Amilinin ZƏHƏRLİ AMALI... .....                     "Aqroservis" ASC səhmdarlarının toplantısı keçiriləcək .....                     Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib .....                     ADAU-da təhsilin evini yıxanlar KİMDİR? .....                     "Məşədi Dadaş"ın imamına sui-qəsd etmək istəyən şəxs özünü 12-ci imam adlandırıb .....                     Azərbaycana qarşı qlobal qara piarın pərdəarxası .....                     Seul Şimali Koreya əsgərlərinin Rusiya tərəfdə döyüşə girdiyini açıqlayıb .....                     Nikol niyə nazirləri işdən çıxarıb, Vatikana uçdu? .....                     ABŞ təkcə senatorlarını yox, itlərini də üstümüzə hürdürür… .....                     “Rabitəbank”ın səhmdarları toplanır .....                     ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... .....                     Ceyhun Cəlilov camaatın pulunu qaytaracaq? .....                     Nazir Vaşinqtonda, müavini Ankaradadır .....                     Moskva və Vaşinqton arasındakı qaynar xətt istifadə olunmur .....                     Azərbaycanda cəmi 9 min əcnəbi tələbə var .....                     4 ildir ki haqqı tapdanan Qazimiz .. .....                     Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? .....                     Qarakənd faciəsindən 33 il ötür .....                     Sabunçuda kim nə gəldi edir? .....                     Yaşlı qadını aldadaraq, evini bankda girov qoydular... .....                     “Bu gün deyə bilərik ki, məqsədimizə nail olduq” .....                     "Bəzi məmurlar dövlət və xalq arasındakı güvəni məhv edir" .....                     "Mən xəngəl, piti yemirəm... .....                     Dörd ölkənin generalı Bakıda görüşür? .....                     Baş nazir avtoritar hakimiyyət qurmağı sınaqdan keçirir, yoxsa... .....                     Putin qorxusundan Rio-de-Janeyroya getmədi, .....                     “NATO ölkələri hərbi xərclərini 340 milyard dollar artıra bilər” .....                     “Azərişıq” 1,5 milyon manatlıq tenderinin .....                     Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın .....                     Azərbaycana qarşı plan üzə çıxır: .....                     Rusiya nüvə silahı tətbiq edə bilərmi? .....                     Sən Allah, gedin ayıbınıza kor olun... .....                     “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” .....                     İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb .....                     Bakı Avropa Liseyi direktoru cərimələnir .....                     Vitse-Spikerin köməkçisi hakim təyin edildi .....                     Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib .....                     SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu .....                     Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… .....                     Paşinyan revanşist rəqiblərini .....                 

Müharibə olsa da, olmasa da, Putin ölkəsinə ziyan vurub - The Economist
Tarix: 18-02-2022, 07:55 | Çap et
Müharibə olsa da, olmasa da, Putin ölkəsinə ziyan vurub
DİA.AZ: - The Economist yazır ki, fevralın 14-də Rusiya televiziyasında Vladimir Putinlə xarici işlər naziri Sergey Lavrovun söhbəti nümayiş etdirildikdən sonra böyük ümidlər yaranmışdı.

Bundan bir gün sonra Rusiya Müdafiə Nazirliyinin Ukrayna yaxınlığında cəmləşdirilmiş 180 minlik qoşunun çıxarılacağına dair bəyanatı ümidləri daha da artırmışdı.

Rəsmilər və birjalar bir az rahat nəfəs almışdılar. Amma çox təəssüf ki, açıq mənbələr qoşunların çıxarılmadığını göstərdi.

DİA.AZ-ın məlumatına görə, The Economist yazır ki, bir çox Qərb təhlükəsizlik rəsmiləri Putini yalançılıqda ittiham etdilər.

Məqalədə deyilir ki, indi hətta qoşunlar geri çəkilsə də, böhran bitməyəcək və müharibə olsa da, olmasa da Putin yaratdığı bu böhranla artıq öz ölkəsinə ziyan vurub.

The Economist yazır ki, çox sayda Qərb müşahidəçiləri bu qənaətlə razılaşmaya bilərlər. Onların fikrincə Putin özünü bir daha beynəlxalq diqqətin mərkəzinə gətirdi və isbat etdi ki, Rusiya ilə hesablaşmağa dəyər. O Ukraynanın sabitliyini pozdu və hamıda belə bir təsəvvür yaratdı ki, Ukraynanın gələcəyi onun əlindədir. Putin ölkə daxilində özünün dövlətçiliyini nümayiş etdirdi və diqqəti ölkəsindəki ağır iqtisadi vəziyyətdən, Aleksey Navalnı kimi müxalifətçilərə qarşı repressiyalardan yayındıra bildi.

Taktiki uğur, strateji məğlubiyyət

The Economist yazır ki, Putinin əldə etdiyi bu uğurlar “taktiki” səciyyə daşıyır və daha uzun müddətdə, strateji mənada o bu oyunu uduzub.

Məqalədə deyilir ki, Putin yalnız bir məqsəd – bütün nəzərləri öz üzərinə gətirmək məqsədilə hərəkət etsə də, rəqiblərini elektrikləşdirdi. Co Baydenin başçılğı altında Qərb, Rusiyaya qarşı 2014-cü ildə olduğundan daha sərt sanksiyalar barədə razılığa gəldi.

Əgər 2019-cu ildə Fransa prezidenti Emmanuel Makron NATO-nun “beyin ölümü” keçirdiyini bəyan etmişdisə, indi NATO özünün şərq cinahını Rusiyaya qarşı möhkəmləndirməklə təzələnmiş məna tapdı.

Adətən məsafə saxlamağa çalışan İsveç və Finlandiya indi hətta NATO-ya qoşula bilərlər.

Rusiyanın Şimal Axını 2 qaz kəməri layihəsi məsələsində o qədər də müdriklik etməyən Almaniya bildirir ki, Rusiya Ukraynaya hücum edərsə, bu kəməri itirə bilər.

Məqalədə deyilir ki, Putin Qərbin belə reaksiyasını əvvəlcədən bilsəydi, bəlkə də bu oyuna başlamazdı:

“Ukrayna əlbəttə əzab çəkir, amma böhran ukraynalıların gələcək talelərinin Qərblə bağlı olduğuna inamını gücləndirdi. Əlbəttə Putin Ukraynanın NATO-ya qoşulmayacağına dair təminat da qopara bilər, amma bu çox ucuz nailiyyətdir, çünki Ukrayna üçün NATO üzvlüyü onsuz da çox uzaq perspektivdir. Ən başlıcası isə budur ki, bütün son illər ərzində diqqətdən kənarda qalan Ukrayna Qərbin misli görünməmiş diplomatik və hərbi dəstəyini qazandı. Böhranda əldə edilmiş bu nailiyyət Rusiya qoşunlarını geri çəksə də, yox olmayacaq. Bu, Putinin istədiyinin tamamilə əksidir”.

Rusiya Qərbdən asılıdır

Bu da doğrudur ki, cənab Putin raketlər və hərbi manevrlər də daxil, Avropanın təhlükəsizliyi məsələsini gündəmə gətirib, amma bu barədə danışıqlar hamının marağındadır.

The Economist yazır ki, “əgər hər iki tərəfin qazandığı danışıqlar Putinin qələbələri sayılırsa, qoy onun belə qələbələri çox olsun”.

Lakin Putinin ən böyük itkisi ölkəsi daxilində baş verib. Rusiya qapalı qəsr iqtisadiyyatı qurmağa çalışıb. Öz valyuta ehtiyatlarını artırıb və bu ehtiyatlarda dolların payını azaldıb. O şirkətlərin xarici kapitaldan asılılığını əngəlləyib. Öz texnologiyalarını yaratmağa cəhd göstərib. Rusiya hətta özünün karbohidrogen xammalına yeni müştəri tapmaq ümidi ilə Çinlə dostlaşıb.

Bütün bu tədbirlər Qərb sanksiyalarının potensial ziyanını azaltsa da, onu tam aradan qaldıra bilməyib.

Avropa İttifaqı hələ də Rusiyanın bütün ixracatının 27 faizinin müştərisidir. Çinin payına bunun yarı qədəri düşür.

Çin istiqamətində çəkilən “Sibirin gücü” qaz kəməri 2025-ci ildə hazır olanda belə Avropaya gedən qazın yalnız beşdə birini nəql edəcək. Ciddi münaqişə olarsa, sanksiyalar təcili bank köçürmələri şəbəkəsini hədəfləyəcək, Rusiyanın iri banklarını maliyyə sistemindən məhrum edəcək. Huawei-sayağı idxal məhdudiyyətləri Rusiyanın texnoloji şirkətləri üçün böyük çətinlik yaradacaq.

Çinin “kiçik qardaşı” olmaq

Məqalədə deyilir ki, əgər Putin Çinə üz çevirsə, onun ölkəsi qeyri-sentimental bir rejimin olsa-olsa kiçik partnyoru olar. Çin onsuz da Rusiyaya diplomatik yayındırıcı və geridə qalmış ucuz xammal mənbəyi kimi baxır. Cənab Putin belə bir boyunduruğun altına girməli olacaq.

Avtokratiyaların ittifaqı Rusiyanın daxilində də psixoloji baxımdan baha başa gələcək:

“Bu nümayiş etdirəcək ki, Putin Ukrayna demokratiyasına və onun Qərblə bağlarının möhkəmlənməsinə özlərinin Rusiyanı talan etmək imkanına təhlükə kimi baxan güc strukturlarına və təhlükəsizlik boslarına güvənə bilir”.

Məqalədə deyilir ki, belə bir vəziyyət Rusiyanın öz kapitalist və texnokratlarını məyus edəcək. Onların ən ağıllıları ölkədən gedəcək, qalanları isə fəaliyyətini dayandıracaq. Durğunluq və inciklik müxalifətə işləyəcək.

The Economist yazır ki, bütün bunları bilə-bilə Putin müdaxiləyə getsə, bu böhranın daha ağır nəticələri olacaq. Əgər o Dövlət Dumasının təklif etdiyi kimi Donbasın qondarma respublikalarını tanısa, belə bir fikir təsdiqini tapacaq ki, Putindən nə desən gözləmək olar.

Məqalədə deyilir ki, belə bir vəziyyət Ukraynanı xaraba qoysa da, Rusiyanın özünə müharibə təhlükəsindən daha böyük ziyan vuracaq. Qərb daha da yadlaşacaq və Rusiya qazına birdəfəlik arxa çevirəcək. Ukrayna Rusiyanın qan verən yarasına çevriləcək, Putinin özü isə müflis olacaq.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Amilinin ZƏHƏRLİ AMALI... - REAKSİYALAR
Bu gün, 09:21
"Aqroservis" ASC səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 09:19
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib - ƏMR
Bu gün, 09:18
ADAU-da təhsilin evini yıxanlar KİMDİR? - İTTİHAM VAR...
Bu gün, 09:16
"Məşədi Dadaş"ın imamına sui-qəsd etmək istəyən şəxs özünü 12-ci imam adlandırıb – MƏHKƏMƏ
Bu gün, 09:04
Azərbaycana qarşı qlobal qara piarın pərdəarxası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:58
Seul Şimali Koreya əsgərlərinin Rusiya tərəfdə döyüşə girdiyini açıqlayıb
Bu gün, 08:47
Nikol niyə nazirləri işdən çıxarıb, Vatikana uçdu? – Sensasiya
Bu gün, 08:42
ABŞ təkcə senatorlarını yox, itlərini də üstümüzə hürdürür… - Kiçik qrantların küçük sevdalıları…
Bu gün, 08:37
“Rabitəbank”ın səhmdarları toplanır
Bu gün, 08:26
ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... - Çünki şikayətlərə də özü cavab verir...
Bu gün, 08:24
Ceyhun Cəlilov camaatın pulunu qaytaracaq? - İLGİNC...
Bu gün, 08:17
Nazir Vaşinqtonda, müavini Ankaradadır - NƏ BAŞ VERİR?
Bu gün, 08:12
Moskva və Vaşinqton arasındakı qaynar xətt istifadə olunmur - Peskov
Bu gün, 07:28
Azərbaycanda cəmi 9 min əcnəbi tələbə var - ŞƏRH
Bu gün, 07:14
4 ildir ki haqqı tapdanan Qazimiz .. - GİLEY
Bu gün, 07:10
Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? - AKTUAL
Bu gün, 06:56
Qarakənd faciəsindən 33 il ötür - UNUTMARIQ!
Bu gün, 06:43
Sabunçuda kim nə gəldi edir? - FOTOFAKT
Bu gün, 06:39
Yaşlı qadını aldadaraq, evini bankda girov qoydular... - BU NƏDİ BELƏ?
Bu gün, 06:32
“Bu gün deyə bilərik ki, məqsədimizə nail olduq” - deputat
Bu gün, 06:23
"Bəzi məmurlar dövlət və xalq arasındakı güvəni məhv edir" - FAKT BUDUR!
Bu gün, 06:20
"Mən xəngəl, piti yemirəm... - ...Xaşı heç dilimə vurmaram"
Bu gün, 06:15
Dörd ölkənin generalı Bakıda görüşür? – Azərbaycan müharibənin dayanması üçün…
Bu gün, 06:10
Baş nazir avtoritar hakimiyyət qurmağı sınaqdan keçirir, yoxsa... - Paşinyan nəyə hazırlaşır?
Bu gün, 06:06
Putin qorxusundan Rio-de-Janeyroya getmədi, Cinpin xəbərdarlıq etdi, Bayden isə...
Bu gün, 06:03
“NATO ölkələri hərbi xərclərini 340 milyard dollar artıra bilər” - "Bloomberg"
Bu gün, 06:00
“Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05
Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02
Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00
Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11
Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06
“Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03
İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00
Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58
Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58
Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55
SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52
Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43
Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37
“Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34
Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32
İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29
"Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27
Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22
Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19
“Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14
I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12
"Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Dünən, 17:09
Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Dünən, 17:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru