RF hökuməti Putinə Ermənistanla birgə regional HHM yaradılmasını təklif edəcək
Tarix: 22-10-2015, 10:11 |
Çap et
Rusiya hökuməti bu gün prezident Vladimir Putinə Qafqaz regionunda Kollektiv Təclükəsizlik üçün Müştərək Regional Hava Hücumundan Müdafiə sisteminin yaradılması barədə Ermənistanla saziş imzalanması təklifini irəli sürəcək. FaktXəbər-in verdiyi məlumata görə, bu barədə RF Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat verilib.
Bundan əvvəl, Hərbi Kosmik Qüvvələrinin baş komandanının müavini, general-leytenant Pavel Kuraçenko bildirmişdi ki, Ermənistanla Müştərək Hava Hücumundan Müdafiə sisteminin yaradılması barədə saziş dövlətdaxili razılıq əldə edib və imzalanmağa hazırlanır.
O, həmçinin Rusiyanın hazırda Qırğızıstan və Tacikistanla Müştərək Regioanl HHM sisteminin yaradılması üzrə işlər getdiyini vurğulamışdı. Qazaxıstanla isə bu saziş 2013-cü ildə imzalanıb.