İLYAS İSMAYILOV ARANI QATDI
Tarix: 19-11-2013, 14:45 | Çap et
Milli Məclisin deputatı, Ədalət Partiyasının sədri İlyas İsmayılov deputat mandatı daşıyan ali məktəb rektorları və icra strukturlarında çalışan digər şəxslərlə bağlı bir müddət əvvəl prezident İlham Əliyevə müraciət etmişdi.
İ.İsmayılovun bu müraciətinə Prezident Administrasiyasından rəsmi cavab verilməsə də bildirilmişdi ki, bu məsələ Mərkəzi Seçki Komissiyasının səlahiyyətindədir. Bundan sonra İ.İsmayılov MSK-ya məktub göndərmiş və qeyd etmişdi ki, Konstitusiyanın 85-ci maddəsinə görə, icra və məhkəmə sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər deputat seçilə bilməzlər. Lakin nədənsə deputatın bu müraciətinə MSK tərəfindən heç bir reaksiya verilmədi.
Partiya sədri İ.İsmayılov bu məsələni bir daha gündəmə gətirib və bu dəfə Milli Məclisdə təmsil olunan oliqarx-deputatların mandatına xitam verilməsi ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edib.
Virtualaz.org deputat İ.İsmayılovun bu müraciətinə deputat və hüquqşünaslardan münasibət öyrənib.
İxtisasca hüquqşünas olan deputat Fazil Mustafa İlyas İsamayılovun bu müraciətini hüquqi nöqteyi-nəzərdən doğru hesab edir: “Bu, Azərbaycan qanunvericiliyinə və Seçki Məcəlləsinə uyğun olaraq nəzərdə tutulan bir addımdır. Amma bu məsələ Azərbaycan praktikasında öz həllini tapmır. Bu müraciət müəyyən instansiyalara göndərilibsə, ona baxıla bilər. Lakin indiki reallıqda bunun icrası məsələsi inandırıcı görünmür”.
xtisasca tarixçi olan deputat Fəzail Ağamalı isə İlyas İsmayılovun fikirləri ilə razı olmadığını və bu müraciətə ehtiyacın olmadığını bildirib: “Ali məktəb rektorları məmur hesab olunmur. Məmur statusu daşımayan rektorlar niyə bu statusdan məhrum edilməlidir?! Mənim bu məsələyə yanaşmam fərqlidir. Bununla razı deyiləm”
Hüquqşünas Əliməmməd Nuriyev də İlyas İsmayılovun fikirlərinin hüquqi baxımdan doğru olduğunu vurğulayıb: “İlyas İsmayılov təcrübəli hüquqşünas və hüquqçu alimdir. Azərbaycan qanunvericiliyini də çox yaxşı bilir. Onun fikriləri qanunvericiliyə və Konstitusiyaya istinad edilərək söylənilən fikrilərdir. Qanunvericilikdə və Konstutisiyada deputatlara və deputat olmağa namizəd olan şəxslərə qarşı müəyyən tələblər var. Bu tələblərdən biri də onların ödənişli fəaliyyətlə məşğul olmamaları ilə bağlıdır. Elm, yaradıcılıq və pedaqoji fəaliyyətlə məşğul olmaq istisna olmaqla, digər ödənişli fəaliyyətlə məşğul olmaq deputatlara və deputat olmaq istəyən şəxslərə yasaqdır. Mübahisəli məsələ budur: rektorlar elmi fəaliyyətin subyektidir, pedaqoji fəaliyyətin subyektidir, yoxsa bütövlükdə icra hakimiyyəti orqanının və ya digər ödənişli fəaliyyətlə məşğul olan fəaliyyətin subyektləridir? Bu şəxslər vəzifəyə prezidentin sərəncamı ilə təyin olunurlar. Bu da mübahisə yaradan haldır. Buna Konstitusiyada da yol verilmir. İlyas İsmayılovun fikirləri də hüquqa söykənən fikirlərdir”.
İlyas İsmayılovun bu tələb-təklifinə deputat-rektorlar da münasibət bildiriblər. Bakı Dövlət Universitetinin (BDU) rektoru, millət vəkili Abel Məhərrəmov publika.az-a açıqlamasında deyib: “İndi müraciət edib, görək nəticəsi necə olacaq. Mən indidən heç bir söz deyə bilmərəm. Bu onun şəxsi fikridir. Mənim İlyas İsmayılov ilə elə münasibətim də yoxdur”.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, deputat Gülçöhrə Məmmədova da İlyas İsmayılovun müraciətinə cavab verib: “Görünür ki, İlyas İsmayılovun başqa görəcəyi iş yoxdur. Mənim İlyas İsmayılov ilə münasibətim yoxdur, heç vaxt söhbətim də olmayıb. O, Konstitusiya Məhkəməsinə təklif verib, indi məhkəmə də onun cavabını verər”.
Deputat İlyas İsmayılov rektor deputatların bu fikirlərini də cavabsız qoymayıb. O, publika.az-a açıqlamasında söyləyib ki, hələlik onun bu müraciətinə məhkəmədən cavab verilməyib. Onun sözlərinə görə, yaxın vaxtlarda sözügedən müraciətə cavab verilməsi gözlənilir. Rektor-deputatların dediklərinə gəlincə, İ.İsmayılov bildirib: “Onlar çox böyük səhv edirlər. Gedib qanuna baxsınlar.
Bu da onların səviyyəsini göstərir. Mən konkret qanuna əsaslanıb deyirəm. Mənim heç kəslə şəxsi-qərəzliyim yoxdur. Mən sadəcə olaraq istəyirəm ki, hər kəs qanunun tələblərinə riayət etsin. Gülçöhrə Məmmədova öz səviyyəsini göstərir.
Mən ağlıma gələni yazmıram, qanun deyəni yazıram. Heç olmasa götürüb qanuna baxsın, onu oxusun. O ağlına gələni danışır. Mən isə qanunun dediyini danışıram. Abel Məhərrəmov və Gülçöhrə Məmmədova qeyri-qanunu vəzifə tuturlar. Tutduqları vəzifənin birindən getməlidirlər”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Bu gün, 21:09 |
|
|
|
• Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Bu gün, 21:07 |
|
|
|
• Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Bu gün, 19:08 |
|
|
|
• Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Bu gün, 19:00 |
|
|
|
• Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Bu gün, 18:58 |
|
|
|
• “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Bu gün, 18:05 |
|
|
|
• Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Bu gün, 18:02 |
|
|
|
• Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Bu gün, 18:00 |
|
|
|
• “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:55 |
|
|
|
• BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Bu gün, 17:51 |
|
|
|
• "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Bu gün, 17:46 |
|
|
|
• Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Bu gün, 17:43 |
|
|
|
• NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Bu gün, 17:37 |
|
|
|
• “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Bu gün, 17:35 |
|
|
|
• Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Bu gün, 17:31 |
|
|
|
• Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Bu gün, 17:29 |
|
|
|
• Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Bu gün, 17:20 |
|
|
|
• Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Bu gün, 17:17 |
|
|
|
• Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Bu gün, 17:16 |
|
|
|
• Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Bu gün, 17:14 |
|
|
|
• Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Bu gün, 17:11 |
|
|
|
• Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Bu gün, 17:10 |
|
|
|
• Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Bu gün, 17:03 |
|
|
|
• Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Bu gün, 17:00 |
|
|
|
• Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Bu gün, 16:59 |
|
|
|
• Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Bu gün, 16:57 |
|
|
|
• “Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 16:37 |
|
|
|
• Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Bu gün, 16:34 |
|
|
|
• Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Bu gün, 16:20 |
|
|
|
• Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Bu gün, 16:18 |
|
|
|
• Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Bu gün, 16:15 |
|
|
|
• Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Bu gün, 16:12 |
|
|
|
• Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Bu gün, 16:06 |
|
|
|
• Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Bu gün, 16:05 |
|
|
|
• Azərbaycanda xarici logistika şirkəti ləğv edilir
Bu gün, 16:02 |
|
|
|
• Bakıda toylar bu tarixdə başlayacaq - SORĞU
Bu gün, 15:55 |
|
|
|
• Orxan Cəlilov işdən çıxarıldı - AÇIQLAMA
Bu gün, 15:50 |
|
|
|
• Paşinyan seçkilərə belə hazırlaşır
Bu gün, 15:48 |
|
|
|
• Gələn ilin büdcəsi NƏ VƏD EDİR?.. - DETALLAR
Bu gün, 15:34 |
|
|
|
• Rusiyada azərbaycanlı tələbələrə qarşı “Yaşasın Azərbaycan!” şüarına görə cinayət işi açıldı - BU NƏDİ BELƏ?..
Bu gün, 15:30 |
|
|
|
• “Mənə demişdilər, gəl, səni pulla filankəslə sevgili edək” - Pərvin Abıyeva
Bu gün, 15:26 |
|
|
|
• General-leytenant yeni rəis təyin etdi - ƏMR
Bu gün, 15:21 |
|
|
|
• Zamin Əliyev Azərbaycanın Qars şəhərindəki baş konsulu təyin edilib - FOTO
Bu gün, 15:17 |
|
|
|
• Prezident Los-Ancelesə yeni baş konsul təyin edib - SƏRƏNCAM
Bu gün, 15:16 |
|
|
|
• Ayxan Süleymanlı Azərbaycanın Aktau şəhərindəki baş konsulu TƏYİN OLUNDU
Bu gün, 15:15 |
|
|
|
• Azərbaycanın Batumiyə yeni baş konsulu təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:13 |
|
|
|
• Pallone təpədən-dırnağa qədər DÜŞMƏNDİR!.. - hələ bizim camaat YUMŞAQ DAVRANDI...
Bu gün, 15:10 |
|
|
|
• "1 həftə öncə məni çağırıb bildirdilər ki, bu gündən işdən azadsan..." - GİLEY
Bu gün, 15:03 |
|
|
|
• Tramp Zəngəzur dəhlizinə maneə yaradacaqmı? - Türkiyəli general detalları açıqladı
Bu gün, 15:00 |
|
|
|
• Mərkəzi Bankın sədri növbəti illər üçün manatın məzənnəsi haqqında danışıb - BİZİ NƏ GÖZLƏYİR?
Bu gün, 14:58 |
|
|
|
|