QAZ HASİLATI ARTIR, AMMA...
Tarix: 12-03-2012, 12:48 |
Çap et
ƏMTƏƏLİK QAZIN HƏCMİ BARƏDƏ DƏQİQ MƏLUMAT YOXDUR
Bu ilin ilk 2 ayında Azərbaycanda 4 mlrd 547 mln 30 min m3 qaz çıxarılıb: yanvarda 2 mlrd 416 mln 740 min m3, fevralda 2 mlrd 130 mln 290 min m3. Bu barədə ARDNŞ-nin saytında məlumaat verilir.
Bunu Dövlətstatkomun ötən il üçün məlumatları ilə müqayisə etsək, yanvar-fevralda qaz hasilatının 448 mln 230 min m3 və ya 10,9% artdığını görmək olar.
2011-ci ildə ölkədə 25,7 mlrd m3 qaz hasil edilib və 2012-ci il üçün hökumətin proqnozu 28,28 mlrd m3-dir.
Xatırladaq ki, ARDNŞ və Dövlətstatkom öz məlumatlarında əmtəəlik qazın həcmini göstərmir. Ötən ilin staatistikasına əsasən, ölkədə çıxarılan qazın 33-35%-i lay təzyiqini saxlamaq üçün quyulara vurulur.