"Kainat gözəli" seçildi .....                     Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox .....                     Abxaziya gərginliyində erməni izi .....                     Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? .....                     36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır .....                     Bu da Ranın son ünvanı... .....                     “Mehriban düşmən”lər yollarını ayırır? .....                     "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." .....                     Azərbaycana qarşı qarayaxma yarışı gedir .....                     İsrail Prezidenti COP29-a niyə gəlmədi? .....                     Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə .....                     Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək .....                     Ermənistanın Rusiyaya yeganə yolu bağlandı .....                     Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının .....                     Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi .....                     Tramp kürəkəninə vəzifə verəcək .....                     Bakıda kafenin qarşısında QƏTL .....                     "Bu barədə ciddi şəkildə düşünməliyik" .....                     “525-ci qəzet” və "Qol.az"ın .....                     Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? .....                     7 rayonda DOST filialları təmir olunacaq .....                     “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu .....                     Buralar rəsmən yiyəsiz qalıb... .....                     Deputat üçün özəl gün .....                     Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" .....                     Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi .....                     İrəvandan Bakıya qarşı YENİ İTTİHAM .....                     Saxtakarların meydan suladığı ünvan... .....                     Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar .....                     Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... .....                     Tanınmış həkim vəfat edib .....                     Sevinc Osmanqızının “mikrofonçuluğu” .....                     "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" .....                     Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər .....                     Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq .....                     Fransa öz uğursuzluğu ilə barışa bilmir .....                     Əgər Paşinyan Bakıya gəlsəydi... .....                     Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir .....                     Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar .....                     Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` .....                 

Eldar Həsənovun həbsində RUSİYA İZİ... - Keçmiş səfirdən İLGİNC AÇIQLAMALAR
Tarix: 24-01-2022, 10:33 | Çap et
Eldar Həsənovun həbsində RUSİYA İZİ...
Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan sabiq baş prokuror, keçmiş səfir Eldar Həsənov son söz ilə çıxış edib.

Sabiq səfirin məhkəməsinə media nümayəndələri buraxılmadığından onun son sözünü vəkilləri Gununsesi.info-ya təqdim edib. DİA.AZ Gununsesi.info-ya istinadən həmin məşhur SON SÖZÜ olduğu kimi təqdim edir:

İlk növbədə, qeyd edirəm ki, barəmdə olan cinayət işini və həbs edilməyimi özümə qarşı təqib, çox böyük qanunsuzluq, haqsızlıq, ədalətsizlik və sifariş kimi qiymətləndirirəm. Tənqidə görə təqib olunmağımı düşünməyə əsas verən hallardan biri kimi qeyd edirəm ki, 10.07.2018-ci il və 02.02.2020-ci il tarixlərində Bakıda və Brussel şəhərində diplomatik nümayəndəliklərdə Azərbaycan Respublikasının Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyevi və Xarici İşlər Nazirliyinin, səfirliklərin fəaliyyəti və diplomatlarla bağlı, diaspora, Gömrük Komitəsinin, Mədəniyyət Nazirliyinin fəaliyyətindəki nöqsanları, süründürməçiliyi, sui-istifadə hallarını faktlarla və sərt amma obyektiv və ədalətli şəkildə tənqid etmişəm. Hər iki qapalı iclasda mənim çıxışlarım iştirak edən şəxslərin alqışları ilə qarşılanıb. Çıxışımdan sonra tədbiri aparanlara mənə sualları olub-olmaması barədə soruşmuşam, sualları olmadıqlarını bildirərək “Çox sağ olun” demişlər. Bundan başqa, düşünürəm ki, mənim bəzi müsahibələrimdə Rusiya Federasiyası və onun xarici işlər naziri Sergey Lavrov barəsində ölkədə və xarici kütləvi informasiya vasitələrində yer almiş tənqidin tənqidi çıxışlarımın da təqib olunmağımda rolu olmuşdur.

Belə ki, jurnalist Aida Eyvazlının götürdüyü, 19 noyabr 2016-cı ildə dərc olunmuş müsahibəmdə 1992-ci il fevralın 26-da törədilmiş Xocalı faciəsi barədə belə demişəm: “Bu işğal planının tərtibindən həyata keçirilməsinə qədər rus hərbi birləşmələrinin iştirakı dəlillərlə, istintaq materialları ilə, məhkəmə qərarları ilə sübuta yetirilib…Azərbaycanın müstəqilliyinin əlindən alınması üçün süni bir problemin hazırlanması, sonradan bunun reallaşdırılması, tarixi torpaqlarımızın işğalı və Xocalı soyqırımının həyata keçirilməsi, bu işğalda rus silahlı qüvvələrinin iştirakı faktdır, sübutdur, dəlildir. .. Bu gün heç kimə sirr deyil ki, istər Ukrayna, istər Gürcüstan, istər Moldova və ya Qarabağdakı separatçılıqda Rusiyanın rolu var”.

Habelə, 2017-ci il yanvarın 21-də Moderator.az saytına verdiyim müsahibədə Sergey Lavrovun 2017-ci il yanvarın 17-si Moskvada keçirdiyi mətbuat konfransında dediyi: “Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın daxili işi deyil” tezisinə qarşı demişəm: “Aydın məsələdir ki, münaqişənin bir tərəfi Azərbaycan, digər tərəfi isə Rusiyanın öz müttəfiqi hesab etdiyi, son 25 ildə dəfələrlə təmənnasız və ya güzəştli qiymətlərlə silah ötürdüyü Ermənistandır. Bundan əlavə, 1990-cı illərin əvvəllərində Ermənistan işğalçı qüvvələrinə qarşı döyüşlər zamanı əsir götürülən hərbçilər arasında Rusiya zabit və əsgərləri də var. Bizim arxivlərimizdə də onların döyüşlərə necə və kimin əmri ilə qatıldıqlarına dair könüllü və səmimi etiraf ifadələri var. Rusiya-Ermənistan münasibətlərinin xüsusiyyəti heç kimə sirr deyil. Ayrı bir məsələdir ki, silahlı təcavüzə məruz qalmış ölkəmizin BMT nizamnaməsinin 51-ci maddəsinə əsasən fərdi və ya kollektiv sürətdə özünümüdafiə hüququ var, bu hüququmuz kiminsə bəyanatı ilə məhdudlaşdırıla bilməz”.

Eldar Həsənov bildirib ki, 2017-ci ildə dedikləri İkinci Qarabağ müharibəsində öz təsdiqini tapdı: “Görünür, nöqsanları adı və ünvanı ilə dilə gətirməyim kimlərinsə xoşuna getməyib. Əsl həqiqət isə bundan ibarət olub ki, söylədiyim tənqidlər Dövlətimizin və Prezidentimizin apardığı siyasətə ciddi xələl gətirən, kölgə salan hallara qarşı olub. Amma başqa məsələdir ki, kim bunu necə, hansı tərzdə məruzə edib, necə qərəzli məlumat verib?!

Azərbaycanın 78 səfirlik və diplomatik nümayəndəliyindən yalnız, bir səfirliyin- Avropada ən az büdcəsi olan, ayrılmış vəsaitə ən çox qənaət edib büdcəyə qaytaran səfirliyin əvvəlcə 5 illik, nəticə olmayanda 10 illik, qane etməyəndə 20 illik fəaliyyəti yoxlanılıb. Azərbaycanın məhkəmə və istintaq tarixində bənzəri olmayan, bu cür məqsədli, qərəzli yoxlama, belə bir yanaşma olmamışdır!

Eyni yanaşmanın davamı olaraq, həm ibtidai istintaq, həm də məhkəmə baxışı zamanı mənə qarşı ayrıseçkilik münasibəti açıq formada sərgilənmiş, mənimlə eyni bir iş üzrə həbsə alınmış, məndən yaşca kiçik olan XİN-in əməkdaşları (Fərhad Molla-Zadə və başqaları) azmüddət sonra həbsdən azad edildilər, (Allah qapılarını açıq etsin) məhkəmənin yekununda isə azadlıqda qaldılar, halbuki, eyni iş üzrə mühakimə olan şəxslərdən ən yaşlısı- 67 yaş- mən olmuşam. Bu mənə qarşı olan ayrıseçkiliyin təsdiqidir. Mənə qarşı göstərilən qərəzli münasibət, hüquqlarımın pozulması və buna göz yumulması bütün cinayət prosesi boyu davamlı şəkildə özünü göstərmişdir”.

Keçmiş səfir daha sonra deyib: “Məhkəmə baxışında müdafiə hüququmun təmin olunmasının prosessual əsaslarından biri olan çəkişmə, tərəflərə bərabər şərait yaradılması prinsipinə ümumiyyətlə riayət edilmədi. Belə ki, məhkəmə istintaqı yalnız ittiham tərəfinin təqdim etdiyi sübutların tədqiq olunması ilə məhdudlaşdırıldı.

Prokurorluqda olduğu kimi məhkəmə baxışı zamanı da eyni taktika seçilərək, müdafiə tərəfinin sübutların əldə olunması üçün verdiyi çoxsaylı vəsatətlərə baxılması əvvəlcə qanunsuz və əsassız olaraq təxirə salındı, sonradan isə məhkəmə istintaqına prokurorluğun tələbi ilə son verdiyi gün- 27 dekabr 2021-ci il tarixdə heç bir əsaslandırma aparılmadan, məhkəmə tarixində və təcrübəsində olmayan- bir cümlə ilə yox, bir kəlmə ilə rədd olundu.

Belə ki, məhkəmə 27 dekabr 2021-ci il tarixli iclasında həm həmin gün, həm də hələ oktyabr-noyabr aylarında verilmiş, lakin baxılmadan saxlanılmış 30-a yaxın vəsatətlərə baxıldığını bildirərək (bir çoxunu isə ümumiyyətlə xatırlaya bilmədi) müşavirəyə çıxdı və heç 5 dəqiqə keçmədən qayıdıb bir cümlə ilə bildirdi ki, vəsatətlər təmin olunmur.

Halbuki, verilmiş bütün vəsatətlər iş üzrə tam, hərtərəfli və obyektiv araşdırmanın təmin olunmasına, mühüm əhəmiyyət kəsb edən faktiki halların müəyyən olunmasına və nəticədə mənim pozulmuş hüquqlarımın bərpa edilməsinə yönəlmişdir.

Xüsusən də, müstəntiqin XİN-dən götürdüyü, lakin mənim təqsirsizliyimi birbaşa sübut etdiyindən, qəsdən cinayət işinə əlavə edilməyərək prokurorluqda saxlanılan sənədlərin: o cümlədən, səfirlik üçün inzibati bina alınması üçün yerli əmlak şirkətlərinin verdikləri təkliflərin, humanitar layihələrin icrası ilə bağlı yerli hakimiyyət orqanlarının (meriya komissiyalarının) keçirdiyi tenderlərin sənədləri, protokolları, layihə-smeta sənədlərinin tələb edilməsinə dair vəsatətlər, habelə, görülmüş tikinti-abadlıq işlərinin yerində nəzarət qaydasında yoxlanılmasına dair vəsatət, ekspertizalar keçirilməsinə dair vəsatətlər, müstəntiqin apardığı yanlış hesablamaların üzə çıxarılması məqsədi ilə mütəxəssisin cəlb olunmasına dair vəsatət, Sarayevoda inzibati binanın alınması ilə bağlı ödənilmiş pulun aid olduğu şəxsə verilməsini təsdiq edəcək şəxslərin, Səfirliyin hasarının tikintisin aparmış şəxsin və bunu təsdiq edə biləcək şəxslərin: polis əməkdaşlarının, Səfirliyin texniki işçilərinin, Belqrad şəhərində alınmış inzibati binanın sahibi olmuş şəxslə mənim görüşüm zamanı tərcüməçi olmuş şəxsin, müdafiə tərəfinin təşəbbüsü ilə auditor rəyi vermiş şəxsin, 2010-2012-ci illər üzrə Səfirliyin fəaliyyətini yoxlamış yoxlaycının əlavə şahid kimi məhkəmədə dindirilməsi barədə və çoxsaylı digər vəsatətlər əsassız olaraq rədd olundu.

Qeyd olunanlarla yanaşı istər ibtidai istintaq, istərsə də məhkəmə baxışı zamanı mənə qarşı göstərilən ayrı seçkilik, tibbi yardım almaq hüququmun pozulmasında da özünü göstərdi.

Cinayət işində mənim əziyyət çəkdiyim xəstəliklərə aid kifayət qədər tibbi sənədlərin mövcud olması ilə yanaşı, məhkəmə prosesi zamanı halımın məhəkəmənin gözü önündə dəfələrlə pisləşməsi, bu səbəbdən iclaslarda fasilələrin verilməsi və məhz, buna görə də məhkəmə prosesi başlayan gündən təcili-tibbi yardım həkiminin nəzarəti ilə məhkəmə iclaslarında iştirak etməyim faktı özü-özlüyündə səhhətimin təhlükəli, kritik durumda olduğunun əyani sübutudur.

Mənim çoxsaylı xястяликлярин nəticəsində səhhətimin ağır olması, stasionar şəraitdə daimi ixtisaslaşmış həkim nəzarətində təxirəsalınmaz kompleks müalicə tədbirlərinin görülməsini tələb edir. Bu barədə bir neçə ixtisaslaşmış həkimlərin rəyləri cinayət işinin materiallarında mövcuddur.

Mənim stasionar şəraitdə ixtisaslı müalicə almağımın təmin olunmasına dair Avropa İnsan Haqları məhkəməsinin də qərarları mövcuddur.Hətta, məhkəmənin özünün tanıdığı və tövsiyyə etdiyi həkim тərəfindən müayinə olunmağım və kompleks laboratoriya təhlillərinin aparılmasına dair dəfələrlə verilmiş vəsatətlər baxılmadan, müzakirəyə çıxarılmadan əsassız olaraq təmin edilmədi.

Məhkəmə iclaslarında dindirilmiş şəxslərin ibtidai istintaq zamanı alınmış ifadələrinin elanı zamanı aydın oldu ki, bütün dindirmə protokollarında onların ifadələri müstəntiq tərəfindən qəsdən, qərəzli şəkildə təhrif olunmuş formada yazılmış, onların işlətmədiyi ifadələr protokolda yer almış (şahid Samir Həmidovun dediyi kimi “fantaziyalaşdırılmış”), bütün protokollarda guya, mənim gələcəkdə özümü qorumaq məqsədi ilə həmin şəxslərə “israrla”, “formal” olaraq nəyisə imzalatdırdığımı və sair bu kimi ifadələr eyni şəkildə təkrarlanmışdır.

Hətta, dindirmə zamanı müstəntiq ifadəni öz istədiyi kimi yazmaqdan ötrü psixoloji təzyiqlər göstərməkdən belə çəkinməmişdir. Belə ki, məhkəmədə şahid qismində ifadə verən Şahin Hacıyev müstəntiqin onu dindirərkən “deyəsən bayramı evdə keçirməyəcəksən” deyərək, onu həbs etməklə hədələdiyini və protokolu zorla imzalatdırdığını təsdiq etdi.

Bu onu təsdiq edir ki, dindirilmiş şəxslərin ittihamın əsas halları ilə bağlı protokollarda əks olunan ifadələri onların öz fikri deyil, istintaq orqanının qəbul etmək istədiyi qərarını qabaqcadan süni surətdə əsaslandırmaq üçün öz mülahizələridir”.

İttihamlarla bağlı danışan Eldar Həsənov bir sıra arqumentlərlə həmin ittihamları rədd edib.

Sabiq baş prokuror daha sonra məhkəmə heyətinə səslənib.

Hörmətli Məhkəmə, Möhtərəm Hakimlər!

Üzümü sizə tuturam çünki, Siseronun dediyi kimi mən də həmişə düşünmüşəm ki, “Hakim – danışan qanun, qanun isə – lal hakimdir!”

Bəşər tarixində insan övladı daima hüquqla qadağan edilmiş əməlləri törətdiyinə görə cəzalandırılmışdır.

Amma nədənsə mən 13.08.2020-ci il tarixindən bu günədək yəni 17 ay 11 gündür ki, günahsız cəza çəkirəm!!

Azərbaycan dilində bir deyim var “suyu da üfürə üfürə içmək”. Bəli, mən 20 illik səfir fəaliyyətimdə suyu üfürə-üfürə içmişəm. Çünki fəaliyyətimə daimi olaraq lupa ilə nəzarət olunurdu. Bununla yanaşı fasilələrlə barəmdə yalanlar, böhtanlar, uydurmalar sifarişlə tirajlandı. Bu gün mənə verilən qondarma ittihamlar bir bəhanədir. Allah rəhmət etsin dahi Bəxtiyar Vahabzadəyə! Onun dediyi kimi:

“Talehim daş atdı, başımı yardı,

Buna daş neyləsin daş bəhanədir.”

Başıma gətirilənləri, 1 il 5 aydan artıqdır qanunsuz həbsdə saxlanılmağımı təhlil edirəm. Bu nə qəzəb, bu nə kin-küdurət, bu nə qəddarlıq, amansızlıq, bu nə qisasçılıqdır. Bunu edənlərə dur demək mümkün olmadı mı? Çox təssüf və təccüb edirəm! Görünür mən çox sadəlövh olmuşam:

Belə bir atalar məsəlimiz var : “Yalan ayaq tutar, yeriməz!” Təssüflər olsun ki, mənimlə bağlı bu gün yalanlar ayaq tutur, amma tarixdə heç vaxt yeriməyib və yeriməyəcəkdir!!
Taleyim məni sınağa çəkəndə mümkün olduğu qədər dözənlərdən olmuşam, özünü itirənlərdən yox!
Bu gün hər şeyin əbədi olduğunu düşünənlərə və o düçüncəyə inanlara Məmməd Arazın çox hikmətli “Dünya sənin, dünya mənim, dünya heç kimin” misralarını xatırlatmaq istəyirə

Bir daha bildirirəm ki, 13 avqust 2020-ci il tarixindən, yəni tutulduğum elə ilk günlərdən həbsimin əsl səbəbi mənə məlum oldu. Müxtəlif qapalı tədbirlərdə müstəqil düçüncəylə, faktlarla, obyektiv həqiqətlərə əsaslanan tənqidi çıxışlarım, KİV-ə verdiyim müsahibələr, dövlət əhəmiyyətli məsələlərlə bağlı məxfi qriflərlə yazdığım rəsmi məktublar, nəticədə guya mənim siyasi iddiada olmağım, guya müxalifət qurumları ilə əlaqə və əməkdaşlıq etməyim kimi yalan, uydurma, qərəzli və qisasçılıq məqsədi ilə verilmiş məlumatlar əsasında Bakıya çağırılaraq əsassız, qanunsuz və sifarişlə həbs olundum. AR DTX rəhbərliyinə konkret məsələlər göstərilməklə həmin məsələlərin bütün imkan və vasitələrlə yoxlanılması barədə müraciət etdim. Həmçinin 10 iyul 2019-cu, 02 fevral 2020-ci ildəki Bakı və Brüssel şəhərində qapalı iclaslarda etdiyim çıxışların stenoqramın, audio, videoların, son 5 ildə Dövlətimə məxfi qriflərlə göndərdiyim məktubların AR XİN-dən alınaraq cinayət işinə əlavə olunmaqla yoxlanılmasını, habelə qeyd etdiklərimin hər birinə hüquqi qiymət verilməsinə dair vəsatətlərlə Prokurorluğun istintaq qrupuna müraciət etdim. Vəsatətim təmin olundu, həmin sənədlər XİN-dən tələb olunaraq prokurorluğun istintaq idarəsinə göndərildi. Bu məsələ ilə bağlı dəfələrlə istintaqın aparılmasının nə yerdə olduğu, nəticəsi barədə verilən sorğulara cavab verilmədi. Nəhayət cinayət işinin materialları ilə tanış olanda həmin sənədlərin 51 cilddən ibarət olan cinayət işinə əlavə olunmadığını aşkar etdim. Bu səbəbdən Bakı Ağır Cinayətlər Məhkəməsinin keçirdiyi elə ilk iclasında eyni tələblə vəsatət verdim. Vəsatət isə rədd olunmadı amma baxılması təxirə salındı. 27.12.2021-ci il tarixində məhkəmə tarixində və təcrübəsində olmayan CPM-in tələblərini kobudcasına pozaraq məhkəmə vəkillərim və mənim tərəfimdən verilmiş 74 vəsatəti ümumiləşdirərək bir cümlə ilə yox, bir kəlimə ilə rədd etdi. Mənim barəmdə aparılan məhkəmə istintaqı bax bu formada “tam”, “hər tərəfli” və “obyektiv” “araşdırılmışdır!” Hüquq sistemimizin bu formada, belə işləməsi günümüzün əsl faciəsidir. Dövlət üçün, cəmiyyət üçün, bu günümüz və sabahımız üçün ən böyük təhlükə və faciə də məhz ədalətsiz məhkəmədir, günahsız insanlara qarşı edilən zülmdür!!

Yəni bu faciənin qurbanı bu gün mənəm, sabah sən, o biri gün başqa birisi…. İnsanlıq tarixi və təcrübəsi belə təhlükədən çıxış yolunu isə ədalətdə, demokratik hüquqi dövlətdə, qanunun aliliyində, ədalətli ədalət mühakiməsində görmüşdür. Amma bu gün çox təəssüflər olsun ki, mənimlə bağlı aparılan icraatda bunların heç birinin heç işartıları belə görünmür.

Hörmətli Məhkəmə!!

“Mənim günahım” varlığımla vətənimə xidmət etməyimdə, onun fədaisi olmağımda və sadəlövhlüklə inanmağımda olmuşdur.

“Mənim günahım” 20 il, 4 Avropa ölkəsinin hər birində sıfırdan başlamaqla 3 ölkəni strateji tərəfdaşlıq, 1 ölkəni isə dostluq tərəfdaşlıq səviyyəsinə çatdırmağımdır.

“Mənim günahım” öz təşəbbüsümlə, 2004-cü ildə ilk dəfə Azərbaycanın hüdudlarından kənarda Azərbaycandan dövlət-hökumət qurumlarının heç bir kəsin iştirakı və xəbəri olmadan özümün və ailə üzvlərimin köməkliyi ilə ilk dəfə Buxarest şəhərində 8.2 ha ərazisi olan TEY Parkında müstəqil Azərbaycanın Xilaskarı Heydər Əliyevin adının əbədiləşdirilməsinə və bu gün də həmin ərazinin H.Əliyev adına Xiyaban adlandırılmasına nail olmağımdır;

“Mənim günahım” çalışdığım 4 ölkədə xalqımızın Ümummilli Lideri Heydər Əliyev, Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağaoğlu, Nizami, Nəsimi, Füzuli, H. Cavid, Ü.Hacıbəyli, C.Məmmədquluzadə, B. Vahabzadə kimi tarixi şəxsiyyətlərini, görkəmli mütəfəkkirlərini, klassik ədəbiyyatımızı, mədəniyyətimizi və tariximizi tanıtmaq, sevdirmək olmuşdur;

“Mənim günahım” Xocalı soyqırımını 4 ölkədən birində, ermənilərin də təmsil olunduğu Rumıniya Parlamentində faciə kimi, ikincisi isə orda göstərdiyim fəaliyyətimə görə ittiham olunduğum BİH-nin yuxarı palatası- Senatda soyqırım adı ilə məhz soyqırım günü qətnamə qəbul edilməsinə nail olmağımdır;

“Mənim günahım” Buxarest şəhərində Müsəlman-Türk qəbiristanlığına yerli hökumətin qərarının alınmasına və istifadəyə başlamasına nail olmağımdır;

“Mənim günahım” Müqəddəs kitabımız Qurani-Kərimin ilk dəfə Rumın dilinə tərcümə edilib yayılması olmuşdur;

“Mənim günahım” Rumınıya Dövlət Universitetində Heydər Əliyev adına təqaüdün, Serbiya Musiqi Akademiyasında Üzeyir Hacıbəyov təqaüdünün təsis olunmağına nail olmağımdır;

“Mənim günahım” 275 illik tarixə malik olan Belqrad Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin yaradılmasına, Azərbaycan Dilinin tədris proqramına salınmasına nail olmağımdır;

“Mənim günahım” hər bir azərbaycanlının, hər bir türkün pasportu olan, “Kitabi Dədə Qorqud” dastanının çalışdığım ölkələrin dilinə tərcümə etdirib, yayılmasına və təbliğ olunmasına nail olmağımdır;

“Mənim günahım” çalışdığım 4 ölkədə 130-dan çox Azərbaycan mütəfəkkirinin, dahi alimlərimizin, yazıçı və şairlərimizin əsərlərinin yerli dillərə tərcümə olunaraq təqdimat mərasimləri keçirilməsi, yayılması və təbliğinə nail olmağımdır;

“Mənim günahım” 2-ci Dünya Müharibəsi zamanı Polşadan Rumınıyaya gələrək qardaş Türkiyə səfirliyinin sonuncu mərtəbəsində yaşayıb yaratmış, Azərbaycan Xalq Cumhuriyyətinin qurucusu Məmməd Əmin Rəsulzadənin oradakı fəaliyyətini arxiv sənədlərindən bərpa etməklə xatirə lövhəsinin quraşdırlmasına nail olmağımdır;

“Mənim günahım” 2-ci Dünya Müharibəsində çalışdığım ölkələrdə həlak olmuş azərbaycanlıların müəyyən edilərək xatirə lövhələrinin quraşdırılmasına nail olmağımdır;

“Mənim günahım” Azərbaycan Səfirliyinin yerləşdiyi binadan başlayan küçəyə dahi şairimiz B.Vahabzadənin adının verilməsinə nail olmağımdır;

Çalışdığım 20 ildə sadaladığım və sadalamadığı eyni zamanda görülməsini özümə şərəf bildiyim işlərin, layihələrin, heç birinə təkrar edirəm heç birinə Azərbaycan dövləti tərəfindən 1 manat vəsit ayrılmayıb,təklif olunanda da 1 manat qəbul etməmişəm!! Budur, Bunlardır “MƏNİM GÜNAHIM!!!!”

Səfir kimi çalışdığım 20 ildə lobbiçilik, diaspora, mədəniyyət, və son dövrlərdə də koronavirus pandemiyası ilə bağlı Azərbaycan Dövlətindən dəfələrlə təklif olunsa da 1 manat da olsun vəsait istəməmişəm, qəbul etməmişəm.

Bir məsələyə də münasibət bildirməyi özümə borc bilirəm. Sıralarında 20 il çalışdığım, XİN-ni zaman-zaman tənqid etsəm də, Azərbaycan Dövlət və Hökumət qurumları arasında öz peşəkarlığı, yüksək intellektual səviyyəsi, savadı ilə seçilən, bütün dövrlərdə öz vətəninə, dövlətinə, Prezidentinə sadiq olan, müqayisədə kifayət qədər mənəvi təmizliyə sahib olan bir qurumdur.

XİN-də hansısa bir səfirin mənimsəmə cinayəti haqqında düşünmək belə absurddur. Bir diplomatı yetişdirmək üçün hər bir xalqa, dövlətə illərlə vaxt lazımdır.

Hörmətli Məhkəmə!!!

Bu zal bu divarlar çox hakimləri, prokurorları, vəkilləri və təqsiləndirilənləri qarşılıyıb və yola salıb. Amma bəlkə də bu zal, bu divarlar mənim üzləşdiyim haqsızlıqları, qanunsuzluqları, ədalətsizlikləri, qeyri-humanist, mənəvi psixoloji işgəncələri, təqibləri görməyib, eşitməyib. Burada çox təəssüflər olsun ki, Amerikanların məşhur bir deyimi yerinə düşər: “ Önəmli deyil sən kimsən, önəmli odur ki, səni kim necə təqdim edir.”. Mən də kiminsə həqiqəti yox, nəyi necə dediyinin qurbanı olmuşam.

Böyük Nazim Hikmət demişkən:

“Ədalət deyib çox aradım, çox hayqırdım, çox axtardım, çox gözlədim, sonda bulduğum ədalətin yerinə onun məzarı oldu”.

Odur ki, sizdən cinayət işinin faktiki hallarına, sübutlara, dəlillərə, obyektivliyə əsalanan ədalətli bir qərar da gözləmirəm. Siz nə tapşırılıbsa onu da elan edəcəksiniz. Lakin bir məqamı diqqətinizə çatdırım ki, bəlkə müşavirəyə gedəndə xatırladınız. AR Konstitusiyasının 25-ci maddəsində qeyd edilir ki, “ Hakimlər müstəqildir və yalnız AR-nin qanunlarına tabedirlər”.

5 ay ərzində həyata keçirilən məhkəmə proseslərində mənim təqsirləndirilən şəxs kimi bütün hüquqlarım açıq-aşkar kobudcasına pozulsa da, bütün məhkəmə proseslərində Siz hakimlərə çox hörmətlə, ehtiramla davrandım. Verəcəyiniz ədalətsiz, sifarişli cəza nə qədər ağır olsa da yenə də sizə hörmətlə davranacam. Baxmayaraq ki, siz mənə Frans Kafkanın “Məhkəmə” romanındakı Yozefin həyatını yaşatdınız. Lakin nəzərinizə çatdırım ki, pozulmuş haqq və hüquqlarımın bərpası üçün sona qədər hüquqi müstəvidə mübarizəmi aparacam!

Möhtərəm Məhkəmə!

Yaşadığım 67 il ömrün nə az, nə çox 28 ilini Ulu öndər H. Əliyev və İ.Əliyev siyasi xəttinə, vətənimə, Azərbaycan Dövlətinə xidmətə sərf etmişəm. Mən bu siyasi xəttə yaltaqlıqla, məddahlıqla, sürünməklə deyil, qürurla xidmət etmişəm. Müstəqilliyimizin, dövlətçiliyimizin, ərazi bütövlüyümüzün bərpa olması üçün, hakimiyyətin ən çətin, ən ağır günlərində, kimin harda olduğu tam bəlli olmayanda, sədaqətimlə, əməli fəaliyyətimlə, imzamla xidmət etmişəm!!!

Anadolu Türklərində belə bir deyim var: Dövlət heç vaxt, heç bir halda hizməti unutmaz!!!

Bilənlər bilir ki, bütün dövrlərdə müstəqil mövqeyimi, həqiqətləri, tənqidi fikirlərimi söyləmişəm. Hər kəsin sözünü kiməsə yox, gözünün içinə baxıb üzünə demişəm, imzamla təsdiqləmişəm. Bu gün mən bu xüsusiyyətlərimin qurbanı olmuşam. Təssüflər olsun ki, əsl həqiqətləri, doğruları isə məruzə edən, dilə gətirən yoxdur. Nəticədə mən bu gün qisas alınmaq üçün verilən şər, böhtan, uydurma, yalan və qərəz xarakterli məlumatların qurbanı olmuşam. Amma unutmayaq ki, hər şeyi görən, bilən Böyük Allah var!!!

Məruz qaldığım bütün haqsızlıqlara, qanunsuzluqlara, ədalətsizliklərə, ayrıseçkiliyə, mənəvi-psixoloji əzablara, təqiblərə görə prezident İlham Əliyevdən inciyə bilərəm, amma ona dönük çıxmaram, heç vaxt ona qarşı çıxanlardan olmaram.

Çünki mən yaşımın bu ahıl çağında, 28 illik sədaqətimə xəyanət edəsi deyiləm. Mənə veriləcək qanunsuz, ədalətsiz, cəzadan aslı olmayaraq mən nəvələrimə, nəsil- nəcabətimə, məni tanıyanlara belə miras heç vaxt qoymaram!

Digər tərəfdən bu göstərişi mənə cənab Prezident verdi, mən onun göstərişini icra etmişəm deyənlərdən də olmaram, heç bir vaxt da olmamışam. Nəzərə alsaq ki, son 28 ildə sıradan yox, müxtəlif rəhbər vəzifələrdə çalışmışan bir insan kimi heç kəsin bilmədiyi, eşitmədiyi lakin mənə məlum olan, mənim bildiklərim də yetərincədir. Bütün bunlar da mənimlə qəbrə gedəcəkdir. Amma o da nəzərə alınmalıdır ki, bu qədər amansız-qəddar şəkildə qovulmaq da olmaz. İnanın ki, mən nə qovulmaq, nə də namərd olmaq istəmirəm!!!

Möhtərəm Məhkəmə!

Məhkəmədə iştirak edənlərin şahid olduğu kimi məhkəmə iclasları məhkəmə istintaqı başlayan gündən etibarən səhər saat 1000-dan məhkəmə iclası bitənədək təcili yardım maşının, onun tibbi personalının müşayəti ilə, bəzi günlərdə 2-3, hətta 4 dəfə səhhətimin ağırlaşması ilə əlaqədar təxirəsalınmaz tibbi yardımın göstərilməsi ilə həyata keçirilmişdir. Bu müddət ərzində bir çox hallarda, həkimlər məhkəmə iclasına getməyimi bir mənalı olaraq tövsiyə etməsələr də, mənim israrım tibbi sənədlərə qeyd olunmaqla, bütün məhkəmə iclaslarında nə qədər ağrılar keçirsəm də iştirak etmişəm.

Qısa da olsa sizə tarixi bir faktı xatırlatmaq istəyirəm: 1938-ci ilin elə yanvar ayında Sovet ordusunun polkovniki Mixail Yeqorov həqiqətlərdən bəhs edən bir raportu əsasında həbs olunaraq barəsində qanunsuz və ədalətsiz olaraq 12 il müddətinə azadlıqdan məhrumetmə cəzası çıxarılmışdır. Taleyin ironiyasına baxsaq görərik ki, O da mənim kimi məhkəmə proseslərinə təcili yardım həkimlərinin müşayəti ilə gətirlərək və mühakimə olunmuşdur. Lakin sonradan o həbsdə vəfat etsə də məhkəmədən 18 il sonra yəni 1956-cı ildə övladlarının şikayətləri əsasında Mixail Yeqorova bəraət hökmü çıxarılanda ona qarşı bu qanunsuzluqları törədən müstəntiq Oleq Kuznetsov, ona cəza istəyən dövlət ittihamçısı İqor Vasilyev, qanunsuz hökmü çıxaran hakim Dmitriy Alekseyev təqaüddə olmaqlarına baxmayaraq hər biri 15 il azadlıqdan məhrumetmə cəzası almışlar. Ədalət gec də olsa zəfər çaldı!!!! Həyatda isə tarixin təkrarlanan təkərini hələ heç kim dayandıra bilməmişdir.

Möhtərəm Məhkəmə!!!

Bundan əvvəl dediyim kimi, kimin haqlı olmağına, günahsız olmasına ədalətli qərarı Sizin verəcəyinizə qətiyyən inanmı Buna yaxın tarix qərar verəcəkdir. Mənim fiziki məhvimə yönəlmiş qəddar, qeyri-insani davranış o həddə çatmışdır ki, dözülməsi çox çətin olan dəhşətli ağrılarla yaşamağıma baxmayaraq, prokurorluq və məhkəmə tərəfindən 3 ay 12 gündür ki, mənim yanıma heç bir həkim buraxılmır, heç bir tibbi yardım göstərilmir. Baxmayaraq ki, səhhətimlə bağlı Avropa İnsan Haqları Məhkəməsinin qərarı mövcuddur.
XXI əsrin 21-ci ilində mədəni dünyada varmı 2-ci belə davranış, varmı belə növ işgəncə? varmı belə qeyri-humanistlik?

Baxın amansız münasibətin həddi o yerə çatmışdır ki, bundan əvvəlki, yəni 14.01.2022-ci il tarixində keçirilən məhkəmə iclasından əvvəl təcili yardım həkiminin mənim səhhətimdəki kritik vəziyyətlə bağlı məhkəmə zalına girməyimə etiraz etsə də, mən israrla məhkəmə iclasında iştirak edəcəyimi bildirdim. Həkim ən azından özünü qorumaq üçün bunları tərtib etdiyi arayışda qeyd etdi. Lakin həmin tibbi sənəd məhkəmə iclasından əvvəl alınmalı olduğu halda, məhkəmə iclası başa çatandan sonra müvəqqəti yaradılmış tibb otağında, mənim yanımda məhkəmə tərəfindən götürüldü. Bu da mənim AR Konsitutsiyasında təsbit olunmuş “Yaşamaq hüququm” “Tibbi yardım almaq hüququm”!? Mənə qarşı olan münasibətin dəqiq adını siz deyin, siz qoyun!!!!

Dünyada mənim də inandığım İlahi bir ƏDALƏT var! O, ən böyük gücdür! O, çarpanda hər şeyi və hər kəsi yerlə yeksan edir!! Bunu heç kəs unutmasın!

Mən bu hüquqsuzluqlara, qanunsuzluqlara, işgəncələrə məruz qalmışam!!!

Mən bir dəfə bu zalda demişəm- Bu qədər əsassız, qanunsuz, sübutsuz, dəlilsiz, şahid ifadələri, bank-maliyyə sənədləri ilə təsdiq olunmayan, heç bir alqı-satqı müqaviləsində, humanitar layihələrrin kontraktlarında imzası olmayan qondarma ittihamlar verməkdənsə yaşadığım 5-ci mərtəbədəki evimə bir tankı, bir topu qaldırıb qoymaq çətinlik törədirdisə, onun maketini qoyub elə həmin hal şahidlərinin iştirakı ilə sənədləşdirmək daha “uyğun olardı”, daha “sübutlu” olardı nəinki bu qədər əziyyət çəkilərdi!!!

İndi isə buyurun söz Sizindir möhətərəm Məhkəmə!, mən isə haqqım olan bəraətimi tələb edirəm!!!










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18
Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15
Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40
Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22
36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12
Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10
“Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55
"Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52
Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48
İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43
Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25
Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22
Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19
Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16
Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14
Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03
Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55
"Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27
“525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23
Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19
7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13
“Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08
Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58
Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50
Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44
Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35
İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31
Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25
Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22
Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18
Tanınmış həkim vəfat edib
Bu gün, 09:15
Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11
"Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07
Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59
Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57
Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49
Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46
Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42
Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39
Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45
“Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02
İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00
Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58
“Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06
Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02
Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58
Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07
Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04
Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru