"XRUŞOVKA"LARIN SÖKÜLMƏSİ PLANLAŞDIRILMIR
Tarix: 19-03-2012, 13:30 |
Çap et
BAŞ NAZİRİN MÜAVİNİNDƏN AÇIQLAMA GƏLDİ
Azərbaycan hökumətinin hələlik "Xruşovka"ların sökülməsi ilə bağlı planı yoxdur. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə Baş nazirin müavinin Abid Şərifov bildirib.
"Xruşovka"ların sökülməsi ilə bağlı plan yoxdur. Ölkə hökuməti bu məsələ, eləcə də sürüşmələrlə bağlı müvafiq proqram hazırlayır", - Şərifov deyib.
Bakıda "Xruşovka"ların sökülməsinə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi də ehtiyac görmür.
Bir az əvvəl Komitə sədrinin müavinin Dövlətxan Dövlətxanovun Trend-ə dediyi kimi, bu binalar 50 il istismar olunmaq üçün nəzərdə tutulub və böyük davamlılığa malikdirlər.