“Dünya sülh sistemi Buça zirzəmilərində, Mariupol küçələrində ölür” - FAKT BUDUR!
Tarix: 11-04-2022, 15:30 | Çap et
Ukrayna Prezidenti Vladimir Zelenski BMT Təhlükəsizlik Şurasında çıxışı zamanı deyib ki, sülhü təmin etməli olan bu əsas dünya qurumu effektiv işləyə bilmir: “Təhlükəsizlik Şurasının təmin etməli olduğu təhlükəsizlik haradadır? BMT-nin təmin etmək üçün yaratdığı sülh haradadır? Aydındır ki, istənilən təcavüzkarın sülhə məcbur edilməsini təmin etməli olan əsas sülh institutu sadəcə olaraq səmərəli işləyə bilmir”.
O, BMT Nizamnaməsinin 1-ci fəslinin sülhü dəstəkləyən təşkilatın məqsədi ilə bağlı 1-ci maddəsini xatırladıb və vurğulayıb ki, indi nizamnamə elə birinci maddədən pozulur. Prezident rus işğalçılarının Ukraynadakı hərbi cinayətlərindən danışıb: “Ukrayna şəhərlərinin artilleriya və hava zərbələri ilə dağıdılması, şəhərlərin blokadaya alınması, mülki əhalinin edam edilməsi. Buçada dinc əhalinin qətliamı işğalçıların Ukraynada etdiklərinə dair çoxsaylı nümunələrdən biridir və onların cinayətləri İkinci Dünya müharibəsinin bitməsindən bəri ən pis hadisədir”.
“Rusiya BMT Təhlükəsizlik Şurasındakı veto hüququnu ölüm hüququna çevirir. O, qlobal təhlükəsizliyin bütün arxitekturasını pozur, pisliyin cəzasız qalmasına və bütün dünyaya yayılmasına imkan verir. Belə davam edərsə, son nəticə o olacaq ki, hər bir ölkə öz təhlükəsizliyini təmin etmək üçün yalnız silah gücünə arxalana bilər, beynəlxalq hüquq və beynəlxalq institutlara deyil. BMT sadəcə olaraq bağlana bilər”, - deyə Ukrayna lideri bildirib.
Zelenski BMT sistemində islahat aparmağa çağırıb və qeyd edib ki, təcavüzkar sülhə məcbur edilməli, Rusiya hərbçiləri və onlara əmr verənlər məsuliyyətə cəlb edilməlidir: “BMT indi ya təcavüzkar ölkəni Təhlükəsizlik Şurasında qərarların qarşısını almaqdan uzaqlaşdıra, ya qurumun necə formatlaşdırıla biləcəyini göstərə, ya da özünü ləğv edə bilər”.
Maraqlı təkliflərdir. Həqiqətən də, nüvə bombalarına sahib olan, özü üçün məqbul olan istənilən qərarı vermək istəyən bir ölkənin bu cəzasızlığı ilə bağlı nəsə etməyin vaxtıdır. Burada Zelenski tamamilə haqlıdır – Kremli BMT Təhlükəsizlik Şurasında veto qoymaq imkanından məhrum etmək lazımdır. BMT-nin bu ali strukturunun yenidən formatlaşdırılmasının yolları, mexanizmləri varmı? Əks halda, ümumilikdə Təhlükəsizlik Şurasının bütün fəaliyyəti bir növ farsa çevrilərək, təcavüzkara dünya ictimaiyyətini açıq şəkildə ələ salmağa imkan verir. Burada hansı çıxış yolları görünür? dia-az.life xəbər verir ki, AYNA mövzunu tanınmış əcnəbi ekspertlərlə müzakirə edib.
Qərbi Avropa diplomatı, Norveç Krallığının Azərbaycandakı keçmiş səfiri Steinar Gil:
“Veto hüququ BMT Təhlükəsizlik Şurasını iflic edir. BMT yaranandan bəri belə olub və veto ləğv edilənə qədər də belə olacaq. Böyük dövlətin müharibə cinayətləri törətməsi və sonra bu müharibə cinayətlərini dayandıra biləcək istənilən tədbirə veto qoyması absurddur.
BMT Təhlükəsizlik Şurası və əslində BMT-yə üzv olan bütün dövlətlər vetonun ləğvi ilə bağlı ciddi müzakirələrə başlamalıdır. Problem ondadır ki, veto hüququ olan beş ölkədən heç biri bu səlahiyyətdən imtina etmək istəmir.
Veto hüququ ləğv edilsə belə, sual olaraq qalır: əvvəllər veto hüququ olan ölkə Təhlükəsizlik Şurasının onun maraqlarına zidd qərarlarına tabe olacaqmı? Amma bu çətinliklərə baxmayaraq, mən hesab edirəm ki, Təhlükəsizlik Şurasında veto hüququnun ləğvi üçün prosesə başlamaq lazımdır.
Ukraynalı politoloq, Yaxın Şərq Araşdırmaları Mərkəzinin icraçı direktoru İqor Semivolos:
“Ukrayna torpağında moskvalıların davam edən dəhşətli cinayətlərindən belə ağrı ilə danışan Ukrayna Prezidentinin sözlərinə heç kim biganə qala bilməz. Buça və Ukraynanın digər şəhərlərində dinc sakinlərin soyuqqanlı şəkildə qətlə yetirilməsi Rusiya təbliğatı və Kreml ordusunun “qələbə dəliliyi”nin misantropik ideologiyası ilə təqdis olunan dəhşətli cinayətdir.
Hətta Qundyayevin rəhbərlik etdiyi Moskva kilsəsi də bu kabusa, Ukrayna xalqının soyqırımına xeyir-dua verdi. Amma indi də, minlərlə şahid ifadələrindən sonra, minlərlə sübut və yüzlərlə jurnalistin iştirakı ilə ortaya çıxanlardan sonra da moskvalılar bununla heç bir əlaqələri olmadığını deyir, açıq-aşkar yalan danışmağa davam edirlər.
Belə bir vəziyyətdə, həqiqətən, aşkar şeylər haqqında düşünürsən: Yaradandan başqa bu dəhşəti dayandıra biləcək bir qüvvə varmı?
BMT-nin preambulasında sivilizasiyadan və insan həyatından çox bəhs edilir və bəyan edilir ki, bu beynəlxalq qurum “Birləşərək hərəkət et” şüarını təcəssüm etdirməlidir. İkinci Dünya müharibəsinin dəhşətlərindən sonra çoxları eyni sualı verdi. Cavab BMT və bir neçə ölkənin birmənalı olaraq imtiyazlara və öldürmək hüququna malik olduğu sistem oldu.
Mən indi, düzünü desəm, bu strukturun yenidən qurulmasının, onun səmərəliliyinin artırılmasının yollarını görmürəm. Beynəlxalq hüquq əvvəllər də çətinliklə işləyirdi, indi isə daha çox. Ancaq əvvəllər 1940-cı illərin fəlakətinin xatirəsi siyasətçiləri dəlilikdən saxlaya bildisə, Moskvadakı hazırkı qruplaşmanı Ukrayna ordusundan başqa heç nə saxlaya bilmir.
Belə strukturlardan və beynəlxalq hüquqdan imtina etməyə dəyərmi? Heç nəyə baxmayaraq, yox! Nəhayət, prosedurlar və institutlar vacibdir və onlar xaosdan nizam yaradır. Yalta dünyasının sistemi Buça və Borodyankanın zirzəmilərində, Mariupol küçələrində ölür və bu göz qabağındadır. Bundan sonra nə baş verəcək və kim olacaq – bu, Ukraynanın bəşər sivilizasiyasını nə dərəcədə uğurla müdafiə etməsindən asılıdır. Və bizə kömək lazımdır. BMT bunu etməlidir”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05 |
|
|
|
• Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Dünən, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Dünən, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Dünən, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Dünən, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Dünən, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Dünən, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Dünən, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Dünən, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Dünən, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Dünən, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Dünən, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Dünən, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Dünən, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Dünən, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Dünən, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Dünən, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Dünən, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Dünən, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Dünən, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Dünən, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Dünən, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Dünən, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Dünən, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Dünən, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Dünən, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Dünən, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Dünən, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Dünən, 12:56 |
|
|
|
|