Keçmiş müdafiə naziri Paşinyanı �?satqınlıqda’ ittiham edir - TƏFƏRRÜAT
Tarix: 7-10-2023, 09:56 | Çap et
Ermənistanda 2018-ci ildə baş vermiş “məxməri inqilabdan” dərhal sonra baş nazir Nikol Paşinyanın müşaviri kimi çalışmış, daha sonra isə müdafiə naziri təyin edilmiş Arşak Karapetyan indi keçmiş rəhbərini satqınlıqda ittiham edir.
DİA.AZ-ın məlumatına görə, AzasdlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Karapetyanın iddiasına görə Qarabağın “müdafiə ordusu” da bu xəyanət nəticəsində məhv edilib:
“Bugün bir əsl vətənpərvər də yoxdur ki, bizim qorxaq hakimiyyətin ucbatından qürurlu xalqımızın qırğın və məhvə qalmasına görə ürəyində ağrı və hiddət hiss etməsin”.
Müdafiə naziri vəzifəsindən cəmi üç ay sonra Paşinyan tərəfindən qovulmuş Karapetyan üstündən iki il keçəndən sonra işdən azad edilməsinin səbəblərinə aydınlıq gətirməyə çalışıb.
“Mən, general-mayor Arşak Henrixoviç Karapetyan...” O iddia edib ki, vəzifəsindən Azərbaycan silahlı qüvvələrinin irəliləməsinə yol vermədiyinə görə uzaqlaşdırılıb:
“Mən, general-mayor Arşak Henrixoviç Karapetyan vəzifədən ona görə kənarlaşdırılmışam ki, Azərbaycan tərəfinin ultimatumunu rədd edərək irəlilədiyi, Ermənistan Respublikası ərazisinə müdaxiləyə cəhd etdiyi təqdirdə düşmənə atəş açılmasına əmr vermişəm”.
Lakin Facebook səhifəsində yazdığı postda Arşak Karapetyan bütün bunlar barədə sükutunu niyə məhz indi pozmaq qərarına gəlməsinin səbəblərinə aydınlıq gətirmir.
O Azərbaycanın müdaxiləsinin qarşısının nə vaxt alınması və atəş əmrinin verilməsi vaxtlarını da dəqiqləşdirmir.
Karapetyan müdafiə naziri vəzifəsinə 2021-ci ilin avqustunda təyin olunmuş, elə həmin ilin noyabrında vəzifəsindən azad edilmişdi. Onun istefaya göndərilməsi ərəfəsində bir sıra sərhəd insidentləri baş vermişdi.
Lakin Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə 2021-ci ilin 14 noyabrında, Karapetyanın işdən çıxarılmasına bir gün qalanda Azərbaycan silahlı qüvvələri sərhədin şərq istiqamətində mövqelərini yaxşılaşdırmağa çalışmış, amma buna nail ola bilməmişdi.
“Məni Qarabağa getdiyimə görə işdən çıxarıblar” Karapetyan vəzifəsindən kənarlaşdırılmasının daha bir səbəbi kimi Qarabağa səfərlərini göstərir:
“Çünki mən üç dəfə Artsaxa (Qarabağ-red) getmişdim və Artsax Respublikasının (Qarabağ-red) müdafiəsini təşkil etməyə çalışmışdım. Çünki mən təhlükəsizliklə bağlı indiki hökumətin bütün niyyətləri ilə razılaşmırdım”.
Azatutyun yazır ki, Arşak Karapetyan 2021-ci ilin 6 noyabrında, işdən çıxarılmasına bir həftə qalmış Qarabağa getmiş, orada “Qarabağ müdafiə ordusunun” komandanlığı ilə təhlükəsizlik məsələlərini müzakirə etmişdi. Həmin vaxt Bakı Karapetyanın bu səfərinə görə etiraz bildirmişdi.
İqtidaryönlü deputat iddiaları “düşüncəyə təhqir” adlandırır Azatutyun yazır ki, baş nazirin iqtidar partiyasından olan deputatlar Karapetyanın iddialarını şərh etmək istəməyiblər.
“Vətəndaş müqaviləsi” fraksiyasından deputat Arman Eqoyan isə deyib ki, Karapetyanın ittihamları onun “düşüncəsi üçün təhqir” kimi səslənir:
“Sizin istədiyiniz odur ki, biz indi kameraların qarısında oturub Ermənistan Respublikası sərhədlərinin qorunması üçün kimin öz funksiyalarını necə yerinə yetirdiyini müzakirə edək? Bu sual mənim düşüncəm üçün təhqir kimi səslənir. Heç kəs Ermənistan Respublikasının sərhədlərinin müdafiəsinə görə işdən qovula bilməz. Adamlara Ermənistan Respublikasının sərhədlərini lazımınca qoruduqlarına görə mükafat verirlər”.
Rusiyanı xilasa çağırıb Karapetyan hələ Paşinyanın hakimiyyətindən əvvəl, 2016-cı ildə üçüncü prezident Serj Sarkisyan tərəfindən dördgünlük aprel müharibəsi zamanı yol verdiyi qüsurlara görə Ermənistan silahlı qüvvələri baş qərargahının kəşfiyyat idarəsinin rəisi vəzifəsindən kənarlaşdırılmışdı. Hərçənd Sarkisyan sonralar Karapetyana Ermənistanın Rusiyadakı hərbi attaşesi vəzifəsini vermişdi.
Hakim “Vətəndaş müqaviləsi” fraksiyasının katibi Artur Ovannisyan Karapetyanın çıxışı barədə deyib:
“Mən hesab edirəm ki, Ermənistan Respublikası üçün belə mühüm bir vaxtda kiminsə Milli Məclisin brifinqinə gəlib birbaşa efirdə və bir neçə dildə öz xidmətlərini konkret şəxslərə, konkret qütblərə təklif etməsinə ümumiyyətlə ehtiyac yoxdur”.
Keçmiş nazir brifinqdə etdiyi çıxışda Rusiyaya “Ermənistan dövlətinin məhvi cəhdlərinin qarşısının alınması üçün qətiyyətlə hərəkətə keçmək” çağırışı etmişdi.
Siyasi fəaliyyətə başladığını elan edən Karapetyan çıxışını həm də rusca etmişdi. Karapetyan iddia edib ki, Ermənistan hakimiyyəti erməni xalqını Rusiya ilə qarşı-qarşıya qoyur.
Onun sözlərinə görə Rusiya sülhməramlılarının fəaliyyəti qənaətbəxş olmasa da, Rusiya və Ermənistan xalqlarının arasına nifaq salınmasına yol verilməməlidir.
Qarabağdakı işlərə dövlət büdcəsindən nə qədər pul ayrılır? Hökumət nəyi gizli saxlayır?
Paşinyana “Ruben Vardanyan” ittihamı Arşak Karapetyan Paşinyanın ünvanına daha bir ciddi ittiham səsləndirib:
“Mən dəqiq bilirəm ki, Ermənistan hökumətinin başçısı kreslosunu itirəcəyindən narahat olduğuna görə erməni xalqının ləyaqətli oğlu Ruben Vardanyanın həbsi üçün azərbaycanlılara müraciət edib”.
İqtidaryönlü deputat Eqoyan bu ittihamı “sayıqlama” adlandırıb:
“Rəsmi Yerevan bundan əvvəl Dağlıq Qarabağ liderlərinin saxlanılmasını qətiyyətlə pisləyib və bildirib ki, onların hüquqlarının müdafiəsi üçün bütün mümkün addımları atacaq”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Bu gün, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Bu gün, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Bu gün, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Bu gün, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Bu gün, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Bu gün, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
|