Paytaxtın Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsində aparılan tikinti işləri zamanı ağaclar kəsilib.
DİA.AZ xəbər verir ki, "Unikal"ın əməkdaşları tikinti aparılan ərazidə olub.
Sakinlərin bildirdiyinə görə, əvvəl həmin ərazidə çox sayda ağac olub. Ərazidə tikinti işləri başladıqdan sonra isə həmin ağaclar kəsilib və bəziləri köçürülüb.
Fəhlələrin verdiyi məlumata görə, ərazidə tikinti aparan şirkət "Kəngərli-İnşaat" Mənzil Tikinti Kooperatividir. Özünü tikintinin direktoru kimi təqdim edən Rauf adlı şəxs isə sənədlərin qaydasında olub-olmaması ilə bağlı heç bir məlumat vermədi.