“İNKAREDİLMƏZ FAKTDIR Kİ, TƏHLÜKƏ QALIR”
Tarix: 27-03-2012, 12:30 |
Çap et
SEUL SAMMİTİ ƏMƏKDAŞLIĞA ÇAĞIRIR
Cənubi Koreya, Birləşmiş Ştatlar və Çin Seulda nüvə təhlükəsizliyi ilə əlaqədar daha çox qlobal əməkdaşlığa çağırış edib.
50-dən çox ölkənin rəsmi nümayəndəsi Cənubi Koreya paytaxtında toplaşıb ki, nüvə materiallarının terroristlərin əlinə keçməsini dayandırmağın yollarını müzakirə etsinlər.
ABŞ prezidenti Barack Obama deyib ki, təhlükəsiz nüvə axtaran «pis aktyorlara» görə təhlükə hələ də qalır:
«İnkaredilməz faktdır ki, təhlükə qalır. Hələ də təhlükəli materialların axtarışında olanlar hələ də mövcuddur».
Cənubi Koreya prezidenti Lee Myung-Bak deyib ki, uran və plutonun yanlış əllərə düşməsini minimuma endirmək üçün beynəlxalq əməkdaşlıq önəmlidir.
Sammitin ilk günündə Şimali Koreyanın fəzaya peyk buraxmaq planı iştirakçıların ovqatını pozdu. Qərb düşünür ki, bu, nüvə raketinin inkişafını pərdələmək ehtimalı ola bilər.
Obama İrana və Şimali Koreyaya xəbərdarlıq edib ki, beynəlxalq ictimaiyyət nüvə silahının yayılmasına tolerant yanaşmayacaq.