İCRA BAŞÇISI MƏMUR OVUNA ÇIXIB
Tarix: 25-10-2013, 11:02 | Çap et
KÖHNƏ HEYİFLƏRİ ÇIXMASI ÜÇÜN FÜRSƏT YARANIBMəlum olduğu kimi bir neçə ay bundan əvvəl Laçın Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə Akif Səlimov təyin edilmişdir. Yerli mənbələrin kütləvi informasiya vasitələrinə təqdim etdikləri məlumatlarda isə iddia olunur ki, hətta bu qısa müddət ərzində belə, yeni İcra başçısının fəaliyyəti artıq laçınlılar arasında böyük narazılıqları yaranmasına səbəb olub. Məlumatlarda xüsusilə vurğulanır ki, Akif Səlimovun yarıtmaz kadr siyasəti rayon əhalisini faktiki olaraq iki rəqib düşərgəyə bölüb. Belə ki, İcra başçısının özünə yeni komanda formalaşdırmaq yönümündə rayon sakinləri arasında etnik ayrı seçkiliyə yol verdiyini bildirən mənbələr, məhz bu cəhətdən vəziyyətin son dərəcə mürəkkəbləşdiyini, hətta bu zəmində konfliktli situasiyaların da yarandığını diqqət mərkəzinə çəkirlər. Yeri gəlmişkəm ölkə mətbuatında yayımlanan məlumatlara görə də A.Səlimov Laçın RİH-nin yeni başçısı təyin olunduqdan dərhal sonra bu qurumun strukturunda əksər məsul postları tutan şəxsləri, o cümlədən hümanitar məsələlər üzrə müavin Bəsti Nəcəflini, aqrar məsələlər üzrə müavin S.Məmiyevi, ümumi şöbənin müdirü N.Nəcəfovu, RİH-nin komendantı Şakir İbrahimovu, Mədəniyyət və Turizm şöbəsinin müdiri İ.İlyasovu öz vəzifələrindən azad etmişdir. Məlumatlarda bildirilir ki, həmin vəzifələrə Akif Səlimova yaxınlığı ilə seçilən kadrlar təyinat almışlar. Bu arada belə bir məqamı da etiraf etmək lazımdır ki, əslində hər bir yeni icra başçısının qarşıda duran vəzifələri daha effektiv şəkildə icra etmək məqsədilə özünə yeni işçi heyət formaıaşdırmağa həm hüquqi, həm də mənəvi haqqı vardır. Bu şərtlə ki, həmin proses digər vətəndaşların hüquqlarının pozulmasına yol açmasın. Yerli mənbələr tərəfindən təqdim olunan məlumatlarda isə Akif Səlimovun yeni komanda yaratmaq üçün kadr seçimini məhz etnik mənsubiyyət kriteriləri əsasında həyata keçirdiyi iddia olunur. Məlum olduğu kimi Azərbaycanda etnik mənsubiyyət zəminində vətəndaşlar arasında ayrı-seçkiliyə yol verilməsi olkə qanunları ilə qadağan olunub. Digər tərəfdən isə yüksək vəzifəli məmur tərəfindən nümayiş etdirilən belə mövqe kütlə daxilində dərhal öz ardıcıllarını taparaq daha böyük və təhlükəli fəsadlara yol aça bilər. Məhz bu səbəbdən hər hansı RİH başçısının dövlət və ümumxalq mənafeylərinə zidd milli-etnik “siyasəti” yolverilməzdir və bu kimi halların qarşısı dərhal və qətiyyətlə alınmalıdır. Bu olaylarda təəccüb doğuran bir cəhət də məhz elə bundan ibarətdir ki, uzun illər polis orqanlarında işlədiyi bildirilən Akif Səlimov özü də bu sadə həqiqətləri yaxşı bilməlidir. Bununla belə onun dövlət orqanına işə qəbul zamanı etnik mənsubiyyət əsasında seçim həyata keçirmək ideyası, dolayısı ilə əhali arasında milli-etnik zəmində ədavətin qızışdırılması cəhdləri kimi qiymətləndirilməyə bilməz.Yerli mənbələrdən daxil olan başqa bir məlumatda isə Akif Səlimovun həm də vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, vətəndaşların hüquqlarının pozulması ilə müşayiət olunan qisasçılıq və əvəz çıxma kimi qeyri-etik davranış formalarına yol verdiyi bildirilir. Məsələn, qeyd olunur ki, 121 saylı Laçın Dairə Seçki Komissiyasının sədri Ş.Paşayevin bu vəzifədən kənarlaşdırılmasını yerli sakinlər artıq üç il davam edən ədavətin məntiqi nəticəsi kimi qiymətləndirirlər. Məlumatlara görə, 2010-cu ildə Akif Səlimov 121 saylı Seçki Dairəsindən Milli Məclisə deputat kimi öz namizədliyini irəli sürmüşdü. Bildirilir ki, həmin vaxt kifayət qədər səs toplaya bilməyən A.Səlimov buna görə məhz Laçın RİH-nin keçmiş icra başçısının və Dairə Seçki Komissiyasının sədrinin məsuliyyət daşımalı olduqlarına özünü inandırıb. İndi isə əlinə düşən imkandan istifadə edən başçı qısa müddətdə komissiya sədrinin dəyişdirilməsinə nail ola bilib.

|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Bütün oyunları Ərdoğan oynayır” - Yunan mətbuatı təriflər yağdırdı
Bu gün, 07:24 |
|
|
|
• Ukrayna ordusu bəzi istiqamətlərdə Rusiyanı sıxışdırdı - KİV
Bu gün, 07:22 |
|
|
|
• DSX-nin ŞÜBHƏLİ TENDER ORTAĞI - TƏFƏRRÜAT
Bu gün, 07:21 |
|
|
|
• "Əli Kərimli Tofiq Yaqublunun ölməsini istəyirdi" - ŞOK İTTİHAM
Bu gün, 07:19 |
|
|
|
• Rusiyaya ciddi itkilər veririk, 640 minlik ordu... - Sırski
Bu gün, 07:17 |
|
|
|
• Paşinyan İTV-yə hansı önəmli məqamları açıqladı? – DETALLAR
Bu gün, 07:15 |
|
|
|
• Dövlətin yardımı PULLA SATILIR - NARAZILIQ VAR...
Bu gün, 01:17 |
|
|
|
• "Xəstəliyimə qədər özüm işləyib ailəmə baxmışam" - AMMA İNDİ...
Bu gün, 01:02 |
|
|
|
• "KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir
Bu gün, 00:58 |
|
|
|
• AHİK-lə bağlı İLGİNC İDDİALAR – Turniketlər axşam saatlarında niyə söndürülür?
Bu gün, 00:53 |
|
|
|
• "BAKI AĞAC EMALI" ASC-nin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 00:49 |
|
|
|
• Azərbaycanda elektronika mağazalarının inanılmaz fırıldaqları - İstehlakçılar necə aldadılır?
Bu gün, 00:47 |
|
|
|
• 'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
Bu gün, 00:36 |
|
|
|
• "AZİNŞAAT" ASC-nin vergi borcu üzə çıxdı
Bu gün, 00:28 |
|
|
|
• Trampdan Azərbaycan-Ermənistan sülh prosesinə “müdaxilə” - NƏ BAŞ VERİR?
Bu gün, 00:26 |
|
|
|
• Həm sülhdən danışır, həm də atəşkəsi pozur: - Deputat İrəvanın ikibaşlı oyununun məqsədini AÇIQLADI
Bu gün, 00:23 |
|
|
|
• GÜNEY QAFQAZDA SÜLH... NƏ QƏDƏR REALDIR?
Bu gün, 00:20 |
|
|
|
• Koronavirusa yoluxan Kənd Təsərrüfatı Nazirindən XƏBƏR VAR - "...növbəti test götürüləcək"
Bu gün, 00:18 |
|
|
|
• Kreml hücuma keçir: Döyüşə “özünkülər” gedir... - Yaxın aylarda vəziyyət getdikcə daha da gərginləşəcək
Bu gün, 00:15 |
|
|
|
• Ermənistan Rusiyadan uzaqlaşmaq istəyir, amma... – Qopması çətin bağlar
Bu gün, 00:12 |
|
|
|
• "Belə mahnıları ifa etmək üçün iztirab, faciələr lazımdır"
Bu gün, 00:08 |
|
|
|
• Vüsal Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:05 |
|
|
|
• Ağ Ev: Tramp və Putin tezliklə görüşəcək! Harada... - SENSASİON İDDİA
Bu gün, 00:03 |
|
|
|
• Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? -ŞƏRH
Dünən, 19:10 |
|
|
|
• Milli iqtisadiyyatımız çətin sınaq qarşısında - NƏ ETMƏLİ?
Dünən, 19:05 |
|
|
|
• Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır - Görünəni odur ki...
Dünən, 19:00 |
|
|
|
• FHN-in qurumu 185 minlik Toyota seçdi! - TENDER NƏTİCƏSİ
Dünən, 18:58 |
|
|
|
• Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı - FOTO
Dünən, 18:12 |
|
|
|
• Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir
Dünən, 18:09 |
|
|
|
• Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? - “Regnum”
Dünən, 18:05 |
|
|
|
• "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Dünən, 18:03 |
|
|
|
• Müğənni Kəmalə Sərxana od püskürdü
Dünən, 18:00 |
|
|
|
• Azərbaycanda uşaq futboluna vurulan "badalaq": - Kim və niyə?
Dünən, 17:53 |
|
|
|
• 3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır
Dünən, 17:49 |
|
|
|
• Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək - ÇÜNKİ...
Dünən, 17:48 |
|
|
|
• "Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu - FOTO
Dünən, 17:44 |
|
|
|
• PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı – Ərazi itkisi təhlükəsi
Dünən, 17:40 |
|
|
|
• DSMF sədrinə yeni müşavir təyin edildi - DOSYE
Dünən, 17:35 |
|
|
|
• Bəysiz toy edən müğənniyə SƏRT İRAD: - "Bu cür yanaşma yalnız..."
Dünən, 17:33 |
|
|
|
• Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu - ƏMR
Dünən, 17:32 |
|
|
|
• İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır - FOTO
Dünən, 17:30 |
|
|
|
• "Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 17:27 |
|
|
|
• Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi - ŞOK DETAL
Dünən, 17:26 |
|
|
|
• Dövlət qurumunun avtobusu qəzaya uğradı - FOTO
Dünən, 17:24 |
|
|
|
• Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir - PROSES DAVAM EDİR
Dünən, 17:22 |
|
|
|
• Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb – Nazirliyin bundan xəbəri yoxdur?
Dünən, 17:19 |
|
|
|
• “Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR - BU NƏDİ BELƏ?..
Dünən, 17:14 |
|
|
|
• Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər - AKTUAL
Dünən, 17:07 |
|
|
|
• Zaurla Günayın ATV-dən getməsi barədə AÇIQLAMA
Dünən, 17:05 |
|
|
|
• Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxs: - Prezidentə bağışlanmağım üçün müraciət etmişəm
Dünən, 17:00 |
|
|
|
|