![YENİ BAŞÇI KÖHNƏ BAŞÇIDAN DANIŞDI YENİ BAŞÇI KÖHNƏ BAŞÇIDAN DANIŞDI](/uploads/posts/2012-03/1331893279_mubariz_agayeva_ming_hb.jpg)
“NARAZILIQLAR KÖHNƏ RƏHBƏRLİYƏ QARŞI İDİ”
“Mən bu etimada görə, cənab Prezidentə təşəkkür edirəm. Çalışacağam ki, dövlət başçısımızın mənə olan etimadını doğruldam”.
Bu sözləri Modern.az saytına açıqlamasında martın 15-də Quba rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunan Mübariz Ağayev söyləyib.
Qubada yaranmış vəziyyəti dəyərləndirən yeni icra başçısı daha bu rayonda etirazların olmayacağına əminliyini ifadə edib:
«Narazılıqlar köhnə rəhbərliyə qarşı idi. Artıq o yoxdur və daha heç bir narazılıq gözlənilmir».
Qubalılara münasibətinə gəlincə, M.Ağayev deyib ki, fəaliyyətində insanların etimadını qazanmağı düşünür:
«Mən cənab Prezidentin etimadını doğrultmaqla yanaşı, çalışacağam ki, insanların da etimadını qazanım».
Mübariz Ağayev martın 15-də Prezident İlham Əliyevin sərəncamı ilə Mingəçevir şəhəri İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək, Quba rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə gətirilib.