Zaurun göndərdiyi öpüş mesajına görə əri məşhur müğənni arvadını boşadı .....                     Ölkəmiz Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutub .....                     Tanınmış məhkumların adları Əfv Komissiyasına təqdim edilib .....                     Ermənistanda Avropaya qanunsuz miqrasiyanın təşkilinə görə .....                     “Rusiyanın əsas adamları hələ də hakim vəzifələrdə təmsil olunurlar” .....                     Tehran qaranlığa qərq oldu, .....                     Paşinyan yazdı, ermənicə "sülh" istədi .....                     Ermənistanın təhlükəsizlik zəmanəti Türkiyə olacaq .....                     Bu şirkət tibbi qurumu 28 milyon manatlıq laboratoriya testləri ilə .....                     Bakı və Moskva arasında söz davası qızışır .....                     İrəvan uzaqdan zərbə endirməyə qadir hücum silahları alır .....                     USAID-in baş inspektoru işdən çıxarıldı .....                     BOLT belə çalışır: `Mənə sənin pulun lazim deyil, düş...` .....                     İrəvanın “silahlara nəzarət edək” kələyi .....                     "Repetitorluq təhsilimizə böyük problem yaradır" .....                     "The Washington Post" qəzetində Azərbaycana qarşı daha bir qərəzli yazı yayımlanıb: .....                     Bakıda sürət qatarını dayandıran şəxs saxlanıldı: .....                     “Baba Vəziroğlu dedi ki, Anar belədir, onu təpiyimin altına salası deyiləm axı…” .....                     Ukraynada 18 yaşlı şəxslərin müqaviləli hərbi xidmətə qəbulu başlayıb .....                     Respublika Pediatriya Mərkəzi həkimlərin bonusunu niyə kəsib? .....                     BDU-nun baş müəllimi vəfat edib .....                     Respublika Pediatriya Mərkəzi üçün 28 milyon manatlıq testlər alınacaq .....                     Bakıda Narkoloji Dispanserdə FACİƏ: .....                     “Heydər Əliyev “KQB” arxivlərinin açılmasıyla bağlı qurduğu məhkəməyə Sülhəddin Əkbəri də cəlb etmişdi...” .....                     Dövlət Orkestrinin həbsdə olan keçmiş rəhbərinin cəzası azaldıldı .....                     Konqres Türkiyəyə “F-35”-lərin verilməsinə baxa bilər .....                     Ermənistanın Rusiyadakı səfirinə məhkəməyə gəlməsi barədə bildiriş verilib .....                     UNEC-in Dərbənd filialına ƏDALƏT GƏLƏCƏKMİ? .....                     Üçuşaqlı ailələrə müjdə .....                     1085-ci gün: Rusiyanın itkiləri yeniləndi .....                     Qısqanc azərbaycanlı keçmiş arvadını izləyib .....                     Hansı iqtisadi cəhətdən digərindən daha çox asılıdır: Rusiya, yoxsa Azərbaycan? .....                     Dövlət vətəndaşı ilə NİYƏ QUMAR OYNASIN Kİ?.. .....                     AMB ötən ay ən çox şikayət olunan bankların adını açıqlayıb .....                     “Ümid edirəm ki, Prezidentimiz oğlumun azadlığa çıxması üçün öz humanistliyini göstərəcək” .....                     Gənc şairin öldüyü ağır yol qəzası ilə bağlı .....                     AZƏRİQAZ-da mühüm postda DƏYİŞİKLİK... .....                     BU VURHAVURDA... YAP niyə susur ki? .....                     Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının .....                     “Ruskiy dom” iddiasını təkcə o təkzib etmədi .....                 

Rusiya bizi ermənilərlə BARIŞMAĞA DA QOYMUR... - FAKT BUDUR!
Tarix: Bu gün, 08:37 | Çap et
Rusiya bizi ermənilərlə BARIŞMAĞA DA QOYMUR...
Rusiya Ermənistan və Azərbaycanın gələcək nəsillər üçün “mina” qoymayan, davamlı uzunmüddətli münasibətlərin tənzimlənməsini nəzərdə tutan sülh müqaviləsi hazırlamasının tərəfdarıdır. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin “İzvestiya”ya müsahibəsində bildirib.

Rusiyalı diplomatın sözlərinə görə, Moskva Qərbin təklif etdiyi tələsik sənədlərin əleyhinədir. “Biz müttəfiqlik münasibətlərimiz olan Ermənistan və Azərbaycan tərəflərinin elə bir sülh müqaviləsi hazırlamasının tərəfdarıyıq ki, bu, gələcək nəsillər üçün "mina" qoymaq əvəzinə, yol açsın və münasibətlərin davamlı uzunmüddətli tənzimlənməsini nəzərdə tutsun. Təbii ki, biz hər zaman irəliyə doğru hərəkəti asanlaşdırmağa hazırıq və Qərbin təkid etdiyi kimi, Ermənistan və Azərbaycanı həqiqətən mümkün qədər tez hansısa Qərb platformasında sülh müqaviləsi bağlamağa sövq etmək istəyən hər hansı tələsik sənədlərin bağlanmasının əleyhinəyik. Belə tələsik, düşünülməmiş və sonacan yoxlanılmamış qərarlar uzunmüddətli davamlı sülhə deyil, əksinə, gələcək üçün qarşıdurma toxumları əkə bilər ki, bu da, sözsüz ki, nə Ermənistan və Azərbaycan, nə Cənubi Qafqaz, nə də Rusiya üçün arzuolunandır", - M. Qaluzin söyləyib.

“Azərbaycan və Ermənistan arasındakı problemlərin həll yolları masa üzərindədir, bunlar iki ölkənin nümayəndələrinin birgə işi nəticəsində yaranıb. Birincisi, sülh müqaviləsinin artıq razılaşdırılmış maddələri nəinki bir-birinə qarşı ərazi iddialarının olmaması, hətta gələcəkdə belə iddialarla çıxış etməmək məsələsini də əsaslı şəkildə həll edib”. Bunu isə Ermənistanın baş naziri Nikol Paşinyan deyib. Onun sözlərinə görə, sülh müqaviləsinin imzalanması və bundan əvvəl qəbul edilmiş Praqa bəyanatı ərazi iddiaları məsələsini tamamilə yekunlaşdırır: “Sülh müqaviləsinin razılaşdırılmış hissəsi imzalanmaq üçün yetkindir. Həmçinin Ermənistan razılaşdırılmamış iki maddə üzrə həll yolları təklif edərək Azərbaycandan müsbət cavab gözləyir”.

Bəs Rusiyanın istədiyi “minasız sülh sənədi” nədir? Rusiya nələri sülh sənədində razılaşdırmaq istəyir? Ermənilərin Qarabağa qayıdışı mümkündürmü?

Deputat Sahib Alıyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, əgər Rusiya doğrudan da Azərbaycanla Ermənistan arasında “minasız sülh”ün yaranmasında maraqlıdırsa, onda çəkilib kənarda durmalıdır: “Həm də təkcə Rusiya yox, 1878-ci ildə Berlin konqresində "hay məsələsi"ni qaldıran dövlətlərin hamısı iki qonşu ölkə arasında aparılan danışıqlara müdaxilə etməməlidirlər. Təcrübə də göstərir ki, qarşıdurmanın aradan qaldırılması yönündə az-çox əhəmiyyətli sayılacaq addımlar məhz ikili formatda əldə olunan razılaşmalar nəticəsində meydana çıxıb. Mina məsələsinə gəldikdə, bax, həmin Berlin konqresinə qatılanların hamısının məqsədi elə hayların özlərindən Yaxın Şərqdə və Böyük Qafqazda mina kimi faydalanmaq idi. Onların arasında isə bu baxımdan ən böyük “uğur”a imza atan məhz Rusiyadır. Azərbaycanlılarla haylar və ermənilər arasında baş verən qarşıdurmaların da əsas səbəbkarlarından biri yenə həmin Rusiyadır. Daha dəqiqi, orada bizim regiona yanaşmada həmişə “parçala, hökm sür” prinsipindən çıxış edənlərdir. İkinci Qarabağ savaşından sonra Rusiyanın irəli sürdüyü sülh anlaşmasında Qarabağla bağlı razılaşmanın gələcək nəsillərə saxlanması təklifinin özü ilk növbədə Qaluzinin dediyi o “mina qoymaq” cəhdi idi ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev Soçi görüşündə yerindəcə onu rədd etdi. Və Vladimir Putin başda olmaqla, Rusiya rəsmilərinin Nikol Paşinyanın “Qarabağ Azərbaycandır” deməsinə təəssüfləndiklərini gizlətməmələrinin özü də onun təsdiqi deyilmi ki, əgər mina qoymaq cəhdindən söhbət gedirsə, burada yenə də birincilik Moskvadadır". Ermənilərin Qarabağa qayıdışına gəldikdə, S.Alıyev bildirdi ki, Azərbaycan məlik törəmələri olan ermənilərin və hətta bura köçürülən hayların da geri dönmələrinin əleyhinə heç vaxt çıxmayıb və çıxmır: “Onlar istənilən vaxt geri dönə bilərlər, amma bir şərtlə ki, azərbaycanlılar da Ermənistandakı dədə-baba yurdlarına qayıtsınlar. Bizim soydaşlarımızın öz el-obalarından didərgin düşmələrində hay havadarı kimi çıxış edən bütün böyük dövlətlərin hamısından qat-qat çox məsuliyyət daşıyan Rusiya bunu istəyirmi? Nədənsə həmin dövlətin rəsmilərinin bu haqda hər hansı fikir bildirdiklərini görməmişik. Ermənistanın özünə gəldikdə isə Nikol Paşinyanın fevralın 10-da bu ölkənin "Armenpress" xəbər agentliyində dərc olunmuş məqaləsində bizim soydaşlarımızın öz torpaqlarına qayıdış istəkləri hərbi təhdid kimi qiymətləndirilir. Maraqlıdır, deyilmi, əldə silah Azərbaycana qarşı vuruşan, terror aktları törədən, öz torpaqlarımızda belə etnik təmizləmə həyata keçirən “miatsum”çuların biz geri qayıtmalarının əleyhinə olmadığımızı bildirdiyimiz halda, Ermənistana qarşı bu sadalanan və sadalanmayan cinayətlərin heç birini etməyən azərbaycanlıların aborigeni olduqları yerlərə dönmələrinə təhlükəsizliklərinə təhdid kimi yanaşılır. Qərbdəkilər də, Rusiyadakılar da bunu anlayışla qarşılayırlar. Bu nə məntiqdir, nə ayrı-seçkilikdir? Ancaq Qərbi Azərbaycan İcmasının bununla bağlı son bəyanatında da vurğulandığı kimi, iki dövlət arasında sülhün bərqərar olması və bizim soydaşlarımızın öz evlərinə qayıtması bir-birini tamamlayan məsələlərdir. Minasız, davamlı və dayanıqlı sülh də elə məhz budur".

Yazı çapa hazır olarkən İrəvanın Rusiyadan gələn təşəbbüslərə maraqlı reaksiyası haqda məlumat yayıldı. Bildirildiyinə görə, Ermənistan Rusiyanın Azərbaycanla danışıqlarda vasitəçi olması ideyasını rədd edib. Bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan açıqlama verib. “Keçmiş təcrübə çoxlu pis xatirələr buraxdı, hələ də cavabını tapa bilmədiyimiz bir çox sualımız var”, - erməni spiker vurğulayıb. Simonyan həmçinin bəyan edib ki, Moskvanın İrəvanla Bakı arasında vasitəçi kimi iştirak etməsi ehtimalı azdır. Eyni zamanda Kreml Ermənistan rəsmilərinin Rusiyanın İrəvanla Bakı arasında danışıqlarda vasitəçilik edə bilməyəcəyi ilə bağlı bəyanatlarına cavab verib. Modern.az bildirir ki, Simonyan açıqlamasında Rusiya tərəfini və şəxsən prezident Vladimir Putini kifayət qədər sərt tənqidlərə məruz qoyub. O deyib ki, ermənilər Rusiyanın vasitəçilik nümunələrini öz bədənlərində hiss ediblər. Ona görə də Rusiya erməni xalqını öz səmimiyyətinə inandırmaq üçün çox böyük səylər göstərməlidir: “Ermənistanı hər yüz ildən bir qorumaq şüarı ilə gəlmək və sonra Ermənistanı, erməni xalqını, uşaqlarımızı gələcəkdə daha böyük maraqlar üçün xırda sikkələrə çevirmək, sonra da mehriban üzlə "biz yenə sizi xilas etməyə gəlmişik" demək qəbuledilməzdir". Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, İrəvan və Bakı indi danışıqları müstəqil şəkildə davam etdirə bilərlər: “Rusiya Ermənistan və Azərbaycan arasında münaqişənin sülh yolu ilə həllinə kömək etməyə hazırdır. Artıq həm İrəvan, həm də Bakı bu prosesin sonuna qədər danışıqları davam etdirməyə qadirdir”.

Rəsmi Bakının bu məsələ ilə bağlı prinsipial mövqeyi var: danışıqlar hər hansı vasitəçi olmadan, ikitərəfli formatda davam etdirilərsə, uğur qazanıla bilər, ötən il 4 kəndimizin azad edilməsi, 13 km-dək sərhədin dəqiqləşdirilməsi buna əyani sübutdur. İstər Rusiyanın, istərsə Qərbin təşəbbüsləri prosesi dalana dirəyir, nəinki irəli aparır. Kreml də ikibaşlı oyunlarına son qoymalıdır. Necə deyərlər, bu məsələdə “üçüncüyə yer yoxdur”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Zaurun göndərdiyi öpüş mesajına görə əri məşhur müğənni arvadını boşadı - Şok olay
Bu gün, 12:10
Ölkəmiz Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutub - İsrafil Kərimovun yazısı
Bu gün, 12:07
Tanınmış məhkumların adları Əfv Komissiyasına təqdim edilib - ADLAR
Bu gün, 12:04
Ermənistanda Avropaya qanunsuz miqrasiyanın təşkilinə görə iki nəfər həbs edilib
Bu gün, 12:00
“Rusiyanın əsas adamları hələ də hakim vəzifələrdə təmsil olunurlar” - ÇAĞIRIŞ
Bu gün, 11:59
Tehran qaranlığa qərq oldu, əhali etiraza qalxdı
Bu gün, 11:57
Paşinyan yazdı, ermənicə "sülh" istədi - NƏ BAŞ VERİR?
Bu gün, 11:50
Ermənistanın təhlükəsizlik zəmanəti Türkiyə olacaq - Rüstəmyan
Bu gün, 11:48
Bu şirkət tibbi qurumu 28 milyon manatlıq laboratoriya testləri ilə - TƏMİN ETDİ
Bu gün, 11:44
Bakı və Moskva arasında söz davası qızışır - Eurasia.net
Bu gün, 11:43
İrəvan uzaqdan zərbə endirməyə qadir hücum silahları alır - HANSI GÜNƏ?
Bu gün, 11:39
USAID-in baş inspektoru işdən çıxarıldı -Tənqidi hesabatın nəticəsi
Bu gün, 11:35
BOLT belə çalışır: `Mənə sənin pulun lazim deyil, düş...` - NARAZILIQ VAR...
Bu gün, 11:33
İrəvanın “silahlara nəzarət edək” kələyi - AKTUAL
Bu gün, 11:27
"Repetitorluq təhsilimizə böyük problem yaradır" - deputat
Bu gün, 11:25
"The Washington Post" qəzetində Azərbaycana qarşı daha bir qərəzli yazı yayımlanıb: - 1 cümləsi doğrudur...
Bu gün, 11:23
Bakıda sürət qatarını dayandıran şəxs saxlanıldı: - "Gəzirdim..."
Bu gün, 11:21
“Baba Vəziroğlu dedi ki, Anar belədir, onu təpiyimin altına salası deyiləm axı…”
Bu gün, 11:16
Ukraynada 18 yaşlı şəxslərin müqaviləli hərbi xidmətə qəbulu başlayıb
Bu gün, 11:00
Respublika Pediatriya Mərkəzi həkimlərin bonusunu niyə kəsib? - ŞİKAYƏT VAR...
