Ermənistanın COP29-da deməyə sözü yoxdur .....                     Sülhə doğru addım Zəngəzurdan keçir .....                     Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək .....                     "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" .....                     Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq .....                     ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır .....                     "Kainat gözəli" seçildi .....                     Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox .....                     Abxaziya gərginliyində erməni izi .....                     Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? .....                     36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır .....                     Bu da Ranın son ünvanı... .....                     “Mehriban düşmən”lər yollarını ayırır? .....                     "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." .....                     Azərbaycana qarşı qarayaxma yarışı gedir .....                     İsrail Prezidenti COP29-a niyə gəlmədi? .....                     Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə .....                     Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək .....                     Ermənistanın Rusiyaya yeganə yolu bağlandı .....                     Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının .....                     Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi .....                     Tramp kürəkəninə vəzifə verəcək .....                     Bakıda kafenin qarşısında QƏTL .....                     "Bu barədə ciddi şəkildə düşünməliyik" .....                     “525-ci qəzet” və "Qol.az"ın .....                     Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? .....                     7 rayonda DOST filialları təmir olunacaq .....                     “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu .....                     Buralar rəsmən yiyəsiz qalıb... .....                     Deputat üçün özəl gün .....                     Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" .....                     Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi .....                     İrəvandan Bakıya qarşı YENİ İTTİHAM .....                     Saxtakarların meydan suladığı ünvan... .....                     Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar .....                     Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... .....                     Tanınmış həkim vəfat edib .....                     Sevinc Osmanqızının “mikrofonçuluğu” .....                     "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" .....                     Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər .....                 

İsrailin “11 sentyabrı” - HƏR ŞEY NECƏ BAŞ VERDİ...
Tarix: 11-10-2023, 10:54 | Çap et
İsrailin “11 sentyabrı”
Oktyabrın 7-də Fələstinin HƏMAS təşkilatının yaraqlıları İsrailə qarşı genişmiqyaslı hücum əməliyyatı həyata keçiriblər. Terrorçular 7 sərhəd icmasına soxula, İsrail ordusunun bazalarından birinin texnikasını ələ keçirə, İsrail hərbçilərini və mülki şəxsləri girov götürə biliblər.

Öz növbəsində İsrail rəsmi şəkildə müharibə vəziyyəti elan edib. Hökumət bu qərarı “40 Əlif” adlanan bəndi işə salaraq qəbul edib. Sonuncu dəfə bu bənd 50 il əvvəl – Məşhər Günü müharibəsi zamanı qüvvəyə minib. Bununla da ordu tam hərəkət azadlığı əldə edib.

Bu arada ABŞ-ın dövlət katibi Entoni Blinken HƏMAS-ın hücumunda əsas məqsədin İsraillə Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşmasını pozmaq olduğunu bəyan edib. Deyib ki, HƏMAS, “Hizbullah” və İran Səudiyyə Ərəbistanı ilə İsrail arasında münasibətlərin normallaşmasına qarşıdır.

İsrailin iqtisadi və mədəniyyət mərkəzi adlandırılan Təl-Əviv şəhərində yaşayan soydaşımız, ictimai fəal Əhməd Əhmədov (mövcud durumda təhlükəsizlik səbəbindən fotosunu yerləşdirmirik) AYNA-ya müsahibəsində HƏMAS-ın İsrailə gözlənilməz hücumu, İsrailin müharibə qərarı və digər mövzular ətrafında danışıb. DİA.AZ onunla söhbəti təqdim edir:

- HƏMAS gözlənilmədən İsrailə qarşı genişmiqyaslı hücuma keçdi. Bütün dünyanın diqqəti yaşadığınız ölkəyə yönəlib. Hazırda İsraildə vəziyyət nə yerdədir?

- Burada belə hesab edirlər ki, HƏMAS-ın gözlənilməz hücumu İsrailin müdafiəsində son 50 ilin ən ciddi pozuntusudur. İsrail rəsmiləri düşünürdü ki, HƏMAS əldən düşmüş vəziyyətdədir və bu səbəbdən ondan hər hansı hücum gözləmirdilər. Burada müxtəlif mülahizələr irəli sürülür. Birinci mülahizə ondan ibarətdir ki, HƏMAS özü belə bir rəy yaradıb və İsrail dövləti də buna inanıb. Son iki ildə HƏMAS-ın İsraillə münaqişədən çəkinməsi qarşı tərəfi arxayın saldı. Hətta bu hadisəni ABŞ-ın 11 sentyabr olayları ilə də müqayisə edirlər. Belə bəyanatlara da rast gəlirik ki, son hücum İsrailin 11 sentyabrıdır.

Göründüyü kimi, HƏMAS kəşfiyyat məlumatları əldə edib və həm havadan, həm qurudan, həm də dənizdən hücuma keçiblər. Ciddi itkilər var. Artıq İsrail dövləti rəsmi müharibə elan edib. İsrailin Baş naziri Benyamin Netanyahu qisas alınacağını bəyan edib. Hesab edirəm ki, İsrail bu müharibədə şübhəsiz ki, qalib olacaq. O ki qaldı mövcud vəziyyətə, təbii ki, İsrailə qarşı gözlənilməz hücumlar olub və bu, müəyyən təşviş yaradır.

- Dediyiniz kimi, İsrailin Baş naziri qisas alınacağını bildirib. Rusiya-Ukrayna müharibəsinin ardınca bu müharibə Üçüncü Dünya müharibəsinin başlanğıcı kimi qiymətləndirilə bilərmi?

- Bu müharibə 100 ildən çoxdur davam edir. Bu illər ərazində o qədər hadisələr olub, o qədər gərginliklər yaşanıb, o qədər qan tökülüb ki, bu amansız hücum da bunun davamıdır. Yəhudilər və ərəblər ötən əsrin 40-cı illərinə qədər Fələstin torpaqlarında milli dövlətçiliyə malik olmadan, Britaniyanın mandatı altında yaşayıblar. Həmin il yeni yaradılmış BMT bu torpaqlarda iki dövlət yaratmaq istəyib - biri İsrail, o biri Fələstin dövləti olacaqmış. Plan yəhudi liderlər tərəfindən qəbul edilsə də, ərəblər regionda heç bir yəhudi dövlətinin yaradılmaması məsələsində israr ediblər. Bu isə öz növbəsində beynəlxalq hüququn pozulmasıdır.

Uzun müddətdir ki, terrorçu qruplaşmalar İsrailə qarşı amansız müqavimətlər təşkil edirlər. İsrail dövləti də kifayət qədər güclü bir dövlətdir. Hərbi hazırlığı yüksək səviyyədədir. Məhz bu səbəbdən də HƏMAS və digər terrorçu qruplaşmalar İsrail üzərində qələbə qazana bilməz. Düşünürəm ki, İsrail onları yerinə oturdacaq. Bu, elə də uzun müddət çəkməyəcək.

Amma, heç şübhəsiz ki, bu münaqişə davam edəcək. Bunun 3-cü Dünya müharibəsinə gətirib çıxaracağı qənaətində deyiləm. Bəli, beynəlxalq münasibətlər sistemi kifayət qədər gərgindir. Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə baş verənlər bunun bariz nümunəsidir. Amma qlobal müharibə gözlənilmir.

- Amerika rəsmiləri bildirirlər ki, İsraillə Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşması Fələstin və İranı qıcıqlandırır. Elə buna görə də, HƏMAS İsrailə hücum edib. Bu iddiaların həqiqət yükü varmı?

- Təbii ki, düşmənlərin ən böyük arzusu İsraili bir dövlət olaraq sıradan çıxarmaq, müxtəlif ölkələrlə təmaslarına mane olmaqdır. Lakin bu siyasət uzun müddətdir davam etsə də, heç bir nəticəyə nail olmayıblar. HƏMAS İsraili təxribata çəkməklə, regionda yeni müharibənin və qanlı toqquşamaların artmasına rəvac verir. Bütün bunlar onu deməyə əsas verir ki, onlar üçün Fələstin belə, maraqlı deyil. Əgər maraqlı olsaydı, bu qədər insanın qanının tökülməsinə səbəb olmazdılar.

İsraillə Səudiyyə Ərəbistanın münasibətlərinə gəlincə, bu, region üçün sülh və rifahın yeni dövrünü açacaq böyük bir irəliləyiş deməkdir. Lakin hər vəchlə buna mane olmağa çalışırlar. 2020-ci ildə İsrail ABŞ-ın vasitəçiliyi ilə dörd ərəb dövləti - Bəhreyn, Mərakeş, BƏƏ və Sudanla eyni anda barışa bilib. Bu siyasət davam edirsə, bunu alqışlamaq lazımdır. Bunlar baş vermirsə, deməli, onların çirkin və məkrli məqsədləri var. Buna isə, heç şübhəsiz nail ola bilməyəcəklər. İran da bu prosesdə qızışdırıcı tərəf qismində çıxış edir.

- İsraildə insanlar bu müharibəyə necə reaksiya göstərirlər? Təlaş, panika mövcuddurmu, yoxsa İsrail vətəndaşları da müharibənin tərəfdarı qismində çıxış edirlər?

- Minlərlə İsrail sakini zərər çəkib. Xeyli sayda ölənlər və yaralananlar var. Ölkədə fövqəladə vəziyyət elan olunub. Rəsmi olaraq müharibə elan edilib. Təbii ki, belə bir şəraitdə təşviş olmalıdır və var. Amma İsrail əhalisi hesab edir ki, regiona sülh və barışın gəlməsi üçün terrorçu qruplaşmlar zərərsizləşdirilməlidir. Artıq bu məqsədlə addımlara başlanılıb və nə qədər itkilər olsa da, yekunda bu müharibənin də qalibi İsrail olacaq.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Bu gün, 19:00
Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Bu gün, 18:57
Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Bu gün, 18:53
"İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Bu gün, 18:49
Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Bu gün, 18:46
ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Bu gün, 18:43
"Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18
Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15
Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40
Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22
36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12
Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10
“Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55
"Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52
Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48
İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43
Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25
Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22
Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19
Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16
Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14
Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03
Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55
"Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27
“525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23
Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19
7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13
“Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08
Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58
Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50
Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44
Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35
İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31
Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25
Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22
Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18
Tanınmış həkim vəfat edib
Bu gün, 09:15
Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11
"Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07
Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59
Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57
Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49
Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46
Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42
Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39
Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45
“Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02
İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00
Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru