Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? .....                     36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır .....                     Bu da Ranın son ünvanı... .....                     “Mehriban düşmən”lər yollarını ayırır? .....                     "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." .....                     Azərbaycana qarşı qarayaxma yarışı gedir .....                     İsrail Prezidenti COP29-a niyə gəlmədi? .....                     Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə .....                     Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək .....                     Ermənistanın Rusiyaya yeganə yolu bağlandı .....                     Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının .....                     Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi .....                     Tramp kürəkəninə vəzifə verəcək .....                     Bakıda kafenin qarşısında QƏTL .....                     "Bu barədə ciddi şəkildə düşünməliyik" .....                     “525-ci qəzet” və "Qol.az"ın .....                     Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? .....                     7 rayonda DOST filialları təmir olunacaq .....                     “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu .....                     Buralar rəsmən yiyəsiz qalıb... .....                     Deputat üçün özəl gün .....                     Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" .....                     Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi .....                     İrəvandan Bakıya qarşı YENİ İTTİHAM .....                     Saxtakarların meydan suladığı ünvan... .....                     Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar .....                     Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... .....                     Tanınmış həkim vəfat edib .....                     Sevinc Osmanqızının “mikrofonçuluğu” .....                     "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" .....                     Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər .....                     Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq .....                     Fransa öz uğursuzluğu ilə barışa bilmir .....                     Əgər Paşinyan Bakıya gəlsəydi... .....                     Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir .....                     Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar .....                     Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` .....                     Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir .....                     “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, .....                     İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? .....                 

XƏDİCƏNİN ŞANTAJI AZƏRBAYCANA ZƏRBƏ OLDU
Tarix: 23-03-2012, 16:27 | Çap et
XƏDİCƏNİN ŞANTAJI AZƏRBAYCANA ZƏRBƏ OLDU

MƏŞHUR “CNN” KANALI HAKİMİYYƏTİ AĞ YUYUB, QARA SƏRDİ

Beynəlxalq nüfuzlu telekanal CNN də son günlərin əsas olaylarından birinə, “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılovanın şantaş olunmasına ciddi reaksiya verib. Telekanalın hazırladığı materialı diqqətinizə çatdırırıq:

“İnternetdə Azərbaycan hökumətində korrupsiyanı işıqlandıran jurnalist qadını nüfuzdan salan video peyda olub. Radioda tok-şou aparan Xədicə İsmayılova narahatdır ki, seksual xarakterli təsvirlər mühafizəkar ölkədə ona qarşı dini zəmində hiddətə səbəb ola bilər.

Video yataq otağında gizli kamera ilə çəkilib, sonradan anonim şəkildə internetdə Yeni Azərbaycan Partiyasının rəqibi olan Müsavat Partiyasının ev səhifəsini imitasiya edən İnternet saytında yayımlanıb.

Müsəlman cəmiyyətində sosial əxlaq qonşu İrandakı kimi sərt deyil, deyə İsmayılova bildirir, amma onlar “qonşu Türkiyənin kənd rayonlarındakına oxşayır”. Şərəfin alçaldılması və ya əxlaq çərçivəsindən çıxmağa görə qətl Azərbaycanda reallıqdır.

Video İnternetdə veriləndən bir həftə əvvəl İsmayılova elektron poçtla məktub alıb. Orada şəxsi xarakterli fotoşəkillər olub, deyə məlumat verilir.

"Mən fotoşəkillər və yazı olan zərf aldım. Orada yazılmışdı: "Fahişə, özünü yaxşı apar, yoxsa ləkələnəcəksən", deyə İsmayılova bildirib.

Azərbaycanın yüksək hakimiyyət eşelonlarındakı adamlar reportajlarına görə İsmayılovadan acıqlı ola bilərdilər. Onun məqalələrində İlham Əliyevin qızlarının “Azerfon” şirkətində məxfi paylarının olması barədə məlumat verilirdi. O həmçinin yazırdı ki, prezidentin ailəsinin bankı var və bundan gizli əqdlər üçün istifadə olunur.

Azərbaycan Prezident Administrasiyası siyasi analiz və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov İsmayılovanın reportajlarını şərh etməkdən imtina edib, amma video yayımlanandan bir gün sonra onu pisləyb, “Azərbaycanda sabitlik olmasını istəməyən fitnəkar qüvvələri”ittiham edib.

Aslanov həmçinin bildirib ki, hakimiyyət «bu çirkli işlərin arxasında duran şəxslərin tapılıb ifşa olunması üçün səylərini əsirgəməyəcək».

İsmayılova Elnur Aslanovun bəyanatını «son dərəcə qeyri-səmimi, hiddətləndirici»adlandırıb. O, hesab edir ki, hökumət onu reportajlarına görə cəzalandırır. Hakim partiya mətbuatda onun etnik mənşəyini Ermənistanla bağlayıb.

Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağla bağlı münaqişə var. Belə təəssürat yaranır ki, İsmayılova Ermənistanla bağlıdır. Bu isə Azərbaycan ictimaiyyətində ona qarşı ehtirasları qızışdıra bilər. "Onlar məni düşmən ölkəyə işləməkdə ittiham edirlər", deyə o bildirib.

Videonun yayımlanmasına bir gün qalmış hökumətyönlü xəbər saytında gedən bir məqalədə onun etnik mənşəyi məsələsi qaldırılıb. Məqalədə jurnalistin şəxsi həyatı hücumlara məruz qalıb: «Xədicə Bakıda daim bahalı barlara və klublara gedir. O, alkoqola və yüngül həyata bağlılığını gizləməyib. O, Azərbaycan qadınlarının tərbiyəsi və dəyərlərinə gülürdü».

Başqa bir hökumətyönlü qəzet olan «İki sahil»də video yayılandan bir gün sonra gedən məqalədə yazılıb: «Xədicə məqalələrində deyirdi: «Mənə azadlıq verin» və deyəsən, indi yetərincə azadlıq alıb». Bundan sonra məqalədə videonun abırsız təfərrüatı verilmiş və onu İnternetdə tapmaq yolu göstərilmişdi.

İsmayılova hüquq müdafiəçiləri və başqa qruplardan dəstək alıb. Dini mühafizəkarlar onun müdafiəsinə qalxıb. Nardaran ağsaqqalları İsmayılova ilə çox vaxt razı olmadıqlarını desələr də, Xədicəyə qarşı şantajı pisləyiblər və bu işlərin dayandırılmasını tələb ediblər.

İsmayılova hesab edir ki, dini icma və başqa mühafizəkarların dəstəyi "onun həyatını xilas etməyə kömək edəcək».

Bütün dünyada müxtəlif hüquq müdafiəsi təşkilatları narazılıq ifadə edib. «Azərbaycan jurnalsitə qarşı böhtan kampaniyasına başlayıb», deyə Jurnalsitlərin Müdafiəsi Komitəsinin press-relizində bildirilir. Sərhədsiz reportyorlar öz bəyanatlarını «nifrət» sözü ilə başlayıblar. Onlar bildirir ki, belə şeylər əvvəl də olub.

«Azərbaycanda jurnalistlər tez-tez şantaj və hədələrə məruz qalırlar. Cəzalarla bağlı bəzən ölkəni tərk etməli olurlar", deyə JMK Avropa və Asiya üzrə proqramının koordinatoru Nina Oqnyanova bildirib. Tədqiqatlara əsaslanaraq o bildirib ki, Azərbaycan onun işıqlandırdığı ölkələr arasında ən avtoritardır. «2009-cu ildə ölkə regionda daha çox jurnalistlərin türmədə olduğu ölkə idi. O vaxt 11 jurnalist həbsdə otururdu", deyə Oqnyanova bildirib.

O xatırladıb ki, başqa bir jurnalistin başına bu cür hadisə gəlmişdi və o, hökumətyönlü KİV-də homoseksualist kimi təqdim edilmişdi. «Bu damğa onu təhlükəli vəziyyətə saldı, deyə Oqnyanova bildirir - O, bıçaq zərbəsindən az qala öləcəkdi, kimsə onu qatarın altına atmağa cəhd etmişdi».

Amma hökumət jurnalistin təzyiqə qalmasını inkar edir. «Azərbaycan müstəqil KİV-ləri olan açıq demokrtaik ölkədir", deyə Aslanov bildirib.

Əliyevlərin ailəsi qırx ilə yaxındır hakimiyyətdədir. İndiki prezidentin atası H. Əliyev 30 il hakimiyyətdə olub. İndiki prezident İlham Əliyev müxalifətin boykot etdiyi seçkilərdə bu vəzifəyə gətirilib (2008-ci ilin seçkiləri - Turan) və ATƏT tərəfindən bu seçkilər standartlara uyğun sayılmayıb. Keçmiş sovet respublikası son vaxtlar beynəlxalq arenada imicini qaldırıb. O, BMT Təhlükəsizlik Şurasına seçilib və Olimpiada-2020-yə ərizə verib.

«Transparenjy International» Azərbaycanı korrupsiya səviyyəsinə görə Belarus və Nigeriya ilə bir sıraya qoyub. Onun reytinqi Pakistandan da aşağıdır. Əvvəllər yüksək idi.

Mayda Azərbaycanda “Avroviziya” müsabiqəsi keçiriləcək. Orada Avropa, Şimali Afrika və Yaxın Şərqdən iştirakçılar olacaq. 40 ölkədən jurnalsitlərin iştirakı gözlənilir. Bu, mətbuatın qlobal təsirinin artması deməkdir.

Azərbaycan reputasiyasını riskə qoyur və deyəsən, intensiv və daimi beynəlxalq təzyiqlərə reaksiya verir - "amma böyük müqavimətlə", deyə Oqnyanova bildirir.

"Ölkədə tənqidi səslər daha geniş repressiyalara məruz qalır", deyə o bildirib. "Hökumət əvvəllər də əl altından zərbə vurmaq taktikasından isifadə edib», deyə o bildirib.

Xədicə İsmayılovanın videosu Texasdakı «HostGator» şirkətinin veb-hostinqində yerləşdirilib. CNN şirkətlə əlaqə saxlayıb videonu saytda kimin yerləşdirdiyini öyrənməyə cəhd edib. Amma şirkətin təmsilçisi teleşirkəti mətbuat xidməti ilə birləşdirməyib və telefon nömrəsini verməyib. Elektron məktublar cavabsız qalıb.

İsmayılova deyir ki, indi təhlükədə olsa da, bu məsələ açıqlansın, ona qarşı kampaniyanın arxasında duranlar özlərini itirsinlər. İlk fotoları alandan sonra o, Fajebook-da yazıb: «Mən əminəm və qərara almışam ki, mənə qarşı istənilən şantaja dözərəm".

O vaxt o, prokurorluğa məktub yazaraq istintaq aparılmasını tələb edib. Amma cavab almayıb. "Onlar məni çağırmayıb, əlavə materiallar, məktub istəməyiblər".

Video yayılandan iki gün sonra prokurorluq onu çağırıb, ərizəsi barədə sorğu-sual ediblər. Vəzifəli şəxslər şəxsi həyatın toxunulmasını pozmaq ittihamı ilə cinayət işi açdıqlarını deyiblər. İsmayılova xahiş edib ki, onun jurnalist kimi fəaliyyətini əngəlləmək cəhdləri ilə bağlı təhqiqat aparılsın, amma hələ cavab yoxdur.

Həmin gün İsmayılova vətəndaş cəmiyyətinin yığıncağında dəstək alıb. Öz səhifəsində işini davam etdirib. Azad Avropa /Azadlıq radiosu ABŞ hökumətindən maliyyə dəstəyi alır. Cümə günü İsmayılovanın videosu ABŞ və başqa ölkələrdə gözdən itib. “Ona Azərbaycanda baxmaq olar, Çex Respublikasında yox", deyə Azadlıq radiosunun Praqadakı Azərbaycan xidmətinə rəhbərlik edən Kənan Əliyev bildirib. "Onlar Azərbaycana ünvanlanıb"".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22
36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12
Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10
“Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55
"Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52
Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48
İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43
Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25
Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22
Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19
Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16
Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14
Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03
Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55
"Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27
“525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23
Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19
7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13
“Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08
Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58
Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50
Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44
Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35
İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31
Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25
Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22
Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18
Tanınmış həkim vəfat edib
Bu gün, 09:15
Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11
"Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07
Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59
Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57
Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49
Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46
Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42
Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39
Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45
“Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02
İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00
Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58
“Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06
Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02
Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58
Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07
Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04
Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59
Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Dünən, 15:41
Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Dünən, 15:36
"Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Dünən, 15:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru