Ermənistanın COP29-da deməyə sözü yoxdur .....                     Sülhə doğru addım Zəngəzurdan keçir .....                     Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək .....                     "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" .....                     Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq .....                     ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır .....                     "Kainat gözəli" seçildi .....                     Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox .....                     Abxaziya gərginliyində erməni izi .....                     Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? .....                     36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır .....                     Bu da Ranın son ünvanı... .....                     “Mehriban düşmən”lər yollarını ayırır? .....                     "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." .....                     Azərbaycana qarşı qarayaxma yarışı gedir .....                     İsrail Prezidenti COP29-a niyə gəlmədi? .....                     Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə .....                     Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək .....                     Ermənistanın Rusiyaya yeganə yolu bağlandı .....                     Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının .....                     Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi .....                     Tramp kürəkəninə vəzifə verəcək .....                     Bakıda kafenin qarşısında QƏTL .....                     "Bu barədə ciddi şəkildə düşünməliyik" .....                     “525-ci qəzet” və "Qol.az"ın .....                     Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? .....                     7 rayonda DOST filialları təmir olunacaq .....                     “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu .....                     Buralar rəsmən yiyəsiz qalıb... .....                     Deputat üçün özəl gün .....                     Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" .....                     Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi .....                     İrəvandan Bakıya qarşı YENİ İTTİHAM .....                     Saxtakarların meydan suladığı ünvan... .....                     Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar .....                     Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... .....                     Tanınmış həkim vəfat edib .....                     Sevinc Osmanqızının “mikrofonçuluğu” .....                     "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" .....                     Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər .....                 

Həmas-İsrail qarşıdurması: Böyük müharibənin anonsu yoxsa...? - İNCƏLƏMƏ
Tarix: 12-10-2023, 06:45 | Çap et
Həmas-İsrail qarşıdurması: Böyük müharibənin anonsu yoxsa...?
(davamı)

ƏVVƏLİ BURADA.....

Beləliklə, Yaxın Şərqdə çoxsaylı "köhnə" və "yeni" münaqişələrin mövcud olması hətta ən proqmatik yanaşma ortaya qoyulduğu halda da böyük müharibələrdən yayınmağa tam təminat vermir. Xüsusilə də belə müharibələrin qızışmasında maraqlı tərəflər olduqda. Son Həmas-İsrail münaqişəsi buna tipik misal ola bilər.

Konkret halda Yaxın Şərqdə eskalasiyada maraqlı olanlar isə yetərincədir ki, onları da 3 qrupa bölmək olar:
1. Qlobal güclər: buraya IMEC (və ya IMEEC) iqtisadi dəhlizinin yaradılacağı halda qlobal layihələrdən kənarda qalan Rusiya və Çin kimi supergüclər aid edilə bilər;

2. Regional təsir dövlətləri: Yaxın Şərqdə bunlar ilk növbədə İran, Türkiyə, Pakistan və Əfqanıstandır (təəccüblü görünsə də). Burda qeyd etməliyik ki, məhz Əfqanıstan Həmasın əməliyyatını açıq dəstəkləyən ölkələrdən biri oldu və vaxtilə bu ölkədə qalmış ABŞ silahlarının bir qisminin Həmasa verilməsi barədə iddialar da var;

3. Döyüş meydanındakı aktyorlar: buraya Suriyanı, bu ölkədəki müxtəlif silahlı "proxy" dəstələrini, Həması, Hizbullanı və digərlərini aid etmək olar.
Bu, 3 qrupdan hər birinə daxil olan tərəflərin avtonom şəkildə fəaliyyət göstərməsi anlamına gəlməməlidir.

Tam əksinə, plan quran birincilərin ikincilər vasitəsilə üçüncülərdən istifadə etməsi daha inandırıcı görünə bilər. Hər üçünü birləşdirən isə ortaq maraqların olmasıdır. Bu mənada İMEEC layihəsi ondan kənarda qalan və ya onun sayəsində mövqelərini itirəcək sadalanan bütün tərəfləri təbii tərəfdaşa çevirir.

Belə ki, Çinin qlobal "Bir yol, bir qurşaq" layihəsində, həmçinin də "Şərq-Qərb Dəhlizində" İranın, Türkiyənin, Pakistanın və Əfqanıstanın da önəmli rol alacağı nəzərdə tutulur. Digər tərəfdən isə Rusiyanın həyata keçirmək istədiyi "Şimal-Cənub Dəhlizi" İran, Cənubi Qafqaz və bəzi Mərkəzi Asiya ölkələrini əhatə etməlidir.

IMEEC isə bütün bu ölkələrə təkcə qlobal oyundan kənar vəziyyətdə qalmaq təhlükəsi yaratmır, həm də Çin üçün iqtisadi (müəyyən mənada həm də hərbi-siyasi), Pakistan üçün isə hərbi-siyasi rəqib olan Hindistana geniş iqtisadi, geosiyasi imkanlar yaradır. Bu isə ən azı həmin iki ölkə üçün ekzistensial (mövcudluq) məsələdir.

Həmasa, Hizbullaya və digər proxy qruplara gəldikdə isə yaranmış yeni qlobal reallıq və ondan qaynaqlanan ziddiyyətlər onlara öz mövcudluğunu və təsirini qoruyub saxlamaq üçün əlavə şanslar yaradır. Məsələn, IMEEC-ə qoşulan Səudiyyə Ərəbistanı İsraillə tərəfdaşa çevrilirsə, Həmas üçün bu, dəstəyin azalması demək olacaq.

Eyni şeyi də az da olsa Birləşmiş Ərəb Əmirliklərindən gələn dəstək haqqında demək olar. Suriya üçün Qolan yüksəkliklərini ilhaq etmiş İsrailin qlobal layihə iştirakçısına çevrilməsi itirilmiş torpaqlarla vidalaşmaq və daim yəhudi dövlətinin təhdidi (bombardmanları) altında qalmaq anlamına gəlir.

Belə reallıq isə onların hər üçünə özünü qorumaq üçün "böyüklərin" əlində destabilizisaiya alətinə çevrilməkdən başqa seçim buraxmır. Nəticə də aydındır: oktyabrın 7-də vurulan qəfil ağır zərbə əslində İsrailə deyil, onun da təmsil olunduğu qlobal layihəyə yönələn sarsıdıcı zərbə idi. Etiraf etməliyik ki, plan da uğurla baş tutdu.

İndi Həmasın hücumunu (sözün əsl mənasında) yuxuda qarşılamış Netanyahu hökuməti ictimai rəydə öz zədələnmiş nüfuzunu bərpa etmək məqsədilə Həmasın qəddar hücumuna cavab olaraq Qəzzaya aşırı güc tətbiq etməkdədir. Halbuki, bu, nifrətin artmasından və düşmənçiliyin dərinləşməsindən başqa heç bir nəticə verməyəcək.

Amma başqa bir nəticə də mümkündür: Həmas-İsrail savaşının böyük regional müharibəyə çevrilməsi. Bunun isə baş verib-verməməsi artıq elə də önəmli deyil, çünki IMECC sarsıdıcı zərbəni artıq aldı. Təsadüfi deyil ki, elə həmin hadisələr fonunda da Rusiya "Şimal-Cənub Dəhlizinin" reallaşması istiqamətində hərəkətə keçir.

Yaxın günlərdə Çinin siyasi-diplomatik fəallığının arta biləcəyi də istisna deyil. Halbuki, zamanında bütün bu fəsadlardan qismən də olsa yayınmaq mümkün idi. Məsələn, layihədə Aralıq dənizinə çıxışı olan Qəzza zolağında bir dəniz limanı planlaşdırmaqla Qəzzanı da qlobal IMEEC-ə qoşmaq.

Elə harhansı bir şəkildə dərin iqtisadi böhran içində boğulan Livana müəyyən təkliflər vermək. Bununla da Həmas və Hizbulla az da olsa beynəlxalq inteqrasiyaya cəlb oluna bilərdilər. Əlbəttə, bütün bunlar olduqca nəzəridir, amma siyasətdə mümkün olmayan bir şey yoxdur. Təbii ki, zərgər dəqiqliyi tələb edən siyasəti balta ilə həyata keçirməyəndə.

İstənilən münaqişəyə münasibətdə bir neçə yanaşma mümkündür: münaqişəyə əhəmiyyət verməmək, onu həll etmək və ağırlaşdırmaq. Üçüncünün baş verməməsi üçün kompromislər tələb olunur ki, buna da bəzən böyük güclərin aşırı özgüvəni, təkəbbürü, bəzən isə siyasətçilərin cılız eqoizmi yol vermir.

Halbuki kompromis ən rasional yoldur, çünki bu yolla getmək savaşdan qaçmağa və ya heç olmazsa buna cəhd etməyə imkan verir. Konkret halda isə söhbət döyüş meydanında olan "əsgərlə" anlaşmadan gedərdi. Bu da son dərəcə vacib idi, çünki əsgərlərdən məhrum edilən generalın qaçmaqdan, təslim olmaqdan və ya intihar etməkdən başqa yolu qalmır.

Ərəstun Oruclu - DİA.AZ








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Bu gün, 19:00
Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Bu gün, 18:57
Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Bu gün, 18:53
"İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Bu gün, 18:49
Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Bu gün, 18:46
ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Bu gün, 18:43
"Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18
Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15
Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40
Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22
36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12
Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10
“Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55
"Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52
Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48
İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43
Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25
Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22
Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19
Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16
Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14
Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03
Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55
"Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27
“525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23
Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19
7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13
“Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08
Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58
Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50
Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44
Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35
İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31
Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25
Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22
Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18
Tanınmış həkim vəfat edib
Bu gün, 09:15
Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11
"Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07
Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59
Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57
Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49
Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46
Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42
Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39
Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45
“Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02
İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00
Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru