““BİZ JURNALİST QIZ ALA BİLMƏRİK” DEYƏNLƏR ÇOXDU”
Tarix: 8-03-2012, 14:27 | Çap et
«AİLƏ VƏ JURNALİSTİKA BİR ARAYA GƏLMİR»
«Həmkar»ın sayca 6-cıı qonağı keçmiş telejurnalist, hazırda isə «Səs» İnternet televiziyasında çalışan İlahə Vəliyevadır.
«Əslində pedaqoqam»
- Göyçay rayonunda ziyalı ailəsində doğulmuşam. Hər kəs kimi orta məktəbə gedib 11 ildə sonra bitirmişəm. Daha sonra Sumqayıt Dövlət Universitetinin Filologiya fakultəsində ali təhsil almışam.
- İlk iş yerin hara olub?
- İlk iş yerim Sumqayıt Dövlət Universiteti olub. Orada əvvəl Universitetin mətbuat şöbəsinin müdiri, sonralar isə müəllim kimi çalışmışam.
- Pedaqoq və jurnalist?
- Hə, mən əslində pedaqoqam. Jurnalist kimi fəaliyyətim isə sonralar işlədiyim telekanala olan sevgimdən irəli gəlir. - Söhbət hansı telekanaldan gedir?
- Məni Jurnalistikaya həmişəlik bağlayan ANS televiziyaından. - Belə başa düşdüm ki, jurnalistikaya, ələxüsus da ANS-ə gəlişin təsadüf nəticəsində olub…
- Hə, həmin gün heç vaxt yadımdan çıxmaz. Hər il ANS-ə yeni jurnalistər qəbul edildiyini eşitmişdim. Bir gün dərsdən evə gələndə ANS ÇM də bu barədə elan eşitdim. O zaman orada Amerika -Azərbaycan Jurnalistika Akademiyasının ikinci il tələbə qəbulu elan edilmişdi. Fikirləşdim ki, bəlkə marağa sənədlərimi verim. Əslində tələbəlik illərində universitetin bütün tədbirlərinin aparıcılığını mən edirdim. Müəllimlərim bunun məndə uğurlu alındığını deyirdilər. O zaman mənim yaxın tanışım ANS-də yeni çalışmağa başlamışdı. Bir qədər də o mənə ürək-dirək verdi ki, bu məndə alınacaq. Beləcə mən sənədlərimi verdim, bir necə imtahandan sonra nəhayət ki, qəbul olundum. Üç aylıq təcrübədən sonra işə başladım. - Kim idi o tanış? Yenə də tanış?
- Yox tanış əslində bizim tələbəmiz idi. Sadəcə o zaman orada 2 ay idi işə başlamışdı, imtahalardan keçmişdi. Əslində mənə imtahanların heç də çətin olmadığını izah edirdi. Bilirsiniz ki, ANS-in qanunları bir qədər fərqlidi. Orda işə qəbul üçün müəyyən imtahanlar vermək lazımdı. Həm də siyasi, sosial məntiqi biliklərin yoxlanılması və olması əsas şərt idi. - Bəs sualın birinci hissəsi?
- Bunun indi əhəmiyyəti yoxdu axı. Çünki mən artıq ora ilə iş birliyinə son qoymuşam. Hər halda 4 il az müddət deyil. «Sayanın quluyam, saymayanın ağası»
- Adətən telejurnalistlər mətbuatdakı həmkarlarına yuxarıdan aşağı baxırlar. Sən də bir zamanlar televiziyada olmusan. Necə bir hissdir?
- Dediyin o xüsusiyyətli insanları mən heç zaman başa düşmürəm. Bu halla mən də qarşılaşmışam. Daha dəqiq desək, elə jurnalistikaya gəldiyim ilk günlərdə. Amma ataların bir misalı var-sayanın quluyam, saymayanın ağası. Mən öz yerimə deyim ki bu xasiyyətim heç vaxt olmayıb. Jurnalist jurnalistdi, əsas odur ki, savadlı və bacarıqlı olsun.
«…telejurnalistlər savadsız və bacarıqsızdılar»
- Razılaşırsan ki, mətbuatda çalışan jurnalistlər daha savadlı, intellektlidirlər? Söhbət əksəriyyətdən gedir…
- Əslində qismən razılaşıram. Amma bu o demək deyil ki, telejurnalistlər savadsız və bacarıqsızdılar. Əsla. Bu gün Azərbaycan teleməkanında elə reportyorlar var ki, onların süjetlərinə baxanda xəbərin nə olduğu, mahiyyəti, xəbər necə hazırlanmalı-bütün bunlar daha aydın hiss olunur. Telejurnalist olmaq üçün ilk əvvəl savad və intellektlə bərabər, gözəl nitqə sahib olmaq lazımdı. Amma etiraf edək ki, bu gün əksər telekanallarda mövzular agentliklərdən, qəzetlərdən götürülüb xəbər süjetinə çevrilir. Əsas odur ki süjeti hazırlayanda dəqiq-qərəzsiz hazırlayasan. Təbii ki, söhbət xəbər jurnalistlərindən gedir. Bu gün kifayət qədər savadlı, istedadlı və bacarıqlı telejurnalistin adını çəkə bilərəm. - Səndə də belə olub? Yəni agentliklərin və qəzetlərin xəbəriylə material hazırlamaq…
- Düzünü deyim ki, ara-sıra olub. Evdən çıxıb işə çatınca gözüm və qulağım xəbər axtarışında olurdu. Təbii ki sosial mövzuları araşdırdığım üçün daha çox sosial problem axtarırdım. Bizim cəmiyyətimizdə də sosial problem xirtdəyə kimidi. O ki qaldı hansısa xəbəri götürüb onun ardınca gedib araşdırmağa, bu olub. Çünki mən təkəm, Bakı böyükdü. Hər yerdə gözümüz ola bilməz. Məsələn, yolum düşür Yasamala, və ya hansısa uzaq kəndə. Təbii haldır ki, bu xəbəri mən hansısa agentlikdə oxumuşam. Amma ora getmək, onu çəkmək və həm maraqlı həm də dəqiq xəbər hazırlamaq-bu artıq jurnalistdən təcrübəs və bacarıq tələb edir. - Jurnalist üçün müsahibə almaq çətindir, yoxsa müsahibə vermək?
- Müsahibə almaq çətindi. Çünki buna görə ilk əvvəl jurnalistin insan psixologiyasını bilməsi lazımdı. Jurnalistin qarşısına müxtəlif tip həmsöhbətlər çıxa bilər. Amma jurnalistin bacarığı sayəsində həmin insanları özlərinə tabe edib istədiyi cavabları ala bilər.
- Mətbuatda və televiziyada kimləri oxuyursan, bəyənirsən? Konkret adlarla..
- Düzünü deyim ki, yazılı mətbuatı izləməyə vaxtım olmur. Çünki həm işlərim, həm də dərslərin çox olur. Amma vaxt tapan kimi Orxan Fikrətoğlunun verilişlərinə baxıram, yazılarını sevərək oxuyuram. Elçin Mirzəbəyli, Şahvələd Çobanoğlu, İradə Tuncay, Zamın Hacı, Seymur Verdizadənin yazılarını mütaliə edirəm. Bir də şəxsən tanıdığım gənc jurnalistlərdən oxuduqlarım olur.
- Özünü rahat həmsöhbət hesab edirsən?
- Bir o qədər də yox. Çünki düşdüyüm cəmiyyətə gec adaptasiya olunuram.
«Yox, bu ilk dəfədi»
- Heç müsahibə vermişdin?
- Hə, təxminən bir il əvvəl olub. - Bəs Facebook-da?
- Yox, bu ilk dəfədi, ekspromt oldu. - Bilirəm ki kirayədə qalırsan...
- Artıq 11 ildir. - Aylıq gəlirin?
- Hər ay konkret olmadığına görə, dəqiq deyə bilmirəm. Üç yüz manat və bir az çox olur. Təbii ki, bu jurnalist fəaliyyətimlə bağlıdı.. - Kirayəyə nə qədər verirsən?
- Əgər kommunal xərcləri əzərə almasaq, 100 manat. - Bəs ümumi gəlir? Yəni pedaqoqluğu və doktorantlığı nəzərə aldıqda?
- Bu barədə danışmaq istəmirəm. Bunu oxuyan hər kəs müəllimin nə qədər məvacib aldığını , eləcə də doktorant təqaüdünün məbləğini yaxşı bilir.
- Onda yenidən qayıdaq müsahibənin əvvəlindəki "tanış məsələsinə"…
- Tanışın her yerdə olması indiki vaxtda cox əhəmiyyətlidi. Çünki şəxsən mən müəllim olduğumdan tələbələrim çoxdu və onlardan artıq ali təhsili başa vuranlar var. Müxtəlif idarə və təşkilatlarda calışırlar. Məsələn, hər hansı bir arayış lazım olanda o darədəki tanışlar köməyə gəlir. Təbii ki, təmənnasız. Hazırki cəmiyyətdə bunun nəyi pisdir ki? - Səncə məmurlar mətbuata nə dərəcədə açıqdırlar?
- O baxır məmura. Nazirlikləri idarə edən şəxslər tədbirlərdən tədbirlərə müsahibə verirlər. Bəziləri heç onu da mətbuata «qıymır». Amma məncə kiminki qorxacaq, çəkinəcək yeri yoxdusa, mətbuata açıq olmalıdı. Axı onlar sözdə xalqa xidmət edirlər. - Jurnalistlər üçün tikilən evlər barədə düşüncən nədir?
- Bax, burda yenidən "tanış" söhbəti yerinə düşəcək.
- Yəni?
- Fikirləşirəm ki, cəmiyyətimizin reallığında nəyəsə ümid bəsləməyə dəyməz. - Məmur tanışların çoxdur?
- Yox. Çünki, mən müxtəlif mövzularda sosial araşdırma aparıram. Bu zaman isə ilk növbədə hədəf məmurlar olur. Ona görə, məmurlar məni, mən də onları qəbul etmirəm.
«…biz jurnalist qız ala bilmərik»
- Qadın üçün jurnalist olmaq çətin deyil?
- Biri var çətin, biri də var çox çətin. - Səbəb?
- Hesab edirəm ki, qadın üçün jurnalistikada olmaq müəyyən vaxta, dövrə kimi olmalıdı. Səbəb-ailə və jurnalistika bir araya gəlmir. Hər bir ailə normal yaşayış tərzi keçirmək istəyir. Amma gecənin bir yarısı ya bir şikayətçi zəng edib dərdini danışır, ya da hardasa qlobal hadisə baş verib və o xəbəri yazmaq lazımdı. Təbii ki bütün bunlar insanları rahatsız edir. - Belə çıxır ki, ailə qurandan sonra jurnalist kimi fəaliyyətini dayandıracaqsan...
- Mütləq. Çünki mən müəlliməm və bu peşəmə olduqca bağlıyam. Məhz ona görədir ki, mən Bakıda qalıb işləyirəm. Hazırda jurnalist kimi fəaliyyət göstərməyim isə həm maddiyyata, həm də özümdə pu peşəyə olan həvəsimdən asılıdı. Amma ailə bütün bunlardan da üstündü. Təbii ki əgər işləməyimi istəməsələr, o zaman bunu etirazsız qəbul edərəm. Yenə də bunun səbəbini cəmiyyətdə görsəm, o zaman məni qınayacaqlar. Amma reallıq budu. Cəmiyyət jurnalist qadınları qəbul etmək istəmir. Hər hansı bir insan qəbul etsə də, onun ətrafı qəbul etmir. İnsanların dillərinin əzbəri olan bir cümlə var-o jurnalistdi axı, biz jurnalist qız ala bilmərik. Amma niyə? - Yaxşı sualdır. Niyə?
- Bu sualı çox düşünmüşəm, amma əsaslı bir dəlil tapa bilmirəm. Nə deyim? Görünür 21-ci əsr olsa da, şüurlar hələ 20-ci əsrin əvvəllərində qalıb. Necə ki, 20-ci əsrin əvvələrində aktyor və aktrisalar kütlə tərəfindən qəbul olunmurdu. Hamı deyir, aaa, nə gözəl aparıcı, ya müxbir qızdı, Amma məsələ evlənmə söhbətinə gəlib çatanda, deyirlər yox. - Ümumiyyətlə sevgi sənin üçün nədir?
- Sevgisiz insan yaşaya bilməz. Xüsusilə də gənclər. Təbii ki, hər kəsin kimisə sevib, ona arxalanmağa, güvənməyə haqqı var. Sevmək insana yaşamaq üşün bir növ can verir. Söhbət təmiz, saf sevgidən gedir…
- Deyəsən kefin pozuldu. Yaxşı bir əhvalat danışmağın lap məqamıdır...
- Jurnalist fəaliyyətimdə ən yaddaqalan, məzəli əhvalat Qobustana cəkilişə getdiyimiz zaman olub. 2 il əvvəl ANS-də işləyirdim. May ayı idi deyəsən. Mən, operatorumuz Nərgiz Mehtiyeva və sürücümüz Səlim dayı gedirik Qobustana cəkilişə. Xəbər gəlib ki, bəs orda kənddə heyvanlar arasında epidemiya yayılıb, kütləvi qırılma var. Elə Bakıdan təzəcə çıxmışdıq ki, maşınımız - «Damas» xarab oldu. Səlim dayı dedi ki, bəs maşın «susuzlayıb». Su tökdü, yolumuza davam etdik. Təsəvvür edin, hər 100 metrdən bir maşına su tökmək lazım oldu. Beləcə maşında su, yollarda gölməçə, cibimizdə pul qalmadı. Elə hansı marketin yanından keçdik, su aldıq tökdük. Hələ bu azmış kimi yolda maşını işlək hala salmaq üçün itələməli də olurduq. Bir anlıq fikirləşin, Qobustanın yolu enişli-yoxuşlu, biz də iki qız maşın itələyirik. Nəhayət saat 4-də kəndə çatdıq. Halbuki, 11-də şirkətdən çıxmışdıq. Çəkiliş baş tutdu. Geri qayıdanda eyni mənzərə-artıq yol kənarındakı bütün avtotəmir məntəqələri bizi tanıyırdı. Çox gülməli vəziyyət yaranmışdı. Bu vaxt bir JEEP markalı maşın yanımızda saxladı və kömək edəcəyini dedi. Maşınımızı JEEP-ə qoşduq. Elə ki «Damas»ı qoşquya qoşduq, başladı sürətlə sürməyə. Bir neçə dəfə az qaldı ki, maşınımız aşsın. Axırda sürücü gördü ki, belə getsə doğrudan da maşın aşacaq, dedi “üzr istəyirəm, mənlik olmadı”. Beləcə, yolda köməksiz qaldıq. Axırda şirkətdən kömək gəldi və biz gecə saat 1-də işə qayıtdıq. Ondan sonra şirkət rəhbərliyi qərar verdi ki, iki qız bir yerdə uzaq cəkilişə getməsin.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistan real addımlar atmalı və Zəngəzur dəhlizini açmalıdır - ÇAĞIRIŞ
Bu gün, 02:00 |
|
|
|
• Azərbaycanlı nazirin oğlu ilə sevgili olan müğənni "Tramp"dan görün nə istədi
Bu gün, 01:54 |
|
|
|
• "Wolt"un velosipedçisi "Dihaj"ın anasını vurub - TƏFƏRRÜAT
Bu gün, 01:29 |
|
|
|
• TAKSİ DƏLƏDUZLUĞU... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 01:26 |
|
|
|
• Erməni aktrisanın qardaşı dəlixanada öldürüldü
Bu gün, 01:24 |
|
|
|
• "Kişilər sanki sosial şəbəkədə ov axtarışına çıxıblar" - PSİXOLOQDAN SENSASİON AÇIQLAMA
Bu gün, 01:22 |
|
|
|
• Ali nümayəndədən ibtidai fikirlər - FAKT BUDUR!
Bu gün, 00:26 |
|
|
|
• Mərkəzi Xəstəxananın direktor müavini işdən çıxarıldı - ƏMR
Bu gün, 00:23 |
|
|
|
• "Naxçıvanda əməlli-başlı dərəbəylikdir, kim nə istəyir edir..." - NARAZILIQ VAR
Bu gün, 00:17 |
|
|
|
• “Bəli, küsmüşəm, incimişəm, rollar oynamaq istəyirəm, amma ortada heç nə yoxdur” - GİLEY
Bu gün, 00:09 |
|
|
|
• Biznesmenlər bürokratiyaya qarşı: “Tramp Maska vəzifə verməklə...” - GƏLİŞMƏ
Bu gün, 00:06 |
|
|
|
• Eyni şirkət dövlət qurumunun 4 tenderini uddu - 5 MİLYON MANAT QAZANDI
Bu gün, 00:02 |
|
|
|
• Paşinyan sülh müqaviləsinin bir hissəsini açdı - NƏ BAŞ VERİR?
Dünən, 23:14 |
|
|
|
• Paşinyan xarici auditoriyaya hansı siqnallar ötürür? - Ovannisyan sirləri açdı
Dünən, 23:11 |
|
|
|
• Gənc şair faciəvi şəkildə öldü
Dünən, 23:07 |
|
|
|
• Parisin SAXTA MAHİYYƏTİ... - ŞƏRH
Dünən, 21:36 |
|
|
|
• Azərbaycanda artan varlı görünmək xəstəliyi: Psixoloji problem imiş - AXI NİYƏ?..
Dünən, 21:33 |
|
|
|
• ABŞ-nin dövlət borcu tarixdə ilk dəfə 36 trilyon dolları keçdi
Dünən, 19:52 |
|
|
|
• Məktəbdə qızı döyən azərbaycanlı şagirdə cinayət işi açıldı - FOTO
Dünən, 19:45 |
|
|
|
• Paşinyanın sözləri havaya atılan güllələr kimidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00 |
|
|
|
• Qanunların himayəsində - “Avropa yaşlanır, amma qocalmır”
Dünən, 18:58 |
|
|
|
• "Zelenskinin alternativi yoxdur" - Zərdüşt Əlizadə
Dünən, 18:37 |
|
|
|
• Tehran Vaşinqtona məxfi mesaj göndərib - KİV
Dünən, 18:32 |
|
|
|
• Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir - MƏQALƏ
Dünən, 18:30 |
|
|
|
• MN-dəki 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmə istintaqı yekunlaşıb - DETALLAR
Dünən, 18:21 |
|
|
|
• “Araz” Supermarketlər Şəbəkəsindən kənd təsərrüfatının inkişafına dəstək - Asiya İnkişaf Bankı ilə 10,5 milyon dollarlıq saziş imzalandı
Dünən, 18:14 |
|
|
|
• “Elmanado” şirkətinin dövlətə 703 min manat vergi borcu var - DETALLAR
Dünən, 18:11 |
|
|
|
• Zakir Fərəcov səyyar qəbul keçirdi - FOTOLAR
Dünən, 18:07 |
|
|
|
• Aşıq Namiq atasının ölümündə həkimi ittiham etdi - Şok AÇIQLAMA
Dünən, 18:05 |
|
|
|
• Anasının il mərasiminə getmişdi, özünü güllələdi
Dünən, 17:59 |
|
|
|
• Həbs edilən məmurun ailəsində insident: Atası anasını bıçaqlayıb - TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• Ermənistan COP29-a GƏLƏCƏK? – “Azərbaycanın tələbi hələ də qüvvədədir”
Dünən, 17:55 |
|
|
|
• Vəzifəli şəxslərə rüşvət verməklə cinayət məsuliyyətindən azad etdirəcəyini vəd verib – HÖKM
Dünən, 17:51 |
|
|
|
• Hamı bura üz tutur: Naxçıvandan axırıncı çıxan QAPINI ÖRTSÜN... - ACINACAQLI MƏNZƏRƏ...
Dünən, 17:48 |
|
|
|
• "3 il ərzində boşanma qərarını verən evli cütlüklərə yüksək cərimə tətbiq olunsa... evliliyə və boşanmağa daha ciddi yanaşma olacaq"
Dünən, 17:44 |
|
|
|
• Tiflisin vasitəçilik təklifi nəyə xidmət edir?
Dünən, 17:40 |
|
|
|
• Paşinyan niyə Azərbaycanla strateji sövdələşməyə ehtiyac duyur? - İNCƏLƏMƏ
Dünən, 17:35 |
|
|
|
• Gürcüstandan vasitəçilik təklifi: Azərbaycan razı, bəs İrəvan? - AKTUAL
Dünən, 17:31 |
|
|
|
• Sabiq erməni prezident məhkəmədən qaça BİLMƏDİ - erməni KİV
Dünən, 17:24 |
|
|
|
• Fransa COP29-a qatılmamaqla qlobal iqlim problemlərində maraqlı olmadığını göstərdi - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:22 |
|
|
|
• Azərbaycan üçün sevindirici proqnoz – “Güc onlardadır, gəlirlər, qərar dəyişəcək”
Dünən, 17:19 |
|
|
|
• Murad Adıgözəlzadənin köməkçisi barəsindəki cinayət işinə xitam verilib - TƏFƏRRÜAT
Dünən, 17:17 |
|
|
|
• Ermənistanda tarixi dəyişiklik: Paşinyan anonsunu verdi - KİV
Dünən, 17:11 |
|
|
|
• Başçı təzə olsa da... - NARAHATÇILIQ VAR...
Dünən, 17:07 |
|
|
|
• İngiltərə şirkəti Azərbaycanda ləğv edilir
Dünən, 17:03 |
|
|
|
• Müştərilər ən çox bu banklardan şikayət edirlər - SİYAHI
Dünən, 17:00 |
|
|
|
• “Azərbaycan Duz İstehsalat Birliyi” MMC-yə çevrilir
Dünən, 16:56 |
|
|
|
• Əlində Quran gəldi, bağışladım - Aşıq Namiq
Dünən, 16:53 |
|
|
|
• Tramp elektromobil bazarına “zərbə” vurmağa hazırlaşır – “Tesla” bundan faydalana bilər
Dünən, 16:52 |
|
|
|
• Valeh Allahverdiyev Bakı həbsxanasında ÖLDÜ
Dünən, 16:51 |
|
|
|
|