Ermənistanın COP29-da deməyə sözü yoxdur .....                     Sülhə doğru addım Zəngəzurdan keçir .....                     Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək .....                     "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" .....                     Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq .....                     ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır .....                     "Kainat gözəli" seçildi .....                     Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox .....                     Abxaziya gərginliyində erməni izi .....                     Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? .....                     36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır .....                     Bu da Ranın son ünvanı... .....                     “Mehriban düşmən”lər yollarını ayırır? .....                     "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." .....                     Azərbaycana qarşı qarayaxma yarışı gedir .....                     İsrail Prezidenti COP29-a niyə gəlmədi? .....                     Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə .....                     Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək .....                     Ermənistanın Rusiyaya yeganə yolu bağlandı .....                     Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının .....                     Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi .....                     Tramp kürəkəninə vəzifə verəcək .....                     Bakıda kafenin qarşısında QƏTL .....                     "Bu barədə ciddi şəkildə düşünməliyik" .....                     “525-ci qəzet” və "Qol.az"ın .....                     Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? .....                     7 rayonda DOST filialları təmir olunacaq .....                     “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu .....                     Buralar rəsmən yiyəsiz qalıb... .....                     Deputat üçün özəl gün .....                     Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" .....                     Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi .....                     İrəvandan Bakıya qarşı YENİ İTTİHAM .....                     Saxtakarların meydan suladığı ünvan... .....                     Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar .....                     Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... .....                     Tanınmış həkim vəfat edib .....                     Sevinc Osmanqızının “mikrofonçuluğu” .....                     "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" .....                     Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər .....                 

Həmas-İsrail qarşıdurması: Böyük müharibənin anonsu yoxsa...? - İNCƏLƏMƏ
Tarix: 11-10-2023, 07:40 | Çap et
Həmas-İsrail qarşıdurması: Böyük müharibənin anonsu yoxsa...?
Həmas-İsrail qarşıdurmalarının mütəmadi xarakter daşımasına baxmayaraq bu dəfə baş verənlər dünya gündəmi olmaqla yanaşı, həm də əvvəlkilərdən qat-qat ciddi rezonans doğurmaqdadır. Bu da səbəbsiz deyil. Onlar çox olsa da, əsas səbəb hal-hazırda davam edən qarşıdurmanın əvvəlkilərin "sxemindən" kənara çıxmasıdır.
Həmas-İsrail qarşıdurmalarının "ənənəvi sxemi" isə təxminən belə olub: Həmas İsrail ərazisini raket atəşinə tutur, İsrail aviasiyası isə buna cavab olaraq Qəzza bölgəsini bombardman edir. Həmasın atdığı raketlərin səmərəliliyi az olsa da, İsrail bombardmanları hər dəfə yüzlərlə silhalının və dinc sakinin həyatına son qoymuşdur.
Belə qarşıdurmalar 2006, 2008, 2012, 2014 və 2021-ci illərdə baş vermişdir. Bunlardan ən qanlısı (2014) 40 günədək davam etmiş, nəticədə 2.000-dən Qəzza sakini həlak olmuş və 7.000-dək ev dağıdılmışdır. Bu dəfə isə Həmas təkcə İsraili raket atəşinə tutmaqla kifayətlənməyərək ölkənin daxilinə müdaxilə etdi.
Həmas silahlılarının ciddi mühafizə olunan Qəzza-İsrail səddini necə keçməsi barədə çoxsaylı mülahizə və versiyalar olsa da, bir məqam aydındır: raket hücumu ilə sinxron havadan, sudan və qurudan hücuma keçən Həmasın əsas məqsədi nəzərdə tutulmuş əməliyyatı ən qısa zamanda həyata keçirmək idi.
Məhdud resurslara və logistik imkanlara malik olan, əksər parametrlər üzrə nizami ordu sayıla bilməyəcək Həmas bundan artığına iddia edə də bilməzdi. Görünür, əməliyyatın əsas hədəfinə çatması üçün də elə bunlar kifayət edirdi. Təbii ki, həm də hücum əməliyyatının yüksək dəqiqliklə hazırlanaraq həyata keçirilməsi.
Həmas liderləri sərəncamlarında olan resurslarla böyük uğura imza ata biləcəklərini düşünmürdülər. Buna heç ehtiyac da yox idi, çünki hücumun əsas məqsədi Yaxın Şərqdə sabitliyi pozaraq müharibə təhdidi yaratmaq (1), İsrailin müdafiəsində olan zəiflikləri nümayiş etdirmək (2), Fələstin məsələsini yenidən gündəmə gətirmək(3) idi.
2-ci və 3-cü məqsədlərin Həmasın qarşısında qoyduğu vəzifələrə aid olduğunu qəbul etməklə yanaşı, 1-cinin onun fəaliyyət planında olmadığını görmək də çətin deyil. Elə əməliyyatın hazırlıq və reallaşdırma səviyyəsi də Həmasın qanlı hücumunun arxasında güclü dövlətlərin və ya onlardan birinin dayanmasına işarə edir.
Bunun digər bir əlaməti də hücumun dinc əhali arasında çoxsaylı itkilərlə həyata keçirilməsidir. Deməli, baş verənlərin dünyada ciddi rezonans doğurması da sifarişçinin planına daxil olmuşdur. Qaranlıq məqamlardan biri və ən əsası isə həmin sifarişçinin kimliyidir ki, burda da müxtəlif mənbələrin göstərdiyi ünvanlar müxtəlifdir.
Burada bir məqamı da qeyd etmək lazımdır ki, hücum əməliyyatının qəddarlıqla həyata keçirilməsi həm də Həmasın marağında olub. Belə ki, bu şəkildə keçirilən hücum əməliyyatı İsrailin davamlı olaraq ərəb torpaqlarında məskunlaşdırıdığı əhaliyə təhlükəsiz şəraitdə yaşaya bilməyəcəyini nümayiş etdirmək idi.
Amma Yaxın Şərqdə qarşıdurmaların olacağı əvvəldən də hər kəsə bəlli idi. Xüsusilə də Hindistanın paytaxtı Dehlidə keçirilən G-20 sammiti zamanı "Hindistan-Yaxın Şərq-Avropa iqtisadi dəhlizi" (İndia-Middle East-Europe Economic Corridor və ya qısaca IMEC) haqqında niyyət memorandumu imzalandıqdan sonra.
Aydındır ki, belə bir layihənin reallaşması əvvəllər nəzərdə tutulmuş nə "Şərq-Qərb" və nə də "Şimal-Cənub" dəhizlərinin yaradılmasında maraqlı olan tərəfləri qane edə bilməzdi. Yəqin elə həmin səbəbdən də imzalama ərəfəsində və ondan sonra Yaxın Şərqdə, habelə Şərqi Aralıq dənizi hövzəsində hərbi gücün artırılması müşahidə olunurdu.
Həmasın hücumunun ilk günündə bunun arxasında hansı ölkənin dayandığı barədə ehtimallarda daha çox İranın adı çəkilsə də, son 2 gündə elə İsrail ekspertləri tərəfindən həmin eyhamların ünvanı İrandan yan keçərək daha çox şimala yönəlməyə başlayır. Bəzi ekspertlər isə əməliyyatın kiber komponentinin İranın imkanları çərçivəsində olmadığını qeyd edirlər.
Belə mülahizələrə rəvac verən məqamlardan biri də Rusiya rəsmilərinin və Kreml təbliğatının sərgilədiyi müəmmalı mövqedir.
Rusiya təbliğatının baş verənlərdə ABŞ-ı və NATO-nu günahlandırması, Həmasa bəzən sətiraltı, bəzən də açıq simpatiya ifadə etməsi də həmin mülahizələrə yol açır.
Eyni zamanda hadisə baş verən gün ABŞ prezidenti C. Baydenin Konqresdən Ukraynaya yardım üçün 100 mlrd dollar istəməsi və ABŞ dövlət katibi A. Bllinkenin "hadisənin arxasında İranın dayanması barədə faktların olmaması" bəyanatı da belə mülahizələrin güclənməsinə xidmət etdi.
Sonuncu bəyanat görünür, həm də Netanyahu hökumətinə ABŞ-ın indiki mərhələdə İsrailin İrana qarşı atacağı hərhansı addımı dəstəkləməyə biləcəyi mesajidir. Vaşinqtonun Tel-Əvivdən fərqli olaraq ilanın quyruğunu tapdalamaqdansa daha çox onun başını əzməkdə maraqlı olduğu görünməkdədir.
Üstəlik də İrana qarşı başladılacaq istənilən hərbi əməliyyat Rusiyanın Yaxın Şərqə hərbi müdaxiləsinə yol aça bilər. Odur ki, ABŞ Rusiyanı Ukrayna bataqlığında batırmağa davam etməkdə israrlı görünür. İranla arada olan ziddiyyətləri isə bundan sonrakı mərhələdə və nisbətən daha rahat həll etmək olar.
Digər tərəfdən də Yaxın Şərqdə başlaya biləcək istənilən böyük müharibə Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizini doğulmadan dəfn edə bilər. Çünki digər məsələlər bir yana, müharibə təhdidi olan bölgəyə hərhansı investorun yatırım edəcəyi ən yaxşı halda məntiqsizlik olardı.
Amma bütün bunlardan israrla qaçmaq istəyi də Yaxın Şərqdə müharibə təhlükəsinin qarşısının alınacağına təminat vermir. Buna da səbəb bölgədəki dondurulmuş "köhnə" və "yeni" münaqişə ocaqlarıdır ki, onlardan hər biri istənilən zaman detonator rolunu oynaya bilər. Elə son Həmas-İsrail qarşıdurması kimi...
(davamı var)

Ərəstun ORUCLU - DİA.AZ









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Bu gün, 19:00
Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Bu gün, 18:57
Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Bu gün, 18:53
"İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Bu gün, 18:49
Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Bu gün, 18:46
ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Bu gün, 18:43
"Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18
Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15
Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40
Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22
36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12
Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10
“Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55
"Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52
Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48
İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43
Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25
Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22
Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19
Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16
Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14
Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03
Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55
"Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27
“525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23
Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19
7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13
“Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08
Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58
Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50
Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44
Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35
İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31
Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25
Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22
Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18
Tanınmış həkim vəfat edib
Bu gün, 09:15
Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11
"Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07
Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59
Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57
Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49
Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46
Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42
Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39
Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45
“Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02
İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00
Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru