İLQAR RƏHİMOV ƏLİLLƏRİN PROBLEMİNİ MÜZAKİRƏ ETDİ
Tarix: 7-03-2012, 14:47 |
Çap et
NAZİRLİYİN İCTİMAİ ŞURASI TOPLANDI
Bu gün Bakının Şağan kəndində yerləşən 3 saylı internat evində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında İctimai Şuranın növbəti iclası keçirilib.
İclasda İctimai Şuranın üzvlərindən əlavə, nazirliyin bir sıra yerli struktur bölmələrinin məhsul şəxsləri də iştirak ediblər. İclasda nazir müavini İlqar Rəhimov vurğulayıb ki, ixtisaslaşmış vətəndaş cəmiyyətlərinin təmsil olunduğu İctima Şura ötən ilin aprelin 22-də yaradılıb. İndiyədək İctimai Şuranın bir neçə iclası keçirilib. Burada nazirliyin qarşısında duran bir sıra məsələlər müzakirə olunub və mühüm qərarlar qəbul edilib.
İlk dəfə səyyar şəkildə keçirilən iclasda “Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların fərdi reabilitasiya proqramının hazırlanması və onun həyata keçirilməsi qaydaları”nın, “2012-2015-ci illərdə əlillərin sosial hüquqlaının müdafiəsinə dair Dövlət Proqramı”nın layihələri müzakirə olunub.
Sonra iclasda “Əlilliyin və uşaqların sağlamlıq imkanlarının məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqnda” ölkə qanunun layihəsi ətrafında fikir mübadiləsi aparılıb, rəy və təkliflər bildirilib.