadlığa çıxması üçün öz humanistliyini göstərəcək” .....                     Gənc şairin öldüyü ağır yol qəzası ilə bağlı .....                     AZƏRİQAZ-da mühüm postda DƏYİŞİKLİK... .....                     BU VURHAVURDA... YAP niyə susur ki? .....                     Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının .....                     “Ruskiy dom” iddiasını təkcə o təkzib etmədi .....                     Tramp Rusiyanın Vogeli azad etməsini yüksək qiymətləndirdiyini deyib .....                     AĞGÖL Milli Parkında SULARI KİM BULANDIRIR?.. .....                     “Mingəçevir Bazar” QSC-nin .....                     Çörək bahalaşır... GEDƏK TORT YEYƏK?.. .....                     Sərhəd postlarının koordinatları xalqdan gizlədilir .....                     "Rus Evi"nin fəaliyyət göstərdiyi binanın üzərindəki HƏR İKİ lövhə sökülüb .....                     Tramp hökumət işçilərinin sayını azaldır, konsulluqları bağlayır .....                     “Azərbaycan Beynəlxalq Bankı” gecə yarısı da kredit verirmiş? .....                     Rusiya bizi ermənilərlə BARIŞMAĞA DA QOYMUR... .....                     Çaxırlıda bələdiyyə sədri istədiyini edirsə... .....                     Sərhədlə bağlı məlumat yayıldı, İrəvan dərhal təkzib etdi .....                     Ermənistan təhlükədədir: ərazinin 60%-ni verməliyik .....                     Bu tələblərə hər bir işəgötürən tərəfindən əməl edilməlidir... .....                     SOCAR-da VAKANSİYA ŞOUSU DAVAM EDİR .....                 

Cəbrayılın icra başçısının keçmişi ilə bağlı ilginc iddialar səsləndi - Vəzifəyə qədər YAP üzvü olmayıb...
Tarix: 21-01-2015, 11:19 | Çap et
Cəbrayılın icra başçısının keçmişi ilə bağlı ilginc iddialar səsləndi
Doğma torpaqlarımızın erməni silahlı qüvvələri tərəfindən işğal olunması nəticəsində 1 milyondan artıq soydaşımız məcburi köçkün həyatı yaşamağa məcbur olub. Bildiyiniz kimi, son illərə qədər doğma yurd-yuvalarını itirmiş insanlar acınacaqlı şəraitdə yaşayırdılar. Ancaq ölkə rəhbərliyinin göstərdiyi diqqət və qayğının nəticəsində bu gün qaçqın və məcburi köçkünlərin sosial problemləri öz həllini tapmaqdadır.

Məsələn, məcburi köçkünlər üçün yeni şəhərciklər salınır, onlara verilən maddi yardımlar mütəmadi olaraq artırılır və sair. Yəni dövlət səviyyəsində doğma torpaqlarından didərgin düşmüş insanlara hər cür diqqət və qayğı göstərilir. Bəs görəsən, məcburi köçkün rayonlarının icra başçılarının fəaliyyəti necə köçkünləri qane edirmi? Apardığımız araşdırmalar göstərir ki, bəzi məcburi köçkün rayonlarının rəhbərləri cənab prezidentin onlara tapşırdığı işləri istənilən səviyyədə həyata keçirə bilmirlər. Məsələn, götürək elə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyevi. 1952-ci ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olan Mahmud Quliyev əmək fəaliyyəti dövründə bir sıra vəzifələrdə çalışıb. Prezidentin 2000-ci ilin dekabr ayında imzaladığı sərəncamla Cəbrayıl Rayon İcra Hakimiyyətinə başçı təyin edilib. Onun tərcümeyi-halına diqqətlə nəzər yetirəndə görürük ki, Mahmud Quliyev YAP-a məhz vəzifəyə qoyulduğu ildə üzv qəbul edilib. Başqa sözlə desək, o 2000-ci ilə kimi YAP-ın üzvü olmayıb. Maraqlıdır, görəsən niyə? Xatırladaq ki, adını çəkdiyimiz məmurun fəaliyyətindəki boşluqlar, şərait yaratdığı qanunsuzluqlar və biznes layihələri barədə mətbuatda silsilə yazılar dərc olunub. Lakin icra başçısı özü haqqında yazılan tənqidlərdən heç bir nəticə çıxarmır. Mötəbər qaynaqlardan əldə etdiyimiz məlumatlara görə, Mahmud Quliyev cəbrayıllı köçkünlərin böyük hissəsinin qeydinə qalmır, ancaq öz qohumları üçün gün ağlayır: "İcra başçısı cəbrayıllı məcburi köçkünlərin üzərindən özünə əməlli-başlı sərvət yığıb, biznes qurub. Onun Binəqədi rayonu ərazisində yerləşən obyektlərinin dəyəri milyonlara bərabərdir. Təkcə "Elmed" tibb mərkəzindən ay ərzində külli miqdarda gəlir əldə edilir. Mahmud müəllimin biznesi bununla bitmir. Deyilənə görə, başçının şadlıq sarayı, şəhərin bəzi hissələrində və məcburi köçkünlər üçün tikilən şəhərciklərdə ticarət obyektləri fəaliyyət göstərir. Müxtəlif bölgələrdə məskunlaşmış cəbrayıllı köçkünlər isə pis vəziyyətdə yaşayır. Belə ki, Biləsuvarda məcburi köçkünlər üçün fərdi yaşayış evlərindən ibarət 11 qəsəbə inşa edilib. Bu qəsəbələrdə 10 min ailə yerləşdirilib. Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi hər qış bu ailələrə 40 litr pulsuz yanacaq ayırır. Təəssüf ki, Cəbrayıl Rayon İcra Hakimiyyəti həmin yanacağın 10 litrini kəsərək hər ailəyə 30 litrini verir. Mahmud Quliyevin tapşırığı ilə həyata keçirilən bu işlərin nəticəsində həm ailələr dövlətin ayırdığı yanacağı tam şəkildə almaqdan məhrum olublar, həm də hər ay dövlətin 100 ton yanacağının aqibətinin necə olması müəyyənləşməmiş qalıb. Ümumiyyətlə, adıçəkilən icra başçısı vəzifədə olduğu 15 il ərzində bir sıra xoşagəlməz əməllərə imza atıb və bunun qarşılığında böyük sərvətə sahib olub. İcra başçısı özünə və yaxın qohumlarına lazımi şərait qurmağı bacarıb. Məsələn, o bir müddət əvvəl qohumu, ikinci dərəcəli əlil Arif Mehdiyevi işə götürüb. Amma digər əlillər - Əlövsət Ağayev və Qüdrət Məmmədov isə tutduqları vəzifələrdən azad edilib. Bundan başqa icra başçısının bəzi yaxın qohumları müxtəlif vəzifələrlə təmsil olunurlar. Məsələn, Quliyev Musa Əli oğlu 120 saylı Dairə Seçki Komissiyasının sədri, Quliyev Hüsən Saybalı oğlu Dövlət Sosial Müdafiə Fondunun Cəbrayıl şöbəsinin sədr müavini, Quliyev İnqilab Məhəmmədəli oğlu Cəbrayıl Rayon İcra Hakimiyyətində hüquq şöbəsinin müdiri və Quliyev Rafiq Qaybalı oğlu isə icra nümayəndəsi vəzifəsində çalışırlar. Başçı ancaq öz adamlarını qabağa çəkir". Mənbənin dediyinə görə, nəzarətsizlik o həddə çatıb ki, nədənsə hər dəfə Cəbrayıl rayonuna ayrılmış tenderdə başçının əmisi oğlu Musa Quliyev qalib gəlir: "Tenderdən gələn gəlirlər isə kimlərsə arasında bölüşdürülür. Muğan qış yatağındakı 5 kilometr yola guya 80 min manat vəsait xərcləndiyi deyilir. Əslində yola bir neçə maşın zibil tökülüb.

Bundan əlavə, kimlərsə "Dövlətqacqınkom" tərəfindən rayona ayrılmış iki ədəd kombaynı öz şəxsi məqsədləri üçün istifadə edirlər. Məmur özbaşınalığının pik həddə çatması, ayrı-ayrı şəxslərin əməllərinin ciddi narazılıq doğurması, bəzi idarə, müəssisə və təşkilat rəhbərlərinin icra başçısının yaxın qohumları olduğu üçün istədikləri kimi hərəkət etmələri Mahmud Quliyevin vəzifə karyerasını sual altına alır. Belə getsə, o yaxın vaxtlarda vəzifəsini itirəcək". \\ GünBakı \\

Yazı ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq.

(Ardı var)









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Repetitorluq təhsilimizə böyük problem yaradır" - deputat
Bu gün, 11:25
"The Washington Post" qəzetində Azərbaycana qarşı daha bir qərəzli yazı yayımlanıb: - 1 cümləsi doğrudur...
Bu gün, 11:23
Bakıda sürət qatarını dayandıran şəxs saxlanıldı: - "Gəzirdim..."
Bu gün, 11:21
“Baba Vəziroğlu dedi ki, Anar belədir, onu təpiyimin altına salası deyiləm axı…”
Bu gün, 11:16
Ukraynada 18 yaşlı şəxslərin müqaviləli hərbi xidmətə qəbulu başlayıb
Bu gün, 11:00
Respublika Pediatriya Mərkəzi həkimlərin bonusunu niyə kəsib? - ŞİKAYƏT VAR...
Bu gün, 10:55
BDU-nun baş müəllimi vəfat edib
Bu gün, 10:52
Respublika Pediatriya Mərkəzi üçün 28 milyon manatlıq testlər alınacaq
Bu gün, 10:51
Bakıda Narkoloji Dispanserdə FACİƏ: - xəstə yıxılıb öldü
Bu gün, 10:44
“Heydər Əliyev “KQB” arxivlərinin açılmasıyla bağlı qurduğu məhkəməyə Sülhəddin Əkbəri də cəlb etmişdi...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 10:36
Dövlət Orkestrinin həbsdə olan keçmiş rəhbərinin cəzası azaldıldı - TƏFƏRRÜAT
Bu gün, 10:34
Konqres Türkiyəyə “F-35”-lərin verilməsinə baxa bilər - “Türkiyə” qəzeti
Bu gün, 10:31
Ermənistanın Rusiyadakı səfirinə məhkəməyə gəlməsi barədə bildiriş verilib
Bu gün, 10:29
UNEC-in Dərbənd filialına ƏDALƏT GƏLƏCƏKMİ? - Məzunlar MURADLARINA YETƏCƏKMİ?
Bu gün, 10:26
Üçuşaqlı ailələrə müjdə - Onlara nə qədər "uşaqpulu" veriləcək?
Bu gün, 10:17
1085-ci gün: Rusiyanın itkiləri yeniləndi
Bu gün, 10:05
Qısqanc azərbaycanlı keçmiş arvadını izləyib küçədə QAN TÖKDÜ
Bu gün, 10:02
Hansı iqtisadi cəhətdən digərindən daha çox asılıdır: Rusiya, yoxsa Azərbaycan? - ARAŞDIRMA
Bu gün, 09:59
Dövlət vətəndaşı ilə NİYƏ QUMAR OYNASIN Kİ?.. - Bunun başqa ADI YOXDUR...
Bu gün, 09:53
AMB ötən ay ən çox şikayət olunan bankların adını açıqlayıb - SİYAHI
Bu gün, 09:42
“Ümid edirəm ki, Prezidentimiz oğlumun azadlığa çıxması üçün öz humanistliyini göstərəcək” - Hüseyn Abdullayevin anası
Bu gün, 09:28
Gənc şairin öldüyü ağır yol qəzası ilə bağlı QƏRAR
Bu gün, 09:25
AZƏRİQAZ-da mühüm postda DƏYİŞİKLİK... - FOTO
Bu gün, 09:22
BU VURHAVURDA... YAP niyə susur ki? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:10
Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının ilk iclası keçiriləcək
Bu gün, 09:08
“Ruskiy dom” iddiasını təkcə o təkzib etmədi - SENSASİON GERÇƏKLƏR
Bu gün, 09:07
Tramp Rusiyanın Vogeli azad etməsini yüksək qiymətləndirdiyini deyib
Bu gün, 09:06
AĞGÖL Milli Parkında SULARI KİM BULANDIRIR?.. - İTTİHAM VAR...
Bu gün, 08:55
“Mingəçevir Bazar” QSC-nin - SƏHMDARLRI TOPLANIR
Bu gün, 08:52
Çörək bahalaşır... GEDƏK TORT YEYƏK?.. - SÜNİ MÖHTƏKİRLİK...
Bu gün, 08:49
Sərhəd postlarının koordinatları xalqdan gizlədilir - Paşinyanın tənqidçiləri iddia edir...
Bu gün, 08:47
"Rus Evi"nin fəaliyyət göstərdiyi binanın üzərindəki HƏR İKİ lövhə sökülüb - FOTO
Bu gün, 08:44
Tramp hökumət işçilərinin sayını azaldır, konsulluqları bağlayır - ABŞ "kəmərlərini sıxır"...
Bu gün, 08:42
“Azərbaycan Beynəlxalq Bankı” gecə yarısı da kredit verirmiş? - BU NƏDİ BELƏ?..
Bu gün, 08:41
Rusiya bizi ermənilərlə BARIŞMAĞA DA QOYMUR... - FAKT BUDUR!
Bu gün, 08:37
Çaxırlıda bələdiyyə sədri istədiyini edirsə... - ETİRAZ VAR...
Bu gün, 08:33
Sərhədlə bağlı məlumat yayıldı, İrəvan dərhal təkzib etdi - NƏ BAŞ VERİR?
Bu gün, 08:27
Ermənistan təhlükədədir: ərazinin 60%-ni verməliyik - Çalabyan
Bu gün, 08:25
Bu tələblərə hər bir işəgötürən tərəfindən əməl edilməlidir... - Ekspert danışır...
Bu gün, 08:12
SOCAR-da VAKANSİYA ŞOUSU DAVAM EDİR - "Bu qədər oyunlar olar, amma bu olmaz?.."
Bu gün, 08:06
Paşinyan özünü təhlükəyə niyə atsın ki?... - ŞƏRH
Bu gün, 07:05
Ermənistanın Avropa xülyası - Görünəni odur ki...
Bu gün, 07:02
“Hərbi doktrina”ya dəyişiklik edilməlidir - ÇAĞIRIŞ
Bu gün, 06:44
Putin getməyə hazırlaşır: yerinə məşhur qadın gələ bilər - Sensasion versiya
Bu gün, 06:38
"Sonra Heydər Əliyev gəldi, həmin vurub-yıxan cəbhəçilər nəyə döndülər?.. - Quzuya..."
Bu gün, 06:36
Peşə təhsili alanda iş tapılırmı? - ARAŞDIRMA
Bu gün, 06:31
Paşinyanın Araikə məxfi zəngi üzə çıxdı... - Xankəndidə tutulduğu zavodda nələr deyib?
Bu gün, 06:28
ABŞ-nin Ukraynadakı münaqişəni həll etmək planı yoxdur - Fox News
Bu gün, 06:25
"Ancaq telefon vasitəsi ilə danışırıq... - Çox evdən bayıra çıxmağı da sevmir"
Bu gün, 01:29
Ədalət Muradov üçün kritik dövr - Rektor Dərbənd filialının məzunlarına diplom verə biləcəkmi?
Bu gün, 01:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru