Abxaziya gərginliyində erməni izi .....                     Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? .....                     36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır .....                     Bu da Ranın son ünvanı... .....                     “Mehriban düşmən”lər yollarını ayırır? .....                     "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." .....                     Azərbaycana qarşı qarayaxma yarışı gedir .....                     İsrail Prezidenti COP29-a niyə gəlmədi? .....                     Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə .....                     Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək .....                     Ermənistanın Rusiyaya yeganə yolu bağlandı .....                     Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının .....                     Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi .....                     Tramp kürəkəninə vəzifə verəcək .....                     Bakıda kafenin qarşısında QƏTL .....                     "Bu barədə ciddi şəkildə düşünməliyik" .....                     “525-ci qəzet” və "Qol.az"ın .....                     Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? .....                     7 rayonda DOST filialları təmir olunacaq .....                     “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu .....                     Buralar rəsmən yiyəsiz qalıb... .....                     Deputat üçün özəl gün .....                     Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" .....                     Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi .....                     İrəvandan Bakıya qarşı YENİ İTTİHAM .....                     Saxtakarların meydan suladığı ünvan... .....                     Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar .....                     Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... .....                     Tanınmış həkim vəfat edib .....                     Sevinc Osmanqızının “mikrofonçuluğu” .....                     "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" .....                     Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər .....                     Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq .....                     Fransa öz uğursuzluğu ilə barışa bilmir .....                     Əgər Paşinyan Bakıya gəlsəydi... .....                     Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir .....                     Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar .....                     Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` .....                     Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir .....                     “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, .....                 

Döyüş bölgəsindən birbaşa: dronların savaşı, qanlı qış, “feyk hücumları” - Ukraynada NƏ BAŞ VERİR?
Tarix: 22-11-2023, 15:15 | Çap et
Döyüş bölgəsindən birbaşa: dronların savaşı, qanlı qış, “feyk hücumları”
“Hazırda Avdiyevka və Kupyansk istiqamətində şiddətli döyüşlər gedir. Rusiya ordusu bu istiqamətlərdəki qanlı döyüşlərdə gün ərzində minə yaxın hərbçisini itirir”. Bu sözləri AYNA-ya müsahibəsində Ukraynada yaşayan və mütəmadi olaraq döyüş bölgələrindən “Amerikanın Səsi” üçün reportajlar hazırlayan azərbaycanlı jurnalist İdrak Camalbəyli deyib.

Ukraynadakı müharibənin hazırkı vəziyyəti haqqında danışan jurnalist bildirib ki, ümumilikdə Ukrayna ordusunun əks-hücum əməliyyatı ləng gedir:

- Avdiyevka və Kupyansk istiqamətində, əsasən artilleriya döyüşləri və dron hücumları həyata keçirilir. Ukrayna ordusu böyük dron ordusu yaradıb. Xalq orduya əlindən gələn köməyi etməkdədir. İncəsənət adamları, idmançılar, imkanlı şəxslər, sadə vətəndaşlar ianələr toplayır, dronlar alırlar. Dronlarla bağlı orduya güclü mütəxəssislər cəlb olunub. Bunların da sayəsində həmin istiqamətlərdə Rusiya ordusuna ağır zərbələr endirilir.

Ümumilikdə isə digər istiqamətlərdə döyüş səngiyib, əməliyyatlar ləng gedir. Bunu da hər iki tərəfin yorulması ilə əlaqələndirmək olar. Lakin Ukrayna ordusunun Zaporojye, Xerson istiqamətlərində işğalda olan ərazilərini qarış-qarış azad etməsinin şahidi oluruq. Bəli, proses zəif gedir, uzun müddətdir ki, əks-hücum əməliyyatı az ərazilərin geri qaytarılması ilə nəticələnir. Bunun da bir çox obyektiv və subyektiv səbəbləri var.

- Bunlar hansı səbəblərdir?

- Birincisi, dediyim kimi, orduda müşahidə olunan yorğunluqdur. Əsas səbəb isə Ukraynaya Qərb müttəfiqləri tərəfindən silah verilməsinin ləngiməsidir. Bundan əvvəl də, indi də müttəfiqlər tərəfindən Ukraynaya silahlar az-az göndərilir. Lazım olan silahlar mərhələli şəkildə verilir ki, bu, Ukrayna ordusu üçün çətinliklər yaradır.

Düzdür, Ukrayna ordusunun əks-hücum əməliyyatı aparılır, amma bu, sürətli deyil. Belə proqnozlaşdırılır ki, gələn ilin yanvar ayının ortalarında genişmiqyaslı əks-hücumu olacaq. Nəzərdə tutulan əks-hücum əməliyyatı ilə Ukrayna ordusu işğalda olan ərazilərinin böyük hissəsini azad etməyi planlaşdırır.

- Qərbin silah yardımının ləng getdiyini dediniz. Belə fikirlər var ki, Yaxın Şərqdə baş verənlər, HƏMAS-İsrail müharibəsi Ukraynaya qarşı Qərbin diqqətini azaltdı, bununla həm də Kiyevə yardımlar azalmış oldu. Bu, nə dərəcədə doğrudur?

- Yaxın Şərqdə baş verən proseslər Rusiya-Ukrayna müharibəsindən diqqəti bir qədər yayındırdı. Ola bilsin ki, Qərbin Ukraynaya silah tədarükündə də müəyyən axsamalar müşahidə edilir. Amma müttəfiqlərin yardımı, ümumiyyətlə Ukraynadakı qanlı müharibə ilə bağlı Qərbin siyasətində dəyişiklik yoxdur. Pentaqon rəhbərinin dünən Kiyevə səfər etməsi, açıqlamaları onu göstərir ki, Qərbin siyasətində hansısa dəyişiklik yoxdur. Düzdür, Yaxın Şərqdəki münaqişə Kiyevə silah-sursat tədarükünə, maliyyə yardımlarına təsirsiz ötüşmədi. Amma əsas odur ki, yardımlar davam edir.

Ümumiyyətlə, yardımların azalmasını təkcə yaxın Şərqdə baş verənlərlə əlaqələndirmək də doğru deyil. Bu gün 10 milyondan çox ukraynalı Qərb ölkələrində qaçqın həyatı yaşayır. Qaçqınlara yardımlar, onların təminatı və bəzi Avropa ölkələrinin daxilindəki maliyyə sıxıntıları da Kiyevə yardımlara təsir göstərir. Buna baxmayaraq, ABŞ yardımların davam edəcəyini açıqlayıb. Avropada Ukraynaya ən böyük yardımı ayıran Almaniyadır ki, Berlin bəyan edib ki, maliyyə yardımları daha da artırılacaq. Müharibənin Ukraynanın qələbəsi ilə başa çatması üçün Qərbin siyasətini davam etdirəcəyi güman olunur. Proqnozlar bundan ibarətdir ki, gələn ilin sonlarına yaxın Ukrayna müharibəni qələbə ilə başa vuracaq.

- Rusiya tərəfdə vəziyyət necədir, hücumlar artıbmı?

- Məlum idi ki, Rusiya ordusu qış aylarını gözləyirdi. Uzunmüddətli fasilədən sonra Rusiya ordusunun aktivləşməsi müşahidə olunur. Son 10 gündür ki, hər gün Ukraynaya “Şaheed” dronları ilə hücumlar edilir. Bu, əvvəlcədən də proqnozlaşdırılırdı. Rusiyanın qışın sərt dönəmində Ukraynaya raket hücumları təşkil edəcəyi, mülki infrastrukturları hədəfə alacağı bəlli idi. Qarşıdakı həftələrdə Rusiyanın genişmiqyaslı raket hücumuna başlayacağı gözləniləndir. Rusiya tərəfi ötən qış da bu taktikadan istifadə etmişdi. Moskvanın məqsədi mülki infrastrukturu vurmaqla Ukrayna cəmiyyətini hakimiyyətə qarşı qaldırmaqdır, narazılığı artırmaqdır.

- Raket hücumlarına qarşı Ukrayna ordusu tədbirlər görübmü?

- Ukrayna müdafiə olunur. Kiyev, Odessa, Dnepr, Xarkov, Lvov kimi böyük şəhərlərdə hava hücumundan müdafiə sistemləri yerləşdirilib, tədbirlər gücləndirilib. Bəli, hava hücumundan müdafiə sistemində bəzi boşluqlar var. Məsələn, genişmiqyaslı raket hücumları zamanı onların hamısının zərərsizləşdirilə bilinməməsi problemi mövcuddur. Eyni zamanda, bəzi raket növlərini zərərsizləşdirmək üçün lazımi qurğular yoxdur. Amma Ukrayna bu problemləri də yoluna qoymağa çalışır.

- Müharibənin gedişi ilə paralel olaraq, Ukraynanın daxilində siyasi qarşıdurmaların artdığı barədə məlumatlar var. Bu informasiyaların doğruluq payı nə qədərdir?

- Məlumdur ki, Ukraynada növbəti Prezident seçkilərinin vaxtı gələn ilin martına təsadüf edir. Amma dəfələrlə qeyd edilib ki, müharibə şəraitində seçkilər keçirilməyəcək. Təbii ki, bəzi siyasi qüvvələr bununla razılaşmır. Amma belə məlumatlar var ki, guya Ukrayna ordusunun Baş Qərargah rəisi Valeri Zalujnı ilə Prezident Volodimir Zelenski arasında siyasi qarşıdurma var və s. Bunlar Rusiya təbliğat mediasının ortaya atdığı feyk məlumatlardır. Prezidentlə ordu arasında qarşılıqlı anlaşma var və tək məqsəd mövcuddur: Ukraynanın işğal olunmuş ərazilərinin azad edilməsi.

Zelenski ordu siyasətini tamamilə Zalujnıya həvalə edib. Ordunun taktikasına, hücumuna, bütün əməliyyatlarına Zalujnı rəhbərlik edir və qərarları Zalujnı verir. Təbii ki, öhdəliyini icra etməyən, vəzifəsində səhlənkarlığa yol verən ordu rəsmiləri, zabitləri varsa, Zalujnı Zelenski ilə birgə məsləhətləşir və həmin rəsminin vəzifəsindən azad edilməsi qərarı verilir. Buna misal olaraq müdafiə naziri Reznikovun azad edilməsini göstərmək olar. Eyni zamanda, son bir həftədə Ukrayna ordusunda bir neçə kadr dəyişiklikləri həyata keçirilib. Bunlar da normal proseslərdir.

Belə halları Zelenski-Zalujnı qovğası, qarşıdurması kimi təqdim etmək doğru deyil. Zelenski ilə Zalujnı arasında hakimiyyət mübarizəsinin başlaması barədə deyilənlər Rusiya mətbuatının ortaya atdığı dezinformasiyalardan başqa bir şey deyil.

Müəllif: Anar Bayramoğlu - Mənbə: AYNA.az
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40
Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22
36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12
Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10
“Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55
"Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52
Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48
İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43
Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25
Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22
Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19
Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16
Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14
Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03
Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55
"Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27
“525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23
Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19
7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13
“Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08
Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58
Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50
Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44
Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35
İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31
Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25
Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22
Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18
Tanınmış həkim vəfat edib
Bu gün, 09:15
Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11
"Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07
Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59
Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57
Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49
Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46
Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42
Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39
Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45
“Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02
İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00
Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58
“Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06
Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02
Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58
Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07
Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04
Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59
Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Dünən, 15:41
Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Dünən, 15:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru