Üçuşaqlı ailələrə müjdə - Onlara nə qədər "uşaqpulu" veriləcək?
![Üçuşaqlı ailələrə müjdə Üçuşaqlı ailələrə müjdə](https://dia-az.life/uploads/posts/2025-02/thumbs/1739341089_0001.jpg) "Əgər bu gün bütün uşaqlı ailələrə "uşaqpulu" verə bilmiriksə, heç olmasa 3-4 uşağı olan ailələrə müavinət verilsin". Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında deputat Razi Nurullayev söyləyib. Millət vəkili bildirib ki, Azərbaycanda 5-dən çox uşağı olan ailələrin sayı 6 minə çatmır. Bu da ümumilikdə uşaqlı ailələrin cüzi hissəsini təşkil edir.
"Azərbaycanda bir neçə il öncə olan 3 uşaqların sayı 260 minə, 4 və daha çox uşağı olanların sayı isə 126 minə yaxın idi. İndi bu tip ailələrdə azalma müşahidə olunur. Əksər ailələr iki uşaqla kifayətlənməli olur. Yeni qanun layihəsi ilə ümumilikdə 250-300 minə yaxın uşaq müavinətlə əhatə olunacaq. Beləcə "uşaqpulu" alan ailələrin sayı 25-30 faizə çatacaq". Qeyd edək ki, bugünlərdə Milli Məclisə təqdim olunan yeni qanun layihəsi ilə 5 yox, 3 uşağı olanlar da çoxuşaqlı ailə hesab ediləcək. Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin üzvü Mehriban Vəliyeva bildirib ki, bir neçə dəfə ölkədə çoxuşaqlı ailə anlayışının 5 uşaqlıdan 3 uşaqlıya endirilməsi ilə bağlı təkliflər səsləndirilib. Hazırda isə təklif üzərində iş gedir. Bu təkliflər ölkədə demoqrafik inkişafla bağlı hazırlanacaq dövlət proqramına daxil ediləcək.
Millət vəkilinin sözlərinə görə, ölkədə bu qəbildən olan 100 mindən çox ailə var. Yəni çoxuşaqlı ailə modeli 5-dən 3-ə endirilsə, 100 mindən çox ailədə yaşayan uşaqlar sosial müavinət ala biləcəklər". Razi Nurullayev isə gələcəkdə uşaqlara süni uşaq qidalarının pulsuz verilməsini də təklif edir. Deputat bildirir ki, ölkəmizdə uşaq qidaları baha olduğundan ailələrin çoxunun bu vitaminli qidaları alıb uşaqlara verməyə maddi imkanı çatmır:" Üstəlik uşaq qidaları ölkəmizdə istehsal olunmadığından qiyməti günü-gündən bahalaşır. Körpə uşaqların qidalanması üçün dövlət öz köməyini göstərə bilər", deyə Razi Nurullayev bildirib. Qeyd edək ki, hazırda beşdən çox uşağı olan ailələrə sosial müavinətin aylıq məbləği hər uşaq üçün 105 manatdır. Azərbaycanda son illər həm uşaqların, həm də çoxuşaqlı ailələrin sayı azalır. Rəsmi məlumatlara görə, ölkədə 2023-cü ildə 14 yaşınadək uşaqların sayı 2 milyon 216 min nəfər olub. Ötən il uşaqların sayı 2022-cü il ilə müqayisədə 36 min nəfər azalıb. Son 15 ildə isə dörd və daha çox uşaqlı ailələrin sayı 16 mindən çox azalıb. Son statistikaya görə, indi Azərbaycanda belə ailələrin sayı 110 min 470-dir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, son beş ildə çoxuşaqlı ailələrə verilən müavinətin məbləği 3.5 dəfə artırılaraq 105 manata çatdırılıb: "Hazırda 12 minə yaxın uşaq üçün bu sosial müavinət alan qadınların sayı 2 min 600-dən çoxdur. Eyni zamanda, hər uşağın anadan olmasına görə birdəfəlik sosial müavinətin məbləği 500 manat müəyyən edilib".
Həmçinin vurğulanıb ki, aztəminatlı ailələrdə 1 yaşadək hər uşağa görə 100 manat müavinət nəzərdə tutulub: "Bu müavinətin məbləğində son beş il ərzində 82 faiz artım olub". İqtisadçı Natiq Cəfərli Sputnik-ə müsahibəsində bildirib ki, Azərbaycanda demoqrafik vəziyyət ildən-ilə pisləşir. Onun sözlərinə görə, ölkəmizdə çoxuşaqlı ailələrin sayı kəskin azalır. "Azərbaycanda çoxuşaqlı ailələrin sayı il-ildən azalır. Çoxuşaqlı ailələrə dəstək olarsa belə ailələrin də gələcəkdə sayı artar. Amma bu yenə də çoxuşaqlı ailələrə veriləcək dəstəyin miqdarından asılı olacaq", - deyə Natiq Cəfərli əlavə edib.
Xatırladaq ki, hazırki qanunvericiliklə Azərbaycanda beş uşaqlı ailələr çoxuşaqlı ailələr sayılır. Lakin bir çox ölkələrdə, o cümlədən keçmiş SSRİ məkanındakı respublikalarda çoxuşaqlı ailə üç uşağı olan ailə hesab olunur. Onlardan biri Rusiyadır. Rusiyada çoxuşaqlı ailələr üçün vergi güzəştləri, ipoteka kreditinin ödənməsi üçün 450 min rubl (8 min 345 manat) verilməsi, pulsuz torpaq payın ayrılması, pul ödənişləri və digər imtiyazlar nəzərdə tutulur. Fransada "Böyük ailə" adlanan dövlət proqramı çərçivəsində çoxuşaqlı ailələrə vergi güzəştləri və subsidiyalar təqdim olunur. Dörd uşaqlı ailələr, demək olar ki, vergi ödəmir. İsveçdə çoxuşaqlı ailələrə müavinət verilir və uşaqların sayından asılı olaraq müavinət məbləği artır. Eyni zamanda, belə ailələrə ərzaq məhsulları üçün xüsusi talonlar verilir və dövlət çoxuşaqlı ailələrin məktəbəqədər müəssisələr üçün nəzərdə tutulmuş xərclərini özü ödəyir.
![](http://dia-az.space/templates/AzDia/css/510.png)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Xudayar Yusifzadənin anasını təhqir etdi, həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 13:05 |
|
|
|
• Akopyanın köməkçisi Qətərdə “mini”də - FOTO
Bu gün, 13:00 |
|
|
|
• Azərbaycan və Çini birləşdirən vacib infrastruktur layihələri vardır - ŞƏRH
Bu gün, 12:54 |
|
|
|
• Adı olub, yeri bəlli olmayan “Agro Best” QSC Dövlət Agentliyindən yenə 62 milyonluq tender uddu - İLGİNC FAKTLAR...
Bu gün, 12:42 |
|
|
|
• "Yanında tonqal qalanmışdı" - Hindistanlı turistin qalıqlarını tapan şəxs DANIŞDI
Bu gün, 12:39 |
|
|
|
• Arabir yağıntı olacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:34 |
|
|
|
• Türkiyə ilə Azərbaycan arasında QURU ƏLAQƏSİ BAĞLANDI?.. - BU NƏDİ BELƏ?..
Bu gün, 12:32 |
|
|
|
• Tramp hamını AYAĞINA GƏTİZDİRİR... - GƏLİŞMƏ
Bu gün, 12:26 |
|
|
|
• "Onunla məsələmizi bir mən, bir də Ramiz Mehdiyev bilir" - xalq şairi
Bu gün, 12:22 |
|
|
|
• İlyas İsmayılovun vəziyyəti necədir? - Yeni açıqlama
Bu gün, 12:18 |
|
|
|
• Rusiyanın ölkəmizdəki RUPORU - “Sputnik Azərbaycan”la bağlı SENSASİON FAKTLAR
Bu gün, 12:14 |
|
|
|
• Zaurun göndərdiyi öpüş mesajına görə əri məşhur müğənni arvadını boşadı - Şok olay
Bu gün, 12:10 |
|
|
|
• Ölkəmiz Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutub - İsrafil Kərimovun yazısı
Bu gün, 12:07 |
|
|
|
• Tanınmış məhkumların adları Əfv Komissiyasına təqdim edilib - ADLAR
Bu gün, 12:04 |
|
|
|
• Ermənistanda Avropaya qanunsuz miqrasiyanın təşkilinə görə iki nəfər həbs edilib
Bu gün, 12:00 |
|
|
|
• “Rusiyanın əsas adamları hələ də hakim vəzifələrdə təmsil olunurlar” - ÇAĞIRIŞ
Bu gün, 11:59 |
|
|
|
• Tehran qaranlığa qərq oldu, əhali etiraza qalxdı
Bu gün, 11:57 |
|
|
|
• Paşinyan yazdı, ermənicə "sülh" istədi - NƏ BAŞ VERİR?
Bu gün, 11:50 |
|
|
|
• Ermənistanın təhlükəsizlik zəmanəti Türkiyə olacaq - Rüstəmyan
Bu gün, 11:48 |
|
|
|
• Bu şirkət tibbi qurumu 28 milyon manatlıq laboratoriya testləri ilə - TƏMİN ETDİ
Bu gün, 11:44 |
|
|
|
• Bakı və Moskva arasında söz davası qızışır - Eurasia.net
Bu gün, 11:43 |
|
|
|
• İrəvan uzaqdan zərbə endirməyə qadir hücum silahları alır - HANSI GÜNƏ?
Bu gün, 11:39 |
|
|
|
• USAID-in baş inspektoru işdən çıxarıldı -Tənqidi hesabatın nəticəsi
Bu gün, 11:35 |
|
|
|
• BOLT belə çalışır: `Mənə sənin pulun lazim deyil, düş...` - NARAZILIQ VAR...
Bu gün, 11:33 |
|
|
|
• İrəvanın “silahlara nəzarət edək” kələyi - AKTUAL
Bu gün, 11:27 |
|
|
|
• "Repetitorluq təhsilimizə böyük problem yaradır" - deputat
Bu gün, 11:25 |
|
|
|
• "The Washington Post" qəzetində Azərbaycana qarşı daha bir qərəzli yazı yayımlanıb: - 1 cümləsi doğrudur...
Bu gün, 11:23 |
|
|
|
• Bakıda sürət qatarını dayandıran şəxs saxlanıldı: - "Gəzirdim..."
Bu gün, 11:21 |
|
|
|
• “Baba Vəziroğlu dedi ki, Anar belədir, onu təpiyimin altına salası deyiləm axı…”
Bu gün, 11:16 |
|
|
|
• Ukraynada 18 yaşlı şəxslərin müqaviləli hərbi xidmətə qəbulu başlayıb
Bu gün, 11:00 |
|
|
|
• Respublika Pediatriya Mərkəzi həkimlərin bonusunu niyə kəsib? - ŞİKAYƏT VAR...
Bu gün, 10:55 |
|
|
|
• BDU-nun baş müəllimi vəfat edib
Bu gün, 10:52 |
|
|
|
• Respublika Pediatriya Mərkəzi üçün 28 milyon manatlıq testlər alınacaq
Bu gün, 10:51 |
|
|
|
• Bakıda Narkoloji Dispanserdə FACİƏ: - xəstə yıxılıb öldü
Bu gün, 10:44 |
|
|
|
• “Heydər Əliyev “KQB” arxivlərinin açılmasıyla bağlı qurduğu məhkəməyə Sülhəddin Əkbəri də cəlb etmişdi...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 10:36 |
|
|
|
• Dövlət Orkestrinin həbsdə olan keçmiş rəhbərinin cəzası azaldıldı - TƏFƏRRÜAT
Bu gün, 10:34 |
|
|
|
• Konqres Türkiyəyə “F-35”-lərin verilməsinə baxa bilər - “Türkiyə” qəzeti
Bu gün, 10:31 |
|
|
|
• Ermənistanın Rusiyadakı səfirinə məhkəməyə gəlməsi barədə bildiriş verilib
Bu gün, 10:29 |
|
|
|
• UNEC-in Dərbənd filialına ƏDALƏT GƏLƏCƏKMİ? - Məzunlar MURADLARINA YETƏCƏKMİ?
Bu gün, 10:26 |
|
|
|
• Üçuşaqlı ailələrə müjdə - Onlara nə qədər "uşaqpulu" veriləcək?
Bu gün, 10:17 |
|
|
|
• 1085-ci gün: Rusiyanın itkiləri yeniləndi
Bu gün, 10:05 |
|
|
|
• Qısqanc azərbaycanlı keçmiş arvadını izləyib küçədə QAN TÖKDÜ
Bu gün, 10:02 |
|
|
|
• Hansı iqtisadi cəhətdən digərindən daha çox asılıdır: Rusiya, yoxsa Azərbaycan? - ARAŞDIRMA
Bu gün, 09:59 |
|
|
|
• Dövlət vətəndaşı ilə NİYƏ QUMAR OYNASIN Kİ?.. - Bunun başqa ADI YOXDUR...
Bu gün, 09:53 |
|
|
|
• AMB ötən ay ən çox şikayət olunan bankların adını açıqlayıb - SİYAHI
Bu gün, 09:42 |
|
|
|
• “Ümid edirəm ki, Prezidentimiz oğlumun azadlığa çıxması üçün öz humanistliyini göstərəcək” - Hüseyn Abdullayevin anası
Bu gün, 09:28 |
|
|
|
• Gənc şairin öldüyü ağır yol qəzası ilə bağlı QƏRAR
Bu gün, 09:25 |
|
|
|
• AZƏRİQAZ-da mühüm postda DƏYİŞİKLİK... - FOTO
Bu gün, 09:22 |
|
|
|
• BU VURHAVURDA... YAP niyə susur ki? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:10 |
|
|
|
• Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının ilk iclası keçiriləcək
Bu gün, 09:08 |
|
|
|
|