Qərb Ermənistanı “suriyalaşdırmaq” planını AKTİVLƏŞDİRİR - İNCƏLƏMƏ
Tarix: 17-10-2023, 15:59 | Çap et
Ermənistan sözün hər mənasında odla oynayır. Rusiyanın dəstəyindən məhrum olan və Azərbaycan qarşısında aciz duruma düşən Ermənistan revanş etmək üçün bütün vasitələrdən istifadə edir. Lakin Paşinyan başda olmaqla Ermənistanın digər başbilənləri bir məsələni unudurlar ki, “qonşuya ümid olan gecə şamsız qalar”.
Heç bir dövlət, bu lap ABŞ və yaxud Fransa olsa belə, gəlib ermənilərin əvəzinə Azərbaycanla vuruşmayacaq. Amma bölgəyə gətirilən hər bir dövlətin öz maraqları var.
Həmin maraqların icrası üçün Ermənistana girmək sadəcə bir vasitədir. Son nəticədə gələn əcnəbi dövlətlər Ermənistanı öz maraqlarına qurban verəcəklər.
Bu isə heç də qansız ötüşməyəcək. Bu gedişlə yaxın zamanlarda Ermənistan da Suriya, İraq və digər ölkələr kimi qlobal güclərin hərbi-siyasi poliqonuna çevriləcək. Sözügedən ssenari Ermənistanın sonunu gətirə bilər. Təbii ki, region üçün də bu ziyansız ötüşməyəcək.
Qərb Ermənistana hansı adla girir?
Rusiya ilə bütün körpüləri yandıran Paşinyan nicat yolunu Qərbin bu və ya digər şəkildə Ermənistanda maraqlarını təmin etməkdə gördü. Bu məqsədlə əvvəlcə Araz sahilində ABŞ-İran-Hindistan-Ermənistan birgə iqtisadi layihə reallaşdırmaq istədi. Bu layihə uğursuzluğa düçar olandan sonra Qərblə hərbi əlaqələrin genişlənməsinə start verildi. İlkin olaraq 11-20 sentyabr tarixlərində ABŞ-la birlikdə “Qartal tərəfdaşı 2023” təlimi keçirildi. Bunun ardınca oktyabrın 10-da Fransa hərbçiləri Ermənistan gəldi.
ABŞ və Fransanın Ermənistanda daimi qalmaq planı
Xatırladaq ki, ABŞ-ın 85, Fransanınsa 56 hərbçisi təlim adı ilə Ermənistana gəlib. Hələ ABŞ hərbçilərinin gəlişi zamanı bir çox beynəlxalq ekspertlər bildirmişdilər ki, onlar getmək üçün yox, qalmaq üçün gəliblər.
Məsələn, Türkiyəli general Yücel Karauz yazırdı ki, ABŞ hərbçilərinin böyük bir qisminin fərqli adlar altında orada qala biləcəyi ehtimalı yüksəkdir:
“Əlbəttə, sözügedən təlimdə əsas məqsəd Rusiyaya siyasi mesaj verməkdir. Ancaq fikrimcə, ABŞ-ın göndərdiyi 85 hərbçinin böyük bir qisminin təlimdən sonra təlim-tədris, təşkilati işlər, hərbi məsləhətçi, müşavir və s. adlar altında Ermənistanda qalma və fəaliyyət göstərmə ehtimalı çox böyükdür”.
Son günlər yayılan məlumatlar deyilən fikri sübut etdi. Eyni zamanda, bir sıra beynəlxalq ekspertlər iddia edirlər ki, hazırda Ermənistanda Qərbin güclü casus bazası var. Onlar əsasən anti-Rusiya təbliğatı aparırlar. Məqsəd odur ki, erməni xalqı ayağa qalxsın və Rusiyanın Ermənistandakı 102-ci ordusu bu ərazilərdən çıxarılsın. Lakin hələlik, “qazanlar qapalı qaynayır”.
Anti-Rusiya kampaniyası sürətlə böyüyür
Nəzərə alaq ki, istər Ermənistanın siyasi elitasında, istərsə də sadə ermənilər arasında Rusiyaya bağlı xeyli sayda qruplar var. Bu bağlılıq daha çox iqtisadi əsaslara söykənir. Yəni sadə erməni ailələri bu və ya digər şəkildə Rusiyadan gələn yardımlar hesabına yaşayırlar.
Bundan əlavə, Ermənistan iqtisadiyyatı da Rusiyaya birbaşa bağlıdır. Ermənistanın karbohidrogen məhsullara olan ehtiyacının 85 faizini Rusiya ödəyir. Ermənistanın nəqliyyat və turizm sektoru da mayasını Rusiyadan gələn gəlirlərdən tutur. Bundan başqa hər il Rusiya Ermənistan büdcəsinə xeyli miqdarda yardımlar edir.
Həmçinin Ermənistanda həyata keçirilən bütün iri layihələrin ya sifarişçisi, ya da icraçısı Rusiya vətəndaşlarıdır. Ona görə də Paşinyanın planları Ermənistanda ciddi qarşıdurma yarada bilər. Bu hətta vətəndaş müharibəsinə qədər gətirib çıxara bilər.
Bundan başqa Rusiya Paşinyanın bir sözü ilə 102-ci ordusunu Ermənistandan çıxarısı deyil. Çünki Ermənistandan çıxmaq Rusiya üçün birdəfəlik Cənubi Qafqazı itirmək deməkdir. Ona görə də Rusiya Ermənistanda qalmaq üçün sona qədər müqavimət göstərəcək. Bu müqavimətin hərbi qarşıdurma səviyyəsinə qalxması da ehtimallar arasındadır. Bu isə bir növ Rusiya-Ermənistan müharibəsinin başlaması deməkdir.
Doğrudur, Ukraynada müharibənin davam etdiyi müddətdə bu variantın reallaşması ehtimalı azdır. Amma yox deyil. Əgər Rusiya Ermənistana müharibə elan eləsə ermənilərin arxasında nə ABŞ, nə Fransa, nə də İran dayana bilməyəcək. Bu ancaq Ermənistanın xarabalığa çevrilməsi ilə sonlana bilər.
Paşinyan region ölkələrinin əsəbləri ilə oynayır
Burda başqa, bir məsələ də var. ABŞ və Fransa təkcə Rusiyanı bölgədən çıxarmaq üçün Ermənistana gəlmir. Bu dövlətlər həm İrana, həm də Türkiyəyə daha yaxın olmaq istəyirlər. Təbii ki, ABŞ və Fransanın bu istəyi Türkiyə və İran tərəfindən cavabsız qalmayacaq. Bu da Ermənistanda yeni müharibə ocağının yaranması ehtimallarını artırır.
Bir sözlə, Paşinyan özünü çox ağıllı bilib qlobal güclərin maraqlarını Ermənistan üzərində cəmləşdirmək və bundan xeyli qazanclı çıxmaq istəyir.
Lakin Nikol unudur ki, qlobal güclərin toqquşması zamanı xırda dövlətlərin maraqları yox, taleləri belə heç kimin marağında olmur.
Bu isə o deməkdir ki, Paşinyan bilərəkdən və bilməyərəkdən Ermənistanı məhvə sürükləyir. Əgər ən yaxın zamanda Paşinyan hakimiyyətdən getməsə və yaxud hərəkətlərində redaktə aparmasa, onda Ermənistanın vəziyyəti həqiqətən “rusca” olacaq.
Surxay Atakişiyev, Bizim.Media
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59 |
|
|
|
|