Rusiya Türkiyəyə qarşı ŞANTAJA KEÇİB... - Görünəni budur...
Tarix: 29-04-2022, 10:38 | Çap et
Voronej vilayəti yaxınlığında “Bayraktar” PUA-sının vurulması Rusiya telekanallarında anti-Türkiyə əhvalını artırıb. �?’Rossiya 1’’ telekanalında yayımlanan “60 dəqiqə” analitik proqramında Türkiyə hədəfə alınıb. Rusiya ekspertlərinə görə, Ukraynada sülhyaratma niyyətini ortaya qoyan Türkiyə Kiyevi silahlandırmaqda davam edir. İddia olunur ki, Rusiyaya qarşı sanksiyalara qoşulmayan Ankara birtərəfliyini qorumalıdır. Bildirilib ki, Türkiyə Kiyevi silahlandırmaqda davam edərsə, bu, gələcək münasibətləri ciddi şəkildə zədələyə bilər.
Qeyd edək ki, hələ Ukrayna müharibəsindən əvvəl də Kiyevə “Bayraktar”lar satılması Moskvanın etirazına səbəb olmuşdu... Maraqlıdır ki, aprelin 28-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya lideri Vladimir Putin arasında telefon danışığı olub. Halbuki tərəflər cəmi iki gün öncə də telefonla danışmışdılar.
Bəs Türkiyə PUA verməkdən imtina edə bilərmi? Rusiya ilə münasibətlər önəmlidir, yoxsa Ukraynaya “Bayraktar” vermək?
Bəzi məlumatlara görə, Ukrayna türk PUA-larını öz ölkəsində istehsal edir. Burada bir məqam da var - Ukraynanın silah arsenalında kifayət qədər böyük həcmdə Rusiya silahları var. Eləcə də Azərbaycana qarşı döyüşən, ərazilərimizi işğal edən Ermənistan tam halda Rusiya silahları ilə təchiz olunub. Rusiya bütün dünyaya silah ixrac edən ən böyük dövlətlərdəndir. Elə Azərbaycanda da kifayət qədər Rusiya silahları var. O zaman gərək hər kəs Rusiyaya qarşı bəyanat versin... Bu mövzuda Rəcəb Tayyib Ərdoğana qədər Türkiyə rəsmilərinin açıqlamaları var. Onlar deyirlər ki, Türkiyə �?’Bayraktar’’ları silah bazarında şəffaf şəkildə satır. Kim onu alırsa, silah da, işlətməsinə görə məsuliyyət də onun olur. Necə ki, Rusiya tanklarını satın alan hər hansı ölkə onu hansı istiqamətə, hansı hədəf ölkənin üstünə sürməsinə görə özü məsuliyyət daşıyır. Rusiya təbliğat vasitələri bu sadə gerçəyi görmürmü? Niyə buna cığallıq edirlər?
AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli buna səbəb kimi rusların keçmişi unutmadıqlarını görür: “Rusiyada çox güclü anti-Türkiyə əhval-ruhiyyəsi var. Bu da rusların milli genefondundan irəli gəlir. Ruslar üçün türk tarixən bir nömrəli düşmən olub. Çünki onların xərac vermə tarixləri yaddaşlarından silinməyib. Şimal qonşumuzun dövlətçilik tarixi 300-400 il öncədən o tərəfə yoxdur. Həmin ərazilər türk hökmdarlarının nəzarətində olub. Rusların antitürk hisslərinin ikiqat yüksək olmasında İslam faktoru da böyük rol oynayır. Təbii ki, burada erməni lobbisinin də təsirləri az deyil. Regionda Türkiyə-Rusiya maraqlarının toqquşmasını da burada gözardı etmək olmaz. Antitürk əhval-ruhiyyəsində olan rus elitasına Türkiyənin üzərinə getmək üçün bir bəhanə lazımdır. Bir sözlə, bəhanələr axtarmaq izindədirlər. Türkiyə hamıya silah satır. Bu baxımdan sualınızda qeyd olunanı məsələni bəhanə hesab edirəm. Qardaş ölkə Ukraynaya ”Bayraktar"ları pulsuz vermir. O məntiqlə Azərbaycan daim etiraz etməlidir ki, Rusiya, sən Ermənistanı silahlandırırsan. Türkiyə də etiraz edə bilər ki, Rusiya, mənə rəqib, düşmən olan Yunanıstana S300-ləri satırsan. Rəsmi Ankaranın özü Rusiyadan S400-ləri alıb. Rusiya da istəsə, “Bayraktar”ları ala bilər. Sadəcə, özlərinə hələ ki bu silahı almağı sıxışdırmırlar. Çünki türk hərbi istehsalı daha güclü silah icad edib. Sözün əsl mənasında bu silah rus silahını “döyür”. Suriyada, Liviyada, Qarabağda, indi də Ukraynada bunun şahidi olmuşuq. Rusiya ərazisində partlayışlar olub. Deyilənə görə, bu “Bayraktar”larla olub. Rusiyanın müdafiə sistemi bu silahın qarşısında aciz qalıb. Bu da rusları yerindən oynadır. Türkiyəyə olan hücumların kökündə məhz bu dayanır".
Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə Rusiyanın heç bir tələb irəli sürməyə haqqının olmadığını diqqətə çatdırdı: “2014-cü ildə Rusiya Krımı işğal edərək özünə birləşdirərkən Türkiyə bunu tənqid etsə də, NATO-nun Rusiyaya qarşı sanksiyalarına qoşulmayan yeganə üzv dövləti olub. Lakin bu, Türkiyənin Rusiyaya hər sahədə və hər zaman güzəştə gedəcəyi anlamına gəlmir. Bu gün Türkiyə Rusiyaya qarşı savaşan Ukrayna ordusunu ”Bayraktar"larla təmin edirsə, bu, tamamilə silah ticarəti və biznes maraqları çərçivəsində dəyərləndirilməlidir. Belə ki, “Bayraktar”ların Suriya, İraq, Liviya, Qarabağ və Ukraynada uğurlu istifadəsi ona olan marağı daha da artırmaqdadır. Hətta Almaniya da bu silahı satın alacağını elan edib. Keçən ilin dekabrında Qırğızıstan, bugünlərdə isə onunla münaqişə vəziyyətində olan Tacikistan bu uçuş aparatını əldə edib. Halbuki tarix boyu yaşanan münaqişələrin hər iki tərəfinə silah satan Rusiya bu gün Türkiyəni ən yaxşı anlamalı olan dövlətdir. Odur ki, Rusiyadan Türkiyənin davranışına “həddən artıq kəskin” reaksiyanın gəlməyəcəyi, həmçinin NATO-nun ona sanksiya tətbiq etməyən yeganə üzvünü Rusiyanın itirmək istəməyəcəyini də deyə bilərik. Silahın münaqişə tərəflərindən yalnız birinə satılması, həmin tərəfin silah satan ölkənin strateji və təbii müttəfiqi olması halında olur, məsələn, Türkiyə və İsrailin 44 günlük müharibə dövründə yalnız Azərbaycana silah satması kimi. Ümumiyyətlə, birtərəfli mövqe də məhz bu cür strateji və təbii müttəfiqlik halında mümkün olur. Bu gün Rusiyanın Türkiyə qarşısında belə bir tələb irəli sürməsi üçün heç bir siyasi, hüquqi, yaxud mənəvi haqqı yoxdur". “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05 |
|
|
|
• Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Dünən, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Dünən, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Dünən, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Dünən, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Dünən, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Dünən, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Dünən, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Dünən, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Dünən, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Dünən, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Dünən, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Dünən, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Dünən, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Dünən, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Dünən, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Dünən, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Dünən, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Dünən, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Dünən, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Dünən, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Dünən, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Dünən, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Dünən, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Dünən, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Dünən, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Dünən, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Dünən, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Dünən, 12:56 |
|
|
|
|