Deyəsən, Amerika İranı da özünün "nüvə torbasına" sala bilib...
Tarix: 22-09-2015, 08:38 |
Çap et
Birləşmiş Ştatlar deyir ki, İranın BMT-nin nüvə agentliyi müfəttişləri ilə əməkdaşlıq etməsinin “əlamətləri” görünür.
Ağ Evin sözçüsü Josh Earnest sentyabrın 21-də danışıb. Ondan öncə BMT-nin Beynəlxalq Atom Enerjisi Agentliyi bildirib ki, İranın nüvə proqramının mümkün hərbi miqyasının təhqiqatı üzrə “ciddi irəliləyiş” əldə edib. Qurumun rəhbəri Yukiya Amano-nun sözlərinə görə, İran mübahisəli Parçin hərbi obyektindən götürülmüş ətraf mühit nümunələrini təqdim edib. İranın bu hərəkəti BAEA standartlarına uyğundur.
Toz nümunələrinin tərkibində nüvə elementlərinin olub-olmaması tədqiq olunacaq. Bu, Parçində yüksək-partlayıcı eksperimentlərin aparılıb-aparılmamasını üzə çıxara bilər.
Amano onu da deyib ki, dekabradək təhqiqatın bitməsi üçün “xeyli iş” qalır.