Ertələnən ERMƏNİ İNQİLABI... - Kimsə Paşinyanın yerində olmaq istəmir
DİA.AZ: - İrəvanda erməni etirazları səngiməyə başlayıb.
DİA.AZ xəbər verir ki, dünən Ermənistanda keçirilən etiraz mitinqi təkəm-seyrəkliyi ilə seçilib. Baxmayaraq ki, Qarabağdan qaçıb gedənlərin hesabına meydan doldurula bilərdi. Görünən budur ki, erməni xalqı Paşinyanın uğursuzluğu ilə barışıb.
DİA.AZ-ın məlumatına görə, erməni müxalif blogger Mika Badalyan bəzi müxalif liderlərin belə, iştirak etmədiyi mitinqə bu laqeydliyi onların indiki şəraitdə Paşinyanı devirməyə maraqlı olmaması ilə əlaqələndirir. Badalyanın fikrincə, hazırda Ermənistan elə ağır durumdadır ki, hakimiyyətə kim gəlsə, tarixi məsuliyyəti öz çiyninə götürməlidir. Qarabağ məğlubiyyəti ilə razılaşmalı, Azərbaycanın diktə etdiyi sülh sazişinə qol çəkməlidir. Bu səbəbdən də heç kim Paşinyanın yerində olmaq istəmir və beləcə, mitinqlərə ilgi azalır.
Mikanın demədiyi və ya demək istəmədiyi bir başqa amil də var. Bu da ondan ibarətdir ki, əvvəlki mitinqlər ona görə güclü alınırdı ki, bu işdə Paşinyanın da marağı vardı. Paşinyan meydanları dolduran müxalif kütləni göstərir, ondan sülh tələb edən Qərb ölkələrinə “Vallah, mən bu addımı ata bilmirəm, yoxsa məni devirərlər” deyə bilirdi. İndi isə onun çözümsüzlük arqumentlərinə ciddi yanaşan yoxdur, “ya sazişə imza et, ya da istefa ver, imza atmağa hazır cəsur liderlər vəzifə başına gəlsin” deyilir. Xüsusilə Qarabağ sürprizindən sonra Paşinyan da bu ilk versiya ilə razılaşmış kimi kimi görünür və öz qüvvələrini mitinqçiləri dəstəkləməyə göndərmir.