Baltik liderləri Polşaya ümidlidir
Tarix: 16-10-2015, 09:12 |
Çap et
Baltik liderləri Polşayla razılaşma imzalanandan sonra Rusiya qazından asılılığa son qoyulacağına ümid edirlər. Razılaşma Polşa və Litvanı birləşdirəcək kəmərlərin çəkilməsini nəzərdə tutur.
Eyni imkanlardan Latviya və Estoniya da yararlana biləcək.
Oktyabrın 15-də Brüsseldə keçirilən imzalama mərasimindən sonra Estoniyanın baş naziri Taavi Roivas deyib ki, “bircə təchizat mənbəyindən asılı olmaq” yaxşı deyil. Onun sözlərinə görə, bu layihə “bir-birinə yaxın Avropanın” qurulmasına yardım edəcək.
Litva prezidenti Dalia Grybauskaite bu layihəni təkcə Baltik region üçün deyil, “bütün Avropa Birliyi ölkələrinin rəqabətliliyi üçün həlledici” adlandırıb.
Rusiya Ukraynanın Krım vilayətini anneksiya edəndən və rusiyapərəst separatçıları dəstəkləməyə başlayandan Avropa ölkələri Rusiya qazından asılılığı azaltmağa çalışırlar.