Rusiya-NATO müharibəsi başlayır? – Məxfi sənədin gerçək üzü
Tarix: 15-01-2024, 12:42 | Çap et
 Almaniyanın “Bild” nəşri əldə etdiyi məxfi sənəd əsasında iddia edib ki, Bundesver (Almaniya ordusu – red.) Rusiyaya qarşı silahlı münaqişəyə hazırlaşır. Nəşrin qeyd etdiyi sənədlərdə yer alan məlumata görə, NATO ilə Rusiya arasında münasibətlərin mümkün kəskinləşməsi bu ilin fevralında baş verə bilər. Bu, Rusiya Prezidenti Vladimir Putinin necə hərəkət edəcəyini və NATO-nun özünü necə müdafiə etməli olacağını addım-addım, aybaay təsvir edən ssenaridir. Bundesver ssenarisində eskalasiya cəmi bir neçə həftədən sonra başlayacaq, ardınca onminlərlə alman əsgəri döyüşə göndəriləcək. Estoniya Baş naziri Kaya Kallas isə deyib ki, “Qərb dövlətləri Ukraynaya təcavüzkarı məğlub etməkdə kömək etməsələr, NATO Rusiyanın işğalının hədəfinə çevrilə bilər”. Əvvəlcə qeyd etmək lazımdır ki, “Bild” kifayət qədər ciddi nəşrdir, lakin iddianın söykəndiyi mənbə qeyri-müəyyəndir. Yəni hər hansı məxfi sənədə istinad etmək xəbərin düzgünlüyünü şübhə altına atır. Bundan başqa, iddiada qeyd olunan məqamlar reallığı əks etdirmir. Məsələ ondadır ki, eskalasiyanın cəmi bir neçə həftədən sonra başlanması güman edilir. Halbuki 2024-cü il başlayandan Rusiya-Ukrayna müharibəsində ciddi aktivlik müşahidə edilir. Hətta Ukrayna ordusu Kurska “Toçka-U” raketləri ilə hücum edib, bir sıra rus şəhər və qəsəbələrinə zərbələr endirilib. Rusiya tərəfi də öz növbəsində hücumlarını intensivləşdirib və bir sıra kiçik obyektləri nəzarətə götürüb. Ümumiyyətlə, qarşıdan Rusiya prezident seçkiləri gəlir və Putin seçkiyə güclü getmək üçün qələbələr əldə etmək istəyir. Buna görə də Rusiyanın bütün cəbhəboyu hücumları artıracağı daha real versiyadır. Yəni Kremlin seçkiöncəsi NATO ilə gərginliyi artırması gözlənilmir. Estoniya Baş naziri Kaya Kallas həmçinin onu da deyib ki, “Rusiya NATO ilə münaqişədən qorxur”. Bu, həqiqətən də belədir. Rusiya Ukrayna ilə müharibə aparmaq gücündə olsa da, bütöv alyansla savaşacaq gücə sahib deyil. Bunun Rusiya və Putin hakimiyyəti üçün fəlakətlə nəticələnəcəyi bəllidir. Kreml Rusiya dövlətçiliyini təhdid altına alacaq belə bir müharibədən maksimum dərəcədə qaçmağa çalışacaq. O ki qaldı Almaniya ordusunun Rusiyaya qarşı silahlı münaqişəyə hazırlaşmasına, bu, psixoloji üstünlüyü ələ almaq üçün ortaya atılan iddiadan başqa bir şey deyil. Rəsmi Berlin tarixboyu iki dəfə rus ordusu ilə qarşı-qarşıya gəlib. Coğrafi amil və hava şəraiti rusların köməyinə çatıb və almanlar iki dəfə ağır məğlubiyyətə uğrayıblar. Berlinin üçüncü dəfə belə bir addımı atması real deyil, lakin bununla belə almanların İkinci Dünya müharibəsindən bəri Kalininqradı qaytarmaq kimi planı var. Bu detal isə rusları hər zaman narahat edib. Nəticə etibarilə qarşıdakı aylarda nə Almaniya-Rusiya, nə də ümumilikdə NATO-Rusiya hərbi qarşıdurması olacaq. Müəllif: Politoloq Turan Rzayev diaaz.space

|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Trend İnformasiya Agentliyinin yayılan dezinformasiya ilə bağlı bəyanatı - DİQQƏT!
Bu gün, 11:42 |
|
|
|
• “Paşinyanı iqtidarda Bakı, London və Təl-Əviv saxlayır” iddiası - RƏYLƏR...
Bu gün, 11:01 |
|
|
|
• “Oqtaydan sonra heç yerə getmirəm, itirdiyimi elə itirmişəm ki...”
Bu gün, 10:47 |
|
|
|
• İtaliya səfiri Eldar Əzizovla Neapolla qardaşlaşma əlaqələrinin gücləndirilməsini müzakirə edib - FOTO
Bu gün, 10:44 |
|
|
|
• İpoteka və Kredit Zəmanət Fondu: DÖVLƏT QAYĞISINDAN PUL ƏMƏNLƏR... - İLGİNC FAKTLAR...
Bu gün, 10:41 |
|
|
|
• Məmurun evindən 244 minlik qızıl oğurlayan xadimənin cinayət işi: həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 10:36 |
|
|
|
• Xarici aviasiya şirkəti Azərbaycan bazarını tərk edir
Bu gün, 10:33 |
|
|
|
• "Gülnar Səfərəliyevadan heç bir ədalət gözləmirəm" - Naxçıvan təhsilində QALMAQAL
Bu gün, 10:31 |
|
|
|
• 5000 manat maaş alıram, necə qənaət edim? - Səyyad Aran GİLEYLƏNİR
Bu gün, 10:25 |
|
|
|
• PKK silahı yerə qoyur... TƏSLİM OLMUR! - BU, AYRI-AYRI ŞEYLƏRDİR...
Bu gün, 10:22 |
|
|
|
• Paşinyan komandasına xəbərdarlıq etdi: - Sürprizlərə hazır olun
Bu gün, 10:19 |
|
|
|
• Şəmkirin icra başçısından NAZİRƏ QARŞI SAYĞISIZLIQ... - "Bunlar nə vaxt düzələcək?.."
Bu gün, 10:09 |
|
|
|
• Şirkətlər qrupunda yeni ASC yaradılıb
Bu gün, 10:01 |
|
|
|
• "Azərtəkrarqarametal" ASC-nin səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 09:59 |
|
|
|
• 38 yaşlı sabiq məmur həbsxanada öldü
Bu gün, 09:49 |
|
|
|
• Naxçıvanda özünü vəzifəli şəxs kimi tanıdaraq dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 09:46 |
|
|
|
• Naxçıvanda NÖVBƏTİ BÜDCƏ TALANI... - fermerləri YENƏ ALDADIRLAR...
Bu gün, 09:44 |
|
|
|
• İki rayonun icra başçısı dəyişdiriləcək: Birinin həbsi belə aktualdır... - İLGİNC İDDİALAR
Bu gün, 09:31 |
|
|
|
• “Pulum olsaydı “Bəxt üzüyü” filmində atamın sürdüyü maşını alardım” - FOTO
Bu gün, 09:21 |
|
|
|
• Bakı məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmirinə 2.5 milyon xərclənəcək – İşləri 200 manatlıq şirkət görəcək
Bu gün, 09:19 |
|
|
|
• Əmək mübahisələri ilə bağlı mühüm məqamlar... - Ekspert danışır...
Bu gün, 09:16 |
|
|
|
• Mərkəzi Bankın proqnozu özünü doğrultmadı: 19 aydan sonra... - ARAŞDIRMA
Bu gün, 09:08 |
|
|
|
• TARİXİ BAKI... HƏDƏFDİRMİ? - AKTUAL
Bu gün, 09:01 |
|
|
|
• Azərbaycanda ilk qiyabi icraat üzrə məhkəmə başladı - DETALLAR
Bu gün, 08:58 |
|
|
|
• Rusiyanın “5-ci kolon”la bağlı qərarının İmişlidə əks-sədası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:57 |
|
|
|
• Federasiyanın sabiq vitse-prezidentinə dələduzluq maddələri ilə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 08:55 |
|
|
|
• Hərbi təlimlərdə atılan güllələr bu dəfə kanalizasiya xəttini HƏDƏFƏ ALDI – FOTO/GİLEY
Bu gün, 08:47 |
|
|
|
• “Teatr bağlanandan sonra işsiz qaldım, sənət dostlarımdan uzaqlaşmışam” - Efirlərdən uzaq düşən sənətkar
Bu gün, 08:42 |
|
|
|
• "Yelo Bank" ASC səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 08:41 |
|
|
|
• "Artıq pul xərcləmir, ölkələrdən pul, sərvət qoparır, təsirini oralarda gücləndirir" - ABŞ YÖN DƏYİŞDİRİB...
Bu gün, 08:39 |
|
|
|
• “Mədəniyyət Naziri məni qəbul etmir, ondan soruşmaq istəyirəm ki...” - ETİRAZ VAR...
Bu gün, 08:33 |
|
|
|
• “Rabitə Tikinti”yə yeni rəhbər təyin ediləcək
Bu gün, 08:26 |
|
|
|
• Düşmən silahlanır: amma tətiyi çəkəcək əsgər qıtlığı var... - Özləri etiraf edir ki...
Bu gün, 08:23 |
|
|
|
• “Bütün oyunları Ərdoğan oynayır” - Yunan mətbuatı təriflər yağdırdı
Bu gün, 07:24 |
|
|
|
• Ukrayna ordusu bəzi istiqamətlərdə Rusiyanı sıxışdırdı - KİV
Bu gün, 07:22 |
|
|
|
• DSX-nin ŞÜBHƏLİ TENDER ORTAĞI - TƏFƏRRÜAT
Bu gün, 07:21 |
|
|
|
• "Əli Kərimli Tofiq Yaqublunun ölməsini istəyirdi" - ŞOK İTTİHAM
Bu gün, 07:19 |
|
|
|
• Rusiyaya ciddi itkilər veririk, 640 minlik ordu... - Sırski
Bu gün, 07:17 |
|
|
|
• Paşinyan İTV-yə hansı önəmli məqamları açıqladı? – DETALLAR
Bu gün, 07:15 |
|
|
|
• Dövlətin yardımı PULLA SATILIR - NARAZILIQ VAR...
Bu gün, 01:17 |
|
|
|
• "Xəstəliyimə qədər özüm işləyib ailəmə baxmışam" - AMMA İNDİ...
Bu gün, 01:02 |
|
|
|
• "KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir
Bu gün, 00:58 |
|
|
|
• AHİK-lə bağlı İLGİNC İDDİALAR – Turniketlər axşam saatlarında niyə söndürülür?
Bu gün, 00:53 |
|
|
|
• "BAKI AĞAC EMALI" ASC-nin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 00:49 |
|
|
|
• Azərbaycanda elektronika mağazalarının inanılmaz fırıldaqları - İstehlakçılar necə aldadılır?
Bu gün, 00:47 |
|
|
|
• 'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
Bu gün, 00:36 |
|
|
|
• "AZİNŞAAT" ASC-nin vergi borcu üzə çıxdı
Bu gün, 00:28 |
|
|
|
• Trampdan Azərbaycan-Ermənistan sülh prosesinə “müdaxilə” - NƏ BAŞ VERİR?
Bu gün, 00:26 |
|
|
|
• Həm sülhdən danışır, həm də atəşkəsi pozur: - Deputat İrəvanın ikibaşlı oyununun məqsədini AÇIQLADI
Bu gün, 00:23 |
|
|
|
• GÜNEY QAFQAZDA SÜLH... NƏ QƏDƏR REALDIR?
Bu gün, 00:20 |
|
|
|
|