HÖKUMƏTİN PROQNOZLARI DÜZ ÇIXMAYACAQ
Tarix: 12-03-2012, 12:53 |
Çap et
NEFT HASİLATINDA AZALMALAR DAVAM EDİR
1 mart 2012-ci il üçün Azərbaycanda 7 mln 503 min 620 ton neft (yanvarda 3 mln 945 min 840 ton, fevralda 3 mln 557 min 780 ton) çıxarılıb, deyə Dövlət Neft Şirkəti məlumat verir.
Dövlətstatkomun ötən il üçün məlumatları ilə müqayisədə bunları görmək olar: bu, 2011-ci ilin eyni dövründəkindən 429 min 80 ton və ya 5,4% azdır. Həmin ildə 51,5 mln ton proqnoza qarşı 45,4 mln ton neft və kondensat hasil edilmişdi. Bu, 2010-cu ildəkindən 5,434 mln ton azdır. Beləliklə, bu il azalma davam edir. Hökumətin proqnozun görə, bu il 45,97 mln ton neft çıxarılmalıdır və bu proqnoza, yəqin, əməl olunmayacaq: Əsas hasilatçı olan BP-Azerbaijan "Dərinsulu Günəşli"də modernləşmə ilə bağlı hasilatı 1 ay dayandıracaq.
Xatırladaq ki, ilk dəfə ARDNŞ-nin saytında Dövlətstatkomun operativ hesabatından 10 gün əvvəl neft hasilatının dəqiq həcmi ictimaiyyətə açıqlanıb.