Rusiyanın "səlib yürüşü": Şiə savaşı başlayır
Tarix: 13-10-2015, 09:47 |
Çap et
Rusiyanın sünnilərə zərbə endirməsinə cavab olaraq, ələvilərə qarşı hücumlarımızı artıracağıq.
Axar.az xəbər verir ki, bunu Nüsrə terror təşkilatının lideri Əbu Məhəmməd əl Qolani öz döyüşçülərinə müraciətində deyib.
Onun sözlərinə görə, Rusiya İŞİD-dən başqa bütün qruplaşmalara hücum edir.
“Rusiya Şərqə yeni səlib yürüşü təşkil edib. Suriya müharibəsi rusları məcbur edəcək ki, Əfqanıstanda qarşılaşdıqları dəhşətləri unutsunlar”, - deyə təşkilat rəhbəri vurğulayıb.
Qeyd edək ki, Nüsrə Əl Qaidənin Suriya qanadıdır.