Azərbaycandakı “saxta diplom biznesi”nin sensasion gizlinləri - Onları hansı xarici ölkələrdə hazırlayıb gətirirlər?
Tarix: 19-02-2015, 14:24 | Çap et
![Azərbaycandakı “saxta diplom biznesi”nin sensasion gizlinləri Azərbaycandakı “saxta diplom biznesi”nin sensasion gizlinləri](/uploads/posts/2015-02/1424341461_0001.jpg) Azərbaycanda bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də insanlar “ömrü uzun olmayan məqsədə” çatmaq, çirkin işlərini həyata keçirmək, pul, iş, karyera qazanmaq, ali məktəbə qəbul olmaq üçün saxta sənədlərdən, diplomlardan istifadə edirlər. Amma əksər hallarda buna nail olmaq asan olmur, bu cür əməllərin üstü açılır, nəticədə belə istifadəçilər cinayət əməli törədiyinə görə məsuliyyətə cəlb edilirlər.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bir neçə gün əvvəl açıqladı ki, bu tədris ili üzrə magistraturaya və rezidenturaya qəbul olmaq üçün sənəd verənlərdən 27 nəfərin saxta diplom təqdim etdiyi məlum olub. Bununla da saxta diplom məsələsi yenidən gündəmə gəlib. Təhsil Nazirliyi ölkədə saxta diplomların olması faktını inkar etmir və belə sənədlərin aşkarlanması istiqamətində mütəmadi tədbirlərin görüldüyünü açıqlayır. Nazirlikdən bildirilib ki, saxta diplomların aşkarlanması, buna qarşı tədbir görülməsi məsələsi nazirliyin qarşısında duran prioritet məsələlərdəndir. Yəni bu işə meyl göstərərək saxta doplomları olanların aşkarlanması və cəzalandırılması üçün ciddi mübarizə aparılır. İndi saxta diplomla işə, ali məktəbə qəbul olmaq mümkün deyil. Çünki təqdim olunan diplomlar nazirlikdə yaradılmış bazada yoxlanılır, onun dövlət qeydiyyat nömrəsi, forması, yazı məzmunu dövlət tərəfindən verilən diplomlarla tutuşdurulur. Bu məsələdə adı ən çox hallanan ali təhsil müəssisələrinə qarşı sərt tədbirlər görülür. Misal kimi, saxta diplom məsələsində adı ən çox hallanan Müəllimlər İnstitutunun Gəncə filialını tamamilə ləğv olunduğunu, digər ali təhsil müəssisələrinin qəbul planının azaldıldığını və ya ümumiyyətlə, dayandırıldığını göstərmək olar. Təbii ki, əsl sənədlərin saxta yollarla vətəndaşlara verilməsi, həmçinin saxta diplomların təqdim edilməsi cəmiyyətdə birmənalı qarşılanmır. Ekspertlərin sözlərinə görə, işəgötürən təşkilat kimi Təhsil Nazirliyi bu məsələdə qəti mövqe sərgiləməlidir. Ölkədə saxta diplomların aşkarlanması üçün nazirlik hüquq-mühafizə orqanları ilə birgə mütəmadi olaraq tədbirlərini davam etdirməlidir. Heç kimə sirr deyil ki, qanunu pozmaqla təhsil sisteminə gələn və gəlmək istəyən şəxslər var. Saxtakarlığa yol verən insanlar işə götürülməməlidir. Saxta sənəd ümumilikdə təhsilin dəyərinin süni şəkildə aşağı düşməsinə, onun əsaslarını aşılanmasına gətirib çıxarır. Onların fikrincə, təhsil nazirinin açıqladığı kimi, hazırda orta məktəblərdə 2 minə yaxın saxta yollarla diplom almış müəllim çalışır. Bunlar əsasən də Azərbaycanın rayonlarındakı orta məktəblərdə dərs deyirlər. Təbii ki, buna qarşı tədbirlər görülməlidir. Təhsil naziri Mikayıl Cabbarov mətbuata verdiyi müsahibələrdə dəfələrlə bildirib ki, təhsil sistemində çalışanların sənədlərini yoxlayarkən qeyri-qanuni və yaxud saxta diplomun olduğu aşkarlanır. Nazirlikdə diplomların məlumat bazası var, həmin diplomları vermiş təhsil müəssisələri də tabeliyimizdə fəaliyyət göstərir. Ona görə də biz bu faktı görərək buna biganə qala bilmərik. Nazirlikdən bildirilib ki, saxta yollarla diplom almış müəllimlərin hamısı adbaad bilinir. Əldə etdiyimiz bütün məlumatlar, o cümlədən onlara saxta diplom verənlərin adları Baş Prokurorluğa verilib. Digər tərəfdən, onların hamısının birdən işdən çıxarılması, onların yerinin doldurulması o qədər də asan deyil. Ümumiyyətlə, saxta sənədlərin, diplomların çoxu Azərbaycandan kənarda hazırlanıb gətirilir. Ən çox Rusiya, Ukrayna, Gürcüstan və Türkiyə universitetlərinə aid saxta diplomlar var. Sənədlərin yoxlanması prosesi zamanı aydın olur ki, belə diplomlar Təhsil Nazirliyi tərəfindən verilmir. Bəzən də Təhsil Nazirliyinin hər il hansı seriyalarla diplom verəcəyini bilən rektorlar saxta diplomlar çap etdirir və istədiyi kəsə satır. Yada salmaq yerinə düşər ki, ötən il Müəllimlər İnstitutunun Gəncə filialında 207 belə fakt aşkarlanıb. Nazirlik 207 müəllimin saxta diplom daşıdığını ortaya çıxarıb. Ekspertlər isə bu diplomların sayının 1000-dən çox olduğunu düşünürlər. Gəncə filialının 2000-ci ildən ötən ilə qədər 2500 məzunu olub ki, onlardan da 1000-nin diplomu şübhə altına alınıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə də bir müddət əvvəl bu tədris ili üzrə magistraturaya və rezidenturaya qəbul olmaq üçün sənəd verənlərdən 27 nəfərin saxta diplom təqdim etdiyini, həmin diplomların Təhsil Nazirliyi tərəfindən verilmədiyini açıqlayıb. Xatırladaq ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bu işlə bağlı bir neçə ildir araşdırma aparan zamanı Gəncə Dövlət Universitetinin kütləvi şəkildə saxta diplomlar satdığı barədə faktlar üzə çıxıb. \\ unikal.org \\
![](http://dia-az.space/templates/AzDia/css/510.png)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Makron Paşinyanın qulağını da, cibini də doldurur -RƏY
Bu gün, 14:00 |
|
|
|
• Rusiyadakı azərbaycanlılara təhdid varmı? - Diaspor sədrindən CAVAB
Bu gün, 13:09 |
|
|
|
• Naxçıvan Hava Limanına yeni rəhbər təyinatı oldu - ƏMR
Bu gün, 13:08 |
|
|
|
• Xudayar Yusifzadənin anasını təhqir etdi, həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 13:05 |
|
|
|
• Akopyanın köməkçisi Qətərdə “mini”də - FOTO
Bu gün, 13:00 |
|
|
|
• Azərbaycan və Çini birləşdirən vacib infrastruktur layihələri vardır - ŞƏRH
Bu gün, 12:54 |
|
|
|
• Adı olub, yeri bəlli olmayan “Agro Best” QSC Dövlət Agentliyindən yenə 62 milyonluq tender uddu - İLGİNC FAKTLAR...
Bu gün, 12:42 |
|
|
|
• "Yanında tonqal qalanmışdı" - Hindistanlı turistin qalıqlarını tapan şəxs DANIŞDI
Bu gün, 12:39 |
|
|
|
• Arabir yağıntı olacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:34 |
|
|
|
• Türkiyə ilə Azərbaycan arasında QURU ƏLAQƏSİ BAĞLANDI?.. - BU NƏDİ BELƏ?..
Bu gün, 12:32 |
|
|
|
• Tramp hamını AYAĞINA GƏTİZDİRİR... - GƏLİŞMƏ
Bu gün, 12:26 |
|
|
|
• "Onunla məsələmizi bir mən, bir də Ramiz Mehdiyev bilir" - xalq şairi
Bu gün, 12:22 |
|
|
|
• İlyas İsmayılovun vəziyyəti necədir? - Yeni açıqlama
Bu gün, 12:18 |
|
|
|
• Rusiyanın ölkəmizdəki RUPORU - “Sputnik Azərbaycan”la bağlı SENSASİON FAKTLAR
Bu gün, 12:14 |
|
|
|
• Zaurun göndərdiyi öpüş mesajına görə əri məşhur müğənni arvadını boşadı - Şok olay
Bu gün, 12:10 |
|
|
|
• Ölkəmiz Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutub - İsrafil Kərimovun yazısı
Bu gün, 12:07 |
|
|
|
• Tanınmış məhkumların adları Əfv Komissiyasına təqdim edilib - ADLAR
Bu gün, 12:04 |
|
|
|
• Ermənistanda Avropaya qanunsuz miqrasiyanın təşkilinə görə iki nəfər həbs edilib
Bu gün, 12:00 |
|
|
|
• “Rusiyanın əsas adamları hələ də hakim vəzifələrdə təmsil olunurlar” - ÇAĞIRIŞ
Bu gün, 11:59 |
|
|
|
• Tehran qaranlığa qərq oldu, əhali etiraza qalxdı
Bu gün, 11:57 |
|
|
|
• Paşinyan yazdı, ermənicə "sülh" istədi - NƏ BAŞ VERİR?
Bu gün, 11:50 |
|
|
|
• Ermənistanın təhlükəsizlik zəmanəti Türkiyə olacaq - Rüstəmyan
Bu gün, 11:48 |
|
|
|
• Bu şirkət tibbi qurumu 28 milyon manatlıq laboratoriya testləri ilə - TƏMİN ETDİ
Bu gün, 11:44 |
|
|
|
• Bakı və Moskva arasında söz davası qızışır - Eurasia.net
Bu gün, 11:43 |
|
|
|
• İrəvan uzaqdan zərbə endirməyə qadir hücum silahları alır - HANSI GÜNƏ?
Bu gün, 11:39 |
|
|
|
• USAID-in baş inspektoru işdən çıxarıldı -Tənqidi hesabatın nəticəsi
Bu gün, 11:35 |
|
|
|
• BOLT belə çalışır: `Mənə sənin pulun lazim deyil, düş...` - NARAZILIQ VAR...
Bu gün, 11:33 |
|
|
|
• İrəvanın “silahlara nəzarət edək” kələyi - AKTUAL
Bu gün, 11:27 |
|
|
|
• "Repetitorluq təhsilimizə böyük problem yaradır" - deputat
Bu gün, 11:25 |
|
|
|
• "The Washington Post" qəzetində Azərbaycana qarşı daha bir qərəzli yazı yayımlanıb: - 1 cümləsi doğrudur...
Bu gün, 11:23 |
|
|
|
• Bakıda sürət qatarını dayandıran şəxs saxlanıldı: - "Gəzirdim..."
Bu gün, 11:21 |
|
|
|
• “Baba Vəziroğlu dedi ki, Anar belədir, onu təpiyimin altına salası deyiləm axı…”
Bu gün, 11:16 |
|
|
|
• Ukraynada 18 yaşlı şəxslərin müqaviləli hərbi xidmətə qəbulu başlayıb
Bu gün, 11:00 |
|
|
|
• Respublika Pediatriya Mərkəzi həkimlərin bonusunu niyə kəsib? - ŞİKAYƏT VAR...
Bu gün, 10:55 |
|
|
|
• BDU-nun baş müəllimi vəfat edib
Bu gün, 10:52 |
|
|
|
• Respublika Pediatriya Mərkəzi üçün 28 milyon manatlıq testlər alınacaq
Bu gün, 10:51 |
|
|
|
• Bakıda Narkoloji Dispanserdə FACİƏ: - xəstə yıxılıb öldü
Bu gün, 10:44 |
|
|
|
• “Heydər Əliyev “KQB” arxivlərinin açılmasıyla bağlı qurduğu məhkəməyə Sülhəddin Əkbəri də cəlb etmişdi...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 10:36 |
|
|
|
• Dövlət Orkestrinin həbsdə olan keçmiş rəhbərinin cəzası azaldıldı - TƏFƏRRÜAT
Bu gün, 10:34 |
|
|
|
• Konqres Türkiyəyə “F-35”-lərin verilməsinə baxa bilər - “Türkiyə” qəzeti
Bu gün, 10:31 |
|
|
|
• Ermənistanın Rusiyadakı səfirinə məhkəməyə gəlməsi barədə bildiriş verilib
Bu gün, 10:29 |
|
|
|
• UNEC-in Dərbənd filialına ƏDALƏT GƏLƏCƏKMİ? - Məzunlar MURADLARINA YETƏCƏKMİ?
Bu gün, 10:26 |
|
|
|
• Üçuşaqlı ailələrə müjdə - Onlara nə qədər "uşaqpulu" veriləcək?
Bu gün, 10:17 |
|
|
|
• 1085-ci gün: Rusiyanın itkiləri yeniləndi
Bu gün, 10:05 |
|
|
|
• Qısqanc azərbaycanlı keçmiş arvadını izləyib küçədə QAN TÖKDÜ
Bu gün, 10:02 |
|
|
|
• Hansı iqtisadi cəhətdən digərindən daha çox asılıdır: Rusiya, yoxsa Azərbaycan? - ARAŞDIRMA
Bu gün, 09:59 |
|
|
|
• Dövlət vətəndaşı ilə NİYƏ QUMAR OYNASIN Kİ?.. - Bunun başqa ADI YOXDUR...
Bu gün, 09:53 |
|
|
|
• AMB ötən ay ən çox şikayət olunan bankların adını açıqlayıb - SİYAHI
Bu gün, 09:42 |
|
|
|
• “Ümid edirəm ki, Prezidentimiz oğlumun azadlığa çıxması üçün öz humanistliyini göstərəcək” - Hüseyn Abdullayevin anası
Bu gün, 09:28 |
|
|
|
• Gənc şairin öldüyü ağır yol qəzası ilə bağlı QƏRAR
Bu gün, 09:25 |
|
|
|
|