Ankara dronları Kiyevə peşkəş etməyib
Tarix: 4-03-2022, 07:56 |
Çap et
DİA.AZ: - Türkiyə xarici işlər nazirinin müavini martın 3-də deyib ki, Ankaranın Ukraynaya dron verməsi dəstək yox, adicə özəl satış əməliyyatıdır.
DİA.AZ-ın məlumatına görə, "Reuters" yazır ki, Türkiyə həm Moskva, həm də Kiyevlə yaxşı münasibətlərini qoruyub saxlamağa can atır.
Rusiya və Ukrayna ilə dəniz sərhədi olan NATO üzvü Türkiyə Rusiyanın Ukraynaya müdaxiləsini “qeyri-məqbul” adlandırıb, lakin alyans üzrə müttəfiqlərinin kəskin ritorikasını bölüşməyib və Rusiyaya qarşı sanksiyaların davam etdirilməsi əleyhinə çıxıb.
Türkiyə Rusiya ilə enerji sahəsində sıx əməkdaşlıq edir, amma eyni zamanda Kiyevə Bayraktar TB2 dronları satıb.
Ankara habelə Kiyevlə birlikdə bu dronların Ukrayna ərazisində müştərək istehsalına dair müqavilə imzalayıb.