"Kainat gözəli" seçildi .....                     Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox .....                     Abxaziya gərginliyində erməni izi .....                     Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? .....                     36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır .....                     Bu da Ranın son ünvanı... .....                     “Mehriban düşmən”lər yollarını ayırır? .....                     "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." .....                     Azərbaycana qarşı qarayaxma yarışı gedir .....                     İsrail Prezidenti COP29-a niyə gəlmədi? .....                     Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə .....                     Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək .....                     Ermənistanın Rusiyaya yeganə yolu bağlandı .....                     Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının .....                     Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi .....                     Tramp kürəkəninə vəzifə verəcək .....                     Bakıda kafenin qarşısında QƏTL .....                     "Bu barədə ciddi şəkildə düşünməliyik" .....                     “525-ci qəzet” və "Qol.az"ın .....                     Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? .....                     7 rayonda DOST filialları təmir olunacaq .....                     “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu .....                     Buralar rəsmən yiyəsiz qalıb... .....                     Deputat üçün özəl gün .....                     Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" .....                     Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi .....                     İrəvandan Bakıya qarşı YENİ İTTİHAM .....                     Saxtakarların meydan suladığı ünvan... .....                     Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar .....                     Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... .....                     Tanınmış həkim vəfat edib .....                     Sevinc Osmanqızının “mikrofonçuluğu” .....                     "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" .....                     Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər .....                     Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq .....                     Fransa öz uğursuzluğu ilə barışa bilmir .....                     Əgər Paşinyan Bakıya gəlsəydi... .....                     Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir .....                     Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar .....                     Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` .....                 

Türkiyə tarixində bir ilk: köhnə həqiqətlərdən yeni reallıqlara doğru - NƏ BAŞ VERİR?
Tarix: 7-11-2023, 14:00 | Çap et
Türkiyə tarixində bir ilk: köhnə həqiqətlərdən yeni reallıqlara doğru
Türkiyənin ana müxalifət partiyasının - Cümhuriyyət Xalq Partiyasının (CHP) 38-ci qurultayı keçirilib. Türkiyə mediasının məlumatına görə, təşkilatın qurultayı 17 saatdan çox davam edib və başqan seçkisində sədr Kamal Kılıçdaroğlu rəqibi Özgür Özələ məğlub olub.

Sədr seçkisinin birinci turunda CHP-də dəyişiklik tərəfdarlarının namizədi olan Özgür Özəl qurultay nümayəndələrinin 682, Kılıçdaroğlu isə 662 səsini qazanıb. Başqan seçilmək üçün isə 684 səs lazım olduğu üçün seçim ikinci tura qalıb. İkinci turda isə Özəl 812, Kılıçdaroğlu 536 səs alıb.

Bununla da 100-dən çox CHP-dən olan deputatın və İstanbul Böyük Şəhər Bələdiyyə başqanı Əkrəm İmamoğlunun da dəstəklədiyi, 49 yaşlı Özəl yeni sədr olub. 13 ildir CHP-yə liderlik edən Kılıçdaroğlu isə postunu itirib.

Başqan seçkilərinin nəticələri barədə İmamoğlu deyib ki, uduzan olmayıb, qazanan CHP tərəfdarları olub. Yeni başqan Özəl isə ilk açıqlamasında vurğulayıb ki, Türkiyənin yaranmasının 100-cü ilində CHP kimi bir partiyaya sədr seçilməsi qürurvericidir. O, CHP-nin bütün keçmiş başqalarına təşəkkür edib: "CHP-dəki məyusluq tezliklə ümidlə əvəzlənəcək. Mən indidən gələn il keçiriləcək bələdiyyə seçkiləri üçün təşkilatımızın üzvlərinin fəaliyyətlərini gücləndirməsinə çağırıram. Biz gələcək seçimlərdə qalib olacağıq, buna inanıram".

CHP-də dəyişikliyin partiya və Türkiyə üçün önəmli olduğunu bildirən ekspertlər hesab edirlər ki, qardaş ölkə siyasəti yeni dönəmə qədəm qoyur. Siyasi Menecment İnstitutunun rəhbəri, politoloq Azər Qasımlı AYNA-ya müsahibəsində bildirib ki, bu qurultaydan, sədr dəyişikliyindən sonra CHP-nin güclənib-güclənməyəcəyini proqnozlaşdırmaq çətindir:

- Bunu zaman göstərəcək. İndidən bu barədə nəsə deməyi düzgün saymıram. Amma bütün hallarda yenilik baş verdi. Yeni sədr partiya daxilindən gələn şəxsdir, siyasətçidir. Məsələn, yeni başqan İmamoğlu olsaydı, nəsə demək mümkün idi. Çünki əvvəl seçkilərdə iştirak edib, İstanbulun bələdiyyə başqanlığı kimi yüksək post uğrunda çətin mübarizə aparıb və qalib çıxıb. Eyni zamanda, son prezident seçkilərində Kılıçdaroğlunun əsas təbliğatçılarından biri idi. Nəzərə almaq lazımdır ki, CHP-nin növbəti sədrinin İmamoğlu olacağı proqnozlaşdırılırdı. İmamoğlunun potensialına da, siyasi dəstəyinə də bələdik. Amma Özəl yeni sima sayılır. Bu şəxsin tam siyasi və ictimai fəaliyyəti haqqında geniş məlumat yoxdur. Publika üçün bir qədər qapalı fiqurdur.

Lakin Türkiyə üçün əsas olan CHP-nin yeni başqanının kimliyi yox, faktın özüdür. Türkiyə tarixində bir ilk idi ki, bir partiyanın, xüsusilə ana müxalifət partiyasının sədri qurultayda seçki vasitəsilə dəyişdi. Əvvəl partiya sədrləri ya vəfat edib gediblər, ya özləri istefa veriblər, yeni sədr müəyyənləşib və s. Amma Kılıçdaroğlunun partiya sədrliyi seçkilərində iştirak etməsi və məğlub olması Türkiyə tarixində ilkdir. Bu, o deməkdir ki, Türkiyədə demokratik dəyişiklik potensialı qalmaqdadır. Hesab edirəm ki, bunun özü əsas faktdır. Yəni ki, yeni CHP sədri hansısa səhv etsə, uğur qazana bilməsə, onu da dəyişərlər, yola davam edərlər.

- Prezident seçkilərində məğlub olan Kılıçdaroğluya çağırış edilirdi ki, CHP sədrliyindən istefa versin, amma o, istefa vermədi. Yəni Kılıçdaroğlu sədrlikdən getmək niyyətində deyildi...

- Əlbəttə, Kılıçdaroğlu sədrlikdən getmək istəmirdi. Bu adam CHP-ni sanki bir obyekt kimi işlədirdi və belə də işlədəcəyini düşünürdü. Məsələ burasındadır ki, söhbət təkcə Kılıçdaroğlundan da getmir, Türkiyə tarixində bütün siyasi partiya başqanları belə düşüncədə olublar, eyni şəkildə də partiyanı idarə ediblər. Liderlik məsələsi Türkiyə siyasi mədəniyyətində çox önəmlidir. Təsəvvür edin ki, Kılıçdaroğlu Ərdoğanı tənqid edirdi ki, Türkiyə Prezidenti postundan yapışıb, buraxmaq istəmir. Amma özü bir partiya sədrliyində qalmaq üçün dəridən-qabıqdan çıxdı. Təsəvvür edin ki, partiya başqanlığına seçkilərdə birinci turda məğlub olsa da, geri çəkilmədi, ikinci tura qaldı. İkinci turda isə biabırçı səs faizi ilə məğlub oldu. Halbuki birinci turda sədrlik postu uğrunda qalib gəlmək üçün Özələ cəmi iki səs çatmırdı. Hesab edirəm ki, Kılıçdaroğlunun davranışı Türkiyə siyasi mədəniyyətinin pik nöqtəsidir. Yenə deyirəm, bu düşüncədə olan tək Kılıçdaroğlu deyil, Türkiyə siyasi tarixində liderlərin hamısı aşağı-yuxarı eyni düşüncədədir.

- Bəs nə dəyişdi ki, CHP üzvləri belə seçim etdi və Türkiyə tarixində ilk yaşandı?

- Kılıçdaroğlunun CHP başqanlığı dönəmində çox səhvləri oldu. Bu adam 13 ildir CHP-nin başında idi və bütün seçkiləri demək olar ki, uduzub. Eyni zamanda, CHP-nin İstanbul şəhər təşkilatının başqanlıq seçimində Özəli dəstəkləməsi faktoru da rol oynadı. Amma əsas faktor odur ki, Türkiyə cəmiyyətinin özündə dəyişikliklər baş verməkdədir. Bəli, Türkiyə toplumu mühafizəkardır, dəyişikliyə o qədər də meyilli deyil. Cəmiyyət mühafizəkar olduğu üçün sağ və sağ-mərkəzçi qüvvələrə dəstək verir. Amma Türkiyə cəmiyyətində paralel şəkildə müasirləşmə prosesi də getməkdədir. Nəsil dəyişikliyi, yeni nəsilin siyasətə gəlməsi, texnologiyaların inkişafı, sosial şəbəkələrin vüsət alması kimi hallar müasir düşünən insanlara təsir edir. Onu da nəzərə almaq lazımdır ki, CHP-ni digər partiyalarla müqayisə etmək olmaz. Söhbət təkcə CHP-nin Atatürkün yaratdığı partiya olmasından da getmir. Ənənələri olmaqla yanaşı, CHP müasir düşüncəli, proqressiv kəsimi özünə çəkə bilən təşkilatdır. Düzdür, ara-sıra CHP daxilində müəyyən problemlər olub, amma ümumilikdə CHP digər partiyalarla müqayisədə yeniliklərə açıq partiya olub. Bu fərq son qurultayda özünü göstərdi.

- Siz də qeyd etdiniz ki, CHP-nin növbəti başqanının Əkrəm İmamoğlu olacağı proqnozlaşdırılırdı. Düzdür, bəziləri Özəlin başqan olmasında İmamoğlunun əsas rol oynadığını, İmamoğlunun dəstəyi ilə onun sədr seçildiyini deyirlər. Niyə İmamoğlunun özü sədr olmaq istəmədi, yaxud olmadı?

- Əvvəla, deyim ki, Kılıçdaroğlunun postundan gedəcəyi az proqnozlaşdırılırdı. Onun məğlub olacağı gözlənilmirdi. Çünki CHP-nin maliyyəsi də, yerli təşkilatlardakı rəhbərlər də onun adamlarından ibarət idi. Qurultay nümayəndələrinin əksəriyyəti Kılıçdaroğlunun nəzarətindən keçmişdilər. Demək ki, Kılıçdaroğlunun nəzarətində olan adamlar belə, ondan narazı imişlər. Sözsüz ki, hər kəs vəziyyəti görür. Mənə elə gəlir ki, İmamoğlu məğlub olmaqdan çəkinərək sədrliyə namizəd olmadı. Məğlubiyyət onun siyasi karyerasına böyük zərbə vura bilərdi. İmamoğlu bu riskə getmədi. Qarşıdan bələdiyyə seçkiləri gəlir. CHP başqanlığına namizəd kimi məğlub olsaydı, növbəti seçkilərdə İstanbul bələdiyyə başqanlığını da təhlükəyə atmış olardı.

- Deyilənlərə inansaq, əgər İmamoğlunun dəstəklədiyi şəxs başqan seçimində Kılıçdaroğluna qalib gələ bilirsə, İmamoğlunun məğlub olacağı ehtimalı niyə bu qədər mümkün olsun?

- Unutmayaq ki, CHP sol mövqeli partiyadır və son qurultay da bunu bir daha sübut etdi. İmamoğlu isə daha çox sağ yönümlü siyasətçi kimi qəbul edilir. Bu baxımdan, qurultay nümayəndələrinin İmamoğluna səs verməmək ehtimalı var idi. Özəl isə tamamilə sol yönümlü siyasətçidir və CHP-nin bazasından gələn siyasi şəxsdir. İdeoloji olaraq da Özəl CHP üçün problemsiz şəxsdir. Bu faktor da çox önəmlidir.

- CHP-də bu dəyişiklik Türkiyədə gələcəkdə keçiriləcək bələdiyyə, parlament və prezident seçkilərində hansı təsirləri göstərəcək? Ehtimallar var ki, gələn prezident seçkilərində CHP-nin namizədi Özəl yox, İmamoğlu olacaq. Hətta İmamoğlu ilə Özəl arasında bu barədə qeyri-rəsmi razılaşmanın olduğu bildirilir...

- Yenə deyirəm, indidən nəsə demək çətindir. Əlbəttə, seçkilərə CHP-nin necə hazırlaşmasından çox şey asılıdır. Ola bilsin ki, növbəti seçkilərdə Türkiyədə hakimiyyət dəyişikliyi baş versin. Erkən seçkilərin baş verməsi də mümkündür. Söhbət prezident seçkilərindən gedir. Proseslərə qiymət vermək üçün zamana və situasiyaya ehtiyac var. Hələ ki, Türkiyənin indiki hakimiyyəti üçün o qədər də təhlükə görünmür. Düzdür, ölkədə ictimai-siyasi, sosial narazılıqlar var. Ötən seçkilər göstərdi ki, əhalinin demək olar ki, yarısı indiki hakimiyyəti dəstəkləmir. Amma bu narazılıqlar hakimiyyəti dəyişəcək səviyyədə deyil. 2028-ci ilədək nə baş verəcək, nələr yaşanacaq - indidən demək çətindir. Gələn ilin bələdiyyə seçkilərində CHP böyük uğur qazansa, o zaman gələcək seçkilər barədə müəyyən fikir demək mümkün olacaq. Bələdiyyə seçkilərinə CHP necə hazırlaşacaq, necə güc göstərəcək, bunu prosesin gedişində biləcəyik. İmamoğlu ilə Özəl arasında qeyri-rəsmi razılaşmalara gəlincə, bu barədə nəsə deyə bilmərəm. Ehtimallar səsləndirilir, amma əldə fakt yoxdur. Ona görə də nəsə demək istəmirəm. Zamanın öhdəsinə buraxmaq lazımdır.
//AYNA//








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18
Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15
Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40
Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22
36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12
Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10
“Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55
"Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52
Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48
İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43
Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25
Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22
Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19
Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16
Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14
Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03
Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55
"Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27
“525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23
Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19
7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13
“Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08
Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58
Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50
Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44
Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35
İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31
Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25
Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22
Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18
Tanınmış həkim vəfat edib
Bu gün, 09:15
Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11
"Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07
Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59
Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57
Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49
Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46
Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42
Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39
Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45
“Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02
İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00
Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58
“Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06
Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02
Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58
Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07
Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04
Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru