"Prezident Tofiq Yaqublunu əfv edə bilər" .....                     “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” .....                     Putin hesab edir ki... .....                     “Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” .....                     “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” .....                     Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı .....                     "Bu nə münasibətdir, bu nə biganəlikdir?" .....                     Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı .....                     Simonyan 44 günlük müharibə barədə: .....                     Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib .....                     Mertz Rusiyanı sanksiyalarla hədələyib .....                     Azərbaycan mühüm vasitəçi kimi .....                     "Protech Electronics"in 219 min manat .....                     Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib .....                     “Sabrania” siqaretləri bahalaşır .....                     “Qaçaq Nəbinin toyu”na dönən parad .....                     UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? .....                     “BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” .....                     Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... .....                     “Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU .....                     "Bunlar hamısı siyasətin təzahürləridir" .....                     Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir .....                     İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu .....                     Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib .....                     Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... .....                     “Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub .....                     Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub .....                     Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB .....                     Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq .....                     Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi .....                     "Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..." .....                     Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? .....                     Erməni əsgərləri BELƏ QAŞINIR... .....                     Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı .....                     Hindistan bizi boykot edir: BƏS BİZ? .....                     "Rusiyaya nota verilməlidir" .....                     Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... .....                     İşçi buna görə məsuliyyət daşıyır... .....                 

HİCAB MƏSƏLƏSİ YENƏ DƏ PROBLEM OLDU
Tarix: 11-02-2012, 12:45 | Çap et
HİCAB MƏSƏLƏSİ YENƏ DƏ PROBLEM OLDU

YENİ ŞƏXSİYYƏT VƏSİQƏLƏRİ NECƏ OLACAQ?

Bu günlərdə prezident İlham Əliyev 2014-cü ildən vətəndaşlara veriləcək yeni şəxsiyyət vəsiqəsi ilə bağlı fərman imzaladı.

Yeni vəsiqələrdə biometrik məlumatlar – identifikasiya edilmiş və ya identifikasiya olunan fiziki şəxsin fizioloji xüsusiyyətlərini xarakterizə edən, onu birmənalı və ya digər məlumatlarla uzlaşdıraraq identifikasiya etməyə imkan verən, müvafiq standartlar tətbiq olunan və maddi daşıyıcıda əks etdirilən fərdi məlumatlar yerləşdiriləcək. Vəsiqənin üz tərəfinin sol hissəsində isə vəsiqə sahibinin 26 mm x 35 mm ölçüdə fotoşəkli vurulacaq.

Məlum olduğu kimi, xeyli vaxtdır Azərbaycanda başıaçıq şəkil çəkdirmək istəməyən hicablı xanımların şəxsiyyət vəsiqəsi və vətəndaşlıq pasportu almasında problemlər yaşanır. Daxili İşlər Nazirliyi bu sənədlərə başıörtülü şəkil vurulmasına icazə vermir, ona görə də bir sıra hicablı xanım şəxsiyyət vəsiqəsi və vətəndaşlıq pasportu ala bilmir.

Görəsən, yeni şəxsiyyət vəsiqəsinə xanımların başıörtülü şəklinin vurulmasına icazə veriləcəkmi?

Dinşünas Fərid Abdulla hesab edir ki, şəxsiyyət vəsiqəsi və vətəndaşlıq pasportuna xanımların hicablı şəklinin vurulmasına qoyulan qadağa yersizdir və bu problemi heç olmasa yeni şəxsiyyət vəsiqəsi veriləndə həll etmək, qadağanı aradan qaldırmaq vacibdir. Əgər hansısa qadın niqabla şəkil çəkdirmək istəsə, onda qadağanı başa düşmək olar. Lakin hicabda qadınların üzləri görünür, sənəd üçün əsas tələb də üzün açıq görünməsidir”.

Fərid Abdulla qeyd edib ki, uzun illərdir xanımlara şəxsiyyət vəsiqəsi və pasport üçün hicabda şəkil çəkdirməyə icazə verilməsi üçün mübarizə aparılır: “Bu mücadilə davam edir. Ümidvaram ki, problem dinc şəkildə həll olunar və 2014-cü ilə qədər çəkməz”.

Ümid Partiyasının sədri, Milli Məclisin insan hüquqları komitəsinin üzvü İqbal Ağazadə isə hesab edir ki, fevralın 9-da imzalanmış fərman problemin həllinə kömək etməyəcək, hicablı xanımlar yenə problem qarşısında qalacaqlar: “Nədənsə hüquq mühafizə orqanları, ümumiyyətlə hökumət şəxsiyyət vəsiqəsinin verilməsində hicablı qadınlarla bağlı məsələdə aqressivlik nümayiş etdirir. Amma iş ondadır ki, insanları buna, yəni xanımları hicabsız şəkil şəkdirməyə məcbur etmək olmaz. Azərbaycan qanunvericiliyində bununla bağlı heç bir konkret maddə, müddəa yoxdur, heç bir qanuni qadağa qoyulmur. Deməli, məsələ vətəndaşın xeyrinə tövsif olunmalıdır.

Çox təəssüf ki, bunu kimsə nəzərə almır və hicablı xanımların şəxsiyyət vəsiqəsi, pasport alanda başıörtülü şəkil çəkdirməsinə qadağa qoyulur. Hicab geyim formasıdır. Bu, kişilərin qalstukla, yaxud qalstuksuz şəkil çəkdirməsinə oxşayır. Hesab edirəm ki, bu məsələdə hökumət qanunun tələblərinə riayət etməlidir. Qanun isə bunu qadağan etmir”.

Problemin kökündən danışan İqbal Ağazadə vurğulayıb ki, əsas düyün nöqtəsi demokratik cəmiyyətin olmamasıdır: “Demokratik cəmiyyətdə bu tip problemlər olmur. Ona görə də bu cür problemlərin birdəfəlik həlli üçün Azərbaycan demokratikləşməlidir”.

Qondarma Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) fətva şöbəsinin müdiri Hacı Mirəziz Seyidzadə deyib: “Yeni şəxsiyyət vəsiqələrinin verilməsinə hələ 2 il var. Hesab edirəm ki, bu müddət ərzində hicablı xanımlar problemin həll olunmasına görə prezidentə müraciət edəcəklər. Çünki bizə də bu barədə çoxlu məktub gəlir.

O daha sonra bildirib: “Əgər dövlət məsləhət bilsə, hicablı şəkillərə icazə veriləcək. Əgər verməsə, ondan şəxsiyyət vəsiqəsini hicabsız şəkillə almaq lazım gələcək. Mənim də həyat yoldaşım, mənim də qızım bu qaydalara riayət edib”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
Dünən, 19:08
“Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Dünən, 19:05
Putin hesab edir ki... - GƏLİŞMƏ
Dünən, 16:20
“Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” - GƏLİŞMƏ
Dünən, 16:16
“Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Dünən, 15:51
Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı - QALMAQAL
Dünən, 15:38
"Bu nə münasibətdir, bu nə biganəlikdir?" - ETİRAZ VAR...
Dünən, 15:16
Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı
Dünən, 15:07
Simonyan 44 günlük müharibə barədə: - Ayağına yıxılmağa adam axtarırdım ki...
Dünən, 15:05
Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib - Rusiya MN
Dünən, 15:02
Mertz Rusiyanı sanksiyalarla hədələyib - “Bild”
Dünən, 15:00
Azərbaycan mühüm vasitəçi kimi - Strateji görüş nöqtəsi
Dünən, 14:00
"Protech Electronics"in 219 min manat - VERGİ BORCU VAR
Dünən, 13:58
Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib - FOTO
Dünən, 13:30
“Sabrania” siqaretləri bahalaşır - Marketlərə təlimat göndərildi
Dünən, 13:03
“Qaçaq Nəbinin toyu”na dönən parad – 200 dövlətdən Moskvaya cəmi 20-yə yaxınının lideri gəlib
Dünən, 13:02
UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? - FOTOFAKT
Dünən, 12:58
“BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” - “Rusiyaya getmək istəyənlərə viza rejimi tətbiq olunsun”
Dünən, 12:52
Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... - TƏFƏRRÜAT
Dünən, 12:43
“Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU - HESABAT
Dünən, 12:35
"Bunlar hamısı siyasətin təzahürləridir" - KXCP sədri
Dünən, 12:11
Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir - CAVAB GÖZLƏYİRİK
Dünən, 12:06
İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi - ƏMR
Dünən, 12:05
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:03
Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu - ŞƏRH
Dünən, 11:52
Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib - Erməni KİV
Dünən, 11:51
Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... - BU NƏDİ BELƏ?..
Dünən, 11:47
“Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub
Dünən, 11:37
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub - Müdafiə Nazirliyi
Dünən, 11:34
Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB - DETALLAR
Dünən, 11:29
Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq - Çin XİN
Dünən, 11:27
Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Dünən, 11:10
"Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..."
Dünən, 11:09
Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? - “Chinese Threat”
Dünən, 11:01
Erməni əsgərləri BELƏ QAŞINIR... - VİDEO
Dünən, 10:55
Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı – Zəngəzur detalı
Dünən, 10:29
Hindistan bizi boykot edir: BƏS BİZ? - "Azərbaycandan heç kimə heç bir təhlükə yoxdur"
Dünən, 10:19
"Rusiyaya nota verilməlidir" - ÇAĞIRIŞ
Dünən, 10:10
Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... - ÇÜNKİ...
Dünən, 10:05
İşçi buna görə məsuliyyət daşıyır... - Ekspert danışır...
Dünən, 10:03
"Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" - VİDEO
Dünən, 09:54
Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi - AÇIQLAMA
Dünən, 09:33
Naxçıvan səhiyyəsində OYUNBAZLIQ... - "...vaxtında Ceyhunu qəşəng yedirdib"
Dünən, 09:24
DSK sədri vəfat etdi - FOTO
Dünən, 09:17
Kadırov getsə, yerinə kim gələcək? - Oğlu, yoxsa döyüş komandiri?
Dünən, 09:14
İşçilərin şəxsi həyatının toxunulmazlığı... - Ekspert danışır...
Dünən, 08:26
"Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək" - ŞƏRH
Dünən, 08:23
Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR - VİDEOMÜRACİƏT
Dünən, 08:22
Hindistan təcavüzünü Pakistan necə önləyir? - Uçurumun astanasında...
Dünən, 07:35
Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb
Dünən, 07:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru