Çin nümayəndəsi Ukrayna ilə bağlı münaqişənin bütün iştirakçılarını təmkinli olmağa çağırıb
Tarix: 22-02-2022, 07:52 |
Çap et
Çin Ukrayna ətrafında vəziyyətdə olan bütün tərəfləri təmkinli olmağa və gərginliyə səbəb olan addımlar atmamağa, həmçinin dialoq və məsləhətləşmələri davam etdirməyə çağırır. DİA.AZ Trend-ə istinadən xəbər verir ki, bunu Çin Xalq Respublikasının BMT-dəki daimi nümayəndəsi Zhang Jun Ukraynadakı vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının iclasında bildirib bildirib.
"Çin Xalq Respublikasının BMT-dəki daimi nümayəndəsi Zhang Jun. Biz bütün maraqlı tərəfləri bərabərlik və qarşılıqlı hörmət əsasında hamının narahatlığını nəzərə almaq üçün dialoq və məsləhətləşmələri davam etdirməyə və ağlabatan həll yolu tapmağa çağırırıq”, - diplomat əlavə edib.