Səfərbərlik Xidmətində yeni korrupsiya FAKTLARI .....                     Azərbaycanlı 2 milyonluq qızılla aeroportda tutuldu .....                     Ermənistan və Fransa XİN rəhbərləri nədən danışıb .....                     Mərkəzi Bank 3 BOKT-un vəzifəli şəxsini cərimələyib .....                     Abid Mamedov şirkətdəki səhmləri əcnəbilərə satdıqdan sonra rəhbərlikdən də ayrıldı .....                     Ayaqqabı altlıqları istehsal edən şirkət nizamnamə kapitalını .....                     ATƏT böhran içində, MQ isə “yaşayır” .....                     20 yaşlı qadın doğuş zamanı öldü .....                     ABŞ Trampın planını Rusiyanın qələbəsi adlandırdı .....                     Ermənistan Bakıya nümayəndə göndərməməklə... .....                     “Nəinki bu il, heç gələn il də sülh sazişinin imzalanması gözlənilmir” .....                     Əmək müqavilələrinin sayının artmasının səbəbi nədir? .....                     Ermənistan hakim partiyasının iclası niyə Paşinyansız keçdi?.. .....                     AZAL və “CarbonClick” aviasiya sahəsində karbon emissiyalarının azaldılması yollarını müzakirə edib .....                     Qərbin agent-provokatoru ifşa edildi .....                     Bu da “qərbyönlü” Ermənistanın göstəriciləri .....                     Aşıq Ələsgərin Basarkeçərdə dağıdılmış qəbri .....                     "Belə tibbi xidmətlə xəstəni yalnız öldürmək mümkündür" .....                     Beynəlxalq axtarışa verilən azərbaycanlı növbəti cinayətdə tutuldu .....                     “Azərbaycan “Miss Universe 2024”dən çıxarıldı” .....                     AMB “Azər-Türk Bank”ın vəzifəli şəxsini cərimə edib .....                     Trampın komandasında KİM OLURSA-OLSUN... .....                     XXI əsrdə bu təşkilatın yalnız iki üzvdən ibarət qalması realdır... .....                     Adil Əliyevdən şikayət edənlərin SAYI ARTIR... .....                     İranın Azərbaycana şantajı dayanmır: SEPAH yenə özünə əl qatdı... .....                     Ən çox hüququ pozulan peşələrdən biri "Mühafizəçi" peşəsidir... .....                     Jurnalistdən AzParking -ə SƏRT ETİRAZ... .....                     "Rusiya öz ərazisində bu cür təxribatın həyata keçirilməsinə imkan verməz" .....                     Ən çox İT OVÇULARI Avropa və ABŞ-də olsa da... .....                     “Turan Bank” vətəndaşı rəsmən QURU YURDDA QOYDU .....                     Gədəbəydə İBTİDAİ-İCMA ŞƏRTLƏRİ... .....                     Şəhər Gününüz mübarək, əziz Ağdamlılar! .....                     Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir .....                     “Onlar 2020-ci ildə məcbur qalıb saziş imzaladılar” .....                     Bakıdakı bu çıxış Avropanı silkələdi: Fransa hansı silaha əl atacaq? .....                     Şoltsun zəngi: “Qızıl milyard” Rusiyaya uduzur .....                     Ermənistan real addımlar atmalı və Zəngəzur dəhlizini açmalıdır .....                     Azərbaycanlı nazirin oğlu ilə sevgili olan müğənni "Tramp"dan görün nə istədi .....                     "Wolt"un velosipedçisi "Dihaj"ın anasını vurub .....                     TAKSİ DƏLƏDUZLUĞU... .....                 

İŞÇİLƏRİ SƏLİM MÜSLÜMOVU HƏDƏFƏ GƏTİRİB
Tarix: 30-01-2012, 10:31 | Çap et
İŞÇİLƏRİ SƏLİM MÜSLÜMOVU HƏDƏFƏ GƏTİRİB

DSMF SİSTEMİNDƏ KORRUPSİYANIN TÜĞYAN ETMƏSİ ADI HALA ÇEVRİLİB

DİA.AZ: - Neftçala rayonunda vəziyyət günü-gündən ağırlaşır. Rayonda kim nə istəyir onu da edir. Korrupsiya, rüşvət, vətəndaşların incidilməsi halları artıq pik nöqtəyə çatıb. Rayondakı idarə-müəssisələrin rəhbərləri açıq şəkildə bu açıq bazarda at oynadır. Ən kritik vəziyyət isə Sosial Müdafiə Fondunun Neftçala rayon şöbəsindədir. Öncə onu qeyd edək ki, bu şöbənin rəhbəri Fətalı Manafovdur. Rayonda böyük biznesmen kimi tanınan Fətalı Manafov vətəndaşlardan açıq şəkildə rüşvət istəməkdən belə çəkinmir. Ən qəribəsi odur ki, Fətalı Manafov çəkinmədən bildirir ki, Neftçala Sosial Müdafiə Fondundan yığılan pullar yuxarı, daha doğrusu, Səlim Müslümova göndərilir.

Buna görə də rüşvətsiz bir iş görə bilməz. Hətta Sosial Müdafiə Fondundakı nazir müavinlərini eşitməyən və onların sözünü yerə salan Fətalı Manafov konkret olaraq Səlim Müslümovu tanıdığını deyir.

Maraqlıdır, görəsən, Səlim Müslümovun bu adamın əməllərindən xəbəri varmı? Əgər varsa, bəs onda Azərbaycan prezidenti İlham Əliyevin «korrupsiyaya son qoyun» göstərişləri niyə nəzərə alınmır və qulaq ardına vurulur? Niyə Səlim Müslümov bu kimi faktlara susur? Niyə Fond rəhbəri bu məsələni araşdırmaq istəmir? Səbəb nədir, Səlim müəllim. Fətalı Manafov düzmü deyir?

Həmçinin, Sosial Müdafiə Fondunun rəhbəri Səlim Müslümova bir sual ünvanlamaq yerinə düşür.

Çox hörmətli, Səlim müəllim, Fətalı Manafovu Neftçala Sosial Müdafiə Fonduna şöbə müdiri təyin edərkən niyə onun kim olduğunu araşdırmırdınız? Niyə rayonda hamının biznesmen və korrupsioner kimi tanıdığı Fətalı Manafovu bu posta təyin edirdiz?

Hansı məbləğdə pula bu adamın biznesmen olduğu məsələsinə göz yumulub? Biznesmen hara, məmur hara?

Rayonun mərkəzindəki böyük bir ərazidə ağacları kökündən çıxarıb yerində böyük bir şirniyyat sexi tikdirən, sovet dövrundən qalan böyük çörək sexini müxtəlif yollarla özəlləşdirib insanlara qurdlu undan çəkisi az olan çörəkləri sırıyan bir biznesmen necə Sosial Fondun rayon şöbəsinə müdir təyin olunur?

Bu suallara mütləq aydınlıq gətiriləcək. Yəqin ki, baş prokuror Zakir Qaralova göndəriləcək sorğuda da bu suallara aydınlıq gətiriləcək və konkret araşdırmalar aparılacaq. Təbii ki, mən də İnformasiya Agentliyinin rəhbəri olaraq bu məsələdə baş prokuror Zakir Qaralova və onun əməkdaşlarına bu faktların araşdırılmasında yardımçı olacam.

Çünki Səlim Müslümovun nəzarətində olan rayon şöbə müdirləri doğrudan da açıq bazar açıblar.

Fətalı Manafovun konkret rüşvət faktı. Təsəvvür edin ki, sovet dövründə müxtəlif işlərdə çalışmış insanlar təqaüdə çıxarkən sənədlərində müxtəlif nöqsanlar axtarılır, bəhanələr gətirilir, onlardan açıq formada 500-1000 manat rüşvət tələb edilir. Bu pulu verməyən adamların stajla bağlı problemləri həll olunmur. Ancaq heç bir stajı olmayanlara müxtəlif yollarla əmək təcrübəsi yazılır.

Onu da bildirək ki, bu arada işçiləri rayonlarda “at oynadan” Səlim Müslümovun vəzifəsindən azad edilərək həbsə alınacağı barədə qəzetimizə növbəti ilginc məlumatlar daxil olub. Ümumiyyətlə, son günlər daha çox hədəfə alınan struktur kimi diqqətə gələni Dövlət Sosial Müdafiə Fondudur. Bu barədə qəzetimizə məlumat verən etibarlı mənbənin sözlərinə görə, DSMF-nin hədəf kimi seçilməsi heç də təsadüfi deyil.

Mənbənin sözlərinə görə, artıq yuxarılar Səlim Müslümovun gedişilə bağlı qərarı çoxdan veriblər: "Bu gün diqqət edirsinizsə, daha çox xalqla təmasda olan bir struktur kimi DSMF-də "təmizləmə" əməliyyatı həyata keçirilir. Bunun təsadüf olmayacağı sonrakı proseslərdən də məlum olacaq".

Mənbə iddia edir ki, bu ilin may-iyun aylarına planlaşdırılan böyük təmizləmə prosesinin ilk qurbanlarından biri də məhz Səlim Müslümov olacaq: "Əgər bu gün Səlim Müslümovun işçiləri korrupsiya ilə bağlı həbsə alınırlarsa, deməli, nəhayətdə bu "korrupsionerlərin rəhbəri" də hədəfə çevrilməlidir".

Mötəbərliliyinə şübhə etmədiyimiz mənbənin sözlərinə görə, DSMF sədrilə bağlı son qərarın elan olunması tezliklə gerçəkləşəcək və Səlim Müslümovun məmur ömrü də bitəcək.

Bununla yanaşı, mənbə qeyd edir ki, bir müddət əvvəl Hesablama Palatası Dövlət Sosial Müdafiə Fondunun filiallarında yoxlamalar keçirib: "Yoxlamalara başlanılacağı barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov son anda məlumatlandırılıb. Müslümov yoxlamaların bir müddət ertələnməsini istəsə də, Palata rəhbərliyi bunu qəbul etməyib". Mənbənin sözlərinə görə, DSMF sədri Səlim Müslümov son aylardakı çıxışları ilə hökumət daxilində özündən narazılıqları xeyli artırıb. Məsələn, bir müddət əvvəl o, ölkədə fəaliyyət göstərən tikinti və ictimai iaşə obyektlərində, o cümlədən şadlıq evləri və restoranlarda muzdla işləyənlərin sayının dövlət məşğulluq və sosial müdafiə orqanlarından gizlədilməsinə dair açıqlama verib, bununla da hökuməti zərbə altında qoymuşdu. Məsələ burasındadır ki, ölkədə muzdla işləyənlərin əsas hissəsi tikinti, nəqliyyat sektoru, şadlıq evi və restoran biznesi sahəsinin payına düşür. Hazırda rəsmi olaraq tikinti sektorunda 230 min nəfər, mehmanxana, şadlıq evləri və restoranlarda isə 49 min nəfər işləyir. Muzdla işləyənlərin hamısı DSMF-də qeydiyyata alınarsa, Fondun büdcə gəlirləri 150 milyon manatadək arta bilər. S.Müslümovun açıqlaması hökumətin yeni iş yerlərinin açılmasına dair çoxillik təbliğatına şübhələri artırıb, bu qədər gəlirlərini gizlədən şəxsin olduğu halda həmin iş yerlərinin nədən ibarət olmasına dair sualları ortaya çıxarıb. Odur ki, mövcud siyasi vəziyyəti nəzərə alaraq, DSMF sədrinin açıqlamaları hökumət üçün qətiyyən arzuedilən sayıla bilməz. Məhz buna görə də artıq S.Müslümovun yuxarıların yanında etibarını tamamilə itirib. DSMF-də yoxlamalara start verilməsi isə onu göstərir ki, artıq S.Müslümov yalnız vəzifəsini itirməklə canını qurtara bilməyəcək...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Səfərbərlik Xidmətində yeni korrupsiya FAKTLARI AŞKARLANDI
Bu gün, 11:21
Azərbaycanlı 2 milyonluq qızılla aeroportda tutuldu - TƏFƏRRÜAT
Bu gün, 11:19
Ermənistan və Fransa XİN rəhbərləri nədən danışıb -DETALLAR
Bu gün, 11:18
Mərkəzi Bank 3 BOKT-un vəzifəli şəxsini cərimələyib
Bu gün, 11:16
Abid Mamedov şirkətdəki səhmləri əcnəbilərə satdıqdan sonra rəhbərlikdən də ayrıldı - TƏFƏRRÜAT
Bu gün, 11:01
Ayaqqabı altlıqları istehsal edən şirkət nizamnamə kapitalını 2 dəfə azaldır
Bu gün, 10:59
ATƏT böhran içində, MQ isə “yaşayır” - Ermənistanın sonuncu “saman çöpü”
Bu gün, 10:55
20 yaşlı qadın doğuş zamanı öldü
Bu gün, 10:47
ABŞ Trampın planını Rusiyanın qələbəsi adlandırdı - “Rolling Stone”
Bu gün, 10:46
Ermənistan Bakıya nümayəndə göndərməməklə... İTİRDİ...
Bu gün, 10:34
“Nəinki bu il, heç gələn il də sülh sazişinin imzalanması gözlənilmir” - FAKT BUDUR!
Bu gün, 10:24
Əmək müqavilələrinin sayının artmasının səbəbi nədir? - AKTUAL
Bu gün, 10:22
Ermənistan hakim partiyasının iclası niyə Paşinyansız keçdi?.. - “Yəqin, təraş vaxtıdır...”
Bu gün, 10:18
AZAL və “CarbonClick” aviasiya sahəsində karbon emissiyalarının azaldılması yollarını müzakirə edib
Bu gün, 10:12
Qərbin agent-provokatoru ifşa edildi - Tiflis və İrəvanda Azərbaycana qarşı xüsusi əməliyyat
Bu gün, 10:05
Bu da “qərbyönlü” Ermənistanın göstəriciləri – Şok rəqəm
Bu gün, 10:01
Aşıq Ələsgərin Basarkeçərdə dağıdılmış qəbri - FOTO, VİDEO
Bu gün, 09:58
"Belə tibbi xidmətlə xəstəni yalnız öldürmək mümkündür" - BU NƏDİ BELƏ?..
Bu gün, 09:48
Beynəlxalq axtarışa verilən azərbaycanlı növbəti cinayətdə tutuldu - TƏFƏRRÜAT
Bu gün, 09:39
“Azərbaycan “Miss Universe 2024”dən çıxarıldı” - Səmra
Bu gün, 09:35
AMB “Azər-Türk Bank”ın vəzifəli şəxsini cərimə edib
Bu gün, 09:33
Trampın komandasında KİM OLURSA-OLSUN... - YOXSA?..
Bu gün, 09:25
XXI əsrdə bu təşkilatın yalnız iki üzvdən ibarət qalması realdır... - Fransanın özündən, bir də “frankofon” Ermənistandan!
Bu gün, 09:24
Adil Əliyevdən şikayət edənlərin SAYI ARTIR... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 09:19
İranın Azərbaycana şantajı dayanmır: SEPAH yenə özünə əl qatdı... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:16
Ən çox hüququ pozulan peşələrdən biri "Mühafizəçi" peşəsidir... - Ekspert danışır...
Bu gün, 09:14
Jurnalistdən AzParking -ə SƏRT ETİRAZ... - "Məni hər gün 20 manat cərimə edəcəksiniz?"
Bu gün, 09:09
"Rusiya öz ərazisində bu cür təxribatın həyata keçirilməsinə imkan verməz" - Çingiz Qənizadə
Bu gün, 09:02
Ən çox İT OVÇULARI Avropa və ABŞ-də olsa da... - Bizə qarşı bir bəhanədir...
Bu gün, 08:59
“Turan Bank” vətəndaşı rəsmən QURU YURDDA QOYDU - ÖZBAŞINALIQ!
Bu gün, 08:55
Gədəbəydə İBTİDAİ-İCMA ŞƏRTLƏRİ... - Dİ GƏL YAŞA...
Bu gün, 08:52
Şəhər Gününüz mübarək, əziz Ağdamlılar! - MƏQALƏ
Bu gün, 08:49
Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir - İsrafil Kərimovun yazısı
Bu gün, 08:48
“Onlar 2020-ci ildə məcbur qalıb saziş imzaladılar” - NƏ ETMƏLİ?
Bu gün, 07:35
Bakıdakı bu çıxış Avropanı silkələdi: Fransa hansı silaha əl atacaq? - Görünəni odur ki...
Bu gün, 07:22
Şoltsun zəngi: “Qızıl milyard” Rusiyaya uduzur - İNCƏLƏMƏ
Bu gün, 07:19
Ermənistan real addımlar atmalı və Zəngəzur dəhlizini açmalıdır - ÇAĞIRIŞ
Bu gün, 02:00
Azərbaycanlı nazirin oğlu ilə sevgili olan müğənni "Tramp"dan görün nə istədi
Bu gün, 01:54
"Wolt"un velosipedçisi "Dihaj"ın anasını vurub - TƏFƏRRÜAT
Bu gün, 01:29
TAKSİ DƏLƏDUZLUĞU... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 01:26
Erməni aktrisanın qardaşı dəlixanada öldürüldü
Bu gün, 01:24
"Kişilər sanki sosial şəbəkədə ov axtarışına çıxıblar" - PSİXOLOQDAN SENSASİON AÇIQLAMA
Bu gün, 01:22
Ali nümayəndədən ibtidai fikirlər - FAKT BUDUR!
Bu gün, 00:26
Mərkəzi Xəstəxananın direktor müavini işdən çıxarıldı - ƏMR
Bu gün, 00:23
"Naxçıvanda əməlli-başlı dərəbəylikdir, kim nə istəyir edir..." - NARAZILIQ VAR
Bu gün, 00:17
“Bəli, küsmüşəm, incimişəm, rollar oynamaq istəyirəm, amma ortada heç nə yoxdur” - GİLEY
Bu gün, 00:09
Biznesmenlər bürokratiyaya qarşı: “Tramp Maska vəzifə verməklə...” - GƏLİŞMƏ
Bu gün, 00:06
Eyni şirkət dövlət qurumunun 4 tenderini uddu - 5 MİLYON MANAT QAZANDI
Bu gün, 00:02
Paşinyan sülh müqaviləsinin bir hissəsini açdı - NƏ BAŞ VERİR?
Dünən, 23:14
Paşinyan xarici auditoriyaya hansı siqnallar ötürür? - Ovannisyan sirləri açdı
Dünən, 23:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru