“Həkim Mircəlal Kazımi söz verdi ki, sağalacaq, amma …" - NARAZILIQ...
Tarix: 26-08-2020, 10:08 | Çap et
“2014-cü ildə xeyirxah insanların köməyilə bacıma qarciyər köçürülüb. Elə donor da özüm olmuşam. Əməliyyatdan 5 ay sonra halı pisləşib və daim müalicədə olub. Son bir ildir ki, durumu daha da ağırdır, ancaq orqan köçürən həkim onu boynuna götürmür. Nə də başqa, ixtisaslı xəstəxanalar qəbul edirlər ki, orqanı köçürən həkimə müraciət edin. Qalmışıq pis vəziyyətdə”. DİA.AZ-ın məlumatına görə, Yevlax sakini Telman Sadıqov açıqlamasında belə deyib. Bildirib ki, daim müalicə ilə yaşayan bacısı 2019-cu ildən daha da ağırlaşıb. Bu müddət ərzində öz həkimi onu qəbul etməyib. Başqa həkimlər “orqanı kim köçürüb, onun yanına aparın”, - deyiblər.
Telman Sadıqov deyir ki, bacısı Ülviyyənin durumu ötən ay daha ağırlaşıb, özündən gedib, huşunu itirib. Bu zaman Təcili Tibbi Yardım çağırıblar və onu Yevlax Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriblər: “Təbii orqan köçürülmüş birinə bu xəstəxanada nə edə bilərdilər ki? Heç bir müalicə edə bilmədilər. Yevlax xəstəxanası orqan köçürülmüş, qaraciyər xəstəsi üçün ixtisaslı yer də sayılmırdı. Çoxsaylı müraciətlərdən sonra onu Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasına köçürdülər. İndi orada da düzgün müalicə ala bilmir. Vəziyyəti ağırdır, reanimasiyadadır”.
Telman Sadıqov deyir ki, bacısının cəmi 35 yaşı var. 2014-cü ildə onda qaraciyər problemi çıxanda Mərkəzi Neftçilər Xəstəxanasına müraciət ediblər. Həmin xəstəxananın həkimi Mircəlal Kazımi ona orqan köçürülməsinin lazım olduğunu deyib. Bildirib ki, köçürülmədən sonra həyatına normal insanlar kimi davam edə biləcək: “Hamımız analiz verdik. Qohumlar, ailə üzvlərimiz. Bircə mənim nəticələrim uyğun gəldi. Əməliyyatla məndən alınan qaraciyər bacıma köçürüldü. Əməliyyatdan sonra 5 ay həkim nəzarətində qaldı. Normal idi. 5 aydan sonra evə gətirdik. Həmin gündən də vəziyyəti pisə doğru getdi”.
Qardaşı deyir ki, Ülviyyəni daim borc-xərc edib Bakıya müalicəyə aparıblar. Əməliyyat edən həkim hər dəfəsində bahalı dərmanlar, müalicələrlə onun durumunu qismən yaxşılaşdırıb. Ancaq tam ağırlaşandan sonra onlardan üz döndərib: “Deyir, vəziyyəti pisdir, aparın xəstəxanaya. Mən əlimdən gələni etmişəm, əməliyyat uğurlu keçib və s. Bəs biz nə edək? Yevlax xəstəxanasına apara bilmərik. Ordakıların başı çıxmır. İndi yatdığı xəstəxana da onun müalicəsini düzgün həyata keçirə bilmir. Reanimasiyadadır, pis günə qalıb, arıqlayıb, biz nə edək? Bu qədər pul tökdük, həkim Mircəlal Kazımi söz verdi, dedi, normal insanlar kimi yaşayacaq. Hanı? Heç kim dərdinə dərman tapa bilmir”.
Telman Sadıqov deyir ki, üstəlik, Yevlax sakinləri illərdir ki, sığortalıdır. Orada həkimlər, xəstəxanalar icbari tibbi sığorta ilə işləyirlər. Odur ki, bacısının da sığortası var. Ancaq heç bir işə yaramır: “2019-cu ildən sığortanın göndərişi ilə bacıma müxtəlif diaqnozlar qoyulub, müxtəlif müayinə nəticələri çıxarılıb. Hal-hazırda da onunla bağlı məhkəmə araşdırması gedir. Ancaq bacım konkret tibbi yardımdan tam məhrum edilmiş şəkildə ortalıqda qalıb. Mütəmadi rəsmi müraciətlər edirik. 2019-cu ilin sentyabrında icbari tibbi sığortanın göndərişi ilə gəldik RDM xəstəxanasına. Orda 5-6 gün yatdı. Sonra bizə sənəd verdilər ki, xəstənin durumu ağırdır, aparın evə. Həmin vaxtdan xəstə 69 yaşlı anası və mənimlə qalıb. Heç bir tibbi yardım göstərilməyib ona. İndi də yenə xəstəxanadadır və müalicələrin təsiri yoxdur”.
Telman Sadıqov deyir ki, illərdir xəstəxanalara pul tökürlər: “Bilirsiniz nə qədər borcumuz var? Mən hələ ömrümün 20-30 ilini işləyəm, yeyib-içməyəm ki, o borcu ödəyib qurtaram. Hərtərəfli pis vəziyyətdəyik”.
Telman Sadıqov və 69 yaşlı anası Prezident İlham Əliyevə, Səhiyyə nazirinə, ölkə rəhbərliyinə müraciət edir. Xahiş edirlər ki, 35 yaşlı Ülviyyə Sadıqovanın müalicəsinin ona uyğun, ixtisaslı xəstəxanada davam etməsi üçün göstəriş verilsin: “Xahiş edirik, bizi ixtisaslı xəstəxanaya, bu sahədə bilikli, bacarıqlı həkimlərin olduğu bir yerə köçürsünlər. Bacım çox ağır durumdadır, biz çox üzülürük, sağalmasını istəyirik, ancaq indi aldığı müalicə vəziyyətini günü-gündən ağırlaşdırır. Nolar, bizə kömək edin. Ayın 15-dən vəziyyəti daha da ağırlaşıb. Qanı yarıya düşüb. Qan da vurulmur. Normal müalicə edilmir. Hansı həkimə, xəstəxanaya müraciət edirik, yazılı cavab verirlər ki, bizlik deyil, orqan köçürən həkimə müraciət edin”.
Sonda Telman Sadıqov deyir ki, Səhiyyə Nazirliyi, TƏBİB ola-ola bu gün o Prezidentə, xeyirxah insanlara müraciət etmək məcburiyyətində qalıb: “Bu qədər qurum olan bir ölkədə biz niyə insanların mərhəmətinə möhtac qalmalıyıq? Yaxud dilənçi vəziyyətinə salınmalıyıq? Hazırda bacımın qana ehtiyacı var və biz bunun üçün yenə xeyirxah isanlara müraciət edirik. Xahiş edirəm, bizim xəstəmizi ixtisaslı bir xəstəxanaya köçürün, onu lazım olan qanla təmin edin”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ağa Musa Nağıyevin xarici banklarda qalan milyonları KİMİNDİR? - varisləri üçün ƏLÇATMAZDIR...
Bu gün, 11:30 |
|
|
|
• Paşinyan Vatikana gedib
Bu gün, 11:27 |
|
|
|
• Abxaziyada gərginlik səngimir - “Dövlət televiziyası”na hücum edildi
Bu gün, 11:25 |
|
|
|
• Şahbuz təhsilində `ÜSULİ-CƏDİD`... - NARAZILIQ VAR...
Bu gün, 11:23 |
|
|
|
• “Milli Məkan” layihəsi ilə bağlı narazılıq – Milyonluq tender prosesində nə baş verir?
Bu gün, 11:19 |
|
|
|
• Bu məktəblərdə dərslər daha tez başlayacaq - DİQQƏT
Bu gün, 11:15 |
|
|
|
• Dövlət qurumu COP29 tədbiri üçün 1,4 milyon vəsait SƏRF EDİB - DETALLAR
Bu gün, 11:10 |
|
|
|
• Xankəndi şəhəri, Ağdərə, Laçın və Zəngilan rayonları xərclərini büdcədən dotasiya almadan təmin edəcək
Bu gün, 11:07 |
|
|
|
• Ermənistanın militarizasiya siyasətinə cavab olaraq Azərbaycan müdafiə xərclərini artırır
Bu gün, 11:04 |
|
|
|
• Yeniyetmə özünü 13-cü mərtəbədən atdı - Bakıda DƏHŞƏT
Bu gün, 11:03 |
|
|
|
• Prezident İlham Əliyev Rusiyanın maliyyə naziri və Dövlət Dumasında fraksiya rəhbəri ilə görüşüb
Bu gün, 11:00 |
|
|
|
• Tramp sülh müqaviləsinə vasitəçi olacaq? - Metyu Brayza: “O, bir qədər təriflənməyi sevir”
Bu gün, 10:59 |
|
|
|
• Hərbi xidmətdən yayınan gənc həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 10:57 |
|
|
|
• Paşinyan Ermənistanda genişmiqyaslı istefaların səbəbini açıqladı
Bu gün, 10:51 |
|
|
|
• Amsterdamdakı faciə: ipin ucu İrandan Rusiyayadək uzanır - bu, müasir Avropada tendensiyadırmı?
Bu gün, 10:50 |
|
|
|
• "Referans Pharmaceuticals" da ölkədən çıxarılan valyuta vəsatini qaytarmayıb
Bu gün, 10:36 |
|
|
|
• Bayden gedərayaq TRAMPA QUYU QAZDI... - FAKT BUDUR!
Bu gün, 10:35 |
|
|
|
• Bələdiyyə sədri EL YOLUNU SATDI... - ÖZBAŞINALIQ!
Bu gün, 10:31 |
|
|
|
• “Klon”da rol aldı, müharibədə Azərbaycanı dəstəklədi – Ronaldinyo haqqında bilmədikləriniz
Bu gün, 10:23 |
|
|
|
• Keçmiş məmur 8 il əvvəl boşadığı arvadını BALTALADI - TƏFƏRRÜAT
Bu gün, 10:19 |
|
|
|
• ADAU-da `EGE YEYİNTİSİ`... - İTTİHAM VAR...
Bu gün, 10:10 |
|
|
|
• ABŞ və Rusiya arasında xüsusi əməliyyat gedir - Fitso
Bu gün, 10:04 |
|
|
|
• Paşinyan hökumətini “təmizləyir”: yeni istefalar, yeni adlar və SƏBƏBLƏR - NƏ BAŞ VERİR?
Bu gün, 09:57 |
|
|
|
• Dünyanın dərdini buraxıb... Azərbaycandan YAPIŞIBLAR! - AXI NİYƏ?..
Bu gün, 09:55 |
|
|
|
• Ermənistanda Ali Məhkəmə Şurasının sədri istefa verib - KİV
Bu gün, 09:50 |
|
|
|
• Məcnun müəllim bu sahəyə nəzər salmazsa... - fermerlər DAD DEYİR...
Bu gün, 09:49 |
|
|
|
• Naxçıvanda deputatların maaşı artıb - SİYAHI
Bu gün, 09:43 |
|
|
|
• Cümşüd Nuriyevə "Bir dənə ilişdirərəm, uçarsan ha" deyən Cahandar Bayoğludan açıqlama... - "Barışmışıq..."
Bu gün, 09:40 |
|
|
|
• Azərbaycanda pambıq bumu: İxrac niyə kəskin artıb? - ARAŞDIRMA
Bu gün, 09:38 |
|
|
|
• “Tərtər işi” ilə bağlı həbs edilən şəxslərdən xəbər var - TƏFƏRRÜAT
Bu gün, 09:35 |
|
|
|
• Naxçıvanda işsizlik TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB... - "Belə davam edərsə, Naxçıvan tam boşalacaq..."
Bu gün, 09:32 |
|
|
|
• Amerikalı iqtisadçı İrəvana məsləhət verib
Bu gün, 09:21 |
|
|
|
• `R.İ.S.K` MTK KÖHNƏ ƏHVALDA: Evi bir neçə nəfərə satırlar... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:18 |
|
|
|
• Paşinyan İrəvanda deyil: nazirləri SMS-lə işdən çıxarıb - “Hraparak”
Bu gün, 09:14 |
|
|
|
• Müəllimlər məhkəməyə, həmkarların sədri polisə müraciət etdi - Kollecdə qalmaqal
Bu gün, 09:00 |
|
|
|
• Neft-Kimya Prosesləri İnstitutunda yarım milyon manatlıq təmir işləri aparılacaq
Bu gün, 08:58 |
|
|
|
• Manana Çaparidzeyə ağır itki
Bu gün, 08:56 |
|
|
|
• "Qiymətlər menyu ilə uyğun gəlmir..." - GİLEY
Bu gün, 08:54 |
|
|
|
• Bayden onunla sonuncu görüşdə də nəticə əldə etmədi - İNCƏLƏMƏ
Bu gün, 08:43 |
|
|
|
• İşçilərin əməkhaqqı məsələsi... - Ekspert danışır...
Bu gün, 08:41 |
|
|
|
• İctimaiyyətin hiddətlə qarşıladığı ABŞ konqresmeni Frank Peloni Azərbaycandan qaçıb - SƏHƏRƏ YAXIN...
Bu gün, 08:37 |
|
|
|
• Azərbaycandan qaçaq düşən FRANSA ƏLALTISI: Eldar Qəribov və yaxın çevrəsi... - İLGİNC FAKTLAR...
Bu gün, 08:35 |
|
|
|
• ABŞ “gedən qoca”nın əli ilə III Dünya savaşı başladır - GƏLİŞMƏ
Bu gün, 07:36 |
|
|
|
• 30 il uşaq bağçasında yaşayan Laçın sakini kömək istəyir - GİLEY
Bu gün, 06:47 |
|
|
|
• Yediyimizə necə haram qatırlar... - NƏ ETMƏLİ?
Bu gün, 06:36 |
|
|
|
• Mən onun kimi Putinə zəng etməyəcəyəm - Böyük Britaniyanın Baş naziri
Bu gün, 06:25 |
|
|
|
• Onu Bakıya gəlməyə qoymayan səbəb – Gözlənilməz qərarın pərdəarxası
Bu gün, 06:23 |
|
|
|
• Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24 |
|
|
|
• Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• Ermənistanda yüksək vəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18 |
|
|
|
|