Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək .....                     "Özü kimi sadə bir də özüdür..." .....                     Ermənistanın COP29-da deməyə sözü yoxdur .....                     Sülhə doğru addım Zəngəzurdan keçir .....                     Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək .....                     "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" .....                     Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq .....                     ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır .....                     "Kainat gözəli" seçildi .....                     Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox .....                     Abxaziya gərginliyində erməni izi .....                     Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? .....                     36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır .....                     Bu da Ranın son ünvanı... .....                     “Mehriban düşmən”lər yollarını ayırır? .....                     "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." .....                     Azərbaycana qarşı qarayaxma yarışı gedir .....                     İsrail Prezidenti COP29-a niyə gəlmədi? .....                     Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə .....                     Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək .....                     Ermənistanın Rusiyaya yeganə yolu bağlandı .....                     Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının .....                     Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi .....                     Tramp kürəkəninə vəzifə verəcək .....                     Bakıda kafenin qarşısında QƏTL .....                     "Bu barədə ciddi şəkildə düşünməliyik" .....                     “525-ci qəzet” və "Qol.az"ın .....                     Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? .....                     7 rayonda DOST filialları təmir olunacaq .....                     “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu .....                     Buralar rəsmən yiyəsiz qalıb... .....                     Deputat üçün özəl gün .....                     Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" .....                     Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi .....                     İrəvandan Bakıya qarşı YENİ İTTİHAM .....                     Saxtakarların meydan suladığı ünvan... .....                     Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar .....                     Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... .....                     Tanınmış həkim vəfat edib .....                     Sevinc Osmanqızının “mikrofonçuluğu” .....                 

Ermənistan-KTMT: mehriban düşmənçilik - AKTUAL
Tarix: 15-09-2023, 15:26 | Çap et
Ermənistan-KTMT: mehriban düşmənçilik
Hazırda Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması üçün heç bir proses yoxdur. Bu barədə sentyabrın 7-də jurnalistlərə parlamentin xarici əlaqələr komissiyasının rəhbəri, hakim “Vətəndaş Müqaviləsi” partiyasının nümayəndəsi Sarqis Xandanyan bildirib.

Parlamentari eyni zamanda, KTMT-nin özünün “Əllərini yuyub, Ermənistanı tərk etdiyi” fikrini ifadə edib. Başqa sözlə, təşkilatın öz üzvünün təhlükəsizliyinin təmin edilməsi məsələsində qeyri-fəal olduğunu bildirib.

İrəvanın xarici siyasət və təhlükəsizlik sistemini dəyişməsi ehtimalının müzakirə olunub-olunmaması ilə bağlı suala Xandanyan kifayət qədər sadə cavab verib. Onun sözlərinə görə, Ermənistan silahlı qüvvələrində islahatlar aparır, bu islahatlar davam edir və respublika müdafiə sahəsində konstruktiv qarşılıqlı fəaliyyətdə maraqlı olan bütün ölkələrlə əməkdaşlığa açıqdır.

Eyni zamanda, məlum olduğu kimi, Ermənistan yaxın vaxtlarda ABŞ-la birgə hərbi təlimlər keçirəcəyini açıqlayıb. “Bu, regionda vəziyyətin sabitləşməsinə və qarşılıqlı etimadın möhkəmlənməsinə kömək etmir”, – deyə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov həmin gün açıqlama verib.

Ermənistan və Amerika sülhməramlılarının təlimləri İrəvanın KTMT üzrə müttəfiqləri ilə son vaxtlar kəskinləşən fikir ayrılıqları fonunda baş tutacaq. Belə ki, ötən çərşənbə axşamı məlum olub ki, Ermənistan KTMT-dəki daimi nümayəndəsini geri çağıraraq, onu Niderlandda səfir və Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatında (KSQT, mənzil-qərargahı Haaqada) daimi nümayəndə təyin edib. Eyni zamanda, Ermənistanın KTMT-dəki daimi nümayəndəsi postunu kimin tutacağı hələ də qaranlıq qalır.

Ermənistan KTMT-yə üzvlüyünü saxlamaqla bir neçə aydır ki, təşkilatın işində iştirak səviyyəsini ardıcıl olaraq azaldır. Bu ilin yanvarında İrəvan KTMT-nin Kollektiv Çevik Reaksiya Qüvvələrinin təlimlərinə ev sahibliyi etməkdən imtina edib və ardınca Ermənistan hərbi kontingenti təşkilata üzv olan digər ölkələrin ərazisində keçirilən analoji tədbirlərdə iştirak etməyib. Həmçinin mart ayında İrəvan hərbi blokun Baş katibinin müavini postuna verdiyi kvotadan imtina edib.

Eyni zamanda, respublika rəhbərliyi KTMT-nin ünvanına tənqidi fikirlər səsləndirib, onu 2022-ci ilin sentyabrında “Azərbaycan Silahlı Qüvvələrinin Ermənistana qarşı təcavüzünü” qiymətləndirmək və müttəfiqinə real yardım göstərmək istəmədiyinə görə qınayıb.

Xatırladaq ki, sentyabrın 6-da Rusiya Prezidenti yanında Millətlərarası Münasibətlər Şurasının üzvü Boqdan Bezpalko Ermənistanın KTMT-dən çıxması təhlükəsinin olduğunu bildirmişdi.

Beləliklə, Ermənistanın tezliklə KTMT-dən çıxmağa cəhd etməsi ehtimalı varmı? Onun üçün təhlükəsizdirmi? Ermənistanın bu blokdan çıxmasının qarşısını almaq üçün Moskva öz tərəfdən nə edə bilər?

DİA.AZ bildirir ki, AYNA-nın suallarını tanınmış əcnəbi ekspertlər cavablandırıblar.

Rusiyanın “Demokratik Seçim” siyasi partiyasının həmsədri, Liberal Missiya Fondunun idarə heyətinin üzvü Sergey Javoronkov:

“Hesab edirəm ki, Ermənistan üçün KTMT indi bir növ “qulpsuz çamadan”dır. Daşımaq rahat deyil, atmaq heyifdir. KTMT-nin Ermənistan-Azərbaycan nizamlanması prosesindən uzaqlaşdığı bir şəraitdə bunun nə məna daşıdığı o qədər də aydın deyil, lakin bu formatdan sadəcə olaraq, elə-belə çıxmağın da mənası yoxdur.

Və indi dünya elə bir məqamda deyil ki, məsələn, Avropa, ABŞ bu prosesə ciddi şəkildə müdaxilə etməyə hazır olsun - onlar diqqətlərini təbii ki, başqa yerdə - Ukraynada cəmləşdiriblər.

Rusiya rəhbərliyinə gəlincə, o, Qafqazda vəziyyətin dondurulmasında maraqlıdır ki, Moskva həm Ermənistan rəhbərliyinə, həm də Azərbaycan rəhbərliyinə təsir rıçaqlarına malik ola bilsin. Düşünmürəm ki, Rusiya Federasiyası indi iki ölkə liderləri arasında mürəkkəb şəxsi münasibətləri nəzərə alaraq, Ermənistana hər hansı hədiyyə verməyə ciddi hazırdır.

Və KTMT-yə üzvlük elə valyuta deyil ki, onun üçün sövdələşmənin ciddi mənası olsun. Ciddi valyuta Ermənistanda Rusiya bazalarının mövcudluğu məsələsidir. Ermənistan rəhbərliyi bunu şübhə altına alarsa, bu, sövdələşmə üçün müəyyən zəmin yarada bilər, amma nəticə qeyri-müəyyən ola bilər”.

Azad Rusiya Fondunun Cənubi Qafqazdakı nümayəndəliyinin direktoru (Tbilisi), politoloq Yeqor Kuroptev:

“Ermənistan rəhbərliyi, bir çox ölkələr kimi, başa düşür ki, Putin Rusiyası nəinki istəmir, hətta nə Ermənistana, nə də başqasına istəsə də, kömək edə bilməz. Paşinyanın bu yaxınlarda düzgün dediyi kimi, Rusiyanın “kömək edəcəyi heç bir şey yoxdur”. Baxmayaraq ki, heç vaxt xüsusi istək olmayıb, çünki Kremlin yeganə məqsədi İrəvanla Bakı arasındakı münaqişəni səngitməkdən ibarət olub, birdəfəlik həll etməkdən yox.

Ermənistan indi başa düşür ki, Azərbaycanla münaqişənin diplomatik həllində irəliləyişin olmaması nəticəsində yeni hərbi eskalasiya riskləri var və İrəvan təcili olaraq Qərblə bütün əlaqələri yaxşılaşdırmalıdır ki, heç olmasa, siyasi dəstək əldə edə bilsin. Fikrimcə, İrəvanın addımlarını diktə edən və Kremli tənqid etməsinin səbəbi də elə budur.

Bir neçə gün əvvəl Ermənistan parlamentinin spikeri Alen Simonyan hətta Mariya Zaxarovanı “hansısa katibə” adlandırmışdı, bunu əvvəllər təsəvvür etmək çətin idi, baxmayaraq ki, mən bu deyimlə razıyam.

Ermənistan başa düşür ki, Putin Rusiyası Ukraynadakı müharibədə uduzacaq. Qərb birləşəcək. Ən yaxşı “stavka” öz müstəqilliyi və demokratik dünya ilə əməkdaşlıqdır.

Ola bilsin ki, gələcəkdə bu, Bakı ilə diplomatik nizamlanmaya daha aktiv keçid demək olacaq, çünki heç kim regionda növbəti müharibə görmək istəmir. Onsuz da heç bir səbəb olmadan minlərlə insan həyatını itirərkən, daha aktiv kompromis axtarışları və diplomatik həll yolu əvəzinə başqa bir müharibə görmək ağlasığmazdır.

Kreml çətin ki, ciddi bir iş görsün, hərçənd o, Ermənistanın öz müstəqilliyini müdafiə etməsinə və Rusiyanın təsirindən çıxmasına mane olmaq üçün çox çalışacaq. Amma İrəvan Moskvanın bu təzyiq və şantajına tab gətirə bilsə, istər iqtisadi, istərsə də siyasi olsun, Ermənistan üçün daha çox müsbət perspektivlər açılacaq. Hansını ki, təəssüf ki, qonşu Gürcüstan haqqında demək olmaz.

Burada hakimiyyət, əksinə, mövcud vəziyyətdən istifadə edərək, bütün mümkün Rusiya pullarını qazanmağa qərar verdi. Belə olan halda Gürcüstanın suverenliyi və müstəqilliyi növbəti dəfə ciddi risk altındadır. Bu fonda Ermənistanın “stavkası” daha praqmatikdir və kiminsə konkret pul kisəsini deyil, dövlətin maraqlarını qorumağa yönəlib”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Bu gün, 21:43
"Özü kimi sadə bir də özüdür..." - FOTO
Bu gün, 21:42
Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Bu gün, 19:00
Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Bu gün, 18:57
Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Bu gün, 18:53
"İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Bu gün, 18:49
Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Bu gün, 18:46
ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Bu gün, 18:43
"Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18
Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15
Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40
Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22
36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12
Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10
“Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55
"Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52
Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48
İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43
Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25
Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22
Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19
Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16
Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14
Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03
Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55
"Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27
“525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23
Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19
7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13
“Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08
Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58
Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50
Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44
Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35
İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31
Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25
Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22
Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18
Tanınmış həkim vəfat edib
Bu gün, 09:15
Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11
"Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07
Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59
Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57
Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49
Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46
Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42
Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39
Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45
“Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru