Ermənistana sığınan rusiyalılar
Tarix: 8-03-2022, 12:55 | Çap et
Rusiya Ukraynaya irimiqyaslı hücumuna görə sanksiyalarla üzləşəndən Ermənistana sığınan rusiyalıların sayı artıb. Bu haqda AzadAvropa/AzadlıqRadiosu-nun Ermənistan xidməti xəbər verir.
Prezident Vladimir Putinin Ukraynaya qanlı hücumu Rusiyanı beynəlxalq miqyasda təcrid etməkdədir. Aİ-nin 27 üzvü daxil olmaqla 33 ölkə hava məkanını Rusiya şirkətlərinin üzünə bağlayıb.
Əhalinin əksəriyyətinin rusca danışdığı, hökumətinin Rusiyanın təcavüzünü pisləmədiyi, Kremlə qarşı sanksiyalara qoşulmadığı Ermənistan rusiyalılar üçün əlçatan sığınacaqlardır. Elə mediada işləyən rusiyalı Aleksey martın 3-də Yerevana çatıb.
Biletlər satılmışdı
“Mən Ermənistanla Gürcüstan arasında seçim etməli oldum, çünki artıq bəzi aeroportlar bağlanırdı. Logistik baxımdan mənim üçün ən asanı Yerevana gəlmək oldu”, – Aleksey deyir.
Ermənistan Rusiyanın başçılıq etdiyi KTMT üzvü, Rusiyanın strateji tərəfdaşıdır. Moskvanın Ermənistandan hərbi bazası var, Azərbaycanın Dağlıq Qarabağ ərazisinə də Rusiya hərbçiləri yerləşdirilib.
“The Guardian” qəzeti martın 3-də Moskvadan Yerevana, eləcə də İstanbul və Belqrada biletlərin qabaqcadan satılıb qurtardığını yazırdı.
Ermənistana gedən bəzi rusiyalıların radioya dediyinə görə, Rusiyada qalan dostları, tanışları məhz Qərbin sanksiyaları üzündən ölkədən getməyi düşünürlər, ya da artıq bunu həyata keçiriblər.
“Bir çox şirkətlərin yaxın gələcəkdə xaricə köçəcəyini eşitmişəm, çünki Rusiyada idxal, ixrac, maliyyə ilə bağlı sahələrdə biznes qurmaq daha mümkün deyil”, – kimliyini açıqlamaq istəməyən başqa bir rusiyalı deyib.
Şirkətlər köçür
Ermənistanın İqtisadiyyat naziri Vahan Kerobian martın 1-də iddia edib ki, Rusiyanın texnologiya şirkətləri qərbin sanksiyalarından qorunmaq üçün əməliyyatları Ermənistana köçürürlər. “Ondan çox şirkət artıq köçüb, digərləri isə yoldadır”, – nazir vurğulayıb.
Amma o, şirkətlərin adlarını açıqlamayıb.
Rusiyada texnologiya şirkətində işləyən, Yerevana bilet almış bir mühəndis qərarını təkcə iqtisadi səbəblərlə deyil, həmçinin ölkəsinin Ukraynaya hücumuna etirazıyla əlaqələndirir.
“Şirkətimiz getmək istəyənlərə kömək vəd edib, amma necə edəcəyini deməyib. Ona görə mən özüm gedirəm”, – adının çəkilməsini istəməyən qadın əməkdaş vurğulayıb.
Rusiyalı proqramı Yevgeni də ermənistana köçməyi planlaşdırır. O, Ermənistanın 20 minədək işçisi olan informasiya texnologiyaları sahəsində iş tapacağına ümid edir.
ABŞ və Aİ-nin Rusiyaya qarşı sanksiyaları bu ölkənin yüksək texnologiyalara çıxışını məhdudlaşdırmağı, şirkətlərinin xaricdə maliyyə tranzaksiyalarını çətinləşdirməyi nəzərdə tutur.
IT sektoruna maraq böyükdür
Rusiyalı peşəkarlar özəlliklə Ermənistanın IT sektoruna maraq göstərirlər, bəziləri artıq iş də tapıblar. Bunu Müasir Texnologiya Müəssisələri Birliyinin başçısı Hayk Çobanyan deyir. O, bir həftəyə rəqəmlərlə danışmağın mümkün olacağını söyləyib.
Prezident Putin Rusiyadan fərdlərin 10 min dollardan artıq vəsait çıxarmasını qadağan edən sərəncam imzalayıb.
Yerevanın Zvartnots aeroportunda çoxsaylı rusiyalılar Ermənistana niyə gəldiklərini açıqlamayıblar, bəziləri sadəcə turist olduqlarını deyiblər.
AzadlıqRadiosu-nun əməkdaşları Yerevan küçələrində rusiyalıların sayının artdığını bildirirlər. Bəziləri Ukrayna ilə müharibəyə görə gəldiyini deyib, amma heç də hamısı qalmağı planlaşdırmır.
“Çox güman, bir neçə ay qalaram. Sonra Avropada iş taparam”, – bir rusiyalı belə deyib.
Neytrallıqla loyallıq arasında
Baş nazir Nikol Paşinyan hökuməti Rusiyanın Ukraynaya qarşı müharibəsi başlayandan neytrallıqla Putinə loyallıq arasında mövqe tutmağa çalışır.
Ermənistan BMT Baş Assambleyasının Rusiyanın Ukraynanı işğalını qətiyyətlə pisləyən qətnaməyə səsvermədə bitərəf qalıb.
Həmin qətnamənin əleyhinə Rusiya, Belarus, Eritreya, Şimali Koreya və Suriya səs verib.
Ermənistan indiyədək Rusiyanın Krımı ilhaqını pisləyən, Ukraynanın bu yarımada üzərində suverenliyini təsdiqləyən BMT qətnamələrinin əleyhinə səs verib.
Fevralın 25-də Yerevan Rusiyanın Avropa Şurasında üzvlüyünə xitam verilməsinin əleyhinəsəs verib və Rusiya ilə birgə mövqe sərgiləyən yeganə ölkə olub. Qurumun 42 üzvü qərarı dəstəkləyib.
Paşinyan isə martın 2-də deyib ki, Ukraynadakı müharibə Yerevanı “dərindən məyus edib”. O, Rusiya-Ukrayna danışıqlarının “nəticə verəcəyinə” ümidini bildirib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Moskva və Vaşinqton arasındakı qaynar xətt istifadə olunmur - Peskov
Bu gün, 07:28 |
|
|
|
• Azərbaycanda cəmi 9 min əcnəbi tələbə var - ŞƏRH
Bu gün, 07:14 |
|
|
|
• 4 ildir ki haqqı tapdanan Qazimiz .. - GİLEY
Bu gün, 07:10 |
|
|
|
• Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? - AKTUAL
Bu gün, 06:56 |
|
|
|
• Qarakənd faciəsindən 33 il ötür - UNUTMARIQ!
Bu gün, 06:43 |
|
|
|
• Sabunçuda kim nə gəldi edir? - FOTOFAKT
Bu gün, 06:39 |
|
|
|
• Yaşlı qadını aldadaraq, evini bankda girov qoydular... - BU NƏDİ BELƏ?
Bu gün, 06:32 |
|
|
|
• “Bu gün deyə bilərik ki, məqsədimizə nail olduq” - deputat
Bu gün, 06:23 |
|
|
|
• "Bəzi məmurlar dövlət və xalq arasındakı güvəni məhv edir" - FAKT BUDUR!
Bu gün, 06:20 |
|
|
|
• "Mən xəngəl, piti yemirəm... - ...Xaşı heç dilimə vurmaram"
Bu gün, 06:15 |
|
|
|
• Dörd ölkənin generalı Bakıda görüşür? – Azərbaycan müharibənin dayanması üçün…
Bu gün, 06:10 |
|
|
|
• Baş nazir avtoritar hakimiyyət qurmağı sınaqdan keçirir, yoxsa... - Paşinyan nəyə hazırlaşır?
Bu gün, 06:06 |
|
|
|
• Putin qorxusundan Rio-de-Janeyroya getmədi, Cinpin xəbərdarlıq etdi, Bayden isə...
Bu gün, 06:03 |
|
|
|
• “NATO ölkələri hərbi xərclərini 340 milyard dollar artıra bilər” - "Bloomberg"
Bu gün, 06:00 |
|
|
|
• “Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05 |
|
|
|
• Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Dünən, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Dünən, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Dünən, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Dünən, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Dünən, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Dünən, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Dünən, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Dünən, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Dünən, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Dünən, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Dünən, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Dünən, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Dünən, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Dünən, 15:25 |
|
|
|
|