Ukrayna lideri Rusiya ilə danışıqlarda prioritetləri açıqlayıb
Tarix: 17-03-2022, 07:35 |
Çap et
Rusiya ilə aparılan danışıqlarda prioritetlər qarşıdurmaya son qoymaq, təhlükəsizliyə, suverenliyə zəmanət vermək və ərazi bütövlüyünü bərpa etməkdir.
DİA.AZ "Report"a istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
“Danışıqlardakı prioritetlərim tamamilə aydındır. Müharibəni dayandırmaq, təhlükəsizlik təminatları, suverenlik, ərazi bütövlüyünün bərpası, ölkəmiz üçün real təminatlar və müdafiədir”, - Zelenski bildirib.