Bu gün, 10:55
BDU-nun baş müəllimi vəfat edib
Bu gün, 10:52
Respublika Pediatriya Mərkəzi üçün 28 milyon manatlıq testlər alınacaq
Bu gün, 10:51
Bakıda Narkoloji Dispanserdə FACİƏ: - xəstə yıxılıb öldü
Bu gün, 10:44
“Heydər Əliyev “KQB” arxivlərinin açılmasıyla bağlı qurduğu məhkəməyə Sülhəddin Əkbəri də cəlb etmişdi...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 10:36
Dövlət Orkestrinin həbsdə olan keçmiş rəhbərinin cəzası azaldıldı - TƏFƏRRÜAT
Bu gün, 10:34
Konqres Türkiyəyə “F-35”-lərin verilməsinə baxa bilər - “Türkiyə” qəzeti
Bu gün, 10:31
Ermənistanın Rusiyadakı səfirinə məhkəməyə gəlməsi barədə bildiriş verilib
Bu gün, 10:29
UNEC-in Dərbənd filialına ƏDALƏT GƏLƏCƏKMİ? - Məzunlar MURADLARINA YETƏCƏKMİ?
Bu gün, 10:26
Üçuşaqlı ailələrə müjdə - Onlara nə qədər "uşaqpulu" veriləcək?
Bu gün, 10:17
1085-ci gün: Rusiyanın itkiləri yeniləndi
Bu gün, 10:05
Qısqanc azərbaycanlı keçmiş arvadını izləyib küçədə QAN TÖKDÜ
Bu gün, 10:02
Hansı iqtisadi cəhətdən digərindən daha çox asılıdır: Rusiya, yoxsa Azərbaycan? - ARAŞDIRMA
Bu gün, 09:59
Dövlət vətəndaşı ilə NİYƏ QUMAR OYNASIN Kİ?.. - Bunun başqa ADI YOXDUR...
Bu gün, 09:53
AMB ötən ay ən çox şikayət olunan bankların adını açıqlayıb - SİYAHI
Bu gün, 09:42
“Ümid edirəm ki, Prezidentimiz oğlumun azadlığa çıxması üçün öz humanistliyini göstərəcək” - Hüseyn Abdullayevin anası
Bu gün, 09:28
Gənc şairin öldüyü ağır yol qəzası ilə bağlı QƏRAR
Bu gün, 09:25
AZƏRİQAZ-da mühüm postda DƏYİŞİKLİK... - FOTO
Bu gün, 09:22
BU VURHAVURDA... YAP niyə susur ki? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:10
Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının ilk iclası keçiriləcək
Bu gün, 09:08
“Ruskiy dom” iddiasını təkcə o təkzib etmədi - SENSASİON GERÇƏKLƏR
Bu gün, 09:07
Tramp Rusiyanın Vogeli azad etməsini yüksək qiymətləndirdiyini deyib
Bu gün, 09:06
AĞGÖL Milli Parkında SULARI KİM BULANDIRIR?.. - İTTİHAM VAR...
Bu gün, 08:55
“Mingəçevir Bazar” QSC-nin - SƏHMDARLRI TOPLANIR
Bu gün, 08:52
Çörək bahalaşır... GEDƏK TORT YEYƏK?.. - SÜNİ MÖHTƏKİRLİK...
Bu gün, 08:49
Sərhəd postlarının koordinatları xalqdan gizlədilir - Paşinyanın tənqidçiləri iddia edir...
Bu gün, 08:47
"Rus Evi"nin fəaliyyət göstərdiyi binanın üzərindəki HƏR İKİ lövhə sökülüb - FOTO
Bu gün, 08:44
Tramp hökumət işçilərinin sayını azaldır, konsulluqları bağlayır - ABŞ "kəmərlərini sıxır"...
Bu gün, 08:42
“Azərbaycan Beynəlxalq Bankı” gecə yarısı da kredit verirmiş? - BU NƏDİ BELƏ?..
Bu gün, 08:41
Rusiya bizi ermənilərlə BARIŞMAĞA DA QOYMUR... - FAKT BUDUR!
Bu gün, 08:37
Çaxırlıda bələdiyyə sədri istədiyini edirsə... - ETİRAZ VAR...
Bu gün, 08:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru