“Ukraynaya dəstəyini dayandırarsa, bu, NATO-nun sonu olacaq” - Ekspert danışır...
Tarix: 16-10-2023, 11:23 | Çap et
2014-cü ilin fevral ayından davam edən, 2022-ci ilin fevral ayından isə açıq müstəviyə keçən Rusiya-Ukrayna müharibəsi tam şiddəti ilə davam edir. Rəsmi məlumatlara görə, Rusiya bu müharibədə 280 mindən artıq canlı itki verib. 30-a yaxın gəmisi batıb, 90-dan artıq hərbi təyyarəsi isə sıradan çıxarılıb.
Rəsmi Kiyev Donetsk vilayətinin Baxmut istiqamətindəki kəndləri işğaldan azad etdiklərini bəyan edir. Qərb analitikləri isə Ukraynadakı hərbi münaqişənin daha bir neçə il davam edəcəyini söyləyirlər.
Rusiya Prezidenti Vladimir Putin “Valday” beynəlxalq diskussiya klubunun plenar iclasında çıxışı zamanı bildirib ki, Ukraynanın müttəfiqlərinin silahları artıq tükənir. Ukraynaya nüvə zərbəsinə ehtiyac olmadığını, bunun nə siyasi, nə də hərbi məna kəsb etdiyini söyləyən Putin əlavə edib ki, Qərb Rusiyaya dost və ya neytral dövlətləri Rusiyaya müqavimət göstərməyə inandırmaq üçün əlavə arqumentlər axtarır.
Bu arada Fələstinin HƏMAS təşkilatı İsrailə qəfil hücum edib. İsrail ordusu hücuma cavab olaraq, müharibə elan edib və qisas alınacağını bildirib. Hazırda həm Ukraynada, həm də Yaxın Şərqdə şiddətli müharibə gedir.
Beynəlxalq analitiklər hesab edirlər ki, Kreml Yaxın Şərqdə müharibənin başlamasında maraqlıdır. Burada əsas məqsəd isə Qərbin resurslarını bölmək və Ukraynanı təklənmiş vəziyyətə gətirməkdir.
Londonda yaşayan tanınmış azərbaycanlı jurnalist Zülfüqar Rüfətoğlu AYNA-ya müsahibəsində bu və digər mövzular ətrafında danışıb. DİA.AZ onunla söhbəti təqdim edir:
- Putin “Valday” çıxışı zamanı bəyan edib ki, Ukraynanın müttəfiqlərinin silahları tükənir. Sizcə, ABŞ və müttəfiqləri Ukraynanı yarı yolda qoyacaqmı?
- Rusiya Prezidenti söylədiklərinə ən az inanılacaq siyasətçi sayılır. Xüsusilə də onun Ukrayna müharibəsi barədə dedikləri həqiqətdən daha çox arzularını ifadə edir. Əslində, Rusiyanın özü silah sarıdan az qala korluq çəkir. Belə olmasaydı, İran və hətta Şimali Koreya kimi ölkələrdən silah-sursat dilənməzdi. Doğrudur, Rusiyanın hələ sovet dövründən qalan böyük sursat ehtiyatları var, lakin bunların əhəmiyyətli hissəsi köhnəlib və işə yaramır.
Avropa İttifaqı ölkələri nə qədər çətin olsa da, silah istehsalını artırıb. ABŞ-ın özündən də Ukraynaya hərbi yardımlar davam edir. ABŞ və müttəfiqləri hazırkı mərhələdə Ukraynanı yarı yolda qoya bilməz. Qərb Putinin işğalçı təbiətinə əmin olub və bilir ki, onun tamahı Ukrayna ilə kifayətlənməyəcək. Digər tərəfdən, ABŞ-ın Ukraynaya dəstəyi dayandırması NATO-nun iflası, onun bir təsisat kimi dağılması deməkdir. Halbuki NATO, yəni elə ABŞ hazırda nüfuz dairəsini tarixdə ilk dəfə olaraq bu qədər genişləndirə bilib.
- Müharibənin başlanğıc dövründə Kreml nüvə ritorikasına əl atırdı. Son dövrlər isə Ukraynaya qarşı nüvə zərbəsinə ehtiyac olmadığını bildirirlər. Dəyişən nədir – əminlik, yoxsa təlaş?
- Əsas səbəb odur ki, Kremlin nüvə ritorikası lap əvvəldən blef və şantaj rolunu oynayıb. Moskva nüvə silahına əl atacağı təqdirdə ona çox güclü cavab zərbələrinin endiriləcəyini bilir. Çünki bu halda, ABŞ və NATO-nun başqa çıxış yolu qalmayacaq. Bunlar Moskvaya açıq və qapalı kanallarla çatdırılıb. Digər tərəfdən, Ukraynadakı müharibəni dondurmağa və Qərblə hər hansı bir şəkildə danışıqlara getməyə can atan Moskva nüvə ritorikasının ona daha da ziyan vurduğunu, Ukraynaya dəstəyi artırdığını başa düşür. Bu da qeyd olunmalıdır ki, Moskvanın nüvə ritorikası Pekinin də xoşuna gəlmir.
- HƏMAS-ın İsrailə gözlənilməz hücumu və ardınca başlayan müharibə dünyanın diqqət mərkəzindədir. ABŞ administrasiyası Yaxın Şərqdə böhranı cilovlamaq üçün mübarizəyə başladığını elan edib. Yəni, Ukrayna artıq ikinci plana keçir?
- Bundan əvvəlki suala cavabımda bildirdiyim kimi, Ukrayna ikinci plana keçməyəcək, sadəcə olaraq ABŞ-ın yükü artacaq. Elə bunun özü də Moskvaya sərf edir, çünki Rusiya Ukrayna müharibəsində, sözün əsl mənasında, çapalayır, saman çöpünə də əl atmağa məcburdur. ABŞ hazırda fələstinlilərlə münaqişədə İsrailin üstün gələcəyinə əmindir. Avropa İttifaqı da bu münaqişədə əsasən İsrailin yanındadır. Yəni, bu münaqişə ABŞ-ın başını Rusiyanın istədiyi miqyasda qatmayacaq. Yenə də əsas diqqət Rusiyanın təcavüzünə və Ukrayna müharibəsinə yönələcək. Qeyd etdiyim kimi, ABŞ və müttəfiqləri sona qədər Ukraynaya dəstək göstərəcəklər.
- Amma belə düşünənlərin sayı da az deyil ki, ABŞ və müttəfiqlərinin diqqəti İsrailə yönəlsə, Ukrayna meydanda tək qalacaq...
- Bu münaqişənin Rusiyanın marağında olmasına şübhə yoxdur. Amma Moskvanın münaqişənin başlanmasında hər hansı fəal rolu hələ ki, təsdiqini tapmayıb. Elə İran da bu münaqişədə iştirak etmədiyini bəyan etməyə məcbur olub. Amma Moskva hələ sovet dövründən Fələstin qruplaşmalarını nəinki dəstəkləyib, hətta onlardan bəzilərinin yaradılmasında rol oynayıb. Hazırda Moskva HƏMAS-ı özünə müttəfiq bilir. Yaxın keçmişdə HƏMAS-ın nümayəndə heyəti Moskvada olub. Rusiya məqsədinin Fələstin probleminə “ədalətli həll” tapmaq olduğunu desə də, əsas məqsədi həmişə ABŞ-ın Yaxın Şərqdəki siyasətinə mane olmaq olub.
Rusiya HƏMAS-ı silahlarla da təchiz edib, lakin bu, hazırkı münaqişədən çox əvvəl olub. Rusiyanın özünün indi silah-sursata ehtiyacı var. Digər tərəfdən, Moskva bu münaqişədə son dərəcə ehtiyatlı, zərgərsayağı oynamaq məcburiyyətindədir. Çünki İsrail-Fələstin münaqişəsinin tammiqyaslı regional müharibəyə çevrilməsi, ABŞ və NATO-nun bura birbaşa cəlb olunması Rusiyanın ziyanına olardı. Çünki bu, hətta, Suriya və Livan kimi ölkələrin işğalına yol açardı. Rusiyanın isə Suriyada hərbi bazaları var. Moskvanın indiki mərhələdə əsas məqsədi qalib gələ bilməsə də, Ukrayna münaqişəsini mümkün qədər uzatmaqdır.
Putin və DTK-nın xələfi olan FTX rejimi, məsələn, ABŞ-da Trampın qalib gələ biləcəyindən, başqa bir möcüzənin baş verə biləcəyindən ümidini üzməyib. Putin və FTX baş düşür ki, Ukraynada uduzsa və Ruisyada 1990-cı illərdəki vəziyyət yaransa, bütün bunlar nəinki Putinin, hətta FTX sisteminin ölümü olacaq. Halbuki Rusiya xüsusi xidmətləri ÇK-nın rəhbəri Dzerjinskinin vaxtından həmişə hakimiyyəti ələ keçirməyə çalışıblar, nəhayət Putinin hakimiyyətə gəlməsi ilə buna nail olublar. Kollektiv FTX qan bahasına da olsa, bu hakimiyyəti əlindən buraxmaq istəmir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Bu gün, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Bu gün, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Bu gün, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Bu gün, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Bu gün, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Bu gün, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
|