“İmişli kimi sərhədyanı rayonlarda “KQB” vaxtilə birə on fəal işləyibdir...” .....                     AZANS-ın ekoloji yönümlü təşəbbüsü beynəlxalq mükafat qazanıb .....                     AQTA-nın Şirvan Regional Bölməsinə qarşı tükürpədici iddialar... .....                     Putin “Zəngəzur döyüşü”nə hazırlaşır .....                     “Rusiya qəsdən juranlistlərin yayaşdığı yerləri vurur” .....                     3 şirkət daha bazarı tərk etdi .....                     İrandan bahalı təklif: Bakı razılaşdı, İrəvan geri çəkildi .....                     Aİ Ermənistanı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə vadar etməlidir .....                     Qəbiristanlıqda təzə dəb: ölüsünə torpaq götürür, diriykən başdaşı düzəltdirir .....                     “Araz Supermarket”də yeni təyinat olub .....                     Əfv Komissiyasının yekun iclası başa çatıb, .....                     STP-nin törəmə şirkətinin direktoru dəyişdi .....                     Daha bir xarici şirkət Azərbaycan bazarından gedir .....                     "Abzas Media" işi üzrə məhkəmə istintaqı yekunlaşıb .....                     "Aynur Dadaşovanın həmin görüntülərini 300 dollara satdılar" .....                     Kriminal aləmdə yeni "Quli" PEYDA OLDU .....                     Ermənistanın təhlükəli diplomatik oyunu .....                     İlqar Abbasov bir köşəyə çəkilib... AĞAC YEYİR... .....                     Cəbrayılov ÇALDI... ÇAPDI... MAHALI... .....                     Dövlət səviyyəsində ÖZBAŞINALIQ... .....                     Qızıl bazarında saxta məhsullar satılır .....                     Rubio Ukrayna nümayəndə heyəti ilə görüşdə döyüşlərin dayandırılmasına nail olmağa çağırıb .....                     Beh alıb, məclisə getmədi .....                     Cahangir Əsgərov "Premium Bank"ın əsas səhmdarı olub .....                     “Putin özü də bilir ki, Köçəryan-Sərkisyan cütlüyü hakimiyyətə gəlmək iqtidarında deyil...” .....                     "Bakı Elektroştamp" ASC səhmdarlarını yığıncağa .....                     Ermənistan-Gürcüstan-Azərbaycan üçtərəfli formatının genişlənəcəyinə ümid edirik .....                     "Məni hörmətdən salmaq istəyirlər" .....                     Erməni polkovnikin sözləri Rusiyanı qəzəbləndirdi: .....                     Saleh Səmədov rəisi söydüyünə görə həbs edilib .....                     “Bədənimi direllə deşib, burnumu, barmağımı sındırıb” .....                     Trend İnformasiya Agentliyinin yayılan dezinformasiya ilə bağlı bəyanatı .....                     “Paşinyanı iqtidarda Bakı, London və Təl-Əviv saxlayır” iddiası .....                     “Oqtaydan sonra heç yerə getmirəm, itirdiyimi elə itirmişəm ki...” .....                     İtaliya səfiri Eldar Əzizovla Neapolla qardaşlaşma əlaqələrinin gücləndirilməsini müzakirə edib .....                     İpoteka və Kredit Zəmanət Fondu: DÖVLƏT QAYĞISINDAN PUL ƏMƏNLƏR... .....                     Məmurun evindən 244 minlik qızıl oğurlayan xadimənin cinayət işi: həbs edildi .....                     Xarici aviasiya şirkəti Azərbaycan bazarını tərk edir .....                     "Gülnar Səfərəliyevadan heç bir ədalət gözləmirəm" .....                     5000 manat maaş alıram, necə qənaət edim? .....                 

Rusiyadan Azərbaycana göndərilən rublda milyard yarım azalma - NƏ BAŞ VERİR?
Tarix: 29-12-2023, 10:14 | Çap et
Rusiyadan Azərbaycana göndərilən rublda milyard yarım azalma
Qeyri-rəsmi məlumatlara görə, Rusiyada bir neçə milyon azərbaycanlı miqrant yaşayır və əsasən ticarət fəaliyyəti ilə məşğul olurlar. Xüsusən regionlardan olan soydaşlarımız Rusiyada əldə etdikləri gəlirlərdən Azərbaycandakı doğmalarına da göndərirlər. 2023-cü ilin yanvar-sentyabr aylarında Rusiyadan Azərbaycana fiziki şəxslər tərəfindən 829 milyon 410 min dollar vəsait göndərilib.

Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.7 dəfə və ya 1 milyard 437 milyon 926 min dollar azdır. 2022-ci ilin yanvar-sentyabr aylarında Rusiyadan Azərbaycana fiziki şəxslər tərəfindən 2 milyard 267 milyon 336 min dollar vəsait daxil olub. Qeyd edək ki, hesabat dövründə Rusiyadan Azərbaycana fiziki şəxslər tərəfindən göndərilən pul vəsaitləri, ümumi daxilolmaların 64.8 faizini təşkil edib. Rusiyadan Azərbaycana fiziki şəxslər tərəfindən daxil olan vəsaitlərin həcminin təxminən üç dəfə azalması milyonlarla əyalət sakinini yeganə gəlir mənbəyindən məhrum edir. Regionlarda işsizlik, faktiki olaraq istehsal müəssisələrinin olmaması vəziyyəti daha da çətinləşdirir. Ölkəmizdə elə bölgələr var ki, orada əhalinin əksəriyyəti Rusiyada yaşayan doğmalarının vəsaitləri hesabına dolanır.

Ekspertlərə görə, rublun dəyərdən düşməsi isə vəziyyəti daha da çətinləşdirir. Bu səbəbdən soydaşlarımız Azərbaycanda yaşayan doğmalarına vəsait göndərməkdə çətinlik çəkirlər. Rusiyada pul köçürmələrinə tətbiq olunan qadağalar da situasiyaya təsirsiz ötüşmür. Bütün bu amillər daxil olan vəsaitlərin həcmini əhəmiyyətli surətdə azaldıb. Belə azalma bundan sonra da davam edəcək.

Qeyd edək ki, Rusiyanın internet resurslarından kiçik araşdırma apararaq, “Azərbaycanda bank hesabına necə pul köçürmək olar” sualına cavab tapmağa çalışdıq. Öyrəndik ki, Rusiyanın bəzi kredit təşkilatları Azərbaycanda bank hesablarına köçürmələr edir. Amma bu xidmət hər yerdə mövcud deyil və onun bir sıra məhdudiyyətləri var. Məsələn, “Sberbank” bunu yalnız bir bank filialına şəxsi ərizə ilə təqdim edir. VTB müştərilərinin mobil proqram vasitəsilə Azərbaycana pul göndərmək imkanı var. Lakin bunun üçün onlar manatda hesab açmalıdırlar. Bank həmçinin köçürmə məbləğinin 1%-i, lakin 200 manatdan çox olmamaq şərti ilə komissiya alır. Ayda bir şəxsə 1 milyon rubl ekvivalentində köçürə bilər.

Ödəniş sistemləri vasitəsilə də Azərbaycana pul köçürmək olar. Bildirilir ki, Azərbaycana pul köçürmələri etmək üçün ruslar “Qiwi”, “Garant”, “Contact” və “Zolotaya Korona” ödəniş sistemlərindən istifadə edə bilərlər. "Western Union" və "PayPal" 2022-ci ildən Rusiyada mövcud deyil və "Unistream" Azərbaycan bankları ilə işləmir. Sanksiyalara görə bir çox Rusiya bankı SWIFT beynəlxalq köçürmə sistemindən ayrılıb. Bu baxımdan Azərbaycana bu üsulla köçürmələr yalnız bəzi kredit təşkilatları tərəfindən həyata keçirilir.

Bəs Rusiya poçtu ilə Azərbaycana necə pul göndərmək olar? Rusiya poçtundan Azərbaycana bir dəfəyə 60 min rubla qədər pul göndərə bilərsiniz. Köçürmə məbləğindən asılı olaraq komissiya 1,5 ilə 3% arasında dəyişəcək.

Göründüyü kimi, Rusiyadan pul köçürmək üçün əngəllər var.

Politoloq İlyas Hüseynov dedi ki, pul vəsaitinin ötürülməsində yaranan problem məhz Rusiyaya qarşı qlobal müstəvidə həyata keçirilən iqtisadi-maliyyə sanksiyalarının nəticəsidir: "Məhz bu xüsusda bizim soydaşlarımızın doğmalarına pul göndərmələri Rusiyanın problemidir. Yaxşı olardı ki, Mərkəzi Asiya, Qafqaz respublikaları, postsovet məkanında olan digər respublikalara pul köçürmək istiqamətində müəyyən mexanizmlər formalaşdırılsın. Bizim soydaşlarımız əziyyət çəkir, ailələrinə pul göndərə bilmirlər".

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov da mövzu ilə bağlı bildirdi ki, Rusiyada yaşayıb çalışan vətəndaşlarımızın sayı barədə məlumatlar dəqiq deyil: “Mən uzun illər Rusiyada yaşamışam. Orada yaşadığım müddətdə apardığım müşahidələr əsasında azərbaycanlıların sayının bəzi mənbələrdə bəyan edildiyindən bir neçə dəfə çox olduğu qənaətinə gəlmişəm. Bu insanların arasında elə bir şəxs tapılmaz ki, orada qazandığı pulun bir hissəsini Azərbaycandakı yaxınlarına göndərməsin. Başqa bir məsələ isə bu vəsaitlərin Azərbaycana hansı yollarla göndərilməsidir. Ortada iki yol var: bunlardan biri rəsmi yol, yəni banklar vasitəsilə köçürmələrdi. Digər yol isə qeyri-rəsmi və ya qeyri-leqal yoldur. Rusiyada qeyri-leqal pul göndərişi ilə məşğul olan işbazlar var. Bu üsulla pul göndərmək çox asan və sadədir. Sən Azərbaycana göndərmək istədiyin pulu həmin işbazlara təqdim edirsən və pulu alacaq yaxının barəsində onları məlumatlandırırsan. Sənin Azərbaycandakı yaxının həmin pulu anındaca o işbazların bizim ölkədəki "nümayəndələrindən" alırlar. Rusiyadan Azərbaycana öz yaxınlarına pul göndərən insanların əksəriyyəti bu üsuldan istifadə edirlər. Bu səbəbdən Rusiyada yaşayan azərbaycanlıların sayı qədər də Rusiyadan Azərbaycana göndərilən vəsaitlərin həcmi də dəqiq deyil. Yəni gerçəkdə bu göndərişlərin həcmi bank köçürmələri əsasında tərtib olunan rəsmi statistikanın verdiyi məlumatlardan bir neçə dəfə çoxdur.

Bu dediklərimiz pul köçürmələrinin texniki tərəfləridir. Məsələnin ikinci tərəfi, Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra baş verən proseslərlə bağlıdır. Bu müharibə nəticəsində Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyaların sayı artıq 20 minə yaxınlaşır. Bu sanksiyaların böyük əksəriyyəti Rusiyanın iqtisadiyyatını iflic halına salmağı hədəfləyib. Artıq həmin sanksiyalar gerçəkdən Qərbin gözləntilərini doğrultmağa başlayıb.

Bütün dünyada olduğu kimi, Rusiyada da iqtisadiyyatın onurğa sütununu kiçik və orta biznes təşkil edir. Azərbaycanlıların da böyük əksəriyyəti bu ölkədə məhz kiçik və orta biznes fəaliyyəti ilə məşğuldurlar. Rusiyadan Azərbaycana pul göndərişlərinin həcminin azalmasına ciddi təsir edən əsas amillərdən biri də Qərbin sanksiyaları nəticəsində rus rublunun dəyərdən düşməsidir. Bütün bu baş verənlərin fonunda Rusiyadan Azərbaycana pul göndərişlərinin həcminin azalması təbiidir".

“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“İmişli kimi sərhədyanı rayonlarda “KQB” vaxtilə birə on fəal işləyibdir...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 18:16
AZANS-ın ekoloji yönümlü təşəbbüsü beynəlxalq mükafat qazanıb - FOTO
Bu gün, 18:09
AQTA-nın Şirvan Regional Bölməsinə qarşı tükürpədici iddialar... - BU NƏDİ BELƏ?..
Bu gün, 18:07
Putin “Zəngəzur döyüşü”nə hazırlaşır - AKTUAL
Bu gün, 18:00
“Rusiya qəsdən juranlistlərin yayaşdığı yerləri vurur” - RSF
Bu gün, 17:56
3 şirkət daha bazarı tərk etdi
Bu gün, 17:51
İrandan bahalı təklif: Bakı razılaşdı, İrəvan geri çəkildi – İki problem var
Bu gün, 17:47
Aİ Ermənistanı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə vadar etməlidir - ÇÜNKİ...
Bu gün, 17:45
Qəbiristanlıqda təzə dəb: ölüsünə torpaq götürür, diriykən başdaşı düzəltdirir - İslam dini nə deyir?
Bu gün, 17:44
“Araz Supermarket”də yeni təyinat olub - DOSYE
Bu gün, 17:42
Əfv Komissiyasının yekun iclası başa çatıb, baxılan müraciətlər Prezidentə təqdim olunacaq
Bu gün, 17:40
STP-nin törəmə şirkətinin direktoru dəyişdi - BUNDAN SONRA...
Bu gün, 17:38
Daha bir xarici şirkət Azərbaycan bazarından gedir
Bu gün, 17:32
"Abzas Media" işi üzrə məhkəmə istintaqı yekunlaşıb
Bu gün, 17:28
"Aynur Dadaşovanın həmin görüntülərini 300 dollara satdılar"
Bu gün, 17:22
Kriminal aləmdə yeni "Quli" PEYDA OLDU - Böyük "müharibə" olacaq
Bu gün, 17:20
Ermənistanın təhlükəli diplomatik oyunu
Bu gün, 17:15
İlqar Abbasov bir köşəyə çəkilib... AĞAC YEYİR... - BU DA FAKT!
Bu gün, 17:12
Cəbrayılov ÇALDI... ÇAPDI... MAHALI... - İTTİHAM VAR...
Bu gün, 17:08
Dövlət səviyyəsində ÖZBAŞINALIQ... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 17:01
Qızıl bazarında saxta məhsullar satılır - VİDEO
Bu gün, 16:57
Rubio Ukrayna nümayəndə heyəti ilə görüşdə döyüşlərin dayandırılmasına nail olmağa çağırıb - "İnterfaks"
Bu gün, 16:53
Beh alıb, məclisə getmədi
Bu gün, 16:48
Cahangir Əsgərov "Premium Bank"ın əsas səhmdarı olub
Bu gün, 16:45
“Putin özü də bilir ki, Köçəryan-Sərkisyan cütlüyü hakimiyyətə gəlmək iqtidarında deyil...” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00
"Bakı Elektroştamp" ASC səhmdarlarını yığıncağa - DƏVƏT EDİR
Bu gün, 13:58
Ermənistan-Gürcüstan-Azərbaycan üçtərəfli formatının genişlənəcəyinə ümid edirik - Paşinyan
Bu gün, 13:22
"Məni hörmətdən salmaq istəyirlər"
Bu gün, 13:18
Erməni polkovnikin sözləri Rusiyanı qəzəbləndirdi: - “Hitler olsaydı…”
Bu gün, 13:15
Saleh Səmədov rəisi söydüyünə görə həbs edilib - Şok təfərrüat
Bu gün, 13:12
“Bədənimi direllə deşib, burnumu, barmağımı sındırıb” - Qətlin açdığı dəhşətli FAKTLAR
Bu gün, 13:10
Trend İnformasiya Agentliyinin yayılan dezinformasiya ilə bağlı bəyanatı - DİQQƏT!
Bu gün, 11:42
“Paşinyanı iqtidarda Bakı, London və Təl-Əviv saxlayır” iddiası - RƏYLƏR...
Bu gün, 11:01
“Oqtaydan sonra heç yerə getmirəm, itirdiyimi elə itirmişəm ki...”
Bu gün, 10:47
İtaliya səfiri Eldar Əzizovla Neapolla qardaşlaşma əlaqələrinin gücləndirilməsini müzakirə edib - FOTO
Bu gün, 10:44
İpoteka və Kredit Zəmanət Fondu: DÖVLƏT QAYĞISINDAN PUL ƏMƏNLƏR... - İLGİNC FAKTLAR...
Bu gün, 10:41
Məmurun evindən 244 minlik qızıl oğurlayan xadimənin cinayət işi: həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 10:36
Xarici aviasiya şirkəti Azərbaycan bazarını tərk edir
Bu gün, 10:33
"Gülnar Səfərəliyevadan heç bir ədalət gözləmirəm" - Naxçıvan təhsilində QALMAQAL
Bu gün, 10:31
5000 manat maaş alıram, necə qənaət edim? - Səyyad Aran GİLEYLƏNİR
Bu gün, 10:25
PKK silahı yerə qoyur... TƏSLİM OLMUR! - BU, AYRI-AYRI ŞEYLƏRDİR...
Bu gün, 10:22
Paşinyan komandasına xəbərdarlıq etdi: - Sürprizlərə hazır olun
Bu gün, 10:19
Şəmkirin icra başçısından NAZİRƏ QARŞI SAYĞISIZLIQ... - "Bunlar nə vaxt düzələcək?.."
Bu gün, 10:09
Şirkətlər qrupunda yeni ASC yaradılıb
Bu gün, 10:01
"Azərtəkrarqarametal" ASC-nin səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 09:59
38 yaşlı sabiq məmur həbsxanada öldü
Bu gün, 09:49
Naxçıvanda özünü vəzifəli şəxs kimi tanıdaraq dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 09:46
Naxçıvanda NÖVBƏTİ BÜDCƏ TALANI... - fermerləri YENƏ ALDADIRLAR...
Bu gün, 09:44
İki rayonun icra başçısı dəyişdiriləcək: Birinin həbsi belə aktualdır... - İLGİNC İDDİALAR
Bu gün, 09:31
“Pulum olsaydı “Bəxt üzüyü” filmində atamın sürdüyü maşını alardım” - FOTO
Bu gün, 09:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru