“MƏRHUM JURNALİSTLƏRDƏN SEÇMƏLƏR”
Tarix: 15-02-2012, 14:36 | Çap et
ELÇİN SƏLCUQ YAZIRDI...
Müstəqil Azərbaycan mətbuatının tarixində özünəməxsus istedadı, yazı tərzi, fərqli üslubu ilə oxucu rəğbəti qazanmış bir sıra tanınmış imza sahibi bu gün aramızda deyil. Dünyasını dəyişsələr də, onların yazıları hər zaman xatırlanır… Məmməd Nazimoğlu, Adil Qaçayoğlu, Hüseyn Əfəndi, Elçin Səlcuq, Elmar Hüseynov, Aqşin Kazımzadə, Rafiq Tağı… Siyahını xeyli uzatmaq olar… Modern.az saytının “Mərhum jurnalistlərdən seçmələr” adlı bu rubrikasında dünyasını dəyişən tanınmış imza sahiblərinin qələmindən süzülən yazılar oxucuların ixtiyarına verilir.
Beləliklə, Elçin Səlcuq özünün "Bağdan bağlantı" rubrikasında yazırdı:
“Esemes” göndərin, seçiminizi edin!
Telekanallardan ən çox səslənən müraciət
Ay, siz ölməyəsiniz, xeyir ola? Belə sırtıqlığa dünyanın hətta banan ölkəsində ( qoy bizimki olsun, ananas) də rast gəlmək olmaz. Süni təbəssümə bürünən gözəlçə bizləri aldatmaq üçün yüz hoqqadan çıxır. Gah yalvarır, gah da “ərkyanə” naz satır. İstədiyi bu: “8*1*2=6” tənliyini həll etməyə qabil olduğumuz halda bizlərə 300 manat vermək istədiyini nümayiş etdirməkdən ötrü dəridən-qabıqdan çıxır. Nədən belə işlərə xanım aparıcılar cəlb olunur, ta orasını demirəm. 4-cü sinif şagirdi də əziyyət çəkmədən “Lider” kanalından yayımlanan “Gəlir zəngi”-nin bu sualına göz qırpımında cavab verə bilməsinə şübhə yeri yox.
Yəni, ulduz işarələrinin yerinə bir “plyus”, bir “minus” işarəsi qoymaqla: 8+1-2=6
Ancaq saatlarla bu sualı efirdə təkrar-təkrar tamaşaçılara ünvanlandırmaq, doğru cavab almaq ümidilə hay-həşir qoparmağın bir adı var-qaraçılıq! Ayıbdır, vallah ayıbdır. Bu mövzuda sayğılı abimiz Murad Köhnəqala möhtəşəm bir yazı ilə çıxış etsə də, “Lider” yeni layihə hesab etdiyi verilişin yayımında israrlılıq nümayiş etdirir. Mənim yenidən bu mövzuya qayıtmağım isə, ciddi adam kimi tanıdığım dostumuzun bu şoğərib oyuna maraq göstərməsi oldu. Dost dediyimiz həmin kəsin sadəlövhlüyünü ürək ağrısı ilə qarşılamağa məcbur oldum. Bu, hələ harası, gecənin bir yarısında suallara düzgün cavab tapdığına əmin olduğunu təkrar-təkrar deməkdən usanmayaraq, göstərilən telefon nömrəsinə düşə bilmədiyindən üzülən dostumuz məndən kömək istəyirdi. Anlatmaq istədim ki, bütün bunlar “blef” və bir də ki, mən həmin kanalın “müdiri”- deyiləm, düyməni basıb deyim: Filan tamaşaçı düzgün cavab göndərir, nədən qəbul etmirsiniz?! Bir daha “hətta”ya dirsəklənib dediyim həmin dost kimdir: Xətrimi dünyalarca istədiyim möhtəşəm şair Şaiq Vəli! Onu təkcə mən yox, həm də möhtəşəm, monolit kimi bir kişi. Bunu Murad Köhnəqala da az qala hər məclisdə dostlara xatırladır. Nə edəsən ki, Şaiq dostumuz həmyerlisi, rəhmətlik Hüseyn Arif kimi mütaliə etməklə arası yox-təsir altına düşməmək üçün. Nə isə...
Bu yerdə Qənimət Zahidin şüvərək qaməti gözlərimin qabağında canlanır. Qənimət bir eşq yolçusudur. Onu yaxından tanıyanlardan biri kimi bəyanlayıram. İnsan sufi, irfan ədəbiyyatının yetərincə bilicilərindən biridir. Əgər Qəniməti şərləyib, tutmaqda israrlı olanlar varsa, bu məmləkətdə nəyinsə yaxşılığa doğru gedəcəyinə inam mənlik deyil....
Möhtəşəm insan, məşhur Artur Şopenhuar hələ iki əsr öncə demişdi: “Tanrıya qaldıqda isə, əgər Tanrı mövcud olsaydı, o, kor olmalıydı ki, şər Yer üzünü beləcə bürüsün”. Mən ulu Yaradanın “kor” olduğunu zənn etmək cəsarətində bulunmuram. Ancaq ən azından şərin yer üzünü bürüməsinə də şahidlik etməkdəyəm. Niyə və nədən sualları ilə özümü usandırmaq qədərincə məsafələr qət etməyim, hətta yazılarımda boylarını göstərir. Başa düşürəm ki, bir çox adamlarda eqoizm şöhrətin yoxluğu üzündən irəli gələn müəyyən kompensasiyadır. Ancaq heç bir kompensasiyasız telekanalların az qala baş şüarına çevrilən “esemes” dilənçiliyi bütün hallarda rədd edilməlidir. Bir də belə vətəndaş kütləsinə malik olan məmləkətdə adamları aldatmaqla lap düz edirlər. Söyüş söymədən deyirəm: Məgər bilmirsən, sənə torba tikirlər? Bilmirsənsə, lap sənin... son pulunu “esemes”lərə xərcləməyin mənim heç ... eynimə deyil.

|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Dodağını şişirdən müğənnilər xalqı məhv ediblər”
Dünən, 23:33 |
|
|
|
• Ermənistanda Azərbaycana qarşı terror aktlarına intensiv hazırlıq gedir - VİDEO
Dünən, 23:32 |
|
|
|
• Bakıda daha bir gizli Rusiya-Almaniya görüşü – Azərbaycan qlobal dialoqların yeni ünvanına çevrilir
Dünən, 23:27 |
|
|
|
• Hindistan iyulda Ermənistana “Akash” sistemlərinin ikinci partiyasını göndərəcək
Dünən, 23:24 |
|
|
|
• Rusiyanın Ukrayna ilə sülh danışıqlarına ev sahibliyi etməyə hazırıq - Ərdoğan
Dünən, 15:57 |
|
|
|
• Trampdan Azərbaycanla bağlı mühüm tapşırıq - AÇIQLAMA
Dünən, 15:52 |
|
|
|
• Paşinyanın gizli müqaviləsi - Hamilə, uşaq, qoca və əlillər üzərində ÖLÜM SINAĞI
Dünən, 15:00 |
|
|
|
• Paşinyan müharibədə məğlub olduğu üçün belə deyir - FAKT BUDUR!
Dünən, 14:57 |
|
|
|
• “Ramiz Fətəliyev və İhsan Nəcəfov nakişi hərəkət ediblər, Elmira Axundova isə…” - Əli Ömərov
Dünən, 14:52 |
|
|
|
• Dollara tələbat artır, rəsmilər susur: Örtülü bazar - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 11:52 |
|
|
|
• Putin üçün 22 bəndlik ÇIXIŞ YOLU - “NBC News”
Dünən, 11:49 |
|
|
|
• Xanım Qafarovanın anası dünyasını dəyişib
Dünən, 11:47 |
|
|
|
• "Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?" - ETİRAZ
Dünən, 11:44 |
|
|
|
• Paşinyan üçün 3 kritik ssenari cızıldı – Yaxın günlərdə…
Dünən, 11:42 |
|
|
|
• Xalq artistinin keçmiş həyat yoldaşı axtarışa verildi - TƏFƏRRÜAT
Dünən, 11:40 |
|
|
|
• Qaradağda 15 yaşlı qıza restoranda toy ediblər - Hər kəs göz yumub
Dünən, 11:38 |
|
|
|
• Tramp Kəşmir probleminin həllinə çalışacaq
Dünən, 09:24 |
|
|
|
• «Gold Residence»lə KİMSƏ BACARMIR? - NARAZILIQ VAR...
Dünən, 09:22 |
|
|
|
• “Elm ocağı hara, çayxana hara?!” - BU NƏDİ BELƏ?
Dünən, 09:10 |
|
|
|
• Azərbaycanlı müğənni açıq-saçıq fotoları ilə gündəmə gəldi - FOTO
Dünən, 09:01 |
|
|
|
• “Bu, Makron rejiminin öz vətəndaşlarına qarşı ədalətsiz siyasətinin təzahürüdür” - deputat
Dünən, 08:58 |
|
|
|
• ABŞ-ın Rusiya qazı ilə bağlı hədəfi... - “Voll Strit Jurnal”
Dünən, 08:54 |
|
|
|
• Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək
Dünən, 06:15 |
|
|
|
• Pakistanda 150 uçuş reysi ləğv edildi
Dünən, 06:08 |
|
|
|
• "Həbsxanada əlacsızlıqdan ağladığım o günü xatırladım"
Dünən, 02:48 |
|
|
|
• Saat hesabı qazanc: həm aylıq maaş sistemi qalır, həm də... - ARAŞDIRMA
Dünən, 02:45 |
|
|
|
• “Milyonluq saray”ın sahibi Bəxtiyar Dali çəkiliş etməməsi üçün jurnalistə pul TƏKLİF EDİBMİŞ
Dünən, 02:43 |
|
|
|
• İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür - GƏLİŞMƏ
Dünən, 02:36 |
|
|
|
• İnformasiya “fırtınası” - AKTUAL
Dünən, 02:33 |
|
|
|
• "Hər bir sənət adamı buna fikir verməlidir"
Dünən, 02:30 |
|
|
|
• Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA - "Hitler "Böyük Ermənistan"ı qura bilərdi"
Dünən, 02:23 |
|
|
|
• "Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
10-05-2025, 19:08 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
10-05-2025, 19:05 |
|
|
|
• Putin hesab edir ki... - GƏLİŞMƏ
10-05-2025, 16:20 |
|
|
|
• “Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” - GƏLİŞMƏ
10-05-2025, 16:16 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
10-05-2025, 15:51 |
|
|
|
• Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı - QALMAQAL
10-05-2025, 15:38 |
|
|
|
• "Bu nə münasibətdir, bu nə biganəlikdir?" - ETİRAZ VAR...
10-05-2025, 15:16 |
|
|
|
• Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı
10-05-2025, 15:07 |
|
|
|
• Simonyan 44 günlük müharibə barədə: - Ayağına yıxılmağa adam axtarırdım ki...
10-05-2025, 15:05 |
|
|
|
• Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib - Rusiya MN
10-05-2025, 15:02 |
|
|
|
• Mertz Rusiyanı sanksiyalarla hədələyib - “Bild”
10-05-2025, 15:00 |
|
|
|
• Azərbaycan mühüm vasitəçi kimi - Strateji görüş nöqtəsi
10-05-2025, 14:00 |
|
|
|
• "Protech Electronics"in 219 min manat - VERGİ BORCU VAR
10-05-2025, 13:58 |
|
|
|
• Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib - FOTO
10-05-2025, 13:30 |
|
|
|
• “Sabrania” siqaretləri bahalaşır - Marketlərə təlimat göndərildi
10-05-2025, 13:03 |
|
|
|
• “Qaçaq Nəbinin toyu”na dönən parad – 200 dövlətdən Moskvaya cəmi 20-yə yaxınının lideri gəlib
10-05-2025, 13:02 |
|
|
|
• UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? - FOTOFAKT
10-05-2025, 12:58 |
|
|
|
• “BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” - “Rusiyaya getmək istəyənlərə viza rejimi tətbiq olunsun”
10-05-2025, 12:52 |
|
|
|
• Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... - TƏFƏRRÜAT
10-05-2025, 12:43 |
|
|
|
|