VİDADİ İSGƏNDƏRLİ MÜAYİNƏDƏN KEÇİRİLDİ
Tarix: 24-01-2012, 17:56 |
Çap et
“NARAHATLIĞA SƏBƏB OLA BİLƏCƏK HEÇ BİR PROBLEM YOXDUR”
Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəisi Rəfael Mehdiyev yanvarın 24-də “Media forum” saytına açıqlamasında həkimlərin məhbus hüquq müdafiəçisi Vidadi İsgəndərlini müayinədən keçirdiyini deyib: “Müayinədən keçirilməsini Vidadi İsgəndərli özü xahiş etmişdi. Müayinə aparıldı. Vidadi İsgəndərlinin səhhətində ciddi narahatlığa səbəb ola biləcək heç bir problem yoxdur”.
Yanvarın 21-də 14 saylı Cəzaçəkmə Müəssisəsində vəkil Yalçın İmanovla görüşən Vidadi İsgəndərli demişdi ki, vərəm və yaxud QİÇS-ə yoluxdurulacağından ehtiyatlanır.
Avqustun 27-də Göyçay Rayon Məhkəməsi Vidadi İsgəndərlini üç ittiham üzrə təqsirli bilərək onu 3 il müddətinə azadlıqdan məhrum edib. Şəki Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.