“İCTİMAİ PALATANIN GETDİYİ YOL AYDINDIR”
Tarix: 9-02-2012, 14:15 | Çap et
“HANSISA PARTIYALARI ÖZ KÖLGƏSİNDƏ SAXLAMAQ NİYYƏTI YOXDUR"
Azərbaycan müxalifətinin güc mərkəzi, müxtəlif müstəvilərdəki qüvvələri bir araya gətirən struktur olduğu deyən İctimai Palatanı tənqid edən siyasi strukturların sayı azalmır.
Müxalifətdəki çeşidli qurumların bəyanatları təxminən analoji məzmundadır. Onlar iddia edirlər ki, İctimai Palata müxalifət düşərgəsinin bütün spektrini əks etdirmir və daha doğrusu, əks etdirmək istəmir.
Həmin strukturlar onu da bəyan edirlər ki, İctimai Palata indi faktiki olaraq iki təşkilatın - Xalq Cəbhəsi və Müsavat partiyalarının inhisarındadır. Belədirsə, İctimai Palata nədən mövqelərində zəruri dəyişikliklər etmir?
AXCP sədrinin müavini Razi Nurullayev isə belə iddialarla razılaşmadığını bildirdi. O, açıqlamasında söylədi ki, İctimai Palata yaranan gündən bəri "açıq qapı" siyasəti yürüdür və müxalifət düşərgəsində təmsil olunan qurumlarla üzvlüklə bağlı danışıqlar aparmağa hazırdır. "Ümumiyyətlə, bəhs etdiyimiz məsələ indiyədək müxtəlif partiyalar tərəfindən bu və digər şəkildə qaldırılıb, gündəmə gətirilib. Lakin bizə qarşı irəli sürülmüş iddialarda məsələyə məntiqli yanaşmanı görmək çətindir. İctimai Palatanın getdiyi yol, tutduğu kurs aydındır. Bu struktura qoşulmayan partiyaların mövqeləri də bəllidir. Biz seçkilər yolu mübarizəyə üstünlük veririk.
Partiyalar da bu mövqedən çıxış edir. Sadəcə olaraq, fikrimcə, həmin partiyalar İctimai Palatya gəlməklə daha böyük partiyaların, konkret olsaq AXCP və Müsavatın kölgəsində qalmaqdan ehtiyatlanmış olmasınlar? Amma birmənalı olaraq deyərəm ki, nə AXCP, nə də Müsavatın hansısa partiyaları öz kölgəsində saxlamaq niyyəti yoxdur", - R. Nurullayev dedi.
AXCP-nin sədr müavinin sözlərinə görə, İctimai Palatada bütün partiyalar üçün kəmiyyət və keyfiyyət baxımından eyni şərait yaradılıb. Məhz bu səbəbdən də R. Nurullayev kəskin tənqidlərə əl atan partiyaların bəyanatlarında məntiq görmür. AXCP-nin belə intriqalardan qaçmaq istədiyini, müxalifətin vahid güc mərkəzində birləşməyə və təşkilatlanmasına çalışdığını vurğulayan həmsöhbətimiz hansısa partiyaya qarşı iddialar irəli sürülmədiyini söylədi: "Onlarla müzakirələr aparmağa, birlikdə olmağa hazırıq".
İctimai Palata narazı strukturlar və partiyalarla danışıqlar aparmaqla problemi həll edə bilərmi və ümumiyyətlə, qarşılıqlı müzakirələr nə nəticə verə bilər?
R.Nurullayev bununla bağlı düşünür ki, İctimai Palatanın ilk yarandığı günlərdə belə müzakirələr, danışıqlar olub. "Bildiyimə görə, ADP-nin sədri Sərdar Cəlaloğlu ilə danışıqlar aparılıb. Digər partiyalarla da məsləhətləşmələr olub. İndi isə belə müzakirələr yoxdur və biz tərəfdən də onların təşkilatımıza cəlb edilməsi üçün çabalar da edilmir. Onların idddiaları və ittihamları yerini tapmadağından müzakirələr də məntiqi olmazdı. Amma onlar tərəfdən müzakirə istəyi olarsa, problem yoxdur", - R.Nurullayev dedi.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Bu gün, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Bu gün, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Bu gün, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Bu gün, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Bu gün, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Bu gün, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Bu gün, 15:59 |
|
|
|
• Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Bu gün, 15:41 |
|
|
|
• Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Bu gün, 15:36 |
|
|
|
• "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Bu gün, 15:34 |
|
|
|
• 70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Bu gün, 15:26 |
|
|
|
• Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Bu gün, 15:25 |
|
|
|
• Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Bu gün, 15:17 |
|
|
|
• Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Bu gün, 15:15 |
|
|
|
• Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Bu gün, 15:10 |
|
|
|
• “Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Bu gün, 14:57 |
|
|
|
• Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Bu gün, 14:52 |
|
|
|
• Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Bu gün, 14:47 |
|
|
|
• Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Bu gün, 14:38 |
|
|
|
• Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Bu gün, 14:19 |
|
|
|
• Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... - Qanun nə deyir?
Bu gün, 14:16 |
|
|
|
• Təbii qaza limit təyin etmək, anlaşılan deyil - ETİRAZ VAR...
Bu gün, 14:13 |
|
|
|
• Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! - ÇAĞIRIŞ
Bu gün, 13:57 |
|
|
|
• Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər – Aİ üçün sonun başlanğıcı…
Bu gün, 13:52 |
|
|
|
• AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb
Bu gün, 13:49 |
|
|
|
• "Burada Ermənistan bir bəhanə və bir vasitədir" - deputat
Bu gün, 13:16 |
|
|
|
• Naxçıvan MSK-nın üzvləri seçilib - ADLAR
Bu gün, 13:09 |
|
|
|
• “Makron niyə Bakıya gəlmədi?... Qarayaxmaya görə məsuliyyəti kim daşıyır?”
Bu gün, 13:03 |
|
|
|
• "Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm"
Bu gün, 12:56 |
|
|
|
• Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? - İNCƏLƏMƏ
Bu gün, 12:54 |
|
|
|
• Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” - İTTİHAM VAR...
Bu gün, 12:50 |
|
|
|
• "COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" - deputat
Bu gün, 12:47 |
|
|
|
• MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub - YEKUN QƏRAR
Bu gün, 12:41 |
|
|
|
• Dağlıq ərazilərdə qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:39 |
|
|
|
• Azərbaycanda iki kollecə təyinat olub - ƏMR
Bu gün, 12:38 |
|
|
|
• 10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət - ADLAR
Bu gün, 12:24 |
|
|
|
• Gələn il müharibənin diplomatik yolla başa çatması üçün hər şeyi etməliyik - Zelenski YOLA GƏLİR...
Bu gün, 12:22 |
|
|
|
• "Paşinyan gecikir, sonda Əliyevin dediyi olacaq" - Ekspert erməni mediasını məyus etdi
Bu gün, 12:14 |
|
|
|
• Dövlətin dərmanları qara yollarla apteklərə verilir - AXI NİYƏ?..
Bu gün, 12:01 |
|
|
|
• Şərur sakinləri TƏHLÜKƏDƏ: “Cəhənnəmə ölsün” - ŞOK İDDİA
Bu gün, 11:47 |
|
|
|
• İrəvan Bakının əsas tələbini qəbul etdi – Paşinyan açıqladı
Bu gün, 11:39 |
|
|
|
• COP29-a qarşı çıxanlar kim idi? - Vitse-spiker bu ölkələrin adını çəkdi
Bu gün, 11:34 |
|
|
|
• FRANSALI SABİQ NAZİR FRANS 24-də RƏSMİ PARİSİ TƏNQİD ETDİ - “Makron Bakıya getməli idi”
Bu gün, 11:32 |
|
|
|
• Ermənistan KTMT-nin bütün formatlarından uzaqlaşıb - Rusiya XİN
Bu gün, 11:29 |
|
|
|
• Səfərbərlik Xidmətində yeni korrupsiya FAKTLARI AŞKARLANDI
Bu gün, 11:21 |
|
|
|
• Azərbaycanlı 2 milyonluq qızılla aeroportda tutuldu - TƏFƏRRÜAT
Bu gün, 11:19 |
|
|
|
• Ermənistan və Fransa XİN rəhbərləri nədən danışıb -DETALLAR
Bu gün, 11:18 |
|
|
|
• Mərkəzi Bank 3 BOKT-un vəzifəli şəxsini cərimələyib
Bu gün, 11:16 |
|
|
|
• Abid Mamedov şirkətdəki səhmləri əcnəbilərə satdıqdan sonra rəhbərlikdən də ayrıldı - TƏFƏRRÜAT
Bu gün, 11:01 |
|
|
|
|