Gəncədə bir məmurla bağlı ilginc iddialar - Belə deyirlər...
Tarix: 4-05-2017, 09:06 | Çap et
Son zamanlar cəmiyyətdə təhsil sisteminin fəaliyyəti haqlı olaraq ciddi şəkildə tənqid olunur. Bu da səbəbsiz deyil. Belə ki, Gəncə şəhər Təhsil İdarəsinin bir qrup işçisi “Gündəm Xəbər”ə ünvanladığı müraciətdə hər şeyi çılpaqlığı ilə təsdiq edirlər. Ərizəçilər ünvanladıqları müraciətin ictimailəşdirlməsini xahiş edirlər. Bizdə “Gündəm Xəbər” olaraq yazıda adları çəkilən şəxslərin mövqeyini dinləmək şərti ilə həmin yazını çoxsaylı oxucularımızın diqqətinə çatdırırıq. Belə ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Daxili Nəzarət şöbəsinin Qərb nümayəndəliyinin rəhbəri Ceyhun Mirzə Gəncə təhsilini çox bərbad vəziyyətə salmışdır. Bu günlərdə Təhsil Nazirliyində yığıncaq keçirilmişdir. Bu yığıncaqda Təhsil Nazirinin müavini Mətin Eynullayev Ceyhun Mirzəni ayağa qaldıraraq onun fəaliyyətini kəskin tənqid etmiş, onun korrupsiyaya qarşı mübarizə aparmalı olduğu halda, tamamilə korrupsiyaya bulaşdığını bütün toplantı iştirakçıları yanında söyləmişdir. Həmin vaxt Ceyhun Mirzə yığıncaqda olarkən onun Gəncədəki iş otağından kompüterlər götürülmüş və iş otağı möhürlənmişdir. Hal-hazırda Ceyhun Mirzə iş otağına buraxılmır, fəaliyyəti yoxlanılır. Çox dəqiq məlumatlara görə, Gəncə şəhərində testdən keçməyən 200-dən artıq müəllimin işə qəbulunun araşdırılması Təhsil Naziri Mikayıl Cabbarovun əmri ilə Ceyhun Mirzəyə tapşırılmışdı. Ceyhun Mirzə isə bundan süni istifadə edərək Gəncədən olan direktorları iş otağında tək-tək qəbul edərək onlarla "razılaşırdı". Gəncə şəhər 28 saylı orta məktəbə direktor təyin edilən Gəncə şəhər Polis İdarəsinin rəisi Faiq Şabanovun yeznəsi İmran Tağıyevin Hacıməlik kəndində direktorluq vəzifəsindən biabırçı şəkildə qovulması məsələsini də Ceyhun Mirzə və Kənan Quliyev araşdırırdı, amma bu pedaqoqa yaraşmayan biabırçılıqların üstü nədənsə ört-basdır edildi və həmin şəxs Gəncədəki 28 saylı məktəbə direktor təyin edildi. Kimdir Ceyhun Mirzə? Ceyhun Mirzəyev atası Sofu kişi ilə birlikdə Gəncədə bir müddət «Sport Loto» işlədib. Futbol üzrə proqnozları yığmaqla məşğul olan indiki koordinator mədəni şəkildə «futbol qumarı» ilə məşğul olub. Daha sonra Gəncə Təhsil İdarəsində məsləhətçi ştatı üzrə fəaliyyət göstərən Ceyhun Mirzə 2012-2013-cü illərdə Dövlət Qulluğu Komissiyası tərəfindən təşkil olunmuş testlərdən keçə bilməsə də bir neçə gün sonra 3 saylı orta məktəbə direktor təyin edildi. Adı çəkilən şəxsin öz kurasiyasında olan Gəncə futbol təmayüllü gimnaziyada dərs keçmədən maaş aldığı da məlumdur. Mirzəyevin əsas gəlirli sahələrindən biri də Gəncə Futbol Kollecidir. Məktəblərdən adına dərs saatı yazdırıb, maaşlarını özü götürən bu şəxs yaxın qohumlarına da güzəştə getmir. Elə ona görədir ki, Futbol Kollecində adını işə yazdırdığı xalası Elnarə Həsənovanın əmək haqqı kartı koordinatorun cibində olur. Eyni zamanda, Təhsil Nazirliyinin rəsmisi bütün qohumlarını bu təhsil ocağına yerləşdirərək, onların maaşlarını özü alır. Ceyhun Mirzənin Xədicə adlı həyat yoldaşı da diplomsuz olsa da, ingilis dili təmayüllü məktəbdə müəllimlik edir. Ceyhun Mirzənin sözügedən posta gətirilməsi Ailə və Qadın Problemləri Dövlət Komitəsinin sədri Hicran Hüseynovun xahişi əsasında mümkün olub. Onu himayə edən şəxs isə elə Təhsil Nazirliyinin Daxili Nəzarət İdarəsinin rəisi Kənan Quliyev olmuşdur. Ceyhun Mirzənin Təhsil Nazirliyi Daxili Nəzarət Şöbəsinin Qərb bölgəsi üzrə nümayəndəsi təyin olunması Gəncə təhslində çox acınacaqlı mənzərə yaratdı. Təhsil ocaqlarının rəhbərləri onun özbaşınalığından dəfələrlə şəhər rəhbərliyinə müraciət etmişlər. Gəncə şəhər icra hakimiyyətinin başçısı E.Vəliyevin ona etdiyi xəbərdarlıqlar nəticə verməyib. Ceyhun Mirzə Gəncənin bir sıra təhsil ocaqlarının rəhbərlərini hədələyərək onlardan icra başçısına qarşı ərizə tələb etmiş, hətta bu şantajdan kənar qalmaq istəyənləri işdən çıxartmaqla təhdid etmiş və bəzilərini cəzalandırmağa nail olmuşdur. Təhsil naziri Mikayıl Cabbarov tərəfindən qorunan Ceyhun Mirzənin Gəncənin təhsil ocaqlarının rəhbərlərindən küllü miqdarda rüşvət tələb etməsi kimi faktlar bütün şəhər ictimaiyyətinə məlumdur. Gəlin diqqət edək: - Ceyhun Mirzə bu vəzifəyə gətiriləndən sonra 20 - 333 dövlət nömrə nişanlı son model "Galenvagen” markalı avtomobilin sahibinə çevrildi. Şəhərin ən bahalı yerlərindən biri olan Mahrasa bağı qəsəbəsində yeni tikilidə tam təmirli 4 otaqlı mənzil alıb. Şəhərin mərkəzində 5 mərtəbəli yaşayış binasında ev alıb və hazırda həmin evi baha qiymətə xarici vətəndaşlara kirayəyə verib. Bakı şəhərində həyət evi, bir neçə obyekt, Zəylik kəndində həyət evi, Gəncə şəhərinin bir çox yerlərində maşın alqı satqısı mərkəzləri açıb, hazırda xaricdən yeni maşınlar gətirib satışını təşkil etməkdədir. Göygöl rayonunun ən səfalı yerində, dağların ətəyində, Mizrik kəndində böyük villanın sahibidir. Villanın tikintisi və şəraiti üçün 200 mindən çox pulun xərclədiyi faktdır. Təsadüfü deyil ki, qısa zamanda milyonçu olan bu şəxs yuz minlərlə ölçülən mülklərin sahibinə çevrildi. Nə qədər acı olsa da şəhər rəhbərliyi Gəncə təhsilində Ceyhun Mirzə problemindən xilas ola bilmir. Dələduzluq, rüşvətxorluq Ceyhun Mirzənin həyat amalıdır, yoxsa seçdiyi yoldur?! Bu şəxsin bir neçə villası, son model avtomobilləri gözləri qamaşdırsa da, Təhsil Nazirliyinin rəhbərliyi susur və bu pulların hansı yolla qazanıldığının hesabını aparmır. Əslində, görünən odur ki, nazirliyin susmasının ən başlıca səbəbi qazanılan çirkli pullarda müəyyən şəxslərin Ceyhun Mirzə ilə şərik olmasıdır. Biz kimsəni ittiham etmək səlahiyyətində olmasaq da, ölkə rəhbərliyinin diqqətinə bu gün Gəncə və qərb bölgəsinin təhsil sistemində baş verən dəhşətli faktları çatdırırıq. Qəribə də olsa həmin faktları bilən nazir susur və müvəqqəti olaraq onun iş otağını möhürləməklə işini bitmiş sayır. Xatırladaq ki, Ceyhun Mirzənin qanunsuz fəaliyyətinin hansı dövlət qurumu tərəfindən nəzarətə götürüldüyü artıq bizə tam məlumdur. Ümid edirik ki, dövlətin bu qurumu Gəncə təhsilindəki bu özbaşınalığa son qoyacaq və Ceyhun Mirzənin haqqında ciddi tədbir görəcəkdir. Maraqlıdır ki, Mikayıl Cabbarov təhsil sistemində Misir Mərdanov dövründən qalan peşəkar kadrlara və seçilmiş məktəb direktorlarına qarşı çox amansızdır. Amma, özünün təyin etdiyi , təhsildən xəbəri olmayan seçilmiş kadrların yarıtmaz fəaliyyəti də göz önündədir. Hörmətlə , Gəncə şəhər Təhsil İdarəsinin bir qrup işçisi
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Moskva və Vaşinqton arasındakı qaynar xətt istifadə olunmur - Peskov
Bu gün, 07:28 |
|
|
|
• Azərbaycanda cəmi 9 min əcnəbi tələbə var - ŞƏRH
Bu gün, 07:14 |
|
|
|
• 4 ildir ki haqqı tapdanan Qazimiz .. - GİLEY
Bu gün, 07:10 |
|
|
|
• Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? - AKTUAL
Bu gün, 06:56 |
|
|
|
• Qarakənd faciəsindən 33 il ötür - UNUTMARIQ!
Bu gün, 06:43 |
|
|
|
• Sabunçuda kim nə gəldi edir? - FOTOFAKT
Bu gün, 06:39 |
|
|
|
• Yaşlı qadını aldadaraq, evini bankda girov qoydular... - BU NƏDİ BELƏ?
Bu gün, 06:32 |
|
|
|
• “Bu gün deyə bilərik ki, məqsədimizə nail olduq” - deputat
Bu gün, 06:23 |
|
|
|
• "Bəzi məmurlar dövlət və xalq arasındakı güvəni məhv edir" - FAKT BUDUR!
Bu gün, 06:20 |
|
|
|
• "Mən xəngəl, piti yemirəm... - ...Xaşı heç dilimə vurmaram"
Bu gün, 06:15 |
|
|
|
• Dörd ölkənin generalı Bakıda görüşür? – Azərbaycan müharibənin dayanması üçün…
Bu gün, 06:10 |
|
|
|
• Baş nazir avtoritar hakimiyyət qurmağı sınaqdan keçirir, yoxsa... - Paşinyan nəyə hazırlaşır?
Bu gün, 06:06 |
|
|
|
• Putin qorxusundan Rio-de-Janeyroya getmədi, Cinpin xəbərdarlıq etdi, Bayden isə...
Bu gün, 06:03 |
|
|
|
• “NATO ölkələri hərbi xərclərini 340 milyard dollar artıra bilər” - "Bloomberg"
Bu gün, 06:00 |
|
|
|
• “Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05 |
|
|
|
• Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Dünən, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Dünən, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Dünən, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Dünən, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Dünən, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Dünən, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Dünən, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Dünən, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Dünən, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Dünən, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Dünən, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Dünən, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Dünən, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Dünən, 15:25 |
|
|
|
|