75 illik problemə QƏRİBƏ ÇÖZÜM: - İSRATİN...
Tarix: 21-10-2023, 11:00 |
Çap et
İndiyədək İsrail-Fələstin münaqişəsini həlli üçün çoxsaylı həll modelləri təklif edilib. Bir maraqlı plan da mərhum Müəmmar Qəzzafi tərəfindən irəli sürülmüşdü.
Qəzzafinin sonuncu kitabında -Ağ kitabda irəli sürdüyü təklifə əsasən, ərəb-yəhudi ixtilafı çözülsün deyə Fələstinlə İsrail bir dövlətdə -İsratində birləşdirilməli idi. Fantastik görünürdü. Amma bu, əslində, faktiki durumu rəsmiləşdirmək idi. Onsuz da İsrail Fələstin torpaqlarının hamısına + Suriya və Livanın da bir hissəsinə nəzarət edir. Təklifin mahiyyəti o idi ki, həmin ərazilərdə yaşayan ərəblərə normal vətəndaş statusu, dövlətin iki icmasından birinin üzvü olmaq hüququ tanınsın. Yəhudilərin Yaxın Şərqdə dövlət olmaq haqqı da bütün müsəlman dövlətləri tərəfindən avtomatik tanınırdı.
Bu qəribə təklif reallaşacağı təqdirdə yaranacaq dövlət üçün belə fantastik bayraqlar təklif olunurdu
Cəmaləddin H. Quliyev - DİA.AZ