Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir? .....                     Təhsil sistemində ƏN YEMƏLİ YER... .....                     Türkiyə generalları Bakıda nəyi müzakirə edir? .....                     Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… .....                     Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur .....                     “Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?” .....                     Ukraynada döyüşən azərbaycanlı muzdlu .....                     Deputata məxsus olduğu deyilən şirkət 4,8 milyonluq tenderi uddu .....                     Məşhur milyonçunun qardaşı hakim qarşısında .....                     Simonyan Bakı və İrəvan arasında sülhə nail olmaqla bağlı səylərinə görə Qazaxıstana minnətdarlığını bildirib .....                     “TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızı məhkəmədə ifadə verib .....                     Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib .....                     “Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı .....                     İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır .....                     Ruslan Məmmədov İmişlinin icra başçısının müavini vəzifəsindən getdi .....                     “Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” .....                     Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava düşüb .....                     "Son zəng"in səsini heç kim eşitmək istəmir: .....                     PKK-dan tarixi qərar, şübhələr və suallar: 43 illik terror bitdi? .....                     Azərbaycanın işləməyən şərab şirkəti səhmdarlarını .....                     Aysun getdiyi toylardan görün nələr tələb edir: .....                     "Meyiti palatada gizlədiblər" .....                     Azərbaycanda orta aylıq əməkhaqqı 40 manat 20 qəpik artıb .....                     Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barədə .....                     Qazaxda 15 May - Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib .....                     “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov .....                     Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə işi ilə bağlı həbs edilən .....                     Şirvan Sənaye ASC-nin səhmdarları .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     Ziba Osmanlı Vəfa Şərifovaya söz atdı: .....                     Ramiz Mehdiyevin qızı “təslim olmur” .....                     Eşidib ki, inilti səsi gəlir... .....                     Kosmetoloq müştərisinin qızllarını ələ keçirib lombarda qoydu .....                     Ermənistan və Almaniyanın müdafiə nazirləri tərəfdaşlığın genişləndirilməsini müzakirə ediblər .....                     SSRİ bayrağı qaldıran sədrin qardaşı həbs edilib .....                     Bakıda "yüksək vəzifəli" şəxsi polis saxladı .....                     “Tualet kağızını reklam etmək istəmirəm” .....                     "Eldar, bu iş sənlik deyil, çıx get" .....                     Tramp üçün bu ölkəyə “McDonald's” maşını gətirdilər .....                     SOCAR-ın SİRLİ HÜMMƏTİ... .....                 

Teledebat Baydeni büdrətdi: amerikalı seçicilərin qərarı nə olacaq? - GEDİŞAT
Tarix: 5-07-2024, 16:00 | Çap et
Teledebat Baydeni büdrətdi: amerikalı seçicilərin qərarı nə olacaq?
İyunun 28-nə keçən gecə ABŞ-nin Corciya ştatının Atlanta şəhərində hazırkı Prezidenti, prezidentliyə Demokrat Partiyasından namizəd olan Co Bayden və keçmiş Prezident, prezidentliyə Respublikaçılar Partiyasından olan Donald Tramp arasında seçkiqabağı ilk teledebat baş tutub. CNN-in təşkil etdiyi və canlı yayımladığı debatın ilk raundu saat yarım davam edib. İlk dəfə olaraq studiyada tamaşaçı olmayıb. İki CNN aparıcısı müzakirəyə moderatorluq edib və suallar verib. Bayden və Tramp növbə ilə danışıblar, bir iştirakçı danışarkən digərinin mikrofonu səssiz qalıb.

Müzakirənin birinci hissəsi Amerikanın daxili gündəmində olan iqtisadi problemlər, miqrasiya, abort və digər məsələlərə həsr olunsa da, söhbət tez bir zamanda beynəlxalq mövzulara keçib. Əvvəlcə söhbət Amerika qoşunlarının Əfqanıstandan xaotik çıxarılmasından gedib. Tramp bunu “ölkə tarixində ən biabırçı məqam” adlandırıb və sonra deyib ki, bu vəziyyət başqa şeylərlə yanaşı, Rusiyanı Ukraynanı işğal etməyə sövq edib.

"Həyatımda heç vaxt bu qədər cəfəngiyat eşitməmişəm", – Bayden Trampa cavabında qeyd edib.

Tramp növbəti dəfə qələbə qazanacağı təqdirdə münaqişəni həll edəcəyini bir daha bəyan edib, həmçinin Rusiya Prezidenti Vladimir Putinin Ukraynada sülh üçün irəli sürdüyü şərtləri məqbul hesab etmədiyini vurğulayıb.

Debat iştirakçıları mütəmadi olaraq bir-birlərini yalan danışmaqda ittiham edib və bir-birlərini söz atəşinə tutublar. Bayden bir məqamda Trampın hərbi qulluqçulara və veteranlara münasibətinƏ toxunaraq keçmiş prezidenti “uğursuz” adlandırıb. Tramp isə Baydeni “tarixin ən pis prezidenti” adlandırıb.

İlk debatdan sonra dünya mediasında Baydenin faktiki olaraq “Trampa məğlub” olduğu müzakirəsi gedir. Qərb mediasının müşahidəçiləri debatı “Bayden üçün fəlakət” kimi qiymətləndiriblər. Vitse-prezident Kamala Harris bildirib ki, amerikalılar onun çıxışlarına deyil, ölkə üçün görülən işlərə diqqət yetirməlidirlər.

ABŞ Prezidenti Co Bayden isə etiraf edib ki, prezident seçkilərində siyasi rəqibi Trampla debatda çıxışı uğurlu olmayıb: “Mən bilirəm ki, artıq gənc deyiləm, əvvəlki kimi asanlıqla yerimirəm. Əvvəlki kimi rahat danışmıram, əvvəlki kimi mübahisə etməyi bacarmıram. Amma bildiyimi bilirəm - həqiqəti necə deməyi bilirəm!”. Amerika liderinin sözlərinə görə, “əgər yıxılarsansa, ayağa qalxmalısan”.

Maraqlı məqamlardan biri isə odur ki, debatdan sonra bir çox amerikalı seçici hesab edir ki, Demokratlar Partiyası ölkənin hazırkı liderinin əvəzinə ABŞ Prezidenti postuna başqa bir namizəd seçməlidir. “Morning Consult”ın apardığı sorğunun nəticələrinə görə, sorğuda iştirak edən seçicilərin 60 faizi deyib ki, Bayden televiziya debatında zəif çıxış etdikdən sonra demokratlar prezidentliyə namizədi “mütləq” dəyişdirilməlidirlər. Respondentlərin 45 faizi Baydeni ABŞ-ın növbəti Prezidenti kimi görməyə üstünlük verəcəyini bildirib, 44 faizi onun əsas siyasi rəqibi, sabiq Prezident Trampı dəstəkləyib. Sorğu iştirakçılarının 57 faizi Trampın debatda Baydendən daha yaxşı çıxış etdiyinə inanır.Sorğu ABŞ-ın təxminən 2 min yetkin sakini arasında aparılıb.

Bir çox analitiklər hesab edirlər ki, ilk debat göstərdi ki, Bayden payızda keçiriləcək seçkilərdə keçmiş və indiki rəqibi Trampa məğlub olacaq. Amma fərqli fikir səsləndirənlər də var. Politoloqların bir qisminin qənaətincə, bir debatla “Bayden məğlub olacaq” proqnozu vermək doğru deyil.

ABŞ-da keçiriləcək seçkilər və Bayden-Tramp mübarizəsi barədə AYNA-nın suallarını cavablandıran “Şərq-Qərb” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, Amerikada yaşayan azərbaycanlı politoloq Ərəstun Oruclu deyib ki, ilk teledebatdan sonra Baydenin seçkini uduzacağı ilə bağlı çoxlu fikirlər səsləndirilir:

- Bəzən belə proqnozlar verilir ki, Baydenin məğlubiyyəti artıq heç kimdə şübhə doğurmur. Amma Amerika cəmiyyətinin böyük hissəsinin Trampa qarşı çox neqativ yanaşdığını nəzərə almamaq mümkün deyil. Amma bu hələ o demək deyil ki, onlar da Baydenə səs verəcəklər. Vəziyyət bu dərəcədə qarmaqarışıq və ziddiyyətlidir. Bu vəziyyətə aydınlığı ancaq zaman gətirəcək. İndi kimin qalib gələcəyini demək üçün tezdir. Razıyam ki, ilk teledebatın nəticəsi xeyli dərəcədə ABŞ-da seçkilərlə bağlı fikirləri dəyişib. Lakin heç kim nəzərə almır ki, son sözü seçici deyəcək və onların necə davranacağını indidən demək olmaz.

- Amma ABŞ seçiciləri arasında “Morning Consult”ın apardığı sorğunun nəticəsi də Baydenin uduzacağına işarə edir...

- Biz dəfələrlə şahidi olmuşuq ki, sosioloji sorğular, aparılan rəy sorğuları yanlıç ola bilər. Məsələn, 2016-cı ildə heç bir sorğu, heç bir sosioloji araşdırma Donald Trampın prezident seçiləcəyini işarə etmirdi. Amma tramp seçkilərdə qalib oldu. Məncə, heç Trampın özü də bu nəticəini təsəvvür etmirdi. Onun qələbəsi özü üçün də gözlənilməz olmuşdu.

- Demək istəyirsiniz ki, indi də vəziyyət 2016-cı ildəki kimidir?

- Təxminən, vəziyyət eynidir. Heç kim seçicinin nə qərar verəcəyini bilmir. Görünən və görünməyən məqamlar mövcuddur. Sual budur: doğrudanmı ABŞ seçiciləri artıq Baydenə səs vermək istəmirlər? Məncə bunu təsdiqləmək üçün hələ tezdir. Bu gün ABŞ-da vəziyyət çox qarışıqdır. Düzdür, Bayden büdrədi, amma qarışıq vəziyyət olduğu üçün seçkilərin nəticəsi hər iki namizəd üçün sual altındadır.

- Amerikada Demokrat Partiyasının namizədi dəyişmək, Baydenin yerinə başqa bir şəxsin namizədliyini irəli sürmək çağırışları var. Sizcə, demokratlar namizədini dəyişə bilərmi?

- Dediyim kimi, bu gün Amerikada siyasi qarışıqlıq hökm sürür, ABŞ siyasəti çətin dövr keçirir. Əgər demokratlar namizədi dəyişsələr, təbii ki, seçkilərdə məğlub olacaqları qaçılmazdır. Çünki zaman azdır, seçkilərə çox qısa vaxt qalıb. Növbəti namizədi təqdim etmək, onu cəmiyyətə nümayiş etdirmək zaman tələb edir. Nəzərə almaq lazımdır ki, ABŞ böyük və seçki aktivliyi olan ölkədir. Eyni zamanda, demokratların arasında tam qüsursuz namizəd yoxdur ki, onu qısa zamanda cəmiyyətə təqdim etsinlər, seçkilərdə qalib gəlsinlər. Buna görə də, Bayden seçkiyə getməkdə israrlı olduğunu bəyan etdi. Bəzi məlumatlara görə, Baydenin seçkilərdə iştirak israrında ailəsinin, yaxınlarının təsirləri var. Amma məncə, məsələ bu qədər sadə deyil. Ümumiyyətlə, ABŞ siyasəti haqqında belə sadə düşünməyin tərəfdarı deyiləm. Baydenin komandası, partiya rəhbərliyi, Ağ Evdəki komanda, sponsorlar var. ABŞ-da siyasətə təsir edən bir çox amillər var. Baydenin qərarına bu amillər təsir edir. Onu da bildirim ki, bu yaxınlarda Demokrat Partiyasının “Demokratik Milli Konqres” adlandırılan qurultayı keçiriləcək. O zaman Baydenin seçkiyə getməsini istəyənlərin motivi aydın olacaq. Bununla yanaşı, Baydenin namizəd olmasının əleyhinə olan demokratların da motivləri bəlli olacaq.

- Azərbaycan üçün ABŞ Prezidenti postuna kimin seçilməsi məqbuldur?

- Bu sualınıza cavab çox sadədir: Ağ Evdə kimin əyləşməsindən asılı olmayaraq ABŞ maraqları hər bir halda prioritet olacaq. Hesab edirəm ki, Azərbaycan üçün indiki məqamda demokratların namizədinin ABŞ Prezidenti olması daha məqbuldur. Bunu Baydenin Qarabağ münaqişəsi ilə bağlı açıqlamalarından da, Nümayəndələr Palatasındakı demokrat çoxluğun qəbul etdiyi və hazırda gündəliyə təklif etdiyi qətnamə layihələrindən də açıq-aydın görürük. Lakin nəzərə almaq lazımdır ki, Bayden, yaxud Tramp seçkilərdə qalib gələrsə, Prezident postuna gələn il yanvarın 20-də əyləçşəcək. Məncə, Azərbaycan bu müddətədək yarımçıq qalmış işlərini tamamlamalıdır. Xüsusilə, söhbət Ermənistanla imzalanacaq sülh sazişindən gedir.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir? - VİDEO
Bu gün, 17:00
Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
Bu gün, 16:57
Türkiyə generalları Bakıda nəyi müzakirə edir? - MÜHÜM
Bu gün, 16:49
Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… - NƏ DƏYİŞDİ Kİ?
Bu gün, 16:43
Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur - 65 MİLYONLUQ TENDERLƏR UDULDU
Bu gün, 16:34
“Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:30
Ukraynada döyüşən azərbaycanlı muzdlu HƏBS EDİLDİ
Bu gün, 16:25
Deputata məxsus olduğu deyilən şirkət 4,8 milyonluq tenderi uddu
Bu gün, 16:23
Məşhur milyonçunun qardaşı hakim qarşısında – Bakıdakı dəhşətli partlayışda suçlanır
Bu gün, 16:19
Simonyan Bakı və İrəvan arasında sülhə nail olmaqla bağlı səylərinə görə Qazaxıstana minnətdarlığını bildirib
Bu gün, 16:15
“TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızı məhkəmədə ifadə verib - "Evimə qayıtmaq istəyirəm"
Bu gün, 16:14
Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib
Bu gün, 15:05
“Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı - DETALLAR
Bu gün, 15:03
İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır - Ermənistan XİN
Bu gün, 14:56
Ruslan Məmmədov İmişlinin icra başçısının müavini vəzifəsindən getdi - Deyir ki, bir ay əvvəl verdiyi qərarı indi açıqlaır...
Bu gün, 14:54
“Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” - BU FAKTDIR...
Bu gün, 14:51
Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava düşüb - KİV
Bu gün, 14:46
"Son zəng"in səsini heç kim eşitmək istəmir: - Məktəblər niyə valideynləri borca salır?
Bu gün, 14:02
PKK-dan tarixi qərar, şübhələr və suallar: 43 illik terror bitdi? - AKTUAL
Bu gün, 14:00
Azərbaycanın işləməyən şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 13:58
Aysun getdiyi toylardan görün nələr tələb edir: - POMİDOR-XİYAR, QƏND, ÜTÜ...
Bu gün, 13:02
"Meyiti palatada gizlədiblər" - Əməliyyatdan sonra qadın ölümü ilə bağlı iddia
Bu gün, 13:00
Azərbaycanda orta aylıq əməkhaqqı 40 manat 20 qəpik artıb – Rəsmi
Bu gün, 12:57
Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barədə QƏRAR VERDİ
Bu gün, 12:52
Qazaxda 15 May - Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib
Bu gün, 12:49
“Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov ev dustaqlığına buraxılıb
Bu gün, 12:42
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə işi ilə bağlı həbs edilən sabiq idarə rəisinin cəzası azaldılıb
Bu gün, 12:40
Şirvan Sənaye ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 12:37
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:36
Ziba Osmanlı Vəfa Şərifovaya söz atdı: - “Məndə olan gözəllik onda yoxdur”
Bu gün, 12:32
Ramiz Mehdiyevin qızı “təslim olmur” - TƏFƏRRÜAT
Bu gün, 12:28
Eşidib ki, inilti səsi gəlir... - 18 yaşlı Elgünün cinayətinin dəhşətli təfərrüatı
Bu gün, 12:27
Kosmetoloq müştərisinin qızllarını ələ keçirib lombarda qoydu - Görünməmiş dələduzluq
Bu gün, 12:22
Ermənistan və Almaniyanın müdafiə nazirləri tərəfdaşlığın genişləndirilməsini müzakirə ediblər
Bu gün, 12:20
SSRİ bayrağı qaldıran sədrin qardaşı həbs edilib - YENİ FAKTLAR...
Bu gün, 12:17
Bakıda "yüksək vəzifəli" şəxsi polis saxladı - 85 minlik DƏLƏDUZLUQ
Bu gün, 12:15
“Tualet kağızını reklam etmək istəmirəm”
Bu gün, 12:09
"Eldar, bu iş sənlik deyil, çıx get" - ÇAĞIRIŞ
Bu gün, 12:00
Tramp üçün bu ölkəyə “McDonald's” maşını gətirdilər - “Fox News Digital”
Bu gün, 11:58
SOCAR-ın SİRLİ HÜMMƏTİ... - Burada haqqı deyənlər haqqı əzənlərə qurban verilir...
Bu gün, 11:51
"Bunun yalan, şər-böhtan olduğu sübuta yetəcək" - QALMAQAL
Bu gün, 11:25
Ən çox şikayət olunan sığorta şirkətləri - SİYAHI
Bu gün, 11:18
Ararat Mirzoyanı döyən şəxs barəsində üç il həbs qərarı çıxarılıb
Bu gün, 11:17
Putini İstanbulda KİM(LƏR) GÖZLƏYİR? - Görünəni odur ki...
Bu gün, 11:12
Rusiya-Ukrayna savaşının İstanbul DAYANACAĞI... - DAYANACAQMI?
Bu gün, 11:10
Naxçıvan küçələrinə işıq gətirəcək - TENDERİN ÜZÜ İŞIQ GÖRMƏDİ
Bu gün, 11:06
Üzr istəmək kifayət etməyəcək: - Nəhəng şirkətlərin Rusiyaya qayıdış şərtləri açıqlandı
Bu gün, 10:59
Rusiya Azərbaycan qazını Gürcüstanda sıxışdırır? - ARAŞDIRMA
Bu gün, 10:57
Tovuzda ölümlə nəticələnən kütləvi dava: İki nəfər həbs edildi - Yekun qərar verildi
Bu gün, 10:53
"Şərur İnşaat" MTK-ya məxsus mənzilin sənədləri yoxa çıxdı
Bu gün, 10:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